Məhkəmə qərarları › İş №2(103)-2482/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2482/2024

19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2482/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-464/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-12648 nömrəli və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-20438 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-464/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verərək, qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələb irəli sürməklə, məhkəməyə müraciət etmişdir. Belə ki, iddia tələblərindən ilki Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-12648 nömrəli icra qeydinin, digəri isə Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-20438 nömrəli icra qeydinin qanuniliyinin mübahisələndirilməsindən ibarətdir. Lakin məhkəmə diqqətdən qaçırmışdır ki, hər iki icra qeydi üzrə istər 25 oktyabr 2022-ci il, istərsə də 27 oktyabr 2022-ci il tarixli icra qeydi üzrə tərəflər və ipoteka predmeti eynidir. Hər iki icra qeydi üzrə tərəflər İddiaçı, Kəpəz BOKT MMC olmuş və ipoteka qoyulmuş əmlak Bakı şəhəri Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 601 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildir. Həmin icra qeydləri üzrə də bu mənzilə tutma yönəldilməsi qeyd olunmuşdur. Belə olduğu təqdirdə icra qeydlərinin bir-biri ilə əlaqəsi olmadığını bildirirək, hər icra qeydi üzrə ayrıayrı iddia qaldırmaq lüzumsuz vaxt itkisi olmaqla birlikdə, bir-biri ilə əlaqəli tələblərin ayrı icraatda baxılması çıxarılacaq yekun məhkəmə aktlarının qanuniliyi və icrasını şübhə altına salar və s. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-464/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-464/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ciiltarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır.. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işin halları ilə müəyyən edildiyi kimi, iddiaçı bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan, ayrı-ayrı müqavilələrdən irəli gələn tələb irəli sürməklə, məhkəməyə müraciət etmişdir. Belə ki, iddia tələblərindən ilki Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-12648 nömrəli icra qeydinin, digəri isə Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-20438 nömrəli icra qeydinin qanuniliyinin mübahisələndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-464/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-464/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar