Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2524/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehlərin ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlərə qarşı irəli sürdüyü “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan – Məhkəmə) hesab edir ki, mülki iş üzrə apellyasiya icraatı mümkün deyil, çünki Cavabdeh2 apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və vaxtda verilsə də, cavabdeh X.Abdullayevanın apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə işdə iştirak edən şəxslərə, o cümlədən cavabdeh X.Abdullayevaya göndərilmişdir. “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədə” (iş v. 86) əks olunmuş əlyazma mətnindən və poçtun ştampından müəyyən edilir ki, X.Abdullayeva qətnaməni xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda hesab edilməlidir ki, X.Abdullayevayaya münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2020-ci il tarix hesab edilir. Lakin o, apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh X.Abdullayeva tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş X.Abdullayeva Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin X.Abdullayeva tərəfindən ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hal hazırki mülki iş üzrə apellyasiya icraatı qeyri-mümkün etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh X1 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyrimümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2524/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2524/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver