Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2492/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh “xxxx” MMC-nin (əvvəlki “xxxx” MMC) nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı «hüquqların təmin olunmamasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, nizamnamə kapitalının artırılması barədə qərarın yalan əqd hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bаkı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6640/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı «hüquqların təmin olunmamasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, nizamnamə kapitalının artırılması barədə qərarın yalan əqd hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı nümayəndəsi X3 iddiadan imtinasının qəbul edilməsi və mülki iş üzrə icraata xitam verilməsi, İddiaçı eyni cavabdehlərə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsinin izah olunması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6640/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6640/2017 saylı qərardadı ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6640/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6640/2017 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, belə bir qərardadın mövcudluğundan xəbərsiz olmuşdur. Bu barədə yalnız Bakı Kommersiya Məhkəməsində iddia qaldırdıqdan sonra qarşı tərəfin məhkəməyə təqdim etdiyi vəsatət əsasında xəbər tutmuş, bundan sonra məhkəməyə müraciət edərək, qərardadı almış və aldığı vaxtdan da prosessual müddəti ötürmədən şikayət vermişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6640/2017 saylı qərardadının ləğv edilməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X5 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin (əvvəlki “xxxx” MMC) nümayəndəsi X6 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 108.1.4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.2-ci maddəsinə görə iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərindən 20 manat dövlət rüsumu ödənilir. İşin materiallarından göründüyü kimi İddiaçı şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə etməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6640/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadından verilmiş şikayəti qanunvericilikdə şikayətin verilməsi üçün nəzərdə tutulan müddət buraxıldıqdan sonra verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Kollegiya qeyd edir ki, mülki işin materiallarından da göründüyü kimi İddiaçı nümayəndəsi X3 «iddiadan imtinaya dair» ərizəsi əsasında iş üzrə icraata xitam verilmiş, nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6640/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadı qəbul edilmiş, həmin qərardadın surəti xx xxxxxxxx 2017-ci il tarixdə poçt vasitəsilə tərəflərə göndərilmiş, lakin iddiaçı tərəfindən şikayət xx.xx.2020-ci il tarixdə, yəni 3 ildən də artıq müddət keçəndən sonra verilmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2492/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2492/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver