Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2536/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “əsassız alınmış pul məbləğinin, real maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “avtonəqliyyat vasitəsinin qeyriqanuni sahiblikdən qaytarılması” tələbi barədə ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(001)-3735/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “əsassız alınmış pul məbləğinin, real maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya vurduğu 25.000 manat vəsaitin tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “avtonəqliyyat vasitəsinin qeyri-qanuni sahiblikdən qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “X5” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qeyri-qanuni sahibliyindən götürülərək ona qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(001)- 3735/2024 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh 25.000 (iyirmi beş min) manat pul tutularaq İddiaçı ödənilməsi, ilkin iddia üçün ödənilmiş 165 manat dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan “X5” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qeyri-qanuni sahibliyindən götürülərək ona qaytarılması, qarşılıqlı iddia üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda tərəflər Məhkəmə K ollegiyasına müraciət edərək, mülki mübahisənin barışıq yolu ilə həll edilməsi haqqında tərəflərin razılığa gəlindiyini bildirərək, tərəflər arasında bağlanan 12 iyun 2025-ci il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilərək bu barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 izahatında bildirdi ki, mübahisəyə dair iddiaçı tərəflə razılığa gəlinmiş və bu barədə barışıq sazişi də bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 cavabdehlə barışıq sazişi bağlandığını bildirməklə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, tərəflər arasında bağlanmış sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 384, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(001)- 3735/2024 saylı qətnaməsi ləğv edilsin. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “əsassız alınmış pul məbləğinin, real maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “avtonəqliyyat vasitəsinin qeyriqanuni sahiblikdən qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı "əsassız alınmış pul məbləğinin, real maddi zərərin ödənilməsi" tələbinə dair iddiasından imtina edir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "avtonəqliyyat vasitəsinin qeyri-qanuni sahiblikdən qaytarılması” tələbinə dair qarşılıqlı iddiasından imtina edir.
3. İddiaçı və Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3735/2024 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən imtina edirlər və barışıq sazişi apellyasiya instansiyasında təsdiq edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3735/2024 saylı qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsinə razı olduqlarını bildirirlər.
4. Cavabdeh barışıq sazişi qüvvəyə mindikdən sonra 5 gün müddətində mübahisəli “X5” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı mülkiyyətinə keçirməyi öhdəsinə götürür.
5. “X5” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı mülkiyyətinə keçirilməsi qaydası və bununla bağlı xərclərin çəkilməsi qarşılıqlı razılıqla həll edilir.
6. İddiaçı özünün və qızı Fərqanə Əlizadənin “X5” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı gələcəkdə hər hansı tələbin və iddianın olmayacağını öhdəsinə götürür.
7. İddiaçı tərəfindən Cavabdeh xidmət göstərdiyi orqana və yuxarı orqanlara şikayət yazılmayacağını, habelə mübahisələr bitdiyi üçün Cavabdeh qarşı heç bir problemin olmadığı barədə onun xidmət göstərdiyi orqana məktub ünvanlamağı öhdəsinə götürür. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanaraq, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “əsassız alınmış pul məbləğinin, real maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “avtonəqliyyat vasitəsinin qeyriqanuni sahiblikdən qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. İddia ərizələri və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə