Məhkəmə qərarları › İş №2(103)-2483/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2483/2021

18.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2483/2021 18.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Vahid Nəriman oğlu Sadıqovdan və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı X4 və Cavabdeh2 qarşı "pulun və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi" barədə ilkin, X2 İddiaçı qarşı “pulun və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Manafov X3 Musa Paşa oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 48 600 manat, faiz borcuna görə 26 100 manat, vurulmuş mənəvi ziyana görə 50 000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. X5 isə İddiaçı qarşı qarşılıqlı iddia iddia ərizəsi təqdim edərək, cavabdehdən 72 000 manat miqdarında maddi ziyanın, 200 000 manat miqdarında mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci i il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbi təmin edilməmiş, ilkin iddia tələbi isə qismən təmin edilərək, X1 30 000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən – ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətli apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən göndərilmiş məktubda X2 apellyasiya şikayəti ilə müraciət etdiyi bildirildiyindən iş apellyasiya baxışından çıxarılaraq adı çəkilən şəxsin şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə həmin məhkəməyə qaytarılmış, xx.xx.2021-ci il tarixdə isə sözügedən şikayətin əlavə olunduğu mülki iş təkrarən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş həmin şikayətin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, qətnamə X2 nümayəndəsinə (vəkilinə) xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim olunmuş, Musa Cavadov xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti üçün dövlət rüsumu ödəmiş, onun şikayəti isə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Musa Cavadovun apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, apellyasiya şikayətinə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və ötürülmüş müddətin bərpası, yaxud ötürülməmiş hesab olunması məsələsi həll olunmadığından həmin şikayətə münasibətdə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya şikayətinin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar