Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2534/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X17, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə cavabdeh X11rşı "pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə cavabdeh X11rşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə biznes münasibətlərində olmuşdur. Həmin biznes münasibətlərindən irəli gələn pul öhdəliklərinin icrasını qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının vətəndaşı X5 verərək onun vasitəçiliyi ilə Türkiyyə vətəndaşı X14 çatdırmalı və X18 isə həmin pulları sonunda "xxxx" MMC-yə çatdırmasını təmin etməli idi. Beləliklə, iddiaçı bu formada qurulmuş vasitəçiliklə "xxxx" MMC-yə 80 000 ABŞ Dolları göndərmişdir. Sonuncu dəfə X6 iddiaçıdan 31175 ABŞ Dolları alaraq onu Türkiyə vətəndaşı X14 verməli, sonuncu isə onu "xxxx" MMC-yə ödəməli idi. Müəyyən müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, sözügedən məbləğ 31175 ABŞ dolları X6 tərəfindən Türkiyə vətəndaşı X14 verilməmişdir və bunun nəticəsi olaraq sonuncu həmin məbləği “Ekiphan Az" MMC-yə çatdırmamışdır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X2 həmin məbləği tələb elmişdir. İlkin proseslərdə cavabdeh X6 pulu aldığı qəbul etməsə də, ekspertiza aparılması nəticəsinə imzaların ona məxsus olması təsdiqlənmişdir. Uzun sürən məhkəmə çəkişməsindən sonra Sumqayıt məhkəməsi iddianı təmin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamış, cavabdeh tərəfindən Ali Məhkəməyə verilmiş kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işi araşdıraraq müəyyən etmişdir ki, X18 İddiaçı tərəfindən ona göndərilmiş 31175 ABŞ dollarında pul məbləğini almışdır. Halhazırda bu işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsinin almış 2(105)- 2434/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi var. Belə ki, Türkiyə vətəndaşı X18 Ali Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsinə izahat verərək bildirmişdir ki, o, X3 31175 ABŞ dolları məbləğində pul vəsaitini almış və lazım olan yerə vermişdir, eyni zamanda həmin pulun 80000 ABŞ dolları ilə bağlılığının olmamasını qeyd elmişdir. Qeyd etməliyəm ki, iddiaçı X14 başqa niyyətlə pul verməmişdir. Onun X14 31175 ABŞ Dollarını verməkdə niyyəti həmin pulu “Ekipan AZ" MMC-yə çatdırması olmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X12 31.175 ABŞ dolları məbləğində əsas, 15.648 ABŞ dolları məbləğində faiz borc, ümumilikdə 46.823 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu və etibarnaməyə sərf edilmiş 11,50 AZN İddiaçı xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zirvə MV MTK-nın X10rşı alqısatqı müqaviləsinin etibarsız hesab olunması, maliyyə arayışının, kassa mədaxil orderinin ləğv olunması tələbinə dair iş üzrə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən, Zirvə MV MTK-nın nümayəndəsi və vəkili A.Ş.Qulamov tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı cavabdeh X15 yaranmış kommersiya borcunu bağlamaqla məşğul olmuş, tərəflər arasında münasibətlər 2017-ci ilin sentyabr ayının 27-də pozulmuş və tərəflər arasında konfiliktlər yaranmışdır. Hesab etmişdir ki, tərəflər arasında iddia müddətinin axımı 2017-ci ilin sentyabr ayından hesablanmalıdır. Zirvə MV MTK-nın vəkilinin həmin əsaslandırması Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2019cu il tarixli qətnaməsində də öz əksini tapmışdır. Hazırki işdə iddia tələbinin aşağıda qeyd olunacaq qanunsuzluğundan əlavə həmdə, iş üzrə qanunla müəyyən edilmiş iddia müddəti də üzürsüz səbəbdən ötürülmüşdür. İşə baxan Nəsimi rayon Məhkəməsi cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat vermədiyi üçün, cavabdeh rayon məhkəməsində hazırki iş üzrə sübutlarını təqdim edə bilmədiyi kimi, həm də, iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan da məhrum edilmişdir. Tərəflər arasında münasibətlər 2017-ci il tarixində pozulmuş, iddiaçı 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, məhkəmə isə bu halı araşdırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. X15 Nəsimi Məhkəməsində gedən proses barədə hər hansı məlumat verilməmiş, işə onun iştirakı olmadan, onun iş üzrə sübutlar təqdim etməsinə şərait yaradılmadan, işə baxan hakim tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, yalnız iddiaçının izahatını əsas götürməklə qətnamə qəbul edilmişdir. Belə ki, X19 ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzillə bağlı iddiaçı X13 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan, X15 ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin verilməsi barədə "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə iddia tələbi ilə 22 noyabr 2021-ci il tarixində Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, hazırki işdən hər hansı məlumatı olmamış, həmin işə Nərimanov rayon Məhkəməsində baxılan zaman 19 yanvar 2022-ci il tarixində məhkəmə iclasında "xxxx" Mənzil-Tikinti Kooperativinin vəkili tərəfindən X10rşı İddiaçı tərəfindən Nəsimi rayon Məhkəməsində belə bir iddia qaldırıldığı bildirilmiş, daha sonra Tolganın vəkili Nümayəndə Nəsimi rayon Məhkəməsi ilə əlaqə saxlayaraq həqiqətən belə bir işin olub-olmadığı soruşulmuş və vəkilə həmin iş üzrə xx.xx.2022-ci il tarixində yekun qətnamə qəbul edildiyi və həmin qətnamənin xx.xx.2022-ci il tarixində tərəflərə göndərildiyi bildirilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində X19 ilə vəkil arasında müqavilə bağlanmış, həmin gün vəkil orderi Nəsimi rayon məhkəməsinə təqdim edilərək, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmişdir. İşə baxan Nəsimi rayon Məhkəməsi qanunsuz və əsassız qətnaməsində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında dindirilən cavabdeh X17 iddiaçıya 31175 ABŞ dolları məbləğində pul borclu olduğunu etiraf etmişdir. Halbuki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(105)-2434/2020 saylı qətnaməsində göstərilmişdir ki, məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında bildirdi ki, o, nəqliyyat, gömrük, daşıma işi ilə məşğuldur. 6 il əvvəl "xxxx" adlı şirkət açmışlar. İddiaçını da oradan tanıyır. O, Amiddən 31175 ABŞ dolları civarında pulu alıb lazım olan yerə vermişdir. 80000 ABŞ dolları pul onunla bağlı deyildir. Göründüyü kimi,Nəsimi rayon Məhkəməsi X13 Sumqayıt Apellyasiya Məhkəməsində baxılan zaman verdiyi və məhkəmə qətnaməsində qeyd olunmuş izahatını təhrif etmiş, X13 guya ki, İddiaçı borclu olduğunu etiraf etdiyini qətnamədə qeyd etmişdir. Bu faktın özü hakimin işin nəticəsində bilavasitə maraqlı olduğunu göstərir və qüvvədə olan məhkəmə qətnaməsinin bu formada təhrif olunması hakim barəsində xüsusi qərar qəbul edilməsi üçün də əsasdır. Həmçinin AR Ali Məhkəməsinin Mülki Kollegiyası 23 iyun 2020-ci il tarixli qərarı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsini ləğv edib, işi təkrar apellyasiya instansiya məhkəməsinə araşdırılması üçün göndərən zaman, qərarda qeyd etmişdir ki, 3-cü şəxs apelyasiya məhkəməsinə onun izahatının protokolda düzgün qeyd edilmədiyini, ona düzəliş edilməsini xahiş etmiş, məhz məhkəmə iclasında pul məbləğinin cavabdeh tərəfindən ona ödənildiyini bildirdiyini, lakin məhkəmənin onun izahatını düzgün qeyd etmədiyini göstərir. Hazırkı kasassiya icraatında da 3-cü şəxs olan Cavabdeh mübahisə predmeti olan pul məbləği ilə bağlı eyni mövqedən çıxış etmişdir. Apelyasiya məhkəməsi isə işin məhz bu halını araşdırıb qiymətləndirməli olduğu halda mübahisə ilə əlaqəsi olmayan halları sadalamaqla kifayətlənmişdir. Ali məhkəmənin qərarındakı həmin göstərişə uyğun olaraq, işə təkrar baxan Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsində göstərmişdir ki, Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərindən biri cavabdehdən tələb olunan pulun üçüncü şəxsə ödənilib-ödənilməməsini araşdırmaqdır. Bu məqsədlə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ErşanTuna Tolga məhkəmə iclasına dəvət olunmuş və sonuncu məhkəmə baxışı zamanı cavabdeh Amid Rəhimov tərəfindən 31000 ABŞ dolları civarında pulu alıb lazım olan yerə verdiyini bir daha təsdiq etmişdir. Göründüyü kimi qeyd olunan məbləğ X19 tərəfindən lazımi qaydada çatdırılmış, həmin məbləğin çatdırılması məhkəmə qərarı ilə öz təsdiqini tapmış, həmçinin məbləğin çatdırılmamasını təsdiq edən hər hansı sübut olmamış, "xxxx"-ın isə indiyədək keçən müddət ərzində nə İddiaçı nə də ki, X10rşı həmin məbləğlə bağlı hər hansı iddiası olmamışdır. Hazırki iddiaçının iddia tələbi ümumiyyətlə aydın deyildir. EkipanAz-nın indiyədək qeyd olunan pulu tələb etməməsi, həmin pulun lazımı qaydada çatdırıldığını sübut edir. Belə olan təqdirdə, Nəsimi rayon məhkəməsi, qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığına əhəmiyyət vermədən, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozamaqla, məsələyə gah tapşırıq müqaviləsi, gah da kredit müqaviləsi mövqeyindən yanaşmaqla qanununsuz və əsassız qətnamə qəbul etmişdir. Əslində iddiaçının gərçək niyyəti və mahiyyəti X15 məxsus mənzili onun əlindən almaq üçün zəmin hazırlamaqdan, maddi tərəfdən Tolganı sıxışdırmaqdan ibarətdir. Çox təssüf ki, Nəsimi rayon məhkəməsi bu qanunsuzluğa hüquqi don geyindirməyə cəhd etmişdir. Həmçinin, Vahib X7rşı qaldırdığı iddia tələbində göstərmişdir ki, X6 onun ödədiyi puldan 31175 ABŞ dollar pulu Türkiyə vətəndaşı Erşan Cavabdeh verməmişdir. Həmin dövrdə cavabdeh X1 Cavabdeh nümayəndəsi qismində çalışmış, avadanlıqları satdıqca pulun bir hissəsini cavabdeh X5 təhvil vermişdir. Cavabdeh X4ondan imzalamaq yolu ilə aldığı pulun məbləği 31.175 ABŞ dolları təşkil edir. Həmin şəxs, Nəsimi rayon Məhkəməsinə verdiyi iddia ərizəsində isə göstərmişdir ki, iddiaçı X14 başqa niyyətlə pul verməmişdir. Onun X14 31175 ABŞ Dollarını verməkdə niyyəti həmin pulu “Ekipan A Z "MMC-yə çatdırması olmuşdur. Göründüyü kimi, bir iddia ərizəsində iddiaçı həmin pulun Tolga Tunaya çatdırlması üçün verdiyini, digər iddia ərizəsində isə qeyd olunan məbləği “Ekipan AZ" MMC-yə çatdırması üçün verdiyinibildirmiş, işə baxan məhkəmə isə nə X13, nə də ki, “EkipanAZ" MMC-nin İddiaçı qarşı belə bir iddia tələbinin olmamasına əhəmiyyət verməmişdir. İş üzrə bir mühim məqamı da qeyd etmək istəyirəm ki, iş üzrə iddiaçının əsassız sübutlar məhkəməyə təqdim etməsi və ziddiyyətli izahatalar verməsi, X19 ilə aralarında olan başqa məhkəmə proseslərində də olmuşdur. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən cavabdeh T.Tolga və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
7. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarındakı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2434/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi, iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, X17 izahatında bildirmişdir ki, o, nəqliyyat, gömrük, daşıma işi ilə məşğuldur. İddiaçını da oradan tanıyır. O, X2 31175 ABŞ dolları civarında pulu almış, lazım olan yerə vermişdir. Hüquqi dəyərləndirmə:
10. Kollegiya iş materialları əsasında qeyd edir ki, İddiaçı biznes münasibətlərindən irəli gələn pul öhdəliklərinin icrasını qarşılıqlı razılıq əsasında X5 verərək onun vasitəçiliyi ilə X16 çatdırılamlı və X17 isə həmin pulları sonunda "xxxx" MMC-yə çatdırmasını təmin etməli imiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, izahatında qeyd olunan məbləğin 31175 ABŞ dolları olduğunu etiraf etmişdir. Hazırda iddiaçı həmin pulun və ona hesablanmış faiz borcunu tələb edir.
11. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Hazırki işdə tərəfin izahatından və iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar.
15. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.
16. Göründüyü kimi, tapşırıq müqaviləsində vəkalət alan, konkret müddətə bağlı olmadan və nəticə əldə edilməməsi riskini daşımadan vəkalət verənin mənfəətinə və iradəsinə uyğun bir nəticəyə yönələn iş görməyi öhdəsinə götürür. Bu razılaşma ilə vəkalət alanın vəkalət verən qarşısında maddi və ya hüquqi hərkətlərə dair iş görmə borcu yaranır. Bununla belə, vəkalət alanın işi görülən şəxs qarşısında mənfəətinin olması və çəkdiyi xərclərin əvəzini tələb etməsi istisna edilmir (Mülki Məcəllə, maddə 783.1, 783.2.).
17. Yuxarıda qeyd olunanlardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında dindirilən cavabdeh X17 iddiaçıya 31175 ABŞ dolları məbləğində pul borclu olduğunu etiraf etmişdir.
18. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh izahatında iddiaçıya heç bir borcunun olmadığını və həmin borcu nə olursa olsun ona ödəməyəcəyini bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdehin bu izahatı onun borcu ödəməkdən qərəzli şəkil boyun qaçırmasını göstərir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh daha əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində izahatında iddiaçıya 31175 ABŞ dolları borcunun olmasını etiraf etməsinə baxmayaraq, hazırda borcunun olmasını inkar edir və həmin məbləği heç vaxt ödəməyəcəyini bildirir. Qeyd edilən hallar cavabdehin həmin pul vəsaitindən uzun müddətdir ki, qanunsuz olaraq faydalana bilməsini deməyə əsas verir.
19. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıya 31175 ABŞ dolları məbləğində əsas borcunun olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
20. Birinci instansiya məhkəməsi faiz məbləği ilə bağlı hissədə cavabdehdən 15648 ABŞ dollarının tutulmasını əsaslı hesab etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün həmin günə bank uçot dərəcəsi ilə müəyyən edilmiş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 15648 ABŞ dolları borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Kollegiya faiz borcu ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq Ali Məhkəmənin son zamanlar formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, əsas borca görə hesablanan faiz məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
23. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
24. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.
25. Kollegiya hesab edir ki, hazırki borc məbləği üzrə faiz məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən hesablanmalıdır.
26. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarsınında Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 31.175 ABŞ dollarının xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) hesablanan faiz məbləğinin nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən 31.175 ABŞ dolları pul vəsaitinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanan faiz məbləği 14.927.33 ABŞ dolları (25.376.47 manat) təşkil edir.
28. Ekspert rəyinin mötəbərliyinə şühə yaradan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, həmin rəyə faiz məbləğinin müəyyən edilməsində istinad edilməlidir.
29. Sadalanan hallara, ekspert rəyinə və Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, kollegiya belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 14.925.33 ABŞ dolları məbləğində pul tutulmalıdır.
30. Kollegiya etibarnaməyə sərf edilmiş 11,50 AZN məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçının iddia tələbi təmin edildiyindən həmin məbləğ X12 İddiaçı xeyrinə tutulmasına dair məhkəmənin mövqeyi əsaslı olmuşdur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
32. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirakının təmin edilməməsi və məhkəmə iclası barədə məlumatının olmaması halına istinad etmişdir.
33. Kollegiya bununla bağlı iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş materiallarında olan poçt xəbərnmələrindən (i.v. 28, 35), reyestrlərdən və SMS bildirişlərdən görünür ki, cavabdeh Tuna Tolga məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olmuş və birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin edilməsi ilə bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir. Nəticə:
34. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş faiz məbləğinin azaldılaraq 14.927.33 ABŞ dolları məbləğində müəyyən edilməsini işin hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab edir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh X12 14.927.33 (on dörd min doqquz yüz iyirmi yeddi dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz borcu İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev