Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2510/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Məhəmmədov Anar Əlinağı oğlunun, Cavabdeh3 nümayəndəsi və vəkili İsgəndərova Nina Vladimirovnanın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7890/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 90.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq alınıb ona verilməsinə, cavabdehlər Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 20.000 manat məbləğində maddi zərərin və mənəvi zərərə görə cavabdehlərdən 30.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin avqust-sentyabr aylarında ona məxsus 90.000 ABŞ dolları və atası Mahir Qasımovun tanışı Cavabdeh1 məxsus 140.000 ABŞ dolları, cəmi 230.000 ABŞ dolları məbləğində pulu əvvəllər “Paşa Bank”da işləmiş Cavabdeh3 həmin bankda keçirilən yığım-yaşam kompaniyasına qoyub gəlir əldə etmək üçün Səbail rayonunun ərazisində və “Megafun” əyləncə mərkəzində hissə-hissə olmaqla Cavabdeh3 vermişdir. Pulu həmin cavabdehə verəndə bütöv məbləğin Cavabdeh1 məxsus olduğu bildirilmişdir. Sonradan Cavabdeh1 pul lazım olduğundan Cavabdeh3 50.000 ABŞ dolları geri alınaraq Cavabdeh1 verilmişdir. Həmçinin, 54.000 ABŞ dolları Cavabdeh1 onlara məlumat vermədən Cavabdeh3 güzəştə getmişdir, halbuki, onlar bununla razı olmamışlar və güzəştə getməmişlər. Lakin nəzərdə tutulan kampaniyalar keçirilmədiyi üçün Cavabdeh3 verilən pulların qaytarılması tələb edilmişdir. Yerdə qalan məbləğə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz aralarında borc müqaviləsi bağlamış və borc ödənildiyi üçün borc müqaviləsi ləğv edilmişdir. Həmçinin, Cavabdeh3 verilən pul ilə bağlı digər Cavabdeh1 və Cavabdeh2 arasında 130.000 ABŞ dollarına 25.09.2016-cı il tarixdə Nərimanov rayon ərazisində yerləşən 9 saylı notariat kontorunda borc müqaviləsi bağlanmış və 10.01.2017-ci il tarixdə borcun ödənilməsinə görə həmin müqavilə ləğv edilmişdir. Cavabdeh3 verilən 230.000 ABŞ dollarından əvvəl 50.000, sonra isə 130.000 ABŞ dolları Cavabdeh1 qaytarılmışdır. O, Cavabdeh3 bildirəndə ki, qeyd edilən məbləğin 90.000 ABŞ dolları ona məxsusdur, o, bildirmişdir ki, bütün pulların Cavabdeh1 məxsus olduğunu bilərək ona ödəmişdir və borcu yoxdur. Cavabdeh1 isə 90.000 ABŞ dollarının onlara məxsus olduğunu bildiyi halda ona qaytarmaqdan imtina etmişdir. Cavabdehlər öz aralarında sövdələşərək ona məxsus pulları ələ keçirmişlər. Qeyd olunanlardan aydın olur ki, Cavabdeh3 qardaşı olan digər Cavabdeh2 Cavabdeh1 ilə 25.09.2016-cı il tarixli müqaviləni bağlamaqla artıq pul öhdəliyini öz üzərinə götürmüşdür. 15.09.2015-ci il tarixdən ona məxsus olan pul istifadədədir və bu məbləğ ailə büdcəsinə xeyli miqdarda mənfəət gətirə bilərdi. Cavabdehlər sivil-qarşılıqlı anlaşma yolu ilə pulu qaytarmamış və tərəfindən Bakı Şəhər Prokurorluğuna şikayət verilmiş və araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişir. Lakin 2018-ci ildən keçən müddət ərzində cavabdehlər pulu qaytarmamışlar. Nəticədə onlar xeyli maddi və mənəvi zərərə məruz qalmışlar. Hal-hazırda o, Cavabdeh1 90.000 ABŞ dolları və digər cavabdehlərdən müştərək qaydada 20.000 manat məbləğində maddi zərər tələb edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pulu vaxtında qaytarmadıqları üçün maddi ziyana məruz qalmışdır. 130.000 ABŞ dollarını 3 aydan bir az artıq müddətdə qaytarılması sübut edir ki, ya başqa banka qoymaqla və ya sair şəkildə cavabdehlər bu məbləğdən mənfəət əldə etmişlər. Qeyd olunanlardan aydın olur ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri vardır. Mövcud mülki qanunvericiliyin tələblərinə görə maddi zərər dəyməsi barədə konkret dəlil-sübut olmasa da, minimum hər hansı banka yerləşdirib bir neçə il ərzində xeyli maddi vəsait əldə edə bilərdi. Hal-hazırda mülki dövriyyədə pul əmlak hesab olunur və pulun əldən çıxması əmlakın əldən çıxması hesab olunur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Yuxarıda göstərilənlər və onlar Prokurorluqda verdiyi izahatlar sübut edir ki, 130.000 ABŞ dollarının 90.000 ABŞ dolları ona çatmalı idi və cavabdehlər birgə bu məsələni məhkəmədən kənar həll etməli idilər. Cavabdehlər onu pul vəsaitindən-əmlakından istifadə etməkdən məhrum etmişlər. Külli miqdarda vəsatinin əldən çıxması ilə bağlı çox ağır stress keçirmiş, sıxıntı çəkmiş, mənəvi zərərə məruz qalmışdır. Pul vəsaitinin vaxtında qaytarılmaması və cavabdehin təqsiri üzündən o, dəfələrlə stress keçirmiş, onda əsəb gərginliyi yaratmış, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərir. Mənəvi zərəri 30.000 manat məbləğində dəyərləndirir. Cavabdehlərin əməli nəticəsində onun çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7890/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxaralmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Məhəmmədov Anar Əlinağı oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili İsgəndərova Nina Vladimirovna apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7890/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 mart 2018-ci il tarixi qərarın surətindən görünür ki, Nümayəndə müraciətləri əsasında toplanmış material üzrə pul tələbinin mülki mübahisə olduğu müəyyənləşdirilməklə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hərəkətlərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Nümayəndə ərizə ilə prokurorluq orqanlarına müraciət edərək hazırki iddia ərizəsində olanları göstərmişdir. Qasımov Mahir Qulu oğlu izahatında göstərmişdir ki, həqiqətən də bankda keçirilən yığım-yaşam kampaniyasına pul qoyub qazanc əldə etmək barədə razılığa gəlmiş, iş yoldaşı Cavabdeh1la birlikdə müəyyən məbləğdə pul verib qazanc əldə etmək üçün hissə-hissə olmaqla özü cəmi 90.000 ABŞ dolları, Cavabdeh1 isə hissə-hissə olmaqla cəmi 140.000 ABŞ dolları məbləğində pulu qızı Aynur və oğlu Fərid vasitəsilə baldızı qızı Cavabdeh3 vermişlər. Pulları verərkən 90.000 ABŞ dolları məbləğində hissəsinin onlara məxsus olduğunu Dinarəyə deməmişlər. Pulu verəndən bir müddət sonra Dinarə hissə-hissə olmaqla onlara əmanətdən gələn gəlir kimi cəmi 54.000 ABŞ dolları məbləğində pul vermişdir. Yenə bir müddət sonra Cavabdeh1 pul lazım olduğundan pulun 50.000 ABŞ dolları məbləğində olan hissəsini Dinarədən geri alaraq Cavabdeh1 vermişdir. Bank kampaniyası baş tutmadığından qalan pulu geri tələb etdikdə o, Cavabdeh1, Dinarənin qardaşı Cavabdeh2 və baldızı Zümrüdün iştirakı ilə razılaşıb pulun 50.000 ABŞ dolları məbləğindəki hissəsini Dinarəyə güzəştə getmiş, qalan pulu sonradan ödəməsi üçün Cavabdeh2la Cavabdeh1 arasında Nərimanov rayonu ərazisində 9 saylı notariat kontorunda 3 ay müddətinə borc müqaviləsi bağlanmışdır. 3 ay müddət tamam olduqdan sonra məlum olmuşdur ki, Cavabdeh2 Cavabdeh1 130.000 ABŞ dolları məbləğində pul ödəmişdir və aralarındakı borc müqaviləsi ləğv olunmuşdur. O, Cavabdeh1 ona çatası pulu tələb etdikdə, Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 ona cəmi 90.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Bundan sonra o, Cavabdeh3 ümumi pulun 90.000 ABŞ dolları məbləğində olan hissəsinin onlara məxsus olduğunu demişdir. Cavabdeh3 ümumi pulun Cavabdeh1 məxsus olduğunu dedikləri üçün pulu da ona qaytardıqlarını bildirmişdir. Bununla da onlara çatası pul Dinarə ilə Yaqubun arasında mübahisəli pul kimi qalmışdır. İzahatı alınmış Quliyeva Aynur Mahir qızı da atası Mahir Qasımovun izahatına uyğun izahat vermişdir Həmin qərardan həmçinin görünür ki, Cavabdeh3 və Cavabdeh2 Mahir Qasımovun Cavabdeh3 bankdakı kampaniyaya qoyub qazanc əldə etmək üçün verdiyi pulun 90.000 ABŞ dollları hissəsinin M.Qasımova məxsus olmasını onların pulu Cavabdeh1 ödədikdən 8 ay sonra bilmişlər. Bundan başqa, araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Mahir Qasımov bankda keçirilən kampaniyaya qoymaqla gəlir əldə etmək üçün Cavabdeh3 verdiyi pulun 90.000 ABŞ dolları onun özünə məxsus olmuş, lakin Cavabdeh3 əvvəlcədən məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77- ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan iddiaçı ilk növbədə Cavabdeh1 tələb etdiyi 90.000 ABŞ dolları məbləğində pulun ona məxsus olduğunu sübut etməli idi. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi 90.000 ABŞ dolları ona məxsus deyil, Qasımov Mahir Qulu oğluna məxsus olmuşdur. Belə ki, iddiaçı və Qasımov Mahir Qulu oğlu prokurorluğa vermiş olduqları izahatlarında həmin pulun sonuncuya məxsus olduğunu bildirmiş, həmçinin, araşdırma zamanı da bu hal öz təsdiqini tapmışdır. Bu hal da öz növbəsində iddiaçının iddia tələbinin “Cavabdeh1 90.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq alınıb ona verilməsi” hissəsində rədd edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə həmin cavabdehin bu tələbə qarşı verdiyi iddia müddətinin tədbiqi ilə bağlı ərizəsinin araşdırılmasına hər hansı zərurət görmür. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, iddiaçının həmin tələbi təmin edilmədiyindən digər törəmə tələbləri, yəni “cavabdehlər Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 20.000 manat məbləğində maddi zərərin və mənəvi zərərə görə cavabdehlərdən 30.000 manat məbləğində pulun tutulması” hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla, iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7890/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7890/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2510/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2510/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver