Məhkəmə qərarları › İş №2(103)-2449/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2449/2022

26.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam veri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2449/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi üzrə 2(011)- 2608/2021 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC və Cavabdeh1arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, DEN00004-04/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 152165,87 manat əsas borc, 18974,36 manat faiz borcu, 25863,56 manat dəbbə borcu, ümumilikdə 197003,79 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, DENG-00004-04/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, məhəllə 2935V, Gəncə prospekti, 113K saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 övladları X2 və X1 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2608/2021 saylı iş üzrə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli DEN-00004-04/18A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2018-ci il tarixli DEN-00004-04/18A nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 152165,87 (yüz əlli iki min yüz altmış beş manat səksən yeddi qəpik) manat əsas borc, 18944,74 (on səkkiz min doqquz yüz qırx dörd manat yetmiş dörd qəpik) manat faiz borcu, 5000 (beş min manat) manat dəbbə borcu, ümumilikdə 176110,61 (yüz yetmiş altı min yüz on manat altmış bir qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 ( qırx qəpik) manat bank xidməti haqqının Cavabdeh1 alınaraq "xxxx" ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935V,113K nömrəli evə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935V, 113K nömrəli evin ilkin satış qiymətinin 264000 (iki yüz altmış dörd min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən əsas borca görə 152165,87 yüz əlli iki min yüz altmış beş manat səksən yeddi qəpik) manat əsas borc, 18944,74 (on səkkiz min doqquz yüz qırx dörd manat yetmiş dörd qəpik) manat faiz borcu, 5000 (beş min manat) manat dəbbə borcu, ümumilikdə 176110,61 (yüz yetmiş altı min yüz on manat altmış bir qəpik) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935V, 113K nömrəli evə tutma yönəldildikdə və o satıldıqdan sonra bir ay ərzində cavabdehlər tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı cavabdehlər məhkəməyə ərizə təqdim edərək iddiaçı ilə razılıq əldə edildiyini bildirmiş, bu səbəbdən də apellyasiya şikayətindən imtina etdiklərini qeyd edərək iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və iddiaçının şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, ərizəçinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar