Məhkəmə qərarları › İş №2(103)-2527/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2527/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2527/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət qeyri-mümkün hesab edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısı aparatı yanında Məişət o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun qızı X3 mühafizə orderi verilməsinə dair xx.xx.2024-cü il tarixli, 10 nömrəli qərarının və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 100 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221301, tarix: xx.xx.2024, saat 13:45:03) məbləğində dövlət rüsumunun dövlət büdcəsindən qaytarılması, qərardadın icrasının dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində ləğv edilməsini tələb etdiyi xx.xx.2024-cü il tarixli, 10 nömrəli qərar nəticəsində verilmiş qısa müddətli mühafizə orderi xx.xx.2024-cü il tarixdən 30 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək verilmiş, iddia tələbi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi mühafizə orderinin artıq müddəti bitmişdir, iddiaçı isə hazırda qüvvədən düşmüş orderin verilməsinə səbəb olmuş qərarı mübahisələndirərək ləğv edilməsini məhkəmədən tələb edir. Odur ki, iddia ərizəsində qeyd edilən məsələyə məhkəmə qaydasında baxılması mümkün deyildir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(007)- 2733/2024 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısı aparatı yanında Məişət o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun müvafiq qərarı qanunsuz və əsassız olmaqla onun və qızının X2 hüquqlarını kobud şəkildə pozur. Belə ki, bu qərar o və 10 yaşlı qızı X8 dindirilmədən, məsələ araşdırılmadan, aidiyyatı tərəf olmayan və ailəsi ilə qərəzli ədavəti olan keçmiş həyat yoldaşı X5 əsassız şikayəti əsasında qəbul olunmuşdur. Bu qərar onun hazırki həyat yoldaşı X6 və qızı X2 hüquqlarını kobud şəkildə pozmuşdur. Hazırki həyat yoldaşı X16 və üç övladı ilə şəxsi evində, xoşbəxt və firavan yaşayırlar. Övladlarının atalığı ilə çox gözəl münasibətləri var, 10 və 14 yaşlı qızları öz fikirlərini aydın şəkildə izah edə bilir, öz arzu və iradəsindən kənar keç bir hərəkətə səssiz qalmayan yeniyetmədirlər. X17 ilə 2008-ci ildə ailə həyatı qurub və bu evlilikdən xx.xx.2010 təvəllüdlü X9 və xx.xx.2014 təvəllüdlü X8övladları dünyaya gəlmişdir. xx.xx.2019-cu ildə iddiaçı qismində məhkəməyə müraciət edərək Xətai Rayon Məhkəməsinin 2(011)-6519/2019 saylı qərarı ilə nikahı pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010 təvəllüdlü X9 və xx.xx.2014 təvəllüdlü X12 anaları İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilmişdir. Övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019 tarixindən başlayaraq cavabdeh X4 İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləği tutulmuşdur. xx.xx.2024 tarixində tərəfindən Nizami Rayon Məhkəməsinə müraciət edilmiş 2(007)- 1618/2024 saylı iş üzrə alimentin artırılması iddia tələbi olmuşdur. X4 əmək haqqının 33 %-i övladlarının saxlanması üçün onun xeyrinə tutulması xahiş edilmişdir və iddiası təmin olunmuşdur. Bundan sonra X17, aliment öhdəliyindən yayınmaq üçün məhkəməyə və Nizami Rayonu İcra Hakimiyyətinə müraciət edərək yalan məlumat yayaraq guya onun və övladlarının məişət zorakılığına məruz qaldığı barədə məlumat vermiş və uşaqların onun yanında saxlanmasını tələb etmişdir. Bu tələbi sırf aliment öhdəliyindən yayınmaq üçün etdiyi məlumdur. O 2021-ci ildə ikinci dəfə rəsmi ailə həyatı qurub və bu evlilikdən daha bir övladı da dünyaya gəlmişdir. 38 yaşı var, ali təhsilli hüquqşünasdır. Ailəsi və üç övladı ilə yaşayır. Lakin keçmiş həyat yoldaşı X17 onu və ailəsini mütəmadi olaraq narahat edir, hazırki həyat yoldaşına və ona zənglər edərək ailəsinii təhqir edir. Ailəsində problem münaqişə və narahatlıq yaratmağa çalışır. X18, hazırki həyat yoldaşı X13 zəng edərək ona şər böhtan və təhqirlər edərək həyat yoldaşı ilə münasibətlərinin ötən ilin sentyabr ayında (sentyabr 2023) korlanmasına gətirib çıxartmışdır. Hətta ailə münaqişəsi zəminində hazırki həyat yoldaşı Şahin Musayevdən hüquqmühafizə orqanına belə əsəbi halda müraciət etmişdi. Lakin sonradan X5 əsas məqsədi qərəzli şəkildə onun ailəsini dağıtmağa çalışmasını, evinə dava salmasını və onları qəsdən ayırmağa çalışmasını başa düşüb hazırki həyat yoldaşı X16 ilə barışıb övladları ilə xoşbəxt yaşayırlar. Bu hadisə ötən ilin sentyabr ayında olmuşdur. Hazırki həyat yoldaşı ilə ailə zəmnində aralarında münaqişə yaranarkən əsəbi halda 102- xidmətinə müraciət etmişdi. Daha sonra yoldaşı ilə barışıb şikayətini geri çəkmişdi. Övladı və onun hazırki həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qalmamağı barədə, Nizami rayon polis idarəsində araşdırılma aparılmış və şikayətinin əsassız olduğu təsbit edilmiş və işə xitam verilmişdir. Belə ki, həyat yoldaşı Şahin Musayevdən küsülü və acıqlı olarkən övladı X2 başında yüngül şişkinlik olduğunu görüb, bunu həyat yoldaşının etdiyini düşünmüşdü, lakin sonradan həyat yoldaşı Şahin Musayevin övladı X3 heç bir xəsarət yetirmədiyi təsbit olunmuş və uşağın başındakı yüngül şişkinliyin evdə və ya idmanda oyun zamanı yaranması dəqiqləşmişdir. X6 övladı X3 xəsarət yetirdiyi sübut olunmamışdır. X17 isə, onun ailəsində yenidən münaqişə yaratmaq məqsədi ilə aidiyyəti tərəf olmadığı halda yenidən həmin işdən şikayət vermişdir. Lakin Nizami Rayon Polis İdarəsində yenidən izahatlar alınaraq işə xitam verilmiş, cinayət hadisəsi olmadığına görə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Polis İdarəsində araşdırılan iş üzrə alınmış ekspertiza rəyində X2 baş (təpə) hissəsində şişkinliyin olması qeyd edilsə də, həmin hallar qızı Selin Əkbərzadənin evdə uşaqlarla oynayarkən və ya idman fəaliyyəti həmin hallar qızı Selin Əkbərzadənin evdə uşaqlarla oynayarkən və ya idman fəaliyyəti ilə məşğul olması zamanı yaranmış zədələrdir və hazırki həyat yoldaşı Şahin Musayev tərəfindən ona və ya qızlarına qarşı hər hansı zorakılıq aktı törədilməsi sübuta yetirilməmişdir. Polis İdarəsində aparılmış araşdırma zamanı da Əkbərzadə Selin qızı tərəfindən verilmiş izahatlarla da Şahin Musayev tərəfindən hər hansı zorakılıq aktının həyata keçirilməməsi faktı təsdiq edilmişdir. X5 şikayətinin əsassız və qərəzli olduğu təsbit edilmiş və işə xitam verilmişdir. Övladının və onun izahatı iddia ərizəsinə əlavə olunmuşdur. Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin qərarı iddiaya qoşma hissədə əlavə olunmuşdur. Həmin qərarın 7-ci bəndindən də göründüyü kimi X19 tərəfindən heç bir məişət zorakılığı halları öz təsdiqini tapmamışdır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e- 2(007)-2733/2024 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-1.1. Məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-1.2. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir.

10. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 11.1. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir. Maddə 11.2. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçirilir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər. Maddə 11.3. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Maddə 12.1. Məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 12.2. Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 12.3. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 29 may 2024-cü il tarixli, 10 nömrəli qərarında qeyd edilir ki, X10 (xx.xx.1991-ci il təvəllüdlü) məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması, yetkinlik yaşına çatmayan, xx.xx.2014-cü il təvəllüdlü X3 30 gün olmaqla qısamüddətli mühafizə orderinin verilməsi (29 may 2024-cü il –29 iyun 2024-cü il) Məişət zorakılığını törətmiş şəxs X7 profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəviqabaqlayıcı işin aparılması üçün Nizami rayon Polis İdarəsinə məlumat verilməsi, qərarın surətinin icra edilməsi üçün Nizami rayon İcra Şöbəsinə, Məişət zorakılığını törətmiş şəxs X7 profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün qərarın surətinin Nizami rayon Polis İdarəsinə, məlumat üçün yetkinlik yaşına çatmayan, 09 iyun 2014-cü il təvəllüdlü X2 valideynləri - X11 və İddiaçı göndərilməsi qərara alınmışdır.

13. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 29 may 2024-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsini və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq ona istinad edilmişdir ki, qısa müddətli mühafizə orderi xx.xx.2024-cü il tarixdən 30 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək verilmiş, iddia tələbi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi mühafizə orderinin artıq müddəti bitmişdir, iddiaçı isə hazırda qüvvədən düşmüş orderin verilməsinə səbəb olmuş qərarı mübahisələndirərək ləğv edilməsini məhkəmədən tələb etmişdir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşmır və qeyd edir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində qeyd edilir ki, xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçirilir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər.

16. İddia ərizəsindən də göründüyü kimi əsassız olaraq qısamüddətli mühafizə orderi verildiyindən iddiaçı qeyd edilən qərarı mübahisələndirir. Kollegiya hesab edir ki, mübahisələndirilən qərarın qüvvədə olma müddətinin qurtarmasına baxmayaraq qərar mübahisələndirilə bilər. Çünki, artıq həmin qərarın mövcud olması imkan verir ki, həmin şəxs barəsində uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət edilsin.

17. Belə ki, Mülki Prosessual Məcəllənin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

18. Kollegiya hesab edir ki, bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina əsassız olmuşdur.

19. Kollegiya o cümlədən qeyd edir ki, iddia ərizəsi icraata götürüldükdən sonra həmin qərarın barəsində qısamüddətli mühafizə orderi verildiyi şəxs tərəfindən deyil, İddiaçı tərəfindən mübahisələndirilməsi və İddiaçı qeyd olunan qərarı mübahisələndirmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət verilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar