Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2534/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-267/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cinayət nəticəsində dəymiş maddi zərər -18 860 (on səkkiz min səkkiz yüz altmış) manat, cinayət nəticəsində dəymiş mənəvi zərərin əvəzi - 5000 (beş min) manat və ğdənilmiş dövlət rüsumu - 30 (otuz) manat tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh1 Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (ümumi rejimli cəzaçəkmə müəssisəsi), Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 5000 (beş min) manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyli miqdrada onun əmlakını ələ keçirmək məqsədilə ona Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlar massivi, cənub küçəsində yerləşən 12 sot torpaq sahəsini çıxarış alınaraq satacağını yalandan vəd edib aldatmışlar və onun etibarından sui-isifadə edərək, bu məqsədilə sifarişi əsasında Cavabdeh2 tərəfindən qanunsuz hazırlanmış, fəaliyyəti dayandırılan "Avtomobilçi" bağçılıq-boştançılıq yoldaşlıq cəmiyyətinin idarə heyətinin ümumi yığıncağının protokolundan çıxarış, torpaq sahəsinin sxemi və bağçının üzvlük kitabçasını təqdim edərək ondan cəmi 18 860 manat pulunu almışlar. Bununla cavabdehlər tərəfindən ona maddi zərər vurulmuşdur. Xüsusən bildirir ki, torpaq sahəsinin alınması üçün verilmiş pulların bir qismi Cavabdeh2 Cavabdeh1 Əhməd oğlu vasitəsi ilə verilmişdir. Belə ki, Cavabdeh1la pulun verilməsi üçün görüşərkən, sənədin nə zaman hazır olduğunu soruşdu. O, ona bildirmişdir ki, sənəd Orucdadır (Cavabdeh2dur). Həmin vaxt Cavabdeh1 öz mobil telefonu vasitəsi ilə Cavabdeh2 zəng vuraraq onunla telefon əlaqəsi yaratmışdır. O, Cavabdeh2 sənədlərin nə zaman hazır olacağını xəbər aldığında isə o, ona bildirmişdir ki, sənədlər demək olar ki hazırdı, bir-ikixırda məsələ qalmışdır və yaxın vaxtlarda sizin sənədlərinizi sizə təqdim edəcəyək. Əlavə olaraq qeyd etmək istəyir ki, cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Rodina İıına bildirmişdir ki, Rodina İnna, Cavabdeh2 və Cavabdeh1 görüşərkən, X8 Oruca sual vermişdir ki, siz ikiniz o pulları mənimsədiniz, bəs camaatın sənədlərini nə vaxt hazır edib verəcəksiniz? Cavabdeh2 ona bildirdi ki, bəzi sənədlər qalıb, onları Cavabdeh1 ona gətirən kimi Cavabdeh2 çıxarışı hazırlayıb verəcək. Cavabdeh1 da həmin məhkəmə iclasında bir neçə dəfə bildirdi ki, onun Cavabdeh2 pulun verilməsi faktları vardır. Göründüyü kimi, hər iki cavabdehin niyyəti bir olmuşdur və hər iki cavabdeh 18860 manat məbləğində ona maddi ziyan vurulmasında eyni məsuliyyət daşıyırlar. Cavabdehlər əlbir olmuş, onun etibarından sui-istifadə edərək ona xeyli miqdarda maddi ziyan vurmuşlar. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən arakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq xızın al arda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslanın müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən Şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun əticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözünü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cavabdehlər tərəfindən ona qarşı törədilmiş cinayət nəticəsində o, maddi zərərlə yanaşı mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Belə ki, o, cavabdehlərin təqsiri ucbatından mənəvi sarsıntılar keçirmiş, onun şüuruna mənfi təsir göstərməklə ondan psixoloji reaksiyaya səbəb olmuşdur. Bu hallar onun səhhətinə çox pis təsir etmişdir. Mən uzun müddətdir ki, cavabdehlərin qanunsuz hərəkətlərindən özünə gələ bilmir. O, mənəvi ziyanı 5000 (beş min) manat miqdarında qiymətləndirir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-267/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18860 manat, 2000 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20890 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin həmin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməmiş və onun hüquqlarını pozmuşdur. Həmçinin cinayət işi baxılan zaman zərərçəkmiş şəxs qismində dindirilmiş iddiaçı izahatında müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulu Cavabdeh1 verdiyini bildirmiş, onun adına belə çəkməmişdir. Hazırda isə əsassız olaraq onda da pul tələb etməkdədir. Halbuki, məhkəmə araşdırması zamanı işdəki sübutlara əsasən o həmin cinayət işi üzrə yalnız saxta sənədlər tərtib etməkdə təqsirli bilinərək cəza almış, pulların isə Cavabdeh1 tərəfindən mənimsənildiyi qənaətinə gəlinmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, digər cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında işitirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, torpaq sahəsinin alınması üçün verilmiş pulların bir qismi təqsirləndirilən şəxs Cavabdeh2 hazırki iş üzrə digər təqsirləndirilən şəxs Cavabdeh1 Əhməd oğlu vasitəsi ilə verilmişdir. O, artıq xx xxxxx 2019-cu il tarixli 1(094)-4-19 №-li hökmü verilmiş məhkəmə baxışının ikinci iclasında qeyd etdiyi kimi Cavabdeh1la pulun verilməsi üçün görüşərkən, sənədin nə zaman hazır olduğunu soruşmuş, Cavabdeh1 ona bildirmişdir ki, sənəd Orucdadır (təqsirləndirilən şəxs Cavabdeh2). Həmin vaxt Cavabdeh1 öz mobil telefonu vasitəsi ilə Cavabdeh2 zəng vuraraq onunla telefon əlaqəsi yaratmışdır. İddiaçı Cavabdeh2 sənədlərin nə zaman hazır olacağını xəbər aldığında isə o bildirmişdir ki, sənədlər demək olar ki hazırdı, bir-iki xırda məsələ qalmışdır. Cavabdeh1 bir neçə dəfə bildirdi ki, onun Cavabdeh2 pulun verilməsi faktı ilə bağlı şahidləri var.Göründüyü kimi, hər iki təqsirləndirilən şəxsin niyyəti bir olmuşdur. Hər ikisinin əməlində eyni cinayətin tərkibi vardır. Həmçinin ittiham aktından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh1 sözü gedən torpaq sahəsinin satılmasında öz şəxsi marağı olmuşdur, torpaqsahəsinin sənədinin olmamasının və onunla əlbir olmuş təqsirləndirilən şəxs Cavabdeh2 ilə sövdələşməyə girərək onun etibarımdan sui-istifadə edərək xeyli miqdarda maddi ziyan vurmuşdur. İttiham aktından görünür ki, hər iki təqsirləndirilən şəxsin niyyəti bir olmuşdur. Məhkəmə kollegiyası izahatlatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 apellyasiya şikayəti qətnamənin ona aid hissədə ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını iddianın qismən təmin edilmiş hissəsində Cavabdeh2 münasibətdə yoxlayır. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı qətnaməni mübahisələndirmədiyindən qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi hazırki apellyasiya baxışı çəçivəsində yoxlanılmır. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 1(094)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5000 (beş min) miqdarda cərimə cəzasına məhkum edilməsi, Cavabdeh2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İddiaçı məhz qeyd olunan məhkəmə aktı ilə ona vurulduğu müəyyən olunan ziyanın cavabdehlərdən tutularaq xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Ziyan məbləğinin yalnız Cavabdeh1dan tutulmalı olması barədə Cavabdeh2 arqumentini isə kollegiya əsaslı hesab etmir; belə ki, birincisi, cinayət işinə baxan məhkəmələrin qanuni qüvvədə olan qərarları ilə hər iki təqsirləndirilən şəxsin niyyəti bir olduğu təsbit edilmiş və cavabdehlər hər eyni cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-267/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Məmməd Məmmədov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2534/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2534/2020
24.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver