Məhkəmə qərarları › İş №2(103)-2522/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2522/2022

01.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2522/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Şahin Quliyevin və Cavabdeh iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı “əşyaların qaytarılması və ya dəyərinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, aşağıda göstərilən əşyalar cavabehdən alınaraq iddiaçıya qaytarılsın, əşyaların geri qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1.875 manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin: 1) şalvar 9 ədəd, dəyəri 210 manat; 2) köynək 11 ədəd, dəyəri 230 manat; 3) kurtka 1 ədəd, dəyəri 30 manat; 4) yorğan-döşək dəsti 4 ədəd, dəyəri 400 manat; 5) qolsuz köynək 6 ədəd, dəyəri 85 manat; 6) kompyüter 2 ədəd, dəyəri 200 və 500 manat, ümumi 700 manat; 7) kitab-dəftər dəsti; 8) krasovka 2 ədəd, dəyəri 50 manat; 9) çamadan 1 ədəd, dəyəri 50 manat; 10) ayaqqabı 2 ədəd, dəyəri 30 manat; 11) adapter 1 ədəd, dəyəri 10 manat; 12) 2 ədəd qulaqcıq, 2 ədəd iPhone və “Samsung” telefon qutusu – 30 manat; 13) 25 manat pul; 14) cins gödəkcə 1 ədəd, dəyəri 25 manat. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2018-ci ildə ali məktəbə daxil olub və təhsil almaq üçün Bakı şəhərinə gəlib. Gəldiyi vaxtdan cavabdehə məxsus olan, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev № 22A-da yerləşən 110 №-li mənzildə kirayədə qalıb. Mənzildə 4 nəfər kirayə qalırdı, aylıq kirayə haqqı 400 manat olub, hər biri 100 manat kirayə haqqı ödəyib. 13.02.2020-ci il tarixdən etibarən mənzildə tək iddiaçı qaldığı üçün cəmi 140 manat kirayə haqqı verib. Cavabdeh iddiaçıdan tələb edib ki, əgər qalan kirayə pulunu verməsə, mənzili tərk etsin. Cavabdeh 20.02.2020-ci il tarixdə mənzilə gələrək mübahisə edib və həmin vaxtdan iddiaçını mənzilə buraxmayıb. İddiaçı mənzildə olan əşyalarını götürmək istəsə də, cavabdeh icazə verməyib, qalan kirayə haqqını tələb edib, bildirib ki, həmin pulu verməsə əşyalarını verməyəcək. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, aşağıda göstərilən əşyalar cavabehdən alınaraq iddiaçıya qaytarılsın, əşyaların geri qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1.875 manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin: 1) şalvar 9 ədəd, dəyəri 210 manat; 2) köynək 11 ədəd, dəyəri 230 manat; 3) kurtka 1 ədəd, dəyəri 30 manat; 4) yorğan-döşək dəsti 4 ədəd, dəyəri 400 manat, 5) qolsuz köynək 6 ədəd, dəyəri 85 manat, 6) kompyüter 2 ədəd, dəyəri 200 və 500 manat, ümumi 700 manat; 7) kitab-dəftər dəsti; 8) krasovka 2 ədəd, dəyəri 50 manat; 9) çamadan 1 ədəd, dəyəri 50 manat; 10) ayaqqabı 2 ədəd, dəyəri 30 manat, 11) adapter 1 ədəd, dəyəri 10 manat; 12) 2 ədəd qulaqcıq, 2 ədəd iPhone və “Samsung” telefon qutusu – 30 manat; 13) cins gödəkcə 1 ədəd, dəyəri 25 manat. İddia qalan hissədə, yəni 25 manat pulun qaytarılmasına aid hissədə rədd edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçı cavabdehin mənzilində kirayədə qalıb, iddiaçı mənzilin görüntülərini mənzil kirayələmək istəyən şəxslərə göndərərək yanına kirayəşin götürürdü. Cavabdeh mənzili iddiaçıya adam hesabı verməyib, aylıq 400 manat kirayə haqqı ödəmək şərtilə verib. Öncədən danışılmışdı ki, kombi aparatı və raditarorlar qoşulana qədər ayda 350 manat, sonra isə 400 manat ödəniləcək. Sonradan iddiaçı mənzildən çıxdı. Mənzildən çıxmasının səbəbi ondan ibarətdir ki, iddiaçı müxtəlif şəxsləri mənzilə yığaraq mənzili tələbələrin yaşaması üçün yararsız vəziyyətə gətirmişdi, orada heç kim qalmaq istəmirdi, buna görə də pulu ödəyə bilmirdi. Bundan başqa, elektik enerjisindən istifadəyə görə iddiaçının borcu olduğu üçün elektrik kəsiləcəkdi. İddiaçı mənzildən özünə məxsus əşyaları aparıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı Şahin Quliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdehə aid olan, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev № 22A-da yerləşən 110 №-li mənzildə kirayədə yaşayıb. 20.02.2020-ci il tarixdə kirayə münasibətlərinə son qoyulub. Buna səbəb kirayə haqqına dair mübahisə olub. İddiaçıya məxsus əşyalar kirayə münasibətlərinin pozulmasından sonra mənzildə qalıb. Belə ki, iddiaçı mənzildə kirayədə yaşadığı müddətdə orada iddiaçıya məxsus müxtəlif əşyalar olub. Cavabdeh mənzildə iddiaçıya məxsus əşyaların olduğunu inkar etmir, çünki zəruri əşyalar olmadan mənzildə kirayədə yaşamaq mümkün deyil. Lakin cavabdeh bu əşyaların nədən ibarət olduğunu dəqiq bilmədiyini və iddiaçının özünə məxsus bütün əşyaları mənzildən apardığını qeyd edir. İddiaçı isə qeyd edir ki, əşyalarını mənzildən aparmayıb, 20.02.2020-ci il tarixdə mənzildə cavabdehlə onun arasında mübahisə yaranıb, mənzilə polis çağırılıb, polis əməkdaşı mənzildə cavabdehin izahatını alıb, onu isə izahat vermək üçün Polis Bölməsinə dəvət edib. PB-nə gedib, PB-də olduğu müddətdə cavabdeh mənzilin giriş qapısının qıfılını dəyişib, ona görə də PB-dən çıxdıqdan sonra mənzilə qayıda bilməyib və əşyaları mənzildə qalıb. İddiaçı bildirir ki, əşyalar hazırda mənzildə deyil, cavabdeh ona deyib ki, mənzildəki əşyaları özünə məxsus olan avtomobil qarajına yığıb. Göründüyü kimi, kirayədə yaşadığı müddətdə mənzildə iddiaçıya məxsus əşyalar olub. Lakin kirayə münasibətlərinin pozulmasından sonra əşyaların mənzildən aparıldığını təsdiq edən sübut yoxdur. Bu tip mübahisələrin həlli zamanı əşyaların olduğu yerdən aparıldığı sübut olunmursa, əşyaların olduğu yerdə qaldığı sübut olunmuş sayılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus əşyalar mənzildə qalıb. O cümlədən, Yasamal RPİ 29-cu PB-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş 01.03.2020-ci il tarixli qərardan görünür ki, 20.02.2020-ci il tarixdə Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev № 22A-da yerləşən 110 №-li mənzildə (iddiaçının kirayədə yaşadığı mənzildə) tərəflərin arasında münaqişəli vəziyyət yaranmışdır. İddiaçı polisə izahat verərkən bildirmişdir ki, cavabdeh onun əşyalarını xəbəri və icazəsi olmadan mənzildən çıxardaraq ona məlum olmayan saxlanc yerinə aparıb, əsassız olaraq ondan pul tələb edir, pulu ödəməyəcəyi təqdirdə əşyalarını qaytarmayacağını bildirir. Bundan başqa, iddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsindən, habelə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş videoyazıdan müəyyən olunur ki, iddiaçı kirayədə yaşadığı mənzili tərk edərək izahat vermək üçün PB-nə getdikdən sonra iddiaçıya məxsus əşyalar mənzildə qalıb, daha sonra iddiaçı mənzilə qayıda bilməyib. İddiaçı mənzili tərk edərkən əşyalar mənzildə qaldığına, mənzil isə cavabdehə məxsus olduğuna görə hesab olunur ki, cavabdeh iddiaçının əşyalarına qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddiaçı özünə məxsus əşyaların qaytarılmasını cavabdehdən tələb etməyə haqlıdır. Apellyasiya icraatı zamanı iddiaçının verdiyi izahatdan müəyyən olunur ki, tələb edilən əşyaların hamısı ona məxsus deyil, əşyaların bir hissəsi mənzildə onunla birlikdə yaşamış başqa şəxslərə məxsusdur. İddiaçıya məxsus əşyalar hazırkı qətnamənin nəticə hissəsində sadalanan əşyalardır. Qalan əşyaların qanunsuz sahiblikdən qaytarılmasını həmin əşyaların mülkiyyətçiləri tələb edə bilər. Bu qayda Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilib. Tələb edilən əşyaların sırasında “dəftər-kitab dəsti” qeyd olunsa da bu, qeyrimüəyyəndir. Dəftər və kitabın adı və sayı müəyyən edilmədən həmin tələbin təmin edilməsi mümkün deyil. Bundan başqa, apellyasiya icraatı zamanı iddiaçı izahatında əşyaların adlarını və qiymətlərini dəqiqləşdirmişdir. Cavabdeh əşyaları təqdim etmədiyinə (onun sahibliyində olduğunu inkar etdiyinə) görə əşyaların dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilməsi mümkün olmamışdır. Ona görə də əşyaların dəyəri iddiaçının məhkəməyə verdiyi məlumatlara əsasən müəyyən edilməlidir. Bu, Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinin göstərişinə uyğundur. Həmin maddəyə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qaytarılması tələb olunan əşyalardan birinin - “iPhone” qutusunun dəyərə malik olduğu müəyyən edilmir. 25 manat pulun qaytarılmasına aid hissədə iddia rədd olunub, iddiaçı qətnamənin həmin hissəsini mübahisələndirməyib. Ona görə də qətnamənin həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Qalan hissədə, yəni iddianın təmin edilən hissəsində qətnamə ləğv edilməli, yuxrıda göstərilənlər nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Aşağıda göstərilən əşyalar Cavabdeh alınaraq X3 verilsin: 1) 01 ədəd idman şalvarı, dəyəri 18 manat; 2) 02 ədəd qara cins şalvar, hər birinin dəyəri 25 manat, cəmi dəyəri 50 manat; 3) 01 ədəd göy cins şalvar, dəyəri 30 manat; 4) 04 ədəd uzun qollu köynək, hər birinin dəyəri 25 manat, cəmi dəyəri 100 manat; 5) 01 ədəd gödəkcə (kurtka), dəyəri 30 manat; 6) 01 ədəd yorğan-döşək dəsti, dəyəri 100 manat; 7) 03 ədəd qısa qol köynək, birinin dəyəri 17 manat, cəmi dəyəri 51 manat; 8) 01 ədəd “Asus” markalı kompyüter (noutbuk), dəyəri 500 manat; 9) 02 ədəd krasovka, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 30 manat; 10) 01 ədəd çamadan, dəyəri 50 manat; 11) 02 ədəd ayaqqabı, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 30 manat; 12) 01 ədəd adapter, dəyəri 10 manat; 13) 01 ədəd qulaqcıq, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 30 manat; 14) 01 ədəd cins gödəkcə, dəyəri 25 manat; 15) 01 ədəd “iPhone” qutusu. Cəmi dəyər 1.054 manat. Əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri Cavabdeh alınaraq X3 verilsin. Qətnamənin mübahisələndirilən hissəsində qalan iddia rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar