Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-249/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlun və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X5, nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh iddiaçının qonşuluğunda yaşayır. İddiaçı iddia edir ki, cavabdehin öz həyətyanı sahəsini genişləndirmək məqsədilə apardığı qazıntı işləri nəticəsində evinə ziyan vurduğunu bildirərək zərərin əvəzini tələb edir, cavabdeh isə iddiaçıya etiraz edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018-ci il tarixli arayışından görünür ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri Rafiq Həsənov və Elnur Kərimov tərəfindən xx.xx.2018-ci il tarixində ünvan 2 ünvanınında vizual müəhəndisi-geoloji baxış keçirilmiş və aşağıdakılar qeydə alınmışdır: Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən, geomorfoloji cəhətdən Badamdar yaylasının şərq yamacı zolağına daxil olan bu ərazinin geoloji quruluşunda üst qatda tərkibində qum və gilcə qarışığından ibarət Holosen yaşlı tökmə torpaq, alt qatda isə Orta Abşeron mərtəbəsinin detrituslu əhəngdaşları, müxtəlif dənəli qumlar və qumlu gillərin qeyri-bərabər növbələşməsindən ibarət çuxurlar inkişaf tapmışdır. Sözügedən ərazi mailliyi 25-30° olan sərt yamacda, 40°21'12u , 49049'39" koordinatlarında yerləşir. Əraziyə baxış zamanı müraciətdə göstərilən faktlar-sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı təsdiqlənmişdir. Atmosfer çöküntüləri və texnogen amillərin təsirindən ərazidə ekzogen geoloji proseslərin baş verməsi proqnozlaşdırılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X8 tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli, xx/xx-06373 saylı məktubunda qeyd edilir ki, Fövqəladə Hallar nazirliyi X1 Mərkəzinə daxil olan məlumata əsasən ünvan 4 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinə mütəxəssislər tərəfindən baxış keçirilmiş, evin yan tərəfində olan yamacda qazıntı işləri aparılması nəticəsində evə bitişik yardımçı otağın divarında çatların əmələ gəldiyi müəyyən olunmuşdur. Səbail Rayon MKTB 46 saylı MKİS tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Cənub Dərə ö/t (Ə.Nəzmi) ev sakini Cavabdeh 46 saylı MKİS-ə qonşuların imzası ilə təsdiq olunan akta əsasən 2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən ünvan 5 ünvanında yerləşən ona məxsus mənzilə son illər ərzində vurulan 6000 (altı min) manat məbləğində maddi ziyanın Cavabdeh tərəfindən aradan qaldırılması və mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşusu Cavabdeh öz həyətyanı sahəsini genişləndirmək məqsədilə onun həyətini traktorla qazdırmış və nəticədə onun evi qəzalı vəziyyətə düşmüşdür. Bununla bağlı o, Cavabdeh dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamışdır. Həmçinin ona qaraj tikdirəcəyini bildirmişdir. Bununla bağlı o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş və müvafiq arayış tərtib olunmuşdur. X7 Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları ona qəzalı vəziyyətə salınmış evinin mühafizəsi məqsədilə evdən 5-6 metr aralı istinad divarı tikməyi məsləhət görmüşlər. O, 8 metr uzunluqda istinad divarı hördürmüş, lakin Bakı şəhəri 46 nömrəli Mənzil İstimar İdarəsinin baş mühəndisi Teyyub Mədətov onun istinad divarını uçurmuşdur. Eyni zamanda Teyyub Mədətov onun qonşusu Cavabdeh onun evinin alt hissəsində qaraj tikməyə icazə vermişdir. O, qeyd olunan məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdikdə, oradan ona məsələni məhkəmə yolu ilə həll etməyi məsləhət görmüşlər. Bu müddət ərzində cavabdeh onunla heç bir şəkildə ünsiyyətə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş, hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh 1988-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində 7 sot torpaq torpaq sahəsində 220 kv metr sahəsi olan həyət ev tikib yaşamağa başlamışlar və 1995-ci ildə evi tikib başa çatdırmışlar. 2010-cu ildə İddiaçı onların həyətində tikilmiş onlara məxsus olan bir otaqlı evdə kirayə yaşamağa başlamışdır. O, iki ilə yaxın həmin otaqda yaşamış, normal münasibətləri olmuşdur. Onlar öz torpaq sahələrindən hasarlarını çəkərək 40 kv metr topaq sahəsini Sakitə özü üçün ev tikib yaşaması üçün vermişlər. Sakit evin sahəsini bir qədərdə artıraraq 60 kv metrə yaxın çatdırmışdır. Onlar öz evlərini tikdikdən sonra öz torpaq sahələrinin hüdudlarında dəmirdən tor hasar çəkmişlər. İddiaçı evinin arxasında olan həyətyanı sahənin dəmir torunu, yəni hasarını sökərək həmin torpaq sahəsinə sahib çıxmaq istəmişdir. Onlar evin arxasında 1995-ci ildən daşdan su çənləri tikmiş, həmin çənlərlə Sakitin evi arasında dəmir tordan hasarı onlar çəkmişlər. Sakit onların evinin arxasında olan həyatyanı sahəyə sahib çıxmaq istəmiş və buna görə də Sakitlə aralarında mübahisə yaranmışdır. İddia tələbi ilə bağlı onu qeyd edir ki, 2005-ci il tarixində onlar istifadələrində olan torpaq sahəsinin kənarında kiçik bir ərazini avtomobil saxlamaq məqsədi ilə qaraj tikdirmək üçün qazdırmışlar. Lakin həmin dövrdə bələdiyyə işçiləri ilə razılığa gələ bilmədikləri üçün qazıntı işlərini yarımçıq olaraq saxlamışlar. Aradan keçən müddət ərzində həmin yarımçıq qazıntı müxtəlif təsirlər nəticəsində, demək olar ki, tamamilə qapanmış, torpaq, çınqıl və s. ilə doldurulmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dinlənilən X6 bildirmişdir ki, o 1999cu il tarixdən Səbail MKTB-nin 46 saylı mənzil-kommunal istismar sahəsində mühəndis vəzifəsində işləmişdir. Qeyd edilən ərazidə 2000-ci ildən başlayaraq mütəmadi sürətdə torpaq sürüşməsi hadisəsi baş vermişdir. Həmin ərazi sürüşmə zonası olduğundan hər hansı tikinti işlərinin aparılmasına icazə verilməmişdir. İddiaçı sürüşmə zonasında ev tikmək istəmiş və 2 dəfə bu hərəkətlərinin qarşısı alınmışdır. Lakin buna baxmayaraq İddiaçı 1 otaqlı evi sürüşmə zonasında tikməyə nail olmuş, müxtəlif vaxtlarda həmin ərazidə tikililərin sayını artırmış, həmçinin sonradan sürüşmənin qarşısını almaq üçün istinad divar inşa etmək istəsə də, səlahiyyətli orqanlar tərəfindən qarşısı alınmışdır. Mülki iş üzrə Cavabdeh isə Cənub dərə yaşayış massivində 1993-1994-cü illərdə məskunlaşmış, 2005-ci il tarixdə tikinti işləri aparmaq istəmiş, lakin icazə verilməmişdir. Həmçinin o, sürüşmə zonasında yerləşən Cənub dərə yaşayış massivində yerləşən 160 evdən 98 evin köçürülməsi üçün dövlət tərəfindən vəsaitin ayrıldığını, iddiaçı və cavabdehin evinin qeyd edilən 98 ev siyahısında olmadığını, lakin Ekologiya Nazirliyi tərəfindən təqdim edilmiş xəritədə göstərilməyən digər evlərində həmin sürüşmə zonasına yaxın olması səbəbi ilə gələcəkdə köçürülməsinin planlaşdırıldığının nəzərdə tutulduğunu bildirdi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ülviyyə Şükürova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehin təqsiri üzündən maddi zərər dəydiyini iddia etdiyi evə dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməyib. Halbuki, iddianın əsaslı olması üçün ilk növbədə həmin iddianı irəli sürən iddiaçının müvafiq subyektiv hüquqa malik olması tələb olunur. Belə olan halda maddi zərər vurulduğu iddia edilən evə mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının mülkiyyət və ya istifadə hüququ müəyyən edilmədiyindən, hazırki iddia tələbi əsaslı sayılaraq təmin edilə bilməz. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.3, 178.1, 238.1, 241.2-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində 80 kv.metrlik torpaq sahəsi alaraq ev tikmiş və 2012-ci ildən etibarən istifadəsində olan ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2014-cü il tarixində Cavabdeh icazə olmadan avtomobili üçün qaraj qazdırmaq məqsədilə onun həyətyanı boş sahəsinə traktorla müdaxilə edərək, qazdırmış və evini qəzalı vəziyyətə salmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, buna məhəl qoymamışdır. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün aidiyyəti orqanlara müraciət etsə də, mübahisənin mülki məsələ olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ekolgiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı müraciətə baxılmış, əraziyə baxış zamanı müraciətində göstərilən faktlar-sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı təsdiqlənmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş arayışla təsdiq olunur ki, cavabdeh tərəfindən onun icazəsi olmadan avtomobili üçün qaraj qazdırmaq məqsədilə onun həyətyanı boş sahəsi qazdırılmış, lakin Səbail rayon MKTB 46 saylı MKİS-nin işçilərinin müdaxiləsindən sonra qazıntı işləri dayandırılmışdır.Birinci instansiya məhkəməsi bu faktları, halları, sübutları düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4292/2020 nömrəli, 4 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev sədrlik edən, məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, iddiaçının hazırki тələblə məhkəməyə müraciət etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı, zərər vurulduğunu iddia etdiyi özbaşına tikili olan evdə qeydiyyatsız yaşayır, həmin ev onun faktiki sahibliyindədir. Bu baxımdan iddia, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması əsasına görə rədd edilə bilməz. Lakin, bununla yanaşı iddiaçı, iddia ərizəsində, apellyasiya şikayətində ona məxsus olan evə cavabdehin apardığı qazıntı işləri ilə bağlı maddi ziyan dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməyib. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən ünvanda 2005-ci ildən 16 dekabr 2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmayıb. İddiaçı isə bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evini 2009-cu ildə inşa edib və 2012-ci ildən həmin evdə yaşayır. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1094/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad edib, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmasına, yəni sözügedən evin mülkiyyətçisi olmasa da, onun həmin evə olan sahiblik, istifadə hüququnun istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmasının aradan qaldırılmasını tələb etmək hüququnun olmasına dair düzgün nəticəyə gəlsə də, iddiaçıya həqiqətən iddia etdiyi maddi zərərin dəyibdəyməməsi, həmin zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulub-vurulmaması, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqənin olubolmaması və iddiaçıya dəymiş maddi zərərə görə məhz cavabdehin təqsirli olub-olmaması ilə bağlı kifayət qədər araşdırma aparmadan, bir sözlə xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin sözügedən ünvanda 2005-ci ildən 16 dekabr 2019-cu il tarixədək heç bir qazıntı işləri aparmaması, iddiaçıya məxsus evin isə 2009-cu ildə inşa edilməsinə dair irəli sürdüyü arqumentələrlə kifayətlənərək, onun iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməməsi qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Digər tərəfdən, tərəflərin qonşuluqda yaşamaları, cavabdehin yaşadığı ünvanda qaraj tikmək üçün qazıntı işləri aparması mülki iş materialları, o cümlədən cavabdehin özünün izahatı və mütəxəssisin arayışı ilə də istisna olunmur. Belə ki, sözügedən sübutlara görə, tərəflərin yaşadıqları ərazi mailliyi 25- 30 dərəcə olan sərt yamacda yerləşir və həmin əraziyə baxış keçirilərkən iddiaçının müraciətində göstərilən faktlar-sürüşməyə meyilli sahədə cavabdeh tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi, cavabdehin həyətyanı sahəsini genişləndirmək məqsədilə dik yamacı kəsib-kəsməməsi faktı və bunun nəticəsində iddiaçıya məxsus evə zərər dəyib-dəyməməsi ilə bağlı heç bir araşdırma aparmadan, bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən cavabdehin izahatına MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut növü təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 10/2907 saylı tikinti-texniki ekspertizasının rəyinə əsasən, ünvan 2 ünvanında İddiaçı tərəfindən uzunluğu 13,0 metr, eni isə 9 metr olan fərdi yaşayış evi tikilmişdir. Həmçinin iddiaçının evini aşağı hissəsində yəni ki ünvan 7 ünvanında Cavabdeh məxsus uzunluğu 16,9 metr, eni isə 12,2 metr olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Lakin iddiaçının yaşayış evinə dair mülki iş materiallarında hər-hansı bir sənəd olmadığından, evin texniki parametrlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, cavabdehə məxsus yaşayış evinin faktiki vəziyyəti, ölçüləri, texniki parametrləri mülki iş materiallarında olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası tərəfindən xx.xx.2018-ci il tarixdə və Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsi tərəfindən xx.xx.2020- ci il tarixdə verilmiş arayışlara əsasən, ünvan 2 ünvanında İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahəsinin genişləndirilməsi məqsədilə dik yamacın hopsometrik aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəldiyi müəyyən olunmuş və bunun nəticəsində ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə maddi zərər dəydiyi müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinə İddiaçı ünvan 8 ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayış təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5107/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Şərafət Məmmədova) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3250/2019 nömrəli saylı işi üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının qismən pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nəticə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi müvafiq sorğular verməməklə (əmlakların hüquqi rejimin müəyyən etməməklə) və ekspertiza təyin etməməklə işi hərtərəfli araşdırılmasını təmin etməmiş, və şəxsin subyektiv hüququnun olmamasına istinad etməklə kifayətlənmişdir. Təkrar apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq prosessual hərəkətlər aparılaraq ətraflı araşdırma aparılmış və mötəbərliyi şübhə doğurmayan sübutedici əsasların müəyyən edilməməsi qənaəti formalaşmışdır. İddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edilməsi iddiaçınının ehtimal edilən əmlak mənafellərinə rəğmən rədd edilməsinə əsas vermir. İddianın əsası onun daşınmaz əmlak üzərində hüquqları ilə bağlı deyildir. İddianın əsasını iddiaçının əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi təşkil edir ki, bunların da ilk növbədə baş verməsi və məhz cavabdehin hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilmir. Ona görə məhz aparılan əlavə araşdırmanın nəticəsi olaraq sübuta yetirilməyən iddianın təmin edilməsi mümkün deyildir. Hazırkı (sahiblik əsasında əmlak hüquqlarının pozulması mübahisələndirilən) torpağın başqa şəxslərə məxsusluğu əldə edilmiş sorğularla və iddiaçının özünün təqdim etdiyi arayışla təsdiq edilir. Belə ki, iddiaçı ünvan 5 ünvanında yerləşən ona məxsus mənzilə zərərin dəyməsini qeyd etsə də, yeganə sübut ola bilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışa əsasən onun ünvan 8 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1515/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5107/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya məhkəməsinin mövqeyinə görə, apellyasiya məhkəməsi mövcud vəziyyətdə işin müəyyən edilmiş faktiki halları ilə, qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri arasında uyğunluğun olub-olmamasına dair təhlil aparmadan belə qənaətə gəlmişdir ki, iddiaçının əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi və bunların məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi sübuta yetirilmir. Bundan əlavə, Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən onun ünvan 8 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Halbuki, apellyasiya məhkəməsinin cavabdehə aid sahədə aparılmış qazıntı nəticəsində iddiaçıya zərər dəyməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018-ci il tarixli arayışındakı, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X8 tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli, xx/xx-06373 saylı məktubundakı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2021ci il tarixli rəyindəki məlumatları müvafiq qiymətləndirmə ilə təkzib etmədiyi halda, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsinin sübuta yetməməsi barədə qənaəti əsaslı sayıla bilməz. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər halın (iddiaçının ünvan 8 ünvanında qeydiyyatda olmasının) isə hazırkı mübahisənin hüquqi həlli üçün hansı səbəbdən və nə kimi əhəmiyyət kəsb etdiyi də əsaslandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsində hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, nümayəndəsi X10 və nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya baxışının hədləri.
Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda, iddiaçı tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6000 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı, qonşusu olan cavabdehin apardığı qanunsuz qazıntı işləri nəticəsində evinə 6.000 manat maddi ziyan dəydiyini bildirir və zərərin əvəzinin ödənilməklə evin təmirinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edir. Göründüyü kimi, işin müəyyən edilmiş halları nəzərə alındıqda iddianın qanuni əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1 və 1115-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qanunvericiliyə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. İddiaçı, cavabdehin hərkətləri nəticəsində ona zərər dəyməsi barədə aidiyyəti dövlət orqanlarının rəsmi məlumatlarına istinad etmişdir. Əvvəlki apellyasiya baxışı zamanı iddiaçının bildirdiyi halların ixtisaslı şəxslərin rəyi ilə yoxlanılması məqsədilə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahəsinin genişləndirilməsi məqsədilə dik yamacın hopsometrik aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəlmiş və bunun nəticəsində ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehin təqsiri üzündən maddi zərər dəydiyini iddia etdiyi evə dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməyib. Halbuki, iddianın əsaslı olması üçün ilk növbədə həmin iddianı irəli sürən iddiaçının müvafiq subyektiv hüquqa malik olması tələb olunur. Belə olan halda maddi zərər vurulduğu iddia edilən evə mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının mülkiyyət və ya istifadə hüququ müəyyən edilmədiyindən, hazırki iddia tələbi əsaslı sayılaraq təmin edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab etmir və həmçinin cavabdeh tərəfin vurulan ziyanda onların təqsirinin olmamasına dair dəlillərinə qiymət verərək hesab edir ki, bu mövqe və dəlil ona görə əsassızdır ki, zərər dəydiyi iddia edilən, ünvan 2 ünvanında yerləşən evin İddiaçı məxsus olması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018-ci il tarixli arayışı, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X8 tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli, xx/xx-06373 saylı məktubu və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli rəyi ilə təsdiqlənir. Bu halı tərəflər də mübahisələndirməmişlər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsə belə əmlakına vurulan zərərin əvəzini tələb etməkdə iddiaçının subyektiv hüququnun olmasını apellyasiya və kassasiya məhkəmələri qəbul etmişlər. Belə olan halda, daxili işlər orqanının verdiyi arayışda iddiaçının Səbail rayonu, Əli Nəzmi küçəsi ev 2B ünvanında qeydiyyatda olmasının iddia tələbinin qanuni əsası olan MM-in 1096.1-ci maddəsindəki hansı dispozisiya şərtini aradan qaldırdığı, başqa sözlə bu faktın hansı səbəbdən iddianın rədd edilməsinə əsas olduğu birinci instansiya məhkəməsinin qətnaməsində göstərilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi şahid qismində dinlənilən X4 ifadəsində verdiyi məlumatlara da prosessual qanunvericiliyin tələbləri baxımından (MPM-nin 104-cü maddəsi) hüquqi qiymət verməmişdir. Belə ki, o ifadəsində bildirmişdir ki, o 1999-cu il tarixdən Səbail MKTB-nin 46 saylı mənzil-kommunal istismar sahəsində mühəndis vəzifəsində işləmişdir. Qeyd edilən ərazidə 2000-ci ildən başlayaraq mütəmadi sürətdə torpaq sürüşməsi hadisəsi baş vermişdir. Həmin ərazi sürüşmə zonası olduğundan hər hansı tikinti işlərinin aparılmasına icazə verilməmişdir. İddiaçı sürüşmə zonasında ev tikmək istəmiş və 2 dəfə bu hərəkətlərinin qarşısı alınmışdır. Lakin buna baxmayaraq İddiaçı 1 otaqlı evi sürüşmə zonasında tikməyə nail olmuş, müxtəlif vaxtlarda həmin ərazidə tikililərin sayını artırmış, həmçinin sonradan sürüşmənin qarşısını almaq üçün istinad divar inşa etmək istəsə də, səlahiyyətli orqanlar tərəfindən qarşısı alınmışdır. Mülki iş üzrə Cavabdeh isə Cənub dərə yaşayış massivində 1993-1994-cü illərdə məskunlaşmış, 2005-ci il tarixdə tikinti işləri aparmaq istəmiş, lakin icazə verilməmişdir. Həmçinin o, sürüşmə zonasında yerləşən Cənub dərə yaşayış massivində yerləşən 160 evdən 98 evin köçürülməi üçün dövlət tərəfindən vəsaitin ayrıldığını, iddiaçı və cavabdehin evinin qeyd edilən 98 ev siyahısında olmadığını, lakin Ekologiya Nazirliyi tərəfindən təqdim edilmiş xəritədə göstərilməyən digər evlərində həmin sürüşmə zonasına yaxın olması səbəbi ilə gələcəkdə köçürülməsinin planlaşdırıldığının nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının subyektiv hüququnun olması işin mübahisəsiz halı olmaqla mövcud vəziyyətdə araşdırılmalı olan hal cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəyib-dəyməməsi, dəymişdirsə zərərin miqdarının hansı məbləğdə olmasıdır. İşdən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə Cavabdeh tərəfindən həyətyanı sahəsinin genişləndirilməsi məqsədilə dik yamacın hopsometrik aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəlmiş və bunun nəticəsində ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə maddi zərər dəymişdir. Göründüyü kimi, iddiaçıya dəymiş maddi zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti arasında hər hansı səbəbli əlaqənin olması və iddiaçıya dəymiş maddi zərərə görə məhz cavabdehin təqsirli olması iş materialları ilə və cavabdehin özünün izahatı ilə tam təsdiq edildiyindən, iddiaçıya dəyən maddi ziyanın məbləği üzrə araşdırma aparılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehin apardığı qanunsuz qazıntı işləri nəticəsində evinə 6.000 manat maddi ziyan dəydiyini iddia edir. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və 01 dekabr 2022-ci il tarixdə 10/5056 saylı rəy verilmişdir. Həmin ekspert rəyinin əsaslandırıcı hissəsində tədqiq olunan fərdi yaşayış evinin divarlarında müxtəlif ölçülərdə iki tərəfli keçici çatların olduğunu nəzərə alaraq iddiaçıya məxsus ünanda yerləşən evə dəymiş zərərin məbləğinin tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan mütəxəssis tərəfindən yəni, tikinti konstruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) müvafiq hesablaşmalar aparıldıqdan sonra həll oluna bilməsi göstərilmişdir. Bu halda isə kollegiya işdə olan digər sübutlara zərərin məbləğnin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş MB-16/0750 nömrəli, 13 iyun 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə sürşəmə nəticəsində dəymiş zərərin bazar dəyir 10900 (on min doqquz yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, təqdim edilən sonuncu rəy sübut növü kimi qiymətləndirilməli və həmin rəydə istinad edilən qiymətləndirmə rəyində fərdi yaşayış evinə dəyən zərin məbləği 10900 (on min doqquz yüz) manat müəyyən edilsə də, iddaçının iddia tələbi 6.000 manat olduğundan cavabdehdən tutulmalı məbləğ məhz iddia tələbi həcmində, yəni 6.000 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi, iddia tələbi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə 6000 (altı min) manat məbləğində maddi ziyanın dəyməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Kollegiya iddia tələbini mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslı hesab etmir. Belə ki, cavabdehdən mənzilə dəymiş zərərlə yanaşı mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması iddiaçının əsassız varlanması ilə nəticələnmiş olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırkı halda dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspert tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli, 16 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə