Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2524/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1988/2023 nömrəli qərardadından cavabdeh Milli Hidrometeorologiya Xidmətinin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, cavabdehin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş sayılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh 2 dəfə apellyasiya şikayəti verib. 1-ci apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətin (1 ayın) daxilində verilib. Yəni cavabdeh qətnaməni xx.xx.2023-cü ildə alıb, xx.xx.2023-cü ildə apellyasiya şikayətini poçt vasitəsilə göndərib, bunu poçt zərfinin üzərindəki ştam təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 129.3-cü maddəsinə görə, apellyasiya şikayəti müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Lakin həmin apellyasiya şikayəti forma və məzmuna əməl edilmədiyinə, o cümlədən elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılıb. Bu barədə qərardad xx.xx.2023-cü ildə qəbul edilib, həmin qərardad xx.xx.2023-cü ildə cavabdehə göndərilib, bundan 6 gün sonra – xx.xx.2023-cü ildə cavabdeh 2-ci apellyasiya şikayətini verib. Lakin xx.xx.2023-cü il tarixli qərardadla (hazırda mübahisələndirilən qərardadla) qərara alınıb ki, bu apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra verilib. Lakin məhkəmənin mövqeyi qanuni deyil. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında qanunla nəzərdə tutulan müəyyən formallıqlara riayət edilmədiyinə görə şikayətin qəbul edilməsindən imtina olunmasını “həddindən artıq formalizm” kimi qiymətləndirərək qeyd etmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması və bu səbəbdən şikayət müddətinin ötürülməsi sonradan müddətin keçmiş olması səbəbi ilə şikayətin geri qaytarılması üçün əsas olmamalıdır. Bundan başqa, MPM-in 363.4-cü maddəsinə görə, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Bu maddənin mənasına görə, əgər şəxs ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət edirsə, müddət ötürülməmiş hesab olunur, çünki əvvəlki apellyasiya şikayəti müddətin daxilində verilib. Oxşar məsələyə AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında da münasibət bildirilib. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1988/2023 nömrəli qərardadı ləğv edilsin və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Milli Hidrometeorologiya Xidmətinin apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2524/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2524/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver