Məhkəmə qərarları › İş №2(103)-2490/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2490/2022

27.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2490/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-2642/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən onun, yəni İddiaçı1 faktiki sahiblik etdiyi, mülkiyyətində olan üzərində inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili yerləşən torpaq sahəsi hissəsini müəyyən edərək, həmin torpaq sahəsi hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin onun mülkiyyəti sayılan 1/2 hissəsi (615.95 kv.m.) üzərində yerləşən, inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili olan, həmin 615.95 kv.m. torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21.12.2020-ci il tarixdə vəfat etmiş ataları X6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13cü döngə ev 3 ünvanında 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi miras qalmışdır. (AZ-İİ № 146256 ölüm haqqında şəhadətnamənin surəti və 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №-li reyestrdən çıxarışın surəti iddia ərizəsinə əlavə olunur). Onlar, iddiaçılar İddiaçı1 və qardaşı İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən əmlakla bağlı qanun üzrə vərəsəlik hüququhaqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 7 saylı Notariat ofisinə yazılı ərizə ilə müraciət etmişlər. Lakin, Cavabdeh1 və digər Cavabdeh2 da (mərhum ataları Vəli Babayevin arvadı) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Bakı şəhəri 7 saylı Notariat ofisinə yazılı ərizə ilə müraciət etmişlər. Cavabdeh2 əmlakdan daha çox pay almaq məqsədilə başqa bir ərizə ilə də (“nikah müddətində qazanılmş əmlak” kimi ) Bakı şəhəri 7 saylı Notariat ofisinə yazılı ərizə ilə müraciət etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinə cavabdehlərin heç bir aidiyyəti olmadığını 16 may 2021-ci il tarixdə yazılı ərizə ilə Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi natariusu X3 bildirərək, həmin ərizəni qoşmaları ilə birlikdə vərəsəlik hüququ ilə bağlı ərizələr olan qovluğa qoyaraq, həmin qovluğun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Lakin, Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi natariusu X7 16.05.2021-ci il tarixdə onlara yazılı olaraq bildirmişdir ki, məsələnin həlli üçün ərazi üzrə Məhkəməyə müraciət etsinlər. (16.05.2021-ci il tarixli 417№-li bildirişin surəti iddia ərizəsinə əlavə olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. İddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 05.03.2019-cu il tarixli 192 №-li arayışdan görünür ki, ünvan 2 ünvan: Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə ev 45 ) ünvanında o, yəni İddiaçı1 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla hal-hazıradək yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsinin üzərində giriş-çıxış qapısına yaxın hissədə yerləşən, ailəsi ilə yaşadığı birmərtəbəli tikilini öz vəsaiti hesabına inşa etmişdir. İddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 11.01.2019-cu il tarixli 10 №-li məktubdan görünür ki, ünvan 4 ünvan: ünvan 5 o, yəni İddiaçı2 həqiqətən 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 (yeni ünvan: ünvan 6ləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m olan mərtəbəli fərdi yaşayış evində ailəsi X9 və oğlu X13 ilə birlikdə yaşayır. Kommunal xidmətləri ( su, qaz, elektrik enerjisi) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. İddia ərizəsinə əlavə olunmuş, DƏDRXnin 11 Sentyabr 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, mərhum ataları X10 fərdi yaşayış evinə yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 29 iyun 2018-ci il tarixli ərizəsi əsasında Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adıçəkilən yaşayış evinə yerində texniki baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə olaraq tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi tikildiyi müəyyən edilmişdir. Əlavə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün qanunvericiliyə müvafiq olaraq həmin 2 mərtəbəli fərdi yaşayış evi yeni tərtib edilən texniki pasporta daxil edilməmiş və həmin tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayışevi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, iddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur ki, o, İddiaçı2 1999-cu ilin mart ayından Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında qeydiyyatda olmağına baxmayaraq, həmin ünvanda fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X9 və X13 ilə birlikdə yaşayır. (Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə munmiş qətnaməsinin 19-cu abzası) Onların, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 qeydiyyat və istifadə hüquqları olmaqla hal-hazırda ailələri ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsi mərhum ataları X10 mülkiyyətində olub. İşdəki DƏDRX-nin 11 Sentyabr 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, mərhum ataları X10 mülkiyyət hüquqları Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən 1231,9 kv.m torpaq sahəsində yerləşən, fərdi yaşayış evi kimi 16 noyabr 1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əzizbəyov rayon X8 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı ilə X14 Mərdəkan qəsəbəsi, 45 saylı sahədə 145-000-129 c tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. İşin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi mərhum ataları X14 Dövlət tərəfindən havayı (pulsuz) ayrılmışdır, əldə edilməyib, birgə əldə edilməyib, birgə qazanılmayıb, ümumiyyətlə qazanılmayıb, qazanc hesabına əldə edilməyib. İşdəki, 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №-li reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi mərhum ataları X10 və onun arvadı Cavabdeh2 birgə mülkiyyətində olmayıb, həmin 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsi tam mülkiyyət hüququ ilə mərhum ataları X14 məxsus olub. Hazırkı işin yuxarıda göstərilən hallarına əsasən, ünvan 7 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi ilə bağlı hazırkı mübahisədə Cavabdeh2 (mərhum ataları Vəli Babayevin arvadı) xeyrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsi, 225-ci maddəsinin müddəaları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Xüsusi bildirilir ki, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində onların, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə hüquqları qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qətnaməsi ilə tanınıb. (Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə munmiş qətnaməsinin 17-ci, 18-ci abzasları). ünvan 1 ünvanında qeydiyyatda olmayan və yaşamayan Cavabdeh1 və digər Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsi üzərində istifadə hüquqları yoxdur, mövcud deyil, heç vaxt da olmayıb. İşin hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha ) torpaq sahəsi üzərində istifadə hüquqları olmayan, həmin ünvanda yaşamamış, hal-hazırda da yaşamayan, Cavabdeh1 və digər Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnamələri verilərsə, o zaman onların, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni (məhkəmə tərəfindən tanınmış) əmlak hüquqları pozulmuş olar. Belə ki, onların ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsi üzərindəki qanuni əmlak hüquqları qanunsuz məhdudlaşdırılmış, qanuni (məhkəmə tərəfindən tanınmış) istifadə hüququ ilə istifadələrində olan 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin ölçüsü kv.m-lə naturada qeyri-qanuni azaldılmış olar. Cavabdehlərin təhdidi, şantajı, “tələbi” ilə mərhum mülkiyyətçi (X15) onların hazırkı iddianın predmeti olan 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə munmiş qətnaməsi ilə həmin (istifadə hüquqlarına xitam verilməsinə dair) iddia əsassız olduğundan rədd edilmişdir. İşin hallarından bəlli olur ki, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin hər-hansı bir hissəsi kv.m-lə naturada bölünüb Cavabdeh1 və digər Cavabdeh2 mülkiyyətinə verilə bilməz. İşdən bəlli olur ki, biz, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 1991-ci ildən ( 30 ildən artıq müddət ) ünvan 1 ünvanında halhazıradək yaşayırlar. Həmin ünvanda yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi 30 ildən artıqdır ki, qanuni (məhkəmə tərəfindən tanınmış) istifadə hüququ ilə fasiləsiz istifadələrindədir və həmin 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində hal-hazırda qanuni (məhkəmə tərəfindən tanınmış) istifadə hüquqları mövcuddur. Cavabdeh Məmmədova (Babayeva) Mahirə Vəli qızı 1997-ci il tarixədək Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Şimal DRES qəsəbəsi, Lev Starçuk küçəsi, ev 19 mənzil № 25-də qeydiyyatda olmaqla yaşamışdır. 1997-ci il tarixdə cavabdeh Məmmədova (Babayeva) Mahirə Vəli qızı, Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər), Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə qeydiyyatda olmaqla yaşayan X11 ilə qanuni nikaha girmiş, Cavabdeh1 1997-ci il tarixdən Əzizbəyov rayonu (indiki Xəzər), Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 36 №-li evə daimi yaşamağa köçmüş, Cavabdeh1 hal-hazırda Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə qeydiyyatda olmaqla yaşayır. Digər Cavabdeh2 mərhum ataları X15 ilə nikahda olmuş olsa da, uzun illər öncə qızı Məmmədova (Babayeva) Mahirə Vəli qızının yaşadığı, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 36 №-li evə daimi yaşamağa köçmüşdür. Cavabdeh2 hal-hazırda da Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə yaşayır. Cavabdeh2 mərhum ataları X1 qulluq etməyib, ünvan 1 ünvanında yerləşən tikilidə ataları X15 ilə birlikdə yaşamayıb. İşdən görünür ki, Cavabdeh1 və digər Cavabdeh2 ünvan 1 ünvanında yaşamayıblar, hal-hazırda da yaşamırlar, 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsindən istifadə etməyiblər, hal-hazırda da istifadə etmirlər, istifadə hüquqları yoxdur, mövcud deyil, heç vaxt da olmayıb, bu və yuxarıda göstərilən səbəblərdən adıçəkilən ünvandakı 1231,9 kv.m (0,12319 ha) torpağa hal-hazırda Cavabdeh1 və digər Cavabdeh2 heç bir aidiyyəti yoxdur. İşin hallarından görünür ki, 19.07.2018-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın 18.07.2018-ci il tarixli texnikipasportu reallığı əks etdirmir. Belə ki, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin üzərindəki naturada mövcud olan, onun, yəni İddiaçı2 inşa etdiyi ailəsi ilə birlikdə yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi, digər tikililər və s. 18.07.2018-ci il tarixli texniki pasportda göstərilməmiş və həmin 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin naturada 2 (iki) tərəfdən küçə ilə əhatə olunması 18.07.2018-ci il tarixli texniki pasportda qeyd edilməmişdir. Xüsusilə də, iddia ərizəsinə əlavə olunmuş, AR Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(102)-1475/2019 saylı qüvvədə olan Qərarı ilə qüvvəyə minmiş, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(103)-11331/2018 saylı qətnaməsində “A” tikilisinin həqiqi planı olaraq Xəzər RİH başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.08.2018-ci il tarixli 278 №-li məktubla verilmiş mövcud 2 (iki) ayrıayrı giriş qapıları olan, 2 (iki) ayrı-ayrı mənzillərdən ibarət “A ” tikilisinin sxemi qəbul edilmiş, ünvan 8 ünvanında 18.07.2018-ci il tarixdə tərtib edilmiş “Texniki pasportdakı” “A” tikilisinə aid olan 1 (dəhliz) və 2 (ayaqyolu) saylı tikililər istisna olmaqla, digər tikililərin özbaşına tikililər olduğu müəyyən edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(103)- 11331/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin 3-cü səhifəsinin 7-ci abzası). İşdən bəlli olur ki, AR Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(102)- 1475/2019 saylı hazırda qüvvədə olan Qərarı ilə 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №-li reyestrdən çıxarış ziddiyyət təşkil edir. İşin çoxsaylı hallarından bəlli olur ki, ünvan 9 ünvanında yerləşən “A” tikilisi özbaşına tikilidir, “A” tikilisi üzərində heç kəsə mülkiyyət hüququ verilə bilməz və əmlakın naturada bölüşdürülməsində 18.07.2018-ci il tarixli texniki pasportdan istifadə edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” ndən ekspert gəlməli, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin neçə tərəfdən küçə ilə əhatə olunduğunu, çirkab suların axıdıldığı yeraltı anbarları və həmin 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin üzərindəki naturada mövcud olan ev, tikili və s-ni qeydə alaraq, yazılı rəyini plansxemlə birlikdə Məhkəməyə təqdim etməlidir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən onun, yəni İddiaçı1 faktiki sahiblik etdiyi, mülkiyyətində olan üzərində inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili yerləşən torpaq sahəsi hissəsini müəyyən edərək, həmin torpaq sahəsi hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-2642/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı əmlakının natura qaydasında bölünməsi tələbinə dair ərizəsi üzrə əlavə qətnamə çıxarılaraq, İddiaçı2 paylı əmlakın natura qaydasında bölünməsinə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-cu il tarixli, 2(003)-2642/2021 saylı qətnaməsinin ləğv edilib, onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə onun Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli, 417 saylı bildirişə əsasən “torpaq sahəsi hissələrinin naturada ayrılması haqqında” iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etməsini nəzərə almayıb. Məhkəmə torpaq sahəsi üzərində mülkiyyət hüququnun başqa şəxsin adına qeydiyyata alınmasını göstərməklə, ciddi prosessual pozuntuya yol vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanında yerləəşən 0,12319 ha torpaq sahəsi mülkiyyət hüququ ilə mərhum atası X14 məxsusdur. O, mərhum X10 birinci növbə vərəsəsidir. O, mirası faktiki olaraq qəbul etmişdir. Mülki Məcəllənin 1243.2, 1243.3, 1255-ci maddələrinə əsasən ünvan 10 ünvanında yerləəşən 0,12319 ha torpaq sahəsi onun mülkiyyəti sayılır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin İddiaçı1 aid iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11.01.2019-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 4 ünvan: ünvan 5 o, yəni İddiaçı2 həqiqətən 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 (yeni ünvan: ünvan 6ləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m olan mərtəbəli fərdi yaşayış evində ailəsi X9 və oğlu X13 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əzizbəyov rayon X8 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı ilə X14 Mərdəkan qəsəbəsi, 45 saylı sahədə 145-000-129 c tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Adıçəkilən fərdi yaşayış evinə “Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 13, ev 3” ünvanının verildiyi barədə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə Nümayəndəliyinin 28 iyun 2018-ci il tarixli 13 nömrəli arayışına əsasən adıçəkilən fərdi yaşayış evinin ünvanında müvafiq dəyişiklik edilmiş və yeni ünvan üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Sentyabr 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, X10 fərdi yaşayış evinə yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 29 iyun 2018-ci il tarixli ərizəsi əsasında Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adıçəkilən yaşayış evinə yerində texniki baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə olaraq tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi tikildiyi müəyyən edilmişdir. Əlavə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün qanunvericiliyə müvafiq olaraq həmin 2 mərtəbəli fərdi yaşayış evi yeni tərtib edilən texniki pasporta daxil edilməmiş və həmin tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən 19.07.2018-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, X15 ünvan 12 ünvanda yerləşən 84,5 kv.m yaşayış sahəsi və 0,12319 ha torpaq sahəsinin mülkiyyətçisidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019- cu il tarixli 2(003)-633/2019 saylı qətnaməsinin surətindən görünür ki, X10 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evin və torpaq sahəsinin boşaldılması, X5 qarşı evin və torpaq sahəsinin boşaldılması barədə iddia tələbi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2019cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(003)-2186/2018 saylı qətnaməsi ilə iddiaçı X10 cavabdehlər İddiaçı1 və X4 qarşı evdən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X2 iddiaçı X10 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə küçəsindəki 45 nömrəli yaşayış evindən çıxarılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.10.2018-ci il tarixli qətnaməsiilə, cavabdeh X2 iddiaçı X10 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngədə yerləşən 3 saylı evin 18.07.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportdakı 1 və 2 saylı tikililərdən çıxarılması qət edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05.02.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı1 1999-cu ildən hal-hazıradək Bakı şəhəri, ünvan 13 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarından görünür ki, X15 21.12.2020-ci il tarixdə ölmüşdür. İş materiallarından Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 16 may 2021-ci il tarixli, 417 saylı məktubun surətindən görünür ki, notarius daxil olmuş ərizələrə cavab olaraq bildirmişdir ki, 21.12.2020-ci il tarixdə ölmüş mərhum X6 miras qalmış ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətdə olan 0,12319 ha torpaq sahəsinə və 10KE447 d/n, VAZ21074 minik markalı nəqliyyat vasitəsinə dair aralarında pay bölgüsünə dair mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin imkan xaricində olması, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Kollegiya qeyd edir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras şərikləri arasında mübahisə yarandığı üçün Bakı şəhəri 7 saylı Notariat Kontorundan miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi üçün tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin onun mülkiyyəti sayılan 1/2 hissəsi (615.95 kv.m.) üzərində yerləşən, inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili olan, həmin 615.95 kv.m. torpaq sahəsinin naturada ayrılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı miras əmlakdan vərəsəlik payının müəyyən edilməsini deyil, 1/2 payının naturada ayrılmasını tələb edir. Hansı ki, mübahisə olduğu üçün onun vərəsəlik payı məhkəmə qaydasında müəyyən olunmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. MM-nin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Göründüyü kimi, paylar məhkəmə qaydasında müəyyən edilməsindən, qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin payın reyestrdə qeydə alınmasından sonra, mülkiyyətçi payının naturada ayrılmasını tələb edə bilər. Hazırki halda, iddiaçı vərəsəlik payının ayrılmasını tələb etmədiyindən, onun 1/2 payının naturada ayrılması ilə bağlı tələbi təmin edilə bilməz. MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Qanunvericiliyin tələbindən göründüyü kimi, yalnız mülkiyyətçi öz payının naturada ayrılmasını tələb edə bilər. Hazırki halda, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqları reyestrdə qeydə alınmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları gələcəkdə vərəsəlik payının müəyyən edilməsi ilə bağlı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında qeydə alındıqdan sonra, iddiaçı mülkiyyətçi kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ əldə edəcəkdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)- 2642/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar