Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2537/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Əyyubova Şəms Məzəddin qızının iştirakı ilə, İddiaçı Erdoğan Alı Rızanın cavabdeh Şahin Hasan İsmail oğluna qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2932/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Erdoğan Alı Rızanın cavabdeh Şahin Hasan İsmail oğluna qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ali Riza Erdoğan Behzat oğlunun xeyrinə 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN (otuz yeddi min manat) və ya 30.600 ABŞ (otuz min altı yüz dollar) əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN (iki min beş yüz əlli manat) icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN (on bir min beş yüz manat) təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN (beş yüz qırx bir manat) real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN (əlli min manat) mənəvi ziyan cavabdeh Şahin Hasan İsmail oğlundan tam şəkildə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi,ni və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Əyyubova Şəms Məzəddin qızı 2(005)-2932/2020 saylı mülki işin məhkəmə iclas protokoluna dair qeydlər verdiyini və həmin qeydlərə baxılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən qeydlərə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İş üzrə iddiaçının nümayəndəsi-vəkili Əyyubova Şəms Məzəddin qızı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı mülki işi üzrə məhkəmə iclas protokoluna verilmiş qeydlərə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qeydlərə baxılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2537/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2537/2021
24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver