Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2529/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(006)-410/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi X15 və X16 cəlb etməklə) “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 02.12.2020-ci il tarixli məktubunun, Bakı şəhəri 43 saylı notariat ofisinin **********851 saylı, 07.08.2021-ci il tarixli təsdiqli ərizəsinin əsassız hesab edilməsi və onlar əsasında "xxxx" MTK tərəfindən Cavabdeh1 adına verilmiş 07.08.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1045/2012 nömrəli, 14.06.2021-ci il tarixli qətnaməsi ilə Şahbazov Ariflə iddiaçı arasında olan rəsmi nikah pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən qızı X17 və X8 iddiaçının yanında saxlanması və onların yetkinlik yaşına çatanadək ümumi olaraq 350 manat aliment məbləğinin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Keçmiş həyat yoldaşı Şahbazov Arif məsuliyyətsiz adam olduğundan ailənin saxlanması üçün demək olar ki, heç bir maddi yardım etmədiyindən iddia ailə qurduqları ilk vaxtlardan kiçik biznes fəaliyyəti (qadın geyimlərini alışı və satışı) ilə məşğul olmuşdur. Övladlarının gələcəyi üçün istirahət etmədən çalışmışdır. Ailədə həm kimi, həm qadın üzərinə düşən vəzifələri yerinə yetirmişdir. İlk illər özünün yığdığı pul və qardaşı Dünyamalıyev Şahinin göstərdiyi maddi kömək (35000 manat) əsasına Yeni Bakı Yaşayış Massivində iki otaqlı mənzil almışdır, sonra bu mənzili satıb nisbətən böyük sahəsi olan mənzil almışdır. Bu dövr ərzində Arifin iddiaçıya heç bir maddi yardımı olmamışdır. Arif bu günlər ərzində yenə də məsuliyyətsiz davranıb ailəyə heç bir maddi yardım etmirdi. Bu səbəbdən ailələrində daimi sözsöhbət narazıçılıq olurdu. Eyni zamanda Arif iddiaçının kiçik biznes fəaliyyətinə gördüyü işlərə qarışmırdı. İddiaçı Yeni Bakı yaşayış massivində olan mənzilini satıb kreditlə 28.01.2020-ci il tarixdə "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 nömrəli binada ümumi sahəsi 60 kv.m. olan yaşayış sahəsi almışdır. Məqsədi öz biznes fəaliyyətini burada davam etdirmək idi. Ailə münasibətlərinin gələcəyi olmadığını iddiaçı əvvəlcədən görürdü və öz qazancı ilə əldə etdiyi qeyri-yaşayış sahəsini başına bir iş gələrsə keçmiş yoldaşı Arifə deyil, övladlarına çatması barədə daim fikirləşirdi. Arif də öz növbəsində iddiaçının işlərinə qarışmır, biznes fəaliyyəti nəticəsində əldə etdiyi pulla etdiyi hərəkətlərə heç bir etiraz etmirdi və gələcəkdə də etməyəcəyini bildirirdi. Bu səbəbdən Arif 22.09.2020-ci il tarixdə iddiaçıya onun adından bütün hərəkətləri yerinə yetirməyi barədə 50 il müddətinə baş etibarnamə vermişdir. Pandemiya ilə əlaqədar vəziyyətin gərginliyindən, bir çox tanıdığı insanların xəstəliyə düçar olub vaxtsız vəfatından qorxaraq və Arifin iddiaçıya verdiyi baş etibarnamədən istifadə edərək ona məxsus "xxxx" MTK-ya məxsus 106 nömrəli binanın birinci mərtəbəsində yerləşən 106 kv.m.olan yaşayış sahəsini 12.11.2020-ci il maliyyə arayışı əsasında qızı X9 adına sənədləşdirmişdir. Abşeron Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsi ilə Arif aralarında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Məlum qətnamədən Arif cavabdeh olaraq apellyasiya şikayəti verib və mülki iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Bu ərəfədə ailə üzvlərindən bacısı Kərimova Aysel və anası Cavabdeh1 və yaxın tanışlarının təkidli tələblərinin təsiri altına düşmüşdür. Belə ki, onlar iddiaçıya demişlər ki, hələki Ariflə ailə münasibətləri tam pozulub başa çatmamış, Arif hər an ona vermiş olduğu etibarnaməni ləğv edə bilər və birgə nikah münasibətində əldə olunmuş əmlak olduğu üçün hər an obyektə şərik çıxa bilər və belə olan halda qeyri-yaşayış sahəsi qızı Canselə və digər övladına çatmaya bilər. Bacısı və anası ona təklif etmişlər ki, müvəqqəti olaraq yaranmış vəziyyətdən (nə qədər ki etibarnamə qüvvədədi) istifadə edib Şahbazlı Canselin adına olan bu qeyri-yaşayış sahəsini müvəqqəti olaraq anası Dünyamalıyev Təyyarənin adına keçirmiş və vəziyyət sabitləşəndən sonra anası yenidən bu obyekti onlara geri qaytaracaq. İddiaçı biznes fəaliyyətini bacısına məxsus obyektə həyata keçirmişdir və aralarında olan notarial icarə müqaviləsinə əsasən ona aylıq icarə haqqı vermişdir. Nəhayət iddiaçı yaxınları, anası və bacısının təklifi ilə razılaşmışdır. İddiaçı qızının adına olan qeyri-yaşayış sahəsini aralarında olan şifahi razılaşmaya əsasən anası Cavabdeh1 adına keçirtmək istəmişdi. İddiaçı əvvəlcə "xxxx" MTK-ya müraciət etmiş və onlara mövcud vəziyyəti izah etmiş və tam şəkildə niyyətini bildirmişdir. Onlar da öz növbəsində ünvanlayacağı razılıq ərizəsini notarial qaydada təsdiq etməyi tələb etmişlər. Sonra iddiaçı Bakı şəhəri 43 saylı notariat ofisinin notariusu Elşən Qurbanova müraciət etmiş və vəziyyəti ona da izah etmişdir. O da öz növbəsində iddiaçını Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməsi və onların razılığını almasını tələb etmişdir. İddiaçı da Qəyyumluq və Himayə orqanına yollanmışdır. Başına gələnləri orda danışmış və rəsmi ərizə ilə onlara müraciət etmişdir. Nəticədə Abşeron rayonu İHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası 02.12.2020-ci il tarixli, 2344 saylı məktubla qızı X10 məxsus qeyri-yaşayış sahəsinin qızının adından satılmasına, bağışlanmasına anası kimi iddiaçının etiraz etməsinə etiraz olunmadığın bildirmişlər. İddiaçı bu məktubu 43 saylı Notariat Ofisinə təqdim etmiş, o, da iddiaçının "xxxx" MTK-ya ünvanlandığı razılıq ərizəsini təsdiq etmişdir. Bu notarial ərizəni "xxxx" MTK-ya təqdim edərək, onlara məxsus 106 nömrəli binada yerləşən 60 kv.m. olan qeyri-yaşayış sahəsini qızı Şahbazlı Canselin adından anası Cavabdeh1 Abbaqulu qızının adına keçməsinə və ona 07.08.2021-ci il maliyyə arayışının verilməsinə nail olmuşdur. 07.08.2021-ci il tarixdən ddiaçı bu obyekti anası Cavabdeh1 adına keçirtdikdən təxminən 10 gün sonra anası bu əmlakı gələcəkdə tam şəkildə iddiaçıya geri qaytarmayacağını bildirmiş və ilkin olaraq təklif etmişdir ki, o halda bu obyekti geri gaytarar ki, obyektin yarı pay hüququ bacısı Kərimova Ayselin adına keçsin. İddiaçı bu təklifin qaynağını yaxınlarından və digər ailə üzvlərindən araşdırdıqda məlum olmuşdur ki, bacısı anasına deyib ki, Vüsalə abşsız qadındır, gələcəkdə olan bilsin ki, başqa bir lüzumsuz şəxslə yaxın münasibətlərdə olar və qeyri-yaşayış sahəsi digər əllərə keçər. Digər səbəb kimi anası təklif edib ki, bu qeyri-yaşayış sahəsini onun adına keçirsə, bu daha ağla batan və məntiqli olar. Belə ki, anası bu qeyri-yaşayı sahəsini gələcəkdə ticarət şəbəkəsi kimi icarəyə verər və özü işin başında durar, əldə olunmuş gəlirdən guya iddiaçının balalarını da saxlanmasını təmin edər. İddiaçı bu səbəblə bacısı və anası ilə aralarında ciddi sözsöhbət yaranmış və bacısı Kərimova Aysel aralarında olan notarial icarə müqaviləsi olmağına məhəl qoymayaraq onu 17.08.2021-ci ildə özünə məxmum obyektdən kobud şəkildə qovub çıxartmışdır. İddiaçıya vurduğu ziyanla bağlı iddiaçı tərəfindən Səbail Rayon Məhkəməsində ona qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırılmışdır. Aşağıda göstərilən səbəblərdən iddiaçı hesab edir ki, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının iddiaçıya ünvanladığı 02.12.2020-ci il tarixli məktubu, ünvan 2anladığı **********851 saylı, 07.08.2021-ci il tarixli ərizənin təsdiq olunması etibarsız hesab edilməli və "xxxx" MTK-nın Cavabdeh1 adına verdiyi 07.08.2021-ci il tarixli maliyyə arayışı əsassız olduğundan ləğv olunmalıdır. Abşeron rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası 02.12.2020-ci il tarixli məktubu ilə iddiaçının X10 məxsus 60 kv.m.- lik qeyri-yaşayış sahəsi üzrə alğı-satqı, bağışlama və s. hərəkətlər barədə imza etməsinə etiraz etmədiklərini bildirmişlər. Bu məktub birtərəfli qaydada verilmiş, Qəyyumluq və Himayəçilik Komissiyası Şahbazlı Canselin atası Şahbazov Arifin bu işə razılığını almamış, Canselin ikinci qəyyumu kimi çıxış edəcək atası Arifi qəyyum kimi kənarlaşdırmışdır. İkinci, iddiaçı Gəncə şəhəri Kəpəz rayonu, 4 m/r pasport qeydiyyatındadır, Masazır kəndi, Qurtuluş y/m-də onun Abşeron rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının münasibət göstərməsinə əsas yox idi. İddiaçıya rəsmi qeydiyyatda olduğu ərazi üzrə Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası münasibət bildirməli və azyaşlı övladı Şahbazlı Canselin adına olan əmlak üzrə sərəncam verilməsi ilə bağlı müvafiq rəy verməli idi. Bu hallar qeyd olunan məktubun əsassızlığını Mülki qanunvericiliyin bütün normalarının tələbi ilə əsassız olduğunu sübut edir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin təsdiq etdiyi 07.08.2021-ci il tarixli **********851 saylı ərizəni düzgün tərtib etməmişdir. Belə ki, ərizədə qeyd olunmuşdur ki, iddiaçı "xxxx" MTK-da yerləşən 60 kv.m-lik ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair onun adına olan müqavilədən və pay hüququndan imtina etmiş və həmin pay hüququnun Cavabdeh1 adına keçməsinə etiraz etməmişdir. Həmin vaxtda iddiaçının adına heç bir mənzil və qeyri-yaşayış sahəsi olmayıb. Ərizədə qeyd olunmalı idi ki: “Mən qəyyumu olduğum qızım X9 adına olan pay hüququndan imtina edirəm və bu hüququn Cavabdeh1 adına keçməsinə etiraz etmirəm. Ərizənin məzmunu bu ərizənin əsassız olduğunu sübut edir”. İkincisi, notarius ərizənin aşağı hissəsində iddiaçının belə bir ərizəni X17 əvəzinə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 02.12.2020-ci il tarixdə verilmiş 2344 nömrəli sənəd əsasında imzalanmasını əsas götürmüşdür. Notariusun ərizəsinin sonunda bu sənəd deyil iddiaçıya şəxsən İcra Hakimiyyətinin ünvanladığı məktubdu. Eyni zamanda iddiaçıya ünvanlanan bu tarixlə (02.12.2020-ci il) notariusun təsdtqləmə tarixi (07.08.2021-ci il) arasında 9 aydan artıq vaxt keçirmişdir. Deyəsən bu müddət notariusun marağın çəkməmişdir. Notarius da eyni zamanda Qəyyumluq və Himayə Orqanın iddiaçıya ünvanlanmış olduğu məktubu deyil, pasport qeydiyyatında olduğu Kəpəz rayon Qəyyumluq və Himayəçilik Komissiyasının sənədini əsas götürə bilərdi və eyni zamanda X9 atası Şahbazov Arif da iddiaçı ilə birlikdə ərizə ilə müraciət etməli idi. İddiaçı hesab edir ki, "xxxx" MTK-da notarial təsdiqli ərizənin məzmununa diqqət yetirməli və orada iddiaçıya məxsus heç bir əmlak olmadığını əsas gətirib ərizənin məzmunu dəyişdirməsini tələb etməli idi. İddiaçı özünə məxsus olmayan əmlakdan anası Cavabdeh1 adına keçirilməsinə necə razılıq verir. Şahbazlı Canselin digər valideyni Şahbazov Arifin münasibəti öyrənilməli idi. İddiaçı qızı Şahbazlı Canselin adına olan məlum qeyri-yaşayış sahəsini keçmiş yoldaşı Şahbazov Arifin tələbindən yayındırmaq üçün bacısı və anasının təklifi ilə müvəqqəti olaraq anasının adına keçməsinə razılıq vermişdir ki, sonradan uyğun vəziyyətdə və zamanda bu yaşayış sahəsini yenidən onlara geri qaytarsın. Beləliklə qeyd olunan yaşayış sahəsini anası X2 adna keçməsinə dair əqd uydurma əqd olduğundan etibarsız hesab olunmalıdır. Bu əqd, yəni obyektin anasının adına keçməsi, keçmiş əri Şahbazov Arifin ola biləcək tələblərindən yayındırmaq üçün görünüş məqsədilə bağlanıb. Digər tərəfdən belə bir əqdin bağlanmasına səbəb olmuş Abşeron rayon İcra Hakimiyyətinin 02.12.2020-ci il tarixli məktubu, 43 saylı notariat ofisin **********851 saylı, 07.08.2021-ci il tarixli razılıq ərizəsi əsassız olduğundan etibarsız hesab edilməli və onların əsasında "xxxx" MTK tərəfindən tərtib edilmiş 07.08.2021-ci il tarixli maliyyə arayışı ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(006)-410/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi X11 və X12 cəlb etməklə “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh1 üçüncü şəxs Gülər Cavadovadan nə qədər pul vəsaiti alması, yaxud nəyin müqabilində əmlakı onun adına keçirməsi haqqında hər hansı sübut, yaxud da məlumat yoxdur. Əslində buna dair sübut olması mümkün deyildir. Belə ki, mübahisəli əmlak üçüncü şəxs Gülər Cavadovanın adına formal olaraq rəsmiləşdirilmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə "xxxx" MTK arasında iş üzrə mübahisəli müqavilə 07.08.2021-ci il tarixdə imzalanmışdır. Məhkəməyə iddia ərizəsi isə 20.09.2021-ci il tarixdə, yəni cəmi 43 gün sonra təqdim edilmişdir. Bu halda məhkəmənin iddiaçının əqdin etibarsızlığını mübahisələndirmə müddətini ötürülməsi qənaətinə gəlməsi qeyri-qanuni olmaqla yanaşı müəmmalıdır. Göründüyü kimi iş üzrə mübahisəli əmlak üzrə sənədləşmələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Buna görə də iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi qeyri-qanuni qətnamə qəbul etmişdir. Ərindən ayrılmış və iki azyaşlı uşaqla tək, müdafiəsiz qalan İddiaçı iş üzrə mübahisəli əmlakın alınması üçün illərlə min bir əziyyətlə 132000 manat məbləğində vəsaiti "xxxx" MTK-ya ödədiyi halda, əmlakı heç bir vəsait almadan cavabdeh olan anası Cavabdeh1 vermişdir. Bu azmış kimi, Cavabdeh1 hansı məntiqlə iddiaçının xəbəri olmadan əmlakı üçüncü şəxsin adına keçirmişdir. Qeyd olunan vəziyyətdə bağlanan əqdin etibarlı olması hər bir halda ağlabatan deyildir. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X18 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə5 apellyasiya şikayətini qəbul edərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında həmçinin qeyd etdi ki, Abşeron Rayon Məhkəməsində iddiaçı X16 cavabdehlər İddiaçı, "xxxx" MTK-ya 3-cü şəxs Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş 106 saylı fərdi yaşayış binasının 1-ci blokunun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı X17 ilə bağlanmış 12.11.2020-ci il tarixli müqavilə, maliyyə arayışı və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Hazırki iş üzrə mübahisələndirilən sənədlərə qeyd olunan işdə sübut kimi qiymət veriləcəkdir. Abşeron Rayon Məhkəməsində həmin işə baxılanadək hazırkı işin icraatın dayandırılması xahiş olunsa da, vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdhirilmədən saxlanılmasını xahiş edərək, izahatında qeyd etdi ki, üçüncü şəxs X15 mübahisəli qeyri-yaşayış sahəsini qanuni əsaslarla əldə etmişdir. Cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Kontoru, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi və "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan: "xxxx" MTK tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş payçılıq vəziyyəti barədə 12.11.2020-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, payçı X17 ilə "xxxx" MTK arasında 12.11.2020-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 saylı binada, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi almışdır. İddiaçı tərəfindən notarial qaydada yazılmış 04.11.2020-ci il tarixli, **********643 saylı ərizənin surətindən görünür ki, "xxxx" MTK-nın Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş yaşayış kompleksində, bina 106, 1-ci blok, mərtəbə 1, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsində olan pay hüquqlarından imtina edir, həmin pay hüquqlarının və həmin qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin qızı X9 adına sənədləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə, "xxxx" MTK-ya qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Onu paydan azad edilməsini xahiş etmişdir. Bakı şəhər 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 22.09.2020-ci il tarixli etibarnamənin surətinə əsasən X16 tərəfindən İddiaçı bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamə 50 il müddətinə verilmiş və etibarnamənin müddəti 22.09.2070-ci il tarixədək müəyyən edilmişdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X16 tərəfindən İddiaçı verilmiş 22.09.2020-ci il tarixli etibarnamə 16.10.2020-ci il tarixdə xitam verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 02.12.2020-ci il tarixli, 2344 nömrəli məktubun surətindən görünür ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlanmış 13.11.2020-ci il tarixli ərizəsində Masazır kəndində yerləşən Bağçalı evlər yaşayış massivində övladı X10 məxsus 106 saylı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsinin satılması, bağlanması, banka girov qoyulması məqsədilə anası kimi İddiaçı onun əvəzindən müvafiq sənədlərə imza etməyinə icazə verilməsinə dair müraciətinə baxılmışdır. Qəyyumluq və Himayəçilik Komissiyası övladı 30.07.2012-ci il təvəllüdlü X10 məxsus Masazır kəndində yerləşən bağçalı evlər yaşayış kompleksində 106 saylı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsinin sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsinin satılmasına, bağışlanmasına və onun əvəzindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bank müəssisələrində müvafiq sənədlərə və Notariat Kontorunda alqı-satqı və bağışlanma müqaviləsinə anası kimi İddiaçı imza etməyinə etiraz etmir. "xxxx" MTK tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş payçılıq vəziyyəti barədə 12.11.2020-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, payçı İddiaçı ilə "xxxx" MTK arasında 28.01.2020-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 saylı binada, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi almışdır. X17 əvəzinə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 02.12.2020-ci il tarixdə verilmiş 2344 nömrəli sənəd əsasında anası İddiaçı tərəfindən notarial qaydada "xxxx" MTK-yə ünvanlanmış 07.07.2021-ci il tarixli, **********851 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" MTK-nın Abşeron ryonu, Masazır qəsəbəsi, 106 nömrəli yaşayış binasında, 1-ci blok, 1-ci mərtəbədə yerləşən 60 kv.m. ümumi sahədən ibarət mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina edir və həmin pay hüquqlarının Cavabdeh1 adına keçirilməsinə etiraz etmir. Gələcəkdə "xxxx" MTK-nə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. "xxxx" MTK tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş payçılıq vəziyyəti barədə 07.08.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, payçı Cavabdeh1 ilə "xxxx" MTK arasında 07.08.2021-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 saylı binada, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi almışdır. "xxxx" MTK tərəfindən ünvan 6 ünvanlanmış 07.09.2021-ci il tarixli sorğuya cavabdan görünür ki, "xxxx" MTK-ya məxsus Yaşayış Kompleksində 106 saydı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi hər kv.m. 2200 manat ödəməklə 28.01.2020-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Beləliklə, 60 kv.m. olan qeyri-yaşayış sahəsinə 132.000 manat ödənilmişdir. Sonradan İddiaçı həmin yaşayış sahəsini 12.11.2020-ci ildə qəyyumluğa götürdüyü qızı X9 adına (notariusdan razılıq ərizsi əsasında) keçirmişdir. 07.08.2021-ci il tarixdə isə qeyri-yaşayış sahəsi X9 adından (notariusdan razılıq ərizəsi əsasında) Cavabdeh1 adına dəyişdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1045/2021 saylı, 14.06.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X16 arasında 25.10.2011-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 802 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 30.07.2012-ci il təvəllüdlü X9 və 25.04.2019-cu il təvəllüdlü X8 boşanmadan sonra İddiaçı (ananın) yanında qalması, X4 İddiaçı xeyrinə 30.07.2012-ci il təvəllüdlü X4 İddiaçı xeyrinə 30.07.2012-ci il təvəllüdlü X9 və 25.04.2019cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəli 17.11.2020-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, X4 dövlət nəfinə 30 manat dövlət rüsumuna görə pulun tutulması qət edilmişdir. "xxxx" MTK tərəfindən Saatlı rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 24.09.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 106 saylı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi, hər kv.m-nə 2200 manat ödəməklə 28.01.2020-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Beləliklə 60 kv.m. olan qeyri-yaşayış sahəsinə 132000 manat ödənilmişdir. Sonradan İddiaçı həmin yaşayış sahəsini 12.11.2020-ci ildə qəyyumluğa götürdüyü qızı X9 adına (notariusdan razılıq ərizəsi əsasında) keçirmişdir. 07.08.2021-ci il tarixdə isə qeyri-yaşayış sahəsi X9 adından (notariusdan razılıq ərizəsi əsasında) Cavabdeh1 adına dəyişdirilmişdir. X13 isə anası Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında özünün və həyat yoldaşının X13 isə anası Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında özünün və həyat yoldaşının notariusdan razılıq ərizələri ilə 16.09.2021-ci il tarixdə qeyriyaşayış sahəsini X6 adına sənədləşdirmişdir. Hazırda həmin 60 kv.m.-lıq qeyri-yaşayış sahəsi X6 adınadır. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və 3-cü şəxslərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ərizəsində Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 02.12.2020-ci il tarixli məktubunun, Bakı şəhəri 43 saylı notariat ofisinin **********851 saylı, 07.08.2021-ci il tarixli təsdiqli ərizəsinin əsassız hesab edilməsi və onlar əsasında "xxxx" MTK tərəfindən Cavabdeh1 adına verilmiş 07.08.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Digər tərəfdən Abşeron Rayon Məhkəməsində iddiaçı X16 cavabdehlər İddiaçı, "xxxx" MTK-ya 3-cü şəxs Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş 106 saylı fərdi yaşayış binasının 1-ci blokunun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı X17 ilə bağlanmış 12.11.2020ci il tarixli müqavilə, maliyyə arayışı və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə müraciət etmişdir. Kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi” ilə bağlı iddia tələbi mahiyyət etibarı ilə sübutların etibarsızlığı ilə bağlı olmaqla, sübutların etibarsızlığına əqdlərin etibarsızlığı ilə bağlı tələbə qiymət verilərkən müzakirə olunan məsələ olduğundan, həmçinin iddiaçı X16 cavabdehlər İddiaçı, "xxxx" MTK-ya 3-cü şəxs Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş 106 saylı fərdi yaşayış binasının 1-ci blokunun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı X17 ilə bağlanmış 12.11.2020-ci il tarixli müqavilə, maliyyə arayışı və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə baxılarkən qeyd olunan sübutlar qanunun tələblərinə müvafiq olaraq yoxlanılmalı olduğundan, həmin sübutların etibarsızlığı ilə bağlı məsələyə ayrıca iddia icraatı qaydasında baxılması yolverilməzdir. Bu məsələ ilə bağlı hər hansı əks yanaşma prosessual qanunvericiliyin hamılıqla qəbul olunan ümumi prinsiplərinə zidd olardı. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi”nə dair iddia tələbinə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində hər kəsin doğulduğu andan toxunulmaz, pozulmuş və ayrılmaz hüquqları və azadlıqlarının olduğu elan olunmaqla yanaşı göstərilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 72-ci maddəsinin İİ hissəsində də göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından irəli gələn vəzifələr daşıyır. Bu baxımdan iddiaçı iştirak etdiyi məhkəmə prosesində iddia tələbinin ağlabatan müddətdə, prosessual qənaətlilik çərçivəsində həllinə səy göstərməyə, ondan asılı olan etiraz və mülahizələri vaxtında məhkəməyə bildirməyə, ona verilmiş hüquqlardan sui-istifadə etmədən ədalət mühakiməsinin həyata keçirilməsinə şərait yaratmağa borcludur. Tərəfin bu cür hərəkət etmək vəzifəsi MPM-nin 47-ci maddəsində də təsbit edilərək göstərilir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Tərəflərdən bu cür prosessual vicdanlılıq tələbi həm də işlərə ağlabatan müddətlərdə baxılmasını təmin edir. Əks halda məhkəmə proseslərinin uzun müddət davam etməsinə səbəb ola bilər. Sübutların başqa icraat vasitəsi ilə mübahisələndirilməsi təcrübəsi isə, ümumiyyətlə məhkəmə qərarlarının sabitliyinin pozulmasına, mübahisələrin, sonsuza qədər uzadılmasına, nəticədə məhkəmə müdafiəsinin səmərəsizliyinə gətirib çıxarar. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəllənin 261.0.1-ci mаddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında bаxılmаlı deyildirsə, hаkim iş üzrə icrааtа xitаm verir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 262, 384.0.5, 400, 402, 405-406-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(006)- 410/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, onun “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi” ilə bağlı iddia tələbi mahiyyət etibari ilə sübutların etibarsızlığı ilə bağlı olduğundan, həmin sübutların etibarsızlığı ilə bağlı məsələyə mübahisəli əmlakla bağlı əqdin etibarsızlığı ilə bağlı tələbə baxılarkən müzakirə oluna bilər. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2529/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2529/2022
18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver