Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2469/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı2 və iddiaçıların vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 Elman qızı və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 ibürcəṪ əv̇ Tədris Birliyi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1960/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Elman qızı və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Elman qızı və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 Təcrübi və Tədris Birliyindən, Cavabdeh2, Cavabdeh3don, Cavabdeh5, Cavabdeh4 müştərək qaydada 50.000 manat mənəvi zərər üçün, 5.000 manat isə maddi zərər üçün kompensasiya, 30 manat dövlət rüsumu, 1.000 manat hüquqi xidmət xərci, cəmi 56.030 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyun 2015-ci ildə yüksək hərarət səbəbilə İddiaçı1 və İddiaçı2 azyaşlı (2012-ci il təvəllüdlü) Səkinə Novruzovanı Ə.Qarayev adına 2 nömrəli X5 aparmışlar. X6 İddiaçı1 qızı, İddiaçı2 isə nəvəsi idi. 2 Nömrəli Klinikada aparılan 3 günlük müalicə nəticəsində 11.06.2015-ci ildə balaca Səkinəyə “neyrotoksikoz, kəskin pankreatit” adlı səhv diaqnoz qoyulmuş və yanlış müalicə yazılaraq evə buraxılmışdır. Lakin azyaşlı uşağın hərarəti aşağı düşmədiyi üçün onu 16 iyun 2015-ci ildə yenə həmin 2 Nömrəli Klinikaya aparmışlar. 20 iyun 2015-ci ilə qədər (5 gün) orada müayinə edilmiş və eyni səhv diaqnoz qoyulmuşdur. Balaca Səkinənin hərarəti düşmədiyi üçün onu 29 iyun 2015-ci il tarixində Mərkəzi Klinikaya aparmışlar. Bu Klinikada həkim Abdullayeva Sevinc tərəfindən müxtəlif müayinələr aparılmış, qan analizi alınmış və nəticədə xəstəyə yenə səhvən “FMF (İrsi Aralıq dənizi qızdırması)” diaqnozu qoyularaq yanlış müalicə edilmişdir. Müalicənin nəticəsində “xəstədə son 2-3 ayda dövri olaraq təkrarlanan qarın ağrısı, hərarətin yüksəlməsi, son zamanlarda isə bunlara əlavə olaraq qusma və iştahsızlıq meydana gəlmişdir”. Uşağın vəziyyətinin pisləşdiyini görən iddiaçılar Bakı şəhərindəki “Güvən Klinikasına” müraciət etmişlər. Müayinə həyata keçirən həkim hər iki xəstəxanada düzgün diaqnoz qoyulmadığını və düzgün olmayan müalicə metodlarının seçildiyini bildirmişdir. Nəticədə “dərman preparatları xəstəliyi daha da sürətləndirib” dedi. Həkim balaca Səkinədə onkolojik əlamətlər müşahidə olunduğunu və FMF diaqnozunun Azərbaycan Klinikalarında qoyulmasının mümkün olmadığını da bildirdi. Bundan sonra iddiaçılar müalicə üçün balaca Səkinəni İranın paytaxtı olan Tehran şəhərinə apardılar. Tehranda balaca Səkinədən qan götürülərək Almaniyaya göndərilib. Nəticədə balaca Səkinəyə 2 nömrəli X2 qoyduğu “neyrotoksikoz, kəskin pankreatit” və Mərkəzi Klinikanın qoyduğu FMF diaqnozlarının tamamilə yanlış olduğu təsbit olunmuşdur. Bütün bunlardan sonra balaca Səkinəni müalicə üçün Moskva şəhərinə aparmışlar. Balaca Səkinə 24.07.2015 - 04.08.2015-ci il tarixləri arasında Moskva səhərində Morozovski adına xəstəxanada müalicə almış və orada xəstəyə onkolijik xəstəlik olan “neyroblastoma” diaqnozu qoyulmuş və xəstənin üzərində biopsiya müayinəsi aparılmışdır. Morozovski adına xəstəxanada iddiaçılara bildirmişlər ki, 2 nömrəli X2 qoyduğu “neyrotoksikoz, kəskin pankreatit” və Mərkəzi Klinikanın qoyduğu FMF diaqnozları və aparılan müalicələr tamamilə yanlışdır. Hətta onların apardıqları yanlış müalicələr “neyroblastomaya” əks təsir göstərərək şişin böyüməsinə, dərəcəsinin artmasına, müalicə edilə bilməyən hal almasına, bu da öz növbəsində balaca Səkinənin vəziyyətinin kəskin ağırlaşmasına səbəb olmuşdur. Həmin Xəstəxanada həm də tövsiyə olunmuşdur ki, xəstə Bakıya qayıtdıqdan sonra Milli Onkologiya Mərkəzində müalicəsi davam etdirilsin. Həqiqətən məlum olur ki, 2 nömrəli X3 qoyduğu “neyrotoksikoz, kəskin pankreatit” və Mərkəzi Klinikanın qoyduğu FMF diaqnozları və aparılan müalicələr tamamilə yanlışdır. Hətta onların apardıqları vitamanio terapiya və Mərkəzi Klinikada həmdə aparılan Kolisium (Colchicum-Dispert) dərmanı müalicəsi tamamilə yanlış idi. Belə ki, Kolisium (Colchicum-Dispert) dərmanının xususi göstərişində göstərildiyi kimi bu dərman hemotoloji və klinik nəzarət altında verilməli və qan dərəcələri aşağı düşəndə istifadəsi dərhal dayandırılmalıdır. X7 həkimi Sevinc Abdullayeva belə etməmiş və Kolisium dərmanı yazaraq xəstəni ambulatora yollamış və qan dərəcələri aşağı düşməsinə baxmayaraq istifadəni dayandırmamış, əksinə uşaq dozunu bir neçə dəfə artırmış və körpə ayaq iflici olmuşdur. Kolisium dərmanın xüsusi göstərişində deyilir ki, bu dərmanın qara ciyərində problem olan xəstəyə verilməsi qəti qadağandır. Epikrizlərdən və xəstəlik tarixçəsindən görünür ki, xəstənin qara ciyəri, öd kisəsi, dalağı 1,5 sm böyümüşdür. Buna baxmayaraq həkim Kolisium dərmanının istifadəsinə davam etmişdir. Bütün bunlar diaqnoz və müalicənin tamamilə yanlış olduğunu təsdiqləyir. Xəstə 7 avqust 2015-ci il tarixindən Milli Onkologiya Mərkəzində müalicə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq balaca Novruzova Səkinə 11 avqust 2015-ci ildə vəfat etmişdir. 2 nömrəli X2 qoyduğu “neyrotoksikoz, kəskin pankreatit” və Mərkəzi Klinikanın və Sevinc Abdullayevanın qoyduğu FMF səhv diaqnozları və müalicələri səbəbi ilə balaca Səkinəni itirdikləri üçün iddiaçılar onlara qarşı Nəsimi Rayon Məhkəməsində maddi və mənəvi zərərin ödənilməsinə dair mülki iddia qaldırmışlar. Həmin məhkəmə işində Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elimi-Təcrübi və Tədris Birliyindən ekspertiza rəyi tələb etmişdir. Ekspertlərin qarşısında məhkəmə əsasən bu sualları qoymuşdur: “cavabdehlər 2 nömrəli X2, onun həkimi Samirə Orucovanın və Mərkəzi Klinikanın və X9nın qoyduqları diaqnozlar və apardıqları müalicələr düzgün olubmu?”. Lakin ilkin ekspertiza üçün tələb edilən sənədlər Mərkəzi Klinika tərəfindən vaxtında təqdim edilmədiyi üçün təkrar ekspertiza keçirilmişdir. Təkrar ekspertiza vaxtı ekspertlər Z.B.Rüstəmov, N.C.Quliyev və AA.Kərimli 31.03.2016-cı il tarixli Ekspert Rəyini məhkəməyə təqdim etmişdir. Lakin bütün faktlara baxmayaraq həmin Rəydə ekspertlər yalan yerə balaca Səkinənin ölümündə cavabdehlərin və həkimlərin təqsirli olmadığını qəbul etmişdir. Buna baxmayaraq Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul edərək cavabdehlər 2 nömrəli X2 və Mərkəzi Klinikanın balaca Səkinənin ölümündə təqsirli olduğunu qəbul etmiş və onlardan iddiaçıların xeyrinə hər birisindən 1.000 manat (500 manat mənəvi zərər, 500 manat maddi zərər) olmaqla 2.000 manat tutulmasını qət etmişdir. Bu qətnamədən iddiaçıların verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən qismən təmin edilmiş və onlardan iddiaçıların xeyrinə hər birisindən 3.000 manat (2.000 manat mənəvi zərər, 1.000 manat maddi zərər) olmaqla 6.000 manat tutulmasını qət etmişdir. Bu qətnamə Ali Məhkəmə tərəfindən qüvvəsində saxlanılmışdır. 31.03.2016-cı il tarixli Ekspert Rəyi hüquq mühafizə orqanlarını qane etmədiyi üçün Prokurorluq da iki dəfə ekspertiza keçirilməsini tələb etmişdir. Birinci ekspertiza ekspertlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən, ikinci ekspertiza ekspert Cavabdeh2 tərəfindən aparılmışdır. Onların verdikləri ekspert rəyləri də ilk ekspert rəyini təsdiqləyərək yalandan xəstəxana və həkimlərin heç bir təqsiri olmadığını bildirmişlər. Hətta Cavabdeh2 verdiyi son rəyin tamamilə yanlış olduğunu Səhiyyə Nazirliyindən onlara göndərilən 15.12.2017-ci il tarixli məktub da təsdiqləyir. Həmin məktubda qeyd edilir ki, FMF-X8 Azərbaycanda nadir hallarda rast gəldiyi üçün genetik müayinə aparılmır. Bundan başqa AZTV-dəki “Sağlam Olaq” verilişində birbaşa efirdə Mərkəzi Klinikanın uşaq şöbəsinin müdiri Sevda xanım da bildirmişdir ki, ölkəmizdə təəssüflər olsun ki, FMF-X8 diaqnozunun qoyula bilməsi üçün laborator şərait yoxdur, biz qan kütlələrini Almaniya və Türkiyəyə göndəririk və 20-25 günə onlardan cavab ala bilərik. X9 isə bu diaqnozu 2 saat ərzində qoymuş, ekspert Cavabdeh2 də həkimin haqlı olduğunu öz rəyində yazmışdır. Bundan başqa 11 sentyabr 2017-ci ildə AR Baş Prokuroru Zakir Qaralovun təşəbbüsü ilə yaradılmış xüsusi Komissiyanın iclasında Ədalət Həsənov qeyd etmişdir ki, “biz sonradan bildik ki, uşağa qoyulan diaqnozlar düzgün olmayıb”. Hüquq mühafizə orqanları Tədris Birliyindən dördüncü ekspertiza rəyini tələb etmiş və Birliyin 07.05.2019-cu il tarixli 702 saylı cavab məktubunda bildirilmişdir ki, “ekspertlər qarşısında qoyulan bütün suallara tam, hərtərəfli və elmi əsaslı cavablar verildiyindən qərar icra olunmadan geri qaytarılır”. Ekspertlər və onların tabe olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 Təcrübi və Tədris Birliyi yalandan rəy verərək qanunverciliyin imperativ normalarını pozmuş, bununla da iddiaçılara qarşı mülki hüquq pozuntusu törətmişdir. Həmin mülki hüquq pozuntusu nəticəsində isə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Ona görə də cavabdehlərin mülki məsuliyyətə cəlb olunması ölkənin gələcək inkişafı üçün çox əhəmiyyətlidir və ədalət də bunu tələb edir. Bunu aşağıdakı faktlar da sübut edir. İş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizası qarşısında Məhkəmə belə bir sual qoymuşdur: 2 nömrəli X2 həkimi Samirə Orucovanın qoyduğu “neyrotoksikoz, kəskin pankreatit” diaqnozu düzgündürmü? Məhkəmə Tibbi Ekspertizasının Rəyində deyilir ki, “2 nömrəli X2 qoyduğu “neyrotoksikoz, keskin pankreatit” həmin vaxt üçün düzgün hesab etmək olar”. Ekspertlər bu sual ilə bağlı bilə-bilə yalan rəy veriblər. Belə ki, bu işlə bağlı qəbul edilmiş və AR Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2017 saylı, 01 fevral 2017-ci il tarixli qətnaməsində də deyildiyi kimi “Ekspert öz rəyində “diaqnoz düzgündür” demir, “həmin vaxt üçün diaqnozu düzgün hesab etmək olar” deyir”. Bu da ekspertin məhkəmənin onun qarşısında qoyduğu suala qəsdən cavab verməkdən yayındığını göstərir. Yəni ekspert yalan yerə deyir ki, “qoyulmuş diqnoz düzgündür”. Apellyasiya Məhkəməsinin qətnaməsində deyildiyi kimi, ekspert rəy verərkən diaqnozun düzgün olmadığını bilirdi, çünki uşaq “neyroblastoma” xəstəliyindən vəfat etmişdir. Ona görə də ekspert məhkəmənin onun qarşısında qoyduğu “diaqnoz düzgün təyin edilib” suala cavab verməkdən yayınmaq üçün qəsdən bilə-bilə yalan rəy verərək “həmin vaxt üçün diaqnozu düzgün hesab etmək olar” məzmunlu cavab vermişdir. Diaqnozun düzgün olub-olmadığı vaxta görə deyil, xəstəyə və xəstəliyə görə müəyyən olunur. Əgər diaqnoz xəstəliyi düzgün əks etdirirsə düzgün diaqnoz, düzgün əks etdirmirsə isə səhv diaqnozdur. Buradan məlum olduğu kimi, 2 nömrəli X2 qoyduğu “neyrotoksikoz, kəskin pankreatit” diaqnozunun düzgün olub-olmadığına rəy verən Ekspertlər Z.B.Rüstəmov, N.C.Quliyev, AA.Kərimli, Cavabdeh2, Cavabdeh3, E.İ.Hüseynova və Cavabdeh5 və Birlik bilə-bilə yalan rəy veriblər. Bu da onların məsuliyyətini meydana gətirir. İş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizası qarşısında Məhkəmə belə bir sual da qoymuşdur: “Mərkəzi Klinikanın həkimi Sevinc Abdullayevanın xəstəyə qoyduğu “FMF (İrsi Aralıq dənizi qızdırması)” dioqnozu və aparılan müalicə düzgündürmü?” Ekspertlər bu sual da bilə-bilə yalan rəy veriblər. Belə ki, ekspertlər rəydə bu suala cavab olaraq diaqnozun düzgün olub olmadığı haqqında heç bir məlumat vermirlər. Amma rəydə deyirlər ki, “aparılan müalicəni həmin vaxt qoyulan diaqnoza ümumən uyğun hesab etmək olar”. Buradan məlum olduğu ekspert diaqnozun düzgün olubolmadığına cavab verməmiş, lakin aparılan müalicənin düzgün olduğunu bildirmişdir. Onda belə çıxır ki, ekspertlər deyirlər ki, “Mərkəzi Klinikanın və həkimin xəstəyə qoyduğu “FMF (İrsi Aralıq dənizi qızdırması)” diaqnozu doğrudur. Lakin bu danılmaz faktdır ki, bu sahədə çalışan bütün mütəxəsislər deyirlər ki, “FMF (İrsi Aralıq dənizi qızdırması)” dioqnozunu Azərbaycanda qoymaq mümkün deyildir. Demək ki, ekspertlər bilə-bilə yalan rəy vermişdir. Hətta bu işlə bağlı qəbul edilmiş və AR Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2017 saylı, 01 fevral 2017-ci il tarixli qətnaməsində də deyilir ki, “X4 və həkimin apardığı müalicəni düzgün müalicə kimi təqdim etməkdən əvvəlcə diaqnozun düzgün olub-olmadığı barədə suala cavab verməkdən qəsdən yayınmışdır, daha sonra müalicə tədbirlərinə münasibətdə “diaqnoza ümumən uyğun hesab etmək olar” məzmunda cavab vermişdir”. Bu durum X1 və X9nı qorumaq məqsədi ilə yalan rəy verdiyini sübut edir. Ona görə də həmin ekspertlərin məsuliyyətə cəlb olunması Qanunvericiliyin tələbidir. Ekspertlər bilə-bilə yalan rəy verərək Azərbaycan Respublikası qanunvericiliyini pozublar, yəni mülki hüquq pozuntusu törətmişlər. Bunun da nəticəsində iddiaçılara mənəvi sarsıntı keçirərək 50.000 manat mənəvi zərərə məruz qaldıqları kimi, həm də 5.000 manat maddi zərərə məruz qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1960/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Mustafayeva). Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Kollegiya iclasının vaxtı və yeri barədə Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə ərizə təqdim edərək, xəstəliyi ilə əlaqədar kollegiya iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, mülki işə baxılmadan iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçılar İddiaçı1 Elman qızı və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1960/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı tərəf ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalı və iddia ərizə baxılmamış saxlanılmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1960/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 391, 398-400, 405.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 Elman qızı və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 Elman qızı və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 ibürcəṪ əv̇ Tədris Birliyi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" barədə iddia ərizəsi geri qaytarılsın və iddia ərizəsi baxılmamış saxlanılmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1960/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2469/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2469/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver