Məhkəmə qərarları › İş №2(103)-2476/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2476/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2476/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyi və “Təhsil Şurası” X5rşı iş üzrə (Açar sözlər: ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X15 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh “Təhsil Şurası” İctimai Birliyinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyi və “Təhsil Şurası” X5rşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2057/2022 nömrəli 28 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Təhsil Şurası” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən Birlik xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 144 nəfərdir. Qurumun icra orqanı idarə heyətidir. Qurumun icra orqanının tərkibi, idarə heyətinin üzvləri: X11 (sədr), X12 (sədr müavini) və X7 (katib) ibarətdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanının hazırki tərkibi, Cavabdeh1 (sədr), X22 (sədr müavini), X26, X8 (digər üzvlər) və X7 (katib) ibarətdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanı olan İdarə Heyətinin sədri Cavabdeh1, sədr müavinləri X46, X27, X36, X17r. Həmiçinin, birliyin 19 üzvü var, X2.

4. “Təhsil Şurası” İctimai X34 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdə, saat 19-00-da “Təhsil Şurası” X57 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara alınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təqdim edilmiş nömrələrdən birinə SMS və ya whatsapp vasitəsi ilə göndərilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır.

5. “Təhsil Şurası” İctimai X34 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2022-ci il tarixdə, saat 12-00-da “Təhsil Şurası” X57 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara alınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təqdim edilmiş nömrələrdən birinə SMS və ya whatsapp vasitəsi ilə göndərilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır.

6. “Təhsil Şurası” İctimai X34 1 nömrəli, xx.xx.2021-ci il tarixli iclasının protokoluna və protokoldan çıxarışa əsasən X58 Yığıncağının həmin tarixdə keçirilmiş iclasının gündəliyinə daxil edilmiş 4-cü məsələ üzrə qəbul edilmiş qərara əsasən İctimai Birliyinin 40 nəfər üzvü, o cümlədən İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə Respublika “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən xaric edilmişlər.

7. “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2022-ci il tarixli, 1 nömrəli iclas protokoluna əsasən Ümumi Yığıncağın gündəliyinə 7 məsələ, o cümlədən 1. Təhsil Şurası” X57 Heyətinin sədrinin 2021-ci ildə görülmüş işlərlə bağlı hesabatı; 2. ”Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması); 3. xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyətinin sədrinin, sədr müavininin və katibinin istefa ərizələrinə baxılması; 4. “Təhsil Şurası” İctimai X34 yeni tərkibinin açıq səsvermə yolu ilə seçilməsi (5.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə və səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir); 5. “Təhsil Şurası” X57 Heyətinin sədri, sədr müavinləri və katibinin 5 il müddətinə seçilməsi (5.10. İdarə heyətinin sədri, müavinləri və katibi X44 tərəfindən açıq səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir); 6. “Təhsil Şurası” X33-Təftiş Komissiyasının yeni tərkibinin və sədrinin açıq səsvermə yolu ilə seçilməsi (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir: Birliyin NTK-nın və onun say tərkibinin açıq səsvermə ilə müəyyənləşdirilməsi); 7. Cari məsələlər daxil edilmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2716/2021 nömrəli 24 noyabr 2021ci il tarixli qətnaməsinə əsasən iddiaçı X16 iddiası təmin edilmiş, Təhsil Şurası ictimai X34 xx.xx.2018-ci il tarixli, 1 nömrəli və xx.xx.2018-ci il tarixli, 2 nömrəli iclas protokolları etibarsız hesab edilmiş və həmin iclasların nəticələri ləğv edilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 nömrəli 13 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər X28, “Təhsil Şurası” İctimai Birliyinə, X47 və Axundova Sevda Hidayət qızına qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “protokolun və yekun qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-677/2020 nömrəli 22 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 nömrəli, 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2019-cu il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4454/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehlər “Təhsil Şurası” İctimai Birliyinin, X23, X39 və Axundova Sevda Hidayət qızının kassasiya şikayəti təmin edilməmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilmiş, “Təsil Şurası” X43 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1028/2022 nömrəli 25 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “Təhsil Şurası” İctimai X34 sədri Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar cavadehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi belə əsaslandırılmışdır ki, İctimai Birlik 20 il öncə, yəni xx.xx.2001-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Birliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasında Təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, pedaqoji və elmi pedaqoji kadr hazırlığının, ixtisasartırma və yenidən hazırlanmanın, pedaqoqika və psixologiya elmlərinin milli və ümumbəşəri dəyərlər, qabaqcıl dünya elmi-nəzəri fikir və təcrübi nailiyyətləri nəzərə alaraq demokratik və humanist prinsiplərlə inkişafına nail olmaqdır. Birliyin Nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X45 sədri, X6 Heyətinin sədr müavini və X4 Heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birliyin 144 üzvü olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə Birliyin növbəti Ümumi Yığıncağı keçirilmiş və həmin Yığıncağın nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. Birliyin üzvü Samir Mehdizadə xx.xx.2019-cu il tarixli Ümumi Yığıncağın protokolunu və onun əsasında qəbul edilmiş qərarları mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 677/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında qeyd olunan protokol və onun əsasında qəbul edilmiş qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Daha sonra Cavabdeh1 X53çiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox ictimai Birliyin üzvü olmayan şəxsin iştirakı ilə iclas keçirdərək, xx.xx.2021-ci il tarixində ümumi yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. Daha sonra, xx.xx.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Cavabdeh1 sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. X43 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə tərəflərindən iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaları təmin edilmiş və X43 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarları etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarından qarşı tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 İctimai Birliyin xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın etibarsız hesab edilməsi barədə məhkəmə qərarından sonra, apellyasiya məhkəməsi tərəfindən qərarın qəbul edilməsinə 9 gün qalmış yenidən saxta Ümumi Yığıncaq keçirmiş və həmin yığıncaqda saxta qərarlar qəbul etmişdir. Hesab edirlər ki, X43 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilməli və iclasın nəticələri ləğv edilməlidir. Belə ki, İddiaçı1 2012-ci ildən İctimai Birliyinin üzvüdür, lakin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə adlı siyahı göndərilmiş və həmin siyahıda onun adı qeyd edilməmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda qəbul edilmiş qərarda və həmin qərara əlavə edilmiş adlı siyahıda Birliyin üzvü kimi adı qeyd edilmişdir. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 4.11-ci bəndinə əsasən Birliyin üzvünə aşağıdakı hallarda xitam verilir: Könüllü olaraq Birliyin üzvlüyündən çıxanda, Birliyin üzvlüyündən çıxarıldıqda və 4.12-ci bəndinə əsasən Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda. 4.14-cü bəndinə əsasən Birliyin üzvlüyündən xaric edilmə barədə qərar üzvlüyə qəbulu həyata keçirən orqanlar tərəfindən qəbul edilir. Onun üzvlükdən çıxması ilə bağlı hər hansı ərizə mövcud deyil, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Başqa sözlə, onun İctimai Birliyin üzvlüyündən çıxarılması tam əsassız və qanunsuzdur. Bundan əlavə heç bir məlumat və səbəb bildirilmədən 116 nəfər Birliyin üzvlüyündən xaric edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncağın tarixi, yeri və vaxtı barədə heç kəsə məlumat verilməmişdir. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.3-cü bəndinə əsasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaq kimi tərəfindən çağırılması barədə də heç kəsin məlumatı olmamışdır. Yeganə təsisçi İddiaçı2 X44 barədə ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.2-ci bəndinə əsasən X48 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

15. Daha sonra İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, eyni zamanda X40 Heyətini də cavabdeh qismində işə cəlb edərək, göstərmişdir ki, İctimai X34 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə o, Birliyin Nizamnaməsinin 4.9cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə İctimai Birliyinin üzvlüyündən azad edilmişdir. Onun üzvlükdən azad olunmasına dair qəbul edilmiş qərar onun ümumilikdə İctimai X25 protokolunu və qəbul edilmiş qərarları mübahisələndirməsini məhdudlaşdırır. Bu səbəbdən iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Qəbul edilmiş qərar barədə onun ümumiyyətlə xəbəri olmamış və həmin qərar İctimai Birliyi tərəfindən ona göndərilməmişdir. Məlumatı olmamasını əks etdirən əsas məqam ondan ibarətdir ki, tərəfindən X43 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin məhkəmə prosesində iştirak edən Cavabdeh1 bir dəfə olsun bu barədə məhkəməyə məlumat verməmiş və ya təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, ümumiyyətlə həmin İdarə Heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin İdarə Heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. Bundan başqa, İctimai Birliyin üzvü Nizamnamənin 4.12-ci bəndinə əsasən üzvlükdən azad oluna bilər. Həmin əsaslar Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə və mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırmaqdan ibarətdir. Lakin onun tərəfindən belə hallara yol verilməmiş, əksinə o, Birliyin işlərində fəal iştirak etməyə çalışmış, buna sübut olaraq isə qanunsuz keçirilmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirilməsini göstərmək olar. Göstərilənlərə əsasən, İctimai X25 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi və İctimai X45 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə onun Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə İctimai Birliyin üzvlüyündən azad edilməsi barədə qərarın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-2057/2022 nömrəli 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilmiş, “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi, “Təhsil Şurası” İctimai X34 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsi qət olunmuşdur.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə İctimai X44 keçirilmiş və həmin yığıncaqda bir sıra qərarlar qəbul edilmişdir. Lakin Birliyin xx.xx.2022-ci il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtı barədə birliyin üzvlərinə məlumat verilməmiş, Birliyin yeganə təsisçisi olan İddiaçı2 isə Ümumi Yığıncaq barədə ümumiyyətlə məlumatı olmamışdır. Yuxarıda qeyd olunan hallarla bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

18. Məhkəmə hesab etmişdir ki, iddia tələbi İctimai X25 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, İctimai X45 1 nömrəli, xx.xx.2021-ci il tarixli iclas protokolu ilə İctimai Birliyinin 40 nəfər üzvünün, o cümlədən də İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə İctimai Birliyin üzvlüyündən xaric edilmələri qərara alınmışdır. Lakin həmin qərar barədə İddiaçı1 məlumatı olmamış və qərar İctimai Birlik tərəfindən ona göndərilməmişdir. Eyni zamanda, İddiaçı1 tərəfindən İctimai X25 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin iddiaya baxılan zaman məhkəmə prosesində iştirak edən Cavabdeh1 iddiaçının üzvlükdən azad olunduğu barədə məhkəməyə məlumat verməmiş və həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin, ümumiyyətlə həmin İdarə heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin idarə heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. İddiaçı1 Birliyin işlərində fəal iştirak etməyə çalışmış, qanunsuz keçirilmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, İctimai X45 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsinə dair iddia tələbi də əsaslıdır və təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən “Təhsil Şurası” İctimai Birliyi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində göstərilən faktlar əsassızdır. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, qanunsuz sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə İctimai Birliyi ələ keçirməyə cəhd etmişlər. Lakin tərəflərindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin qanunsuz iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Aşağıdakı faktlara əsasən, iddia tələbi təmin edilməməli idi. Belə ki, ərizədə istinad edilən apellyasiya instansiya məhkəməsinin 2(103)1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi onlara hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamədən kassasiya şikayəti verə bilməmişlər və həmin qətnamə qanuni qüvvəsini almadığına görə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X25 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl – xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir. Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir. Birliyin digər üzvü – İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir. xx.xx.2022-ci tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərinin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X45 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı1 İctimai X45 xx.xx.2021-ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilib. Bu səbəbdən İddiaçı1 prosesdə iddiaçı qismində iştirak etməyə subyektiv hüququ yoxdur. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyi nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli X62 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən, “Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur”. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi) Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İctimai Birlik xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və birliyin müxtəlif dövrlərdə, o cümlədən xx.xx.2013-cü il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş Ümumi Yığıncağında qəbul edilmiş qərarlara əsasən X59 formalaşdırılmış (üzvləri seçilmişdir). Lakin sonradan xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş iclasların nəticələri məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə həmin iclasların protokolları və onların əsasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edilmiş və iclasların nəticələri ləğv edilmişdir. X25 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, “ZOOM” platforması vəsitəsi ilə keçirilmişdir. Tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarlara əsasən Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri Cavabdeh1, İdarə Heyətinin sədr müavini X29, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X46, X27, X36 və X30 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişlər.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X25 xx.xx.2022-ci il tarixli iclasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X25 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir). Lakin X25 xx.xx.2021-ci il tarixli protokolu, onun əsasında qəbul edilmiş yekun qərarlar iddiaçılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməklə, həmin iclasın nəticələri ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh İctimai X45 sədri Cavabdeh1 apellyasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 2(103)- 1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır. Bu qətnamələrin qanuni qüvvəsini almaması barədə dəlillərlə bağlı qeyd olunmuşdur ki, hazırkı iddia Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 05 sentyabr 2022-ci il tarixdə verilmiş və qeyd edilən məhkəmə qətnamələri iş materiallarına əlavə edilməklə, iddiada bu aktlara istinad edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçılarla yanaşı, həmçinin Cavabdeh1 də iştirak etmiş və iddia barədə məlumatlı olmuşdur. Eyni zamanda, iş materialları da onun üçün əlçatımlı olmuşdur. Hazırda da həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılır. Məhkəmə kollegiyası həm bu, həm də digər halları nəzərə alıb, bu qətnamələrin qanuni qüvvəyə minməməsi barədə dəlilləri əsassız hesab etmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X25 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edildiyindən, iclasın nəticələri isə ləğv olunduğundan, həmin iclasda seçilmiş İdarə Heyəti fəaliyyət göstərə, o cümlədən Ümumi Yığıncaq çağıra bilməzdi. Hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli iclas nəinki buna hər hansı səlahiyyəti olmayan, ümumiyyətlə mövcud olmayan İdarə Heyəti tərəfindən çağırılmışdır. Bu səbəbdən X58 Yığıncağın çağırılması, o cümlədən bu barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilməsi ilə bağlı hərəkətləri birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun hesab edilə bilməz. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və həmin iclasın nəticələrinin ləğv edilməsini şərtləndirir. Apellyasiya instansiya məhkəməsinin X25 xx.xx.2022-ci il tarixli iclasının nəticələrinin ləğv edilməsinə dair qətnaməsinin xx.xx.2022-ci il tarixdə, yəni iclas keçirildikdən 9 gün sonra qəbul edilməsi isə bu iclası və iclasda qəbul edilmiş qərarları etibarlı hala gətirmiş olmur. Hər bir halda, qeyd edilən məhkəmə aktları həmin İdarə Heyətinin seçildiyi, yəni xx.xx.2021-ci il tarixdən hər hansı, xüsusilə də Ümumi Yığıncağın iclasını çağırmaq və yeni İdarə Heyəti formalaşdırmaq səlahiyyətlərinə malik olmadığını müəyyən etmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin bu barədə də dəlillərinin əsassız olduğunu təsdiq edir.

27. Məhkəmə kollegiyası bildirmişdir ki, mübahisə barədə tam məlumatlı olan və apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda iştirak edən X45 sədri Cavabdeh1 xx.xx.2022-ci il tarixli Ümumi Yığıncaq və orada qəbul edilmiş qərarlar, o cümlədən İdarə Heyətinin yenidən formalaşdırılması və onun sədr seçilməsi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. X45 xx.xx.2021-ci il tarixli iclasına münasibətdə də yuxarıda göstərilən mövqedən çıxış etmiş və 4 nömrəli qərarının nəinki İddiaçı1 aid hissədə, ümumiyyətlə bütövlükdə ləğv edilməli olması qənaətinə gəlmişdir. Lakin iddia tələbinə uyğun olaraq yalnız ona aid hissədə hüquqi qiymət vermiş və birinci instansiya məhkəməsinin bu hissədə də nəticəsi ilə razılaşmışdır.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, idarə heyəti həmin iclası çağırmağa səlahiyyətli olsa belə, bu iclasın 4 nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilməlidir. Belə ki, Birliyin nizamnaməsində üzvlükdən çıxarılması qaydası və proseduru təsbit edilmiş və bu məsələyə X45 iclasında baxılması müəyyən edilmişdir. Prosedura uyğun olaraq Birliyin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxslər (üzvlər) bu məsələnin müzakirəyə çıxarıldığı İdarə Heyətinin iclası barədə məlumatlandırılmalı, bu şəxsin arzusundan asılı olaraq məsələ ilə bağlı onun öz fikirlərinin İdarə Heyətinin iclasında bildirmək hüququ təmin edilməlidir. Bundan əlavə üzvlükdən çıxarılması üçün əsas olan halları təsdiq edən zəruri sənədlər təqdim edilməlidir. Nəticədə qəbul edilmiş qərar üzvlüyünə xitam verilmiş şəxsə təqdim olunur və bu şəxsin qərardan narazı qaldığı halda məhkəməyə şikayət etmək hüququ vardır. Lakin buna baxmayaraq, iddiaçının üzvlükdən çıxarılması prosedura riayət edilməmiş və məhkəmənin qənaətinə görə iddiaçının üzvlüyünə hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan, həqiqətdə X45 sədri ilə yaranmış şəxsi prinsipial münasibətin nəticəsi olaraq xitam verilmişdir. Belə ki, tərəflər arasında münasibətlər gərgindir. Hazırkı mübahisə onların arasında yaranmış yeganə məhkəmə mübahisə deyil. Digər tərəfdən xx.xx.2021-ci il tarixli protokol üzrə qəbul edilmiş 4-cü qərarda iddiaçının birliyin nizamnaməsinin 4.9-cu bəndinin tələblərini (birliyin tədbirlərində iştirak etmək, birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduğu göstərilir. Lakin iddiaçının hər hansı iclasa dəvət edilməsini, onun birliyin işində iştirak etməkdən boyun qaçırmasını təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut, o cümlədən birliyə və ya iclasa dəvət məktubunu təqdim edə bilmir. Yalnız iddiaçının xx.xx.2021-ci il tarixli iclasa dəvət edilməsi barədə (iclasa 8 gün qalmış) bildiriş təqdim edilir ki, bu da onun üzvlüyünə xitam verilməsi üçün əsas ola bilməz. Əksinə iddiaçıların X25 qərarlarını məhkəmə qaydasında mübahisələndirməsi də onların Birliyin fəaliyyəti ilə maraqlanması və onun fəaliyyətində iştirak etmək niyyətində olması kimi qiymətləndirilməlidir. 33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bu qənaət iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə dəlillərini də əsassız edir.

29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 11.5, 17.1-ci, Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 10.2, 13.1, 25.2, 25.3, 25.6, 25.7, 26.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etmişdir.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-213/2024 nömrəli 29 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Z.Babayev (məruzəçi), A.Hüseynov və Ə.Nurməmmədov) cavabdeh “Təhsil Şurası” X40 Heyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi” hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

31. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini, İctimai X45 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv etməsinə münasibətdə dəyişdirmədən saxlayarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etsə də, İctimai X25 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarları etibarsız hesab etməsi və iclasın nəticələrini ləğv etməsinə münasibətdə dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.

32. X25 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların iddiaçılar tərəfindən mübahisələndirilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli qətnaməsi 29 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən qətnamə qanuni qüvvəyə minməmiş, həmin qətnamə yalnız apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanıldıqdan sonra, sonuncu tarixdə qanuni qüvvəyə minmiş, bununla da birliyin icra orqanı olan İdarə Heyətinin - X35 çağırılması barədə qərar qəbul etdiyi xx.xx.2021-ci il tarixdə, habelə iclasın keşirildiyi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi X25 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş yekun qərarların məhkəmə qaydasında etibarsız hesab edilməsi, iclasın nəticələrinin isə ləğv olunması, habelə həmin iclasda seçilmiş İdarə Heyətinin fəaliyyət göstərə, o cümlədən Ümumi Yığıncaq çağıra bilməməsi barədə qanunsuz nəticəyə gəlmişdir.

33. Bundan başqa işə baxan apellyasiya instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli X54 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmasının Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun olub-olmamasını araşdıraraq düzgün hüquqi qiymət verməmişdir. c) Proses iştirakçılarının izahatı

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Təhsil Şurası” İctimai Birliyinin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

35. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

36. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

39. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunu.

40. Maddə 10.2. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.

41. Maddə 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.

42. Maddə 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.

43. Maddə 25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

44. Maddə 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

45. Maddə 25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.

46. Maddə 26.1. Birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Hazırki apellyasiya baxışının predmetini “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində qətnamənin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

55. “Təhsil Şurası” İctimai Birliyi (bundan sonra Birlik) xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və birliyin müxtəlif dövrlərdə, o cümlədən xx.xx.2013-cü il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş Ümumi Yığıncağında qəbul edilmiş qərarlara əsasən X59 formalaşdırılmışdır (üzvləri seçilmişdir).

56. X25 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, ZOOM platforması vəsitəsi ilə keçirilmişdir. Tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarlara əsasən Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri X20, İdarə Heyətinin sədr müavini X29, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X46, X27, X36 və X30 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişdilər.

57. X25 xx.xx.2022-ci il tarixli iclasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X25 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir).

58. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən «Təhsil Şurası» X43 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə tələb irəli sürülmüş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 2268/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, «Təhsil Şurası» X43 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1028/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

59. Göründüyü kimi birliyin icra orqanı olan İdarə Heyətinin - X25 çağırılması barədə qərar qəbul etdiyi xx.xx.2021-ci il tarixdə, habelə iclasın keçirildiyi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir.

60. Odur ki, hazırki iddia tələbi üzrə nəticəyə gələrkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsinə istinad edilməsi əsaslı deyildir.

61. Bununla belə “Təhsil Şurası” X10 5.2-ci bəndinə əsasən X48 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

62. Birliyin Nizamnaməsinin 5.3-cü bəndinə əasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

63. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Birliyinin xx.xx.2022-ci il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtı barədə birliyin üzvlərinə məlumat verilməmişdir, cavabdeh “Təhsil Şurası” İctimai Birliyi nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı iclasın çağırılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

64. Belə olan halda aydın olur ki, həmin iclas formal təşkil edilmiş, birliyin üzvlərinə məlumat verilməmişdir, ona görə hazırki iddia tələbi haqlı olmuşdur. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, iddia tələbi “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2022ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2022 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan - “Təhsil Şurası” X43 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar