Məhkəmə qərarları › İş №2(103)-247/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-247/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-247/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh və X6 qarşı “zəbt edilmiş torpaq sahəsindəki tikintinin sökülməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı “ilkin müqavilənin etibarsız hesab edilməsi, ziyanın ödənilməsi” tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2018-ci tarixli, 2(010)-169/2018 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi 20A saylı binanın qarşısında onun sahibliyində olan 50 kv.m sahədən çıxarılması, həmin sahədə aparılmış tikintinin cavabdehin hesabına sökülməsi əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdeh X8 ilə onun arasında bağlanmış ilkin müqavilənin ləğv edilməsi, cavabdeh X5 ona məxsus obyekti 6 il istifadə etdiyi dövrdə əldən çıxan faydanın hesablanıb cavabdehin ona ödədiyi 20000 (iyirmi min) manatdan çıxılaraq tərəfindən qalan hissənin geri ödənilməsi, cavabdeh X5 ona məxsus obyekti qeyri-qanuni alqı-satqı ilə digər Cavabdeh satıb, əvvəldən arxa divarı zəbt etdiyinə görə ona vurduğu 10000 (on min) manat ziyanın ödənilməsi, Cavabdeh qeyri-qanuni vasitələrlə zəbt edib ələ keçirdiyi, iddiaçıya məxsus arxa divarda eni 20 sm, uzunluğu 12,70 m məsafədə, cəmi 2,54 m2 sahədə divar yerində özünə məxsus obyekt üçün tikdirdiyi divarın sökülməsi və obyektlər arasındakı rəsmi sənədlərdə mövcüd olan məsafənin bərpa edilməsi, cavabdeh X4 qeyri-qanuni alqı-satqı ilə alıb ələ keçirdiyi, iddiaçıya məxsus 30 m2 tikili sahəsini sökərək yerində iddiaçıya məxsus təqribən 45 m2 torpaq sahəsi üzərində öz obyektinə birləşdirmək yolu ilə tikdiyi binanın sökülməsi və layihə üzrə bərpası, Cavabdeh qanunsuz əməli nəticəsində iddiaçıya vurduğu 55000 manat maddi ziyanın ödənilməsi və 10000 manat mənəvi zərərin ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi 20A saylı binanın qarşısında ticarət obyektinin tikilməsi üçün ona 2007-ci ildə 200 kv.m torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar həmin obyektə layihə hazırlanıb Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilmiş və onlar arasında torpaq sahəsinin icarəsi haqqında müqavilə bağlanmışdır. Həmin ünvanda qonşuluqda yerləşən ticarət obyektinin sahibi Cavabdeh ona məxsus olan torpaq sahəsinin təxminən 50 kv.m hissəsini zəbt edib, oradakı obyektini sökməklə öz obyektinə birləşdirmişdir. Bununla bağlı cavabdehə rəsmi məktubla müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətindən ona ayrılmış torpaq sahəsindən çıxmasını və qanunsuz tikilini öz hesabına sökməsini tələb etsə də, müsbət nəticəsi olmamışdır. Cavabdeh hazırda da həmin torpaq sahəsini zəbt etməkdə davam edir və bu qanunsuz əməlləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Digər cavabdeh X8 ilə onlar arasında 14 sentyabr 2010-cu ildə ilkin müqavilə bağlanmış və həmin müqavilə əsasında A.Məmmədova Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 20A saylı binanın qarşısında yerləşən tikilini altındakı 30 kv.m torpaq sahəsi ilə birlikdə 20000 manata satmışdır. A.Məmmədov da öz növbəsində Cavabdehlə gizli sövdələşərək ona məxsus torpaq sahəsini və üzərindəki tikilini mənimsəmişlər. Cavabdeh şərait yaratdığı üçün dəymiş ziyana görə Arzu Məmmədov da cavabdehlik daşımalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Firəngiz Hüseyn qızına qarşı müstəqil tələblə və həmin tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi, cavabdehdən 20000 manat ödədiyi əsas pulun, 20000 manat cərimənin və 30000 manat obyektin abadlaşdırılmasma çəkdiyi xərcin, cəmi 70000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələbdə qeyd edilmişdir ki, onunla cavabdeh İddiaçı arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli ilkin müqaviləyə əsasən cavabdeh ona Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi 20A saylı binanın qarşısında yerləşən özbaşına tikilini altındakı 30 kv.m torpaq sahəsi ilə birlikdə 20000 manata satmışdır. O, da öz növbəsində həmin sahəni Cavabdeh satmışdır. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq həmin torpaq sahəsini zəbt etdiyini bildirir. Halbuki, Cavabdeh istifadəsində olan mübahisəli torpaq sahəsi İddiaçı heç bir hüquqi ixtiyarı olmadığı halda ona satdığı 30 kv.m torpaq sahəsidir. Cavabdeh müraciətindən sonra ona aydın olmuşdur ki, əslində İddiaçı heç bir torpaq sahəsi ayrılmamış, belə olduğu halda isə İddiaçı dövləyə məxsus torpaq sahəsini ona sataraq 20000 manat pulunu ələ keçirmişdir. O, həmin torpaq sahəsini aldıqdan sonra oradakı özbaşına tikilinin abadlaşdırılmasma 30000 manatdan çox xərc çəkmişdir ki, həmin xərc də İddiaçı tutulmalıdır. Bundan əlavə, onlar arasında bağlanmış ilkin müqavilənin şərtinə əsasən əsas müqavilənin bağlanmaması üçün İddiaçı məsuliyyət daşıyacağı halda ödənilmiş məbləğin iki mislini qaytarmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(010)- 169/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı "zəbt edilmiş torpaq sahəsindəki tikilinin sökülməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair ilk iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilərək, İddiaçı ilə X8 arasında Bakı şəhəri 37 saylı notariat kontorunda 14 sentyabr 2010-cu ildə bağlanmış, reyestrdə 3M-1-77 nömrə ilə qeyd edilmiş ilkin müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı 20000 (iyirmi min) manatın alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Flüseyn qızı apellyasiya şikayəti və apellyasiya şikayətinə dəqiqləşdirmə verərək həmin qətnamənin qismən ləğv edilməsini, Cavabdeh tərəfindən qeyri-qanuni yolla ələ keçirmək surəti ilə əldə edilmiş ona məxsus sahənin alınıb geri qaytarılmasına, 30 m2 sahədəki tikilinin talan edilib dağıdılmasına, yerində özbaşına mənə məxsus layihədən kənar öz obyektinə birləşdirmək surəti ilə tikdiyi tikilinin sökülərək ona məxsus obyektin əvvəlki halında layihəyə uyğun bərpa edilməsinə görə dəymiş ziyanın ödənilməsinə, obyektlər arasında rəsmi sənədlərdə nəzərdə tutulmuş məsafənin bərpa edilməsinə, bundan irəli gələn tədbirlərin görülməsinə, X4 ilkin müqavilə çərçivəsində aldığı 20000 manatdan 14400 manat itirilmiş faydanın tutularaq çıxılması, yerdə qalan 5600 manatın Arzu Məəmmədova ödənilməsi, Arzu Məmmədovdan 30m2 sahəni alıb ələ keçirən, yerində ona məxsus olan 18m2 əlavə torpaq sahəsini də zəbt edərək öz obyektinə birləşdirmək yolu ilə 48m2 inşa edən Cavabdeh 41000 manat dəymiş maddi ziyanın və 10000 manat mənəvi, cəmi 51000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə işə baxarkən qanunla müəyyən edilmiş şəkildə ona məxsus ticarət obyektinin və torpaq sahəsinin DƏDRX- də qeydə alınmaması səbəbi ilə özbaşına tikili hesab eləmiş, Cavabdeh zəbtetməsini leqallaşdırmaq üçün xüsusi məqsəd güdmüşdür. Onun müvafiq dövlət qurumlarından icazəsinin alınması ilə tikdiyi bina özbaşına tikili sayılmışdır. Cavabdeh tərəfindən dağıdılmasına, talan edilməsinə, mənimsənilməsinə göz yumulmuşdur. Onun heç bir icazə almadan qeyri-qanuni yollarla ələ keçirməklə pretenziya qaydasında verdiyi xəbərdarlıq məktubuna baxmayaraq, apardığı özbaşına söküntü və tikinti quraşdırma işləri qanuniləşdirilməyə çalışılmışdır. İlk iddia ərizələrində göstərdiyi kimi işin tarixi və xronologiyası dəqiqliklə tədqiq edilməmişdir. Cavabdeh Səfərəliyev ona məxsus DƏDRXdə qeydiyyatdan keçmiş torpaq və tikili sahəsinin sərhədlərindən çıxaraq qanunsuz, özbaşına tikinti həyata keçirərək ona məxsus sahənin sərhədlərinə qədər gəlmiş, hələ cavabdeh X4 30m2 tikili sahəsini almamışdan 4 il əvvəl arxa divarda eni 20 sm, uzunluğu 12,70, cəmi 2,54 m2 ölçüsündə ona məxsus sahəni zəbt etmişdir. Bu səbəbdən onun qeyri- yaşayış obyektini sənədləşdirməyi süni şəkildə əngəllənmişdir. Daha sonra isə cavabdeh Məmmədov Arzu ilə gizli sövdələşərək 30 m2 tikili sahəsini və 18 m2 ona məxsus tikilidən əlavə içərisində olan torpaq sahəsini qanunsuz olaraq alıb ələ keçirmiş, üzərində ona məxsus olan tikili talan edilmiş, dağıdılaraq sökülmüş, yerində öz obyektinə birləşdirmək surəti ilə yeni obyekt tikmişdir. Fleç bir dövlət orqanından rəsmi razılaşma alınmamışdır. Şəhərsalma qayda və qanunlarını ciddi surətdə pozmuşdur. Məhkəmə onun lazımi icazələr alıb tikdiyi tikilinin dağıdılmasını, mənimsənilməsini görür, göz yumur və yerində özbaşına tikili tikilməsini qanuniləşdirməyə çalışır. Halbuki, sənədlərdə onun tikinti üçün alınmış icazələri zəbtetmədən öncəki tarixlərdə öz əksini tapmışdır və o sahiblikdən imtina etməmiş, cavabdeh Səfərəliyevin zəbtetməsi səbəbi ilə pretenziya qaydasında rəsmi məktub göndərərək xəbərdarlıq etmiş, lakin saymamazlıqla cavab verilmədiyinə görə baxılması üçün məhkəməyə müraciət eləmişdir. Cavabdeh Səfərəliyevin DƏDRX- də qeydə alınmış qeyri-yaşayış obyektinin özünündə heç ilkin sənədləşməsi, şəhərsalma qaydalarına uyğun razılaşdırılması yoxdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)- 7219/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(102)-413/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)- 4138/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2018-ci tarixli qətnaməsi İddiaçı iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilərək, İddiaçı iddiasının qismən təmin olunması, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A saylı binanın qarşısında yerləşən, İddiaçı icarəsində, istifadəsində və sahibliyində olan 48 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi qət edilmiş, qətnamə İddiaçı apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2019-cu il tarixli, 2(102)-4138/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Arzu Məmmədov apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə İddiaçı iddiasının təmin olunmaması hissəsində yoxlanılır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, mübahisəli torpağın hüquqi statusunun müəyyən edilməsi mübahisənin həlli üçün birmənalı əhəmiyyət kəsb etdiyi halda apelyasiya instansiyası məhkəməsi həmin məsələni araşdırmadan işin mahiyyəti üzrə qərar qəbul etməklə səhvə yol verilmişdir. M.Səfərliyevə çıxarış verilərkən mağazanın hansı torpaq sahəsində yerləşdiyi aydınlaşdırılmalı, əgər mağaza ona ayrılmış torpaq sahəsində yerləşməyibsə ona çıxarış verilməməlidir. Ekspert rəyi ilə M.Səfərliyevin istifadə etdiyi mağazanın sahəsinin nə qədər olması, onun istifadə etdiyi mağazanın sahəsinin çıxarışda qeyd edilən 356.7 kv.metrdən çox və ya az olması müəyyən edilməmişdir. Əgər M.Səfərliyev cəmi 356.7 kv.metrdən istifadə edirsə, onun istifadəsində olan torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsinin bağlanması hüquqi cəhətdən dəyərləndirilməlidir. Mağazanın texniki pasportu məhkəmələr tərəfindən araşdırılmamış və işə əlavə olunmamışdır. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 05 iyun 2007-ci il tarixli, 263 saylı “vətəndaş İddiaçı Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 A saylı binanın qarşısındakı torpaq sahəsində köşkün daşdan tikilməsinə və sənədləşdirilməsinə icazə verilməsi haqqında” Sərəncamına əsasən vətəndaş İddiaçı Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 A saylı binanın qarşısında situasiya planında göstərilmiş sahədə Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən köşkün daşdan tikilməsinə və sənədləşdirilməsinə icazə verilmişdir. Eyni zamanda həmin sərəncamla köçkün yerləşdiyi torpaq sahəsinə dair Hövsan bələdiyyəsi ilə icarə müqaviləsinin bağlanılması və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən çıxarışın alınması İddiaçı tapşırılmışdır. 02 fevral 2017-ci il tarixli, 1279 saylı bir tərəfdən “İcarəyəverən Bakı şəhər İcra Hakimiyyəti və digər tərəfdən “İcarəçi” İddiaçı, arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən icarəyəverən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18.01.2017-ci il tarixli, 18/03-8/123 saylı məktuba əlavədə ölçüləri göstərilən Hövsan qəsəbəsi. E.Qasımov küçəsi, 20 A saylı binanın qarşısında yerləşən 185 kv.m torpaq sahəsini icarə əsasında 49 il müddətinə ildə 639,36 manat icarə haqqı ödəmək şərti ilə İddiaçı istifadəsinə verilmiş və həmin müqaviləyə müvafiq qurumlar tərəfindən təsdiq edilməklə torpaq sahəsinin ölçülərinə dair cizgi əlavə edilmişdir. İddiaçı Flüseyn qızı tərəfindən Hövsan qəsəbəsi E.Qasımov küçəsi 20A saylı binanın qarşısında ticarət obyektinin tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair cizgiyə əsasən sözügedən ünvanda icarə əsasında 49 (qırx doqquz) il müddətinə icarəçi İddiaçı istifadəsinə verilmiş 185 kv.m torpaq sahəsinin 1:500 miqyasda yerquruluğu planı tərtib edilmiş, yerdə sərhədləri müəyyənləşdirilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 13 mart 2018-ci il tarixli, 1/350 saylı məktubuna əsasən Bakı Şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 11.05.2007-ci il tarixli, 18/03-8/2805 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə əsasən Suraxanı rayon İcra hakimiyyəti başçısının 05.06.2007-ci it tarixli sərəncamı ilə vətəndaş İddiaçı Hövsan qəsəbəsi E.Qasımov küçəsi 20A saylı binanın qarşısında situasiya planında göstərilmiş sahədə köşkün daşdan tikilməsinə icazə verilmiş və həmin ticarət obyekti tikilib başa çatdırılmışdır. Vətəndaş İddiaçı yuxarıda qeyd olunan ünvanda qeyri-yaşayış obyektinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. 09 dekabr 2015-ci il tarixli, RX seriyalı №0785577 saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətinə əsasən ünvan 1 ünvanda ümumi sahəsi 356,7 kv.m olan qeyri-yaşayış binası Cavabdeh adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 6430 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən ünvan 2 ünvanında yaşayan “Araz" marketin yerləşdiyi obyektin sahibi Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, İddiaçı ona Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxmağı və aparılmış tikinti işlərinin öz hesabına sökülməsini Cavabdeh təklif etmişdir. 14 sentyabr 2010-cu il tarixli notarial qaydada bağlanmış ilkin müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 05.06.2007-ci il tarixli, 263 nömrəli Sərəncamına və Suraxanı rayon layihə-smeta bürosu tərəfindən çəkilmiş situasiya planına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20A saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 70 kv. metr olan tikilinin 30 kv. metrini altındakı torpaq sahəsi ilə birlikdə X6 20000 (iyirmi min) manata satmışdır. 18.11.2016-ci il tarixli aktda qeyd edilir ki, Cavabdeh X6 müavilə əsasında ona məxsus olan 30 kv.metrlik tikintini 24000 manata sonuncudan almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühəndis ekspertizasının 29 dekabr 2017-ci il tarixli, 20891 saylı rəyi ilə müəyyən olunmuşdur ki, həm iddiaçının, həm də cavabdehin qanuni istifadələrində olan torpaq sahələrinin, tikililərin yerində koordinatları müəyyən edilmişdir. Cavabdehin istifadə etdiyi mağaza və onun yerləşdiyi torpaq sahəsi onun adına verilmiş çıxarışın hüdudlarından kənarda yerləşir, eləcə də iddiaçıya icarəyə verimiş torpaq sahəsi və onun üzərində yerləşən tikili mülki iş materiallarına əlavə edilmiş sxemin hüdudları daxilində yerləşir. Cavabdehin istifadə etdiyi mağaza iddiaçının iddia etdiyi sözügedən ünvanda yerləşən torpaq sahəsinin bir hissəsinə düşür. İddiaçının iddia etdiyi sözügedən ünvanda yerləşən torpaq sahəsinin 48,0 kv.metr hissəsində mağaza tikilisinin mövcud olduğu, əraziyə baxış keçirilərkən həmin mağazanın Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunur. Apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi (mağaza) üzrə daşınmaz əmlakın Mübariz Səfərliyevin adına 09.12.2015ci il tarixdə qeydə alınmasına dair dövlət reyestrindən çıxarış və həmin qeyri yaşayış sahəsinin 09.12.2015-ci il tarixli texniki pasportu təqdim edilmiş, araşdırılaraq işə əlavə olunmuşdur. Həmin çıxarışa əsasən, Cavabdeh istifadə etdiyi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mağazanın) ümumi sahəsi 356.7 kv.m təşkil edir. Həmin qeyri-yaşayış sahəsinin (mağazanın) ümumi torpaq sahəsi 510.8 kv.m, ümumi tikili altı sahə isə 398,6 kv.m, açıq torpaq sahəsi 112,2 kv.m təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə İddiaçı mübahisəli torpaq sahəsinə cavabdehin sahibliyinin qanunsuz olduğunu sübuta yetirsə də, onun cavabdehdən sahibliyinə qaytarılmasını tələb etmək hüququnun yaranmamasını, eləcə də torpaq sahəsinə icarə müqaviləsinə əsasən əldə etdiyi icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığı üçün onun hazırkı iddianı qaldımağa müvafiq subyektiv hüquqa malik olmamasını göstərmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsində göstərilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.2-ci maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyetrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlaka mülkiyyə hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, mülki iş materialları ilə göründüyü kimi Cavabdeh tərəfindən qanunsuz istifadə edilən mübahisəli torpaq sahəsinin bir hissəsinin İddiaçı icarəsində, istifadəsində, sahibliyində olması, eləcə də məhkəmə-mühəndis ekspertizasının 29 dekabr 2017-ci il tarixli, 20891 saylı rəyinə əsasən Cavabdeh istifadə etdiyi mağazanın torpaq sahəsinə dair onun adına verilmiş çıxarışın hüdudlarından kənarda yerləşməsi, həmçinin sözügedən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, mübahisəli tikilinin onun adına verilmiş sxemin hüdudları daxilində yerləşməsi, habelə cavabdehin istifadə etdiyi mağazanın həmin torpaq sahəsinin 48,0 kv.metr hissəsinə düşməsi mülki iş materialları ilə tam təsdiq olunur. Habelə, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (mağaza) üzrə daşınmaz əmlakın Mübariz Səfərliyevin adına 09.12.2015-ci il tarixdə qeydə alınmasına dair dövlət reyestrindən çıxarış və həmin qeyri yaşayış sahəsinin 09.12.2015-ci il tarixli texniki pasportu ilə Cavabdeh istifadə etdiyi, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 A saylı binada yerləşən qeyri-yaşayış sahəsinin (mağazanın) sahəsi və onun yerləşdiyi torpağın sahəsinin Cavabdeh adına daşınmaz əmlakın dövlət reystrində RX seriyalı, ******* saylı çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 356,7 kv.m olan sahənin hüdudlarından kənara çıxdığı müəyyən edilmişdir. Belə ki, həmin çıxarışa əsasən, qeyriyaşayış sahəsinin (mağazanın) ümumi sahəsi 356.7 kv.m təşkil etdiyi halda, həmin qeyriyaşayış sahəsinin (mağazanın) ümumi tikili altı sahə isə 398,6 kv.m, açıq torpaq sahəsi 112,2 kv.m olmaqla ümumi torpaq sahəsi 510.8 kv.m, təşkil edir. Beləliklə, torpaq sahəsindən kənara çıxma məhkəmə araşdırması zamanı təsbit edildiyi üçün Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi 20A saylı binanın qarşısında yerləşən İddiaçı istifadəsində olan 48 kv.metr torpaq sahəsindən çıxarılması, həmin sahədə aparılmış tikintinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi hissələrində İddiaçı iddiasının əsaslı və qanuni olması müəyyən edilmişdir. Belə olan halda, sözügedən 48,0 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edildiyindən, İddiaçı iddia tələbləri həmin torpaq sahəsindən Cavabdeh çıxarılması və sonuncu tərəfindən orada inşa edilmiş özbaşına tikililərin sökülməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan başqa, İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək onunla X8 arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli ilkin müqavilənin ləğvini xahiş etmişdir. Mübahisə barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin müqavilənin etibarsız sayılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi X5 iddia tələbini həmin hissədə təmin etmiş, İddiaçı iddiasını təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmişdir. Kollegiya, həmçinin İddiaçı iddia tələblərinin maddi, mənəvi ziyana və əldən çıxmış faydaya görə cavabdehdən pulun tutulması hissəsində onun apellyasiya şikayətinin dəlilillərini əsassız hesab edir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələblərini həmin hissədə təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları təmin etməmiş, İddiaçı icarəsində, istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına etinasızlıq göstərərək, hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin qismən ləğv edilməsi üçün birbaşa əsasdır. Qeyd edilən prosessual hüquq normalarının tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilərək həmin hissədə İddiaçı iddia tələbləri qismən təmin olunmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2018-ci tarixli, 2(010) - 169/2018 saylı qətnaməsi İddiaçı iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilsin. İddiaçı iddiası qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A saylı binanın qarşısında yerləşən, İddiaçı icarəsində, istifadəsində və sahibliyində olan 48 (qırx səkkiz) kv.metr torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun öz hesabına sökülsün və torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilsin. Qətnamə İddiaçı apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar