Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2534/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Davud Deqterov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “X2” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əldə edilməsi üçün iddiaçının ödədiyi 10.000 manat, avtomobilin təmirinə görə iddiaçının çəkdiyi xərcin əvəzi kimi 50.000 ABŞ dolları və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 50.000 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildirdilər ki, iddiaçı həmin avtomobilə görə onlara pul məbləği verməyib, habelə avtomobilin təmir etməyib. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh1 “X2” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobill mülkiyyətşisi, digər Cavabdeh2 isə onun atasıdır. Avtomobil 1968-ci il buraxılışlıdır. Mülkiyyətçi Cavabdeh1 xx.xx.2017-ci il tarixdə avtomobilə dair iddiaçının adına 1 il müddətinə etibarnamə verib. İddiaçı iddia edir ki, onun rəhbərlik etdiyi “xxxx” MMC avtomobillərin təmiri və tüninqi ilə məşğuldur. O, klassik avtomobil almaq məqsədilə Cavabdeh2la tanış olmuş, onun oğluna – digər Cavabdeh1 məxsus olan avtomobilin alqı-satqısı barədə razılığa gəlmişlər, həmin razılığa əsasən 10.000 manat pulu Cavabdeh1 ödəmiş, Cavabdeh1 isə xx.xx.2017-ci il tarixdə avtomobilə dair onun adına etibarnamə vermişdir. Daha sonra avtomobili təmir edərək 50.000 ABŞ dolları xərc çəkmişdir. Lakin sonradan cavabdehlər onun razılığı olmadan avtomobilin götürüb aparmışlar. Cavabdehlər isə bu tələbə etiraz ediərək bildirirlər ki, iddiaçı avtomobilə görə onlara pul verməyib, o cümlədən avtomobili təmir etməyib, onlar avtomobili şou proqram çəkilişlərində istifadə etmək üçün müvəqqəti olaraq iddiaçıya vermişdilər. İddiaçı avtomobili əldə etmək üçün Cavabdeh1 10.000 manat pul verdiyini, o cümlədən avtomobilin təmrinə 50.000 ABŞ dolları pul xərclədiyini sübut edə bilmir. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Bu halln iddiaçının iştirakı apellyasiya qaydasında araşdırılması üçün iddiaçı və onun nümayəndəsi 2 dəfə məhkəmə iclasına dəvət olunmuş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.7, 337.5-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2534/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2534/2021
02.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver