Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2465/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *6.*2.2*23-cü il tarixli, 2(**6)- 1333/2*23 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMMC-nin iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərinin malik olduqları sahələrinin ümumi sahəsinin nisbətinə uyğun (yəni 1m2 = 1 səs) olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *6.*2.2*23-cü il tarixli, 2(**6)-1333/2*23 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilmiş və iddiaçıya qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *6.*2.2*23-cü il tarixli, 2(**6)-1333/2*23 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda iddia ərizəsi üzrə tələb hüququnun çoxmənzilli binanın sahə mülkiyyətçilərinə məxsus olduğunu və iddiaçının bu statusa malik olmadığını göstərmişdir. Eyni zamanda, Mənzil Məcəlləsinin 16-cı maddəsinə istinad edərək, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının Mülki Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalı olduğunu vurğulamışdır. Mülki Məcəllənin 139-1.1-ci və 139-1.1.6-cı maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. İddiaçı "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binadan qeyri-yaşayış sahəsi verilməsi barədə ümumi yığıncağın qərarı var. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənilmişdir. Bununla bağlı pay haqqının tam ödənildiyini sübut edən maliyyə arayışı mövcuddur. Digər tərəfdən qərardadda iddia tələbinin sahə mülkiyyətçilərinin ümumi yığıncağında həll olunmalı və ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələ olduğu göstərilmişdir. Mənzil Məcəlləsinin 125-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətləri göstərilmişdir. Lakin iddia tələbində nəzərdə tutulan məsələnin həlli bu maddədə öz əksini tapmamışdır. Belə ki, qanunvericilikdə qeyd olunan maddənin tətbiqi dispozitiv deyil, imperativ norma kimi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmənin gəldiyi qənaət əsassızdır. Bundan başqa iddiada göstərilən məsələ ilə bağlı cavabdehə (İdarə Heyətinin sədrinə) müraciət məktubu ünvanlanmışdır. Lakin verilən cavaba əsasən ona mülkiyyətçi olduğu sahənin ölçüsündən asılı olmayaraq, eyni bərabər səsə, yəni bir səsə malik olduğu bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.*2.2*23-cü il tarixli, 2(**6)-1333/2*23 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *6.*2.2*23-cü il tarixli, 2(**6)-1333/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 398.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 47.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir; 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; 125.2.13-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə bu Məcəllə ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlər də aiddir; 125.3-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi ilə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulandan başqa digər məsələlər də cəmiyyət iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan Mənzil Məcəlləsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayının onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasib olması barədə müddəa təsbit edilmişdir. Bundan başqa Məcəllədə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı olan ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sadalanmış, eyni zamanda səlahiyyətlər çərçivəsində bu Məcəllə ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlərin də həllinin mümkünlüyü təsbit edilmişdir. Bu da öz növbəsində ümumi yığıncağın səlahiyyətlərinin göstərilən məsələlərlə məhdudlaşdırılmadığını təsdiq edir və cəmiyyətin, o cümlədən onun üzvlərinin maraqlarına uyğun olmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərin də yığıncağın müzakirəsinə çıxarılmasının mümkünlüyünə təminat verir. Qeyd edilən hüquqi imkanlar Məcəllənin 125.3-cü maddəsində də təsbit edilmişdir. Bu da öz növbəsində iddia üzrə qaldırılmış məsələnin mənzil mülkiyyətçisi tərəfindən ilk öncə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının müzakirəsinə çıxarılmasını şərtləndirir. Başqa sözlə, qaldırılmış məsələnin həlli qaydası qanunvericilikdə nəzərdə tutulduğundan iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz və yolverilməzliyinə görə iddianın icraata qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsi ilə iddianın yolverilməzliyinə görə İddiaçı iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-1333/2*23 saylı, *6.*2.2*23-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-4*1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-1333/2*23 saylı, *6.*2.2*23-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2465/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2465/2023
17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver