Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2465/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı “bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim edilməsi və ödənişin tələb edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)-4569/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən ünvan 1 ünvanda fəaliyyət göstərən mehmanxanaya dair 2018-2019-cu illər üzrə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”n bələdiyyəyə təqdim edilməsi və 2018-2019-cu illər üzrə yerli ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Nəsimi bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş üzrə yerli ödənişlərin (vergilərin) bələdiyyəyə ödənilməsi hissəsində mülki işin icraatına, həmin tələbə ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)- 4569/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda fəaliyyət göstərən “Karat İnn” mehmanxanasına dair 2018-2019-cu illər üzrə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” iddiaçı Bakı şəhəri Nəsimi Бələdiyyəsinə təqdim edilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi və Cavabdeh MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulması qət edilmişdir. İddiaçı həm qətnamədən apelyasiya şikayəti, həm də qərardaddan şikayət vermişdir. Qərardaddan verdiyi şikayət Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1234/2022 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və məhkəmənin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda qətnamədən verilmiş apelyasiya şikayətinə baxılır. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.5 və 361.1.6cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarət олмуш, bir hissədə məhkəmə qərardadı ilə xitam verilmiş, digər hissədə isə qətnamə ilə iddia tələbi təmin edilmişdir. Апеллйасийа шикайяти дя иддианын тямин олунмуш щиссясиндян верилмишдир. Təqdim edilmiş apelyasiya şikayətində иддиачы qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və hallara istinad etməmişdir. Qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və iddia ərizəsində göstərilən halları təkrarlamışdır. Şikayətçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamışdır. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi MPM-in 364-cü maddəsinin tələblərinə uyğun olaraq apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-verməmədiyini yoxlamadan mülki işi apelyasiya baxışına göndərmişdir. Kollegiya hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)- 4569/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və iş apelyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)- 4569/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.02.2022ci il tarixli 2(103)-2465/2022 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və mülki iş apelyasiya baxışından çıxarılaraq, apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2465/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2465/2022
09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver