Məhkəmə qərarları › İş №2(103)-2542/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2542/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2542/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: MTK-nın çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X30 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “MTK-nın çoxmənzilli binadan çıxarılması və həmin binadan idarəetməsindən kənarlaşdırılması, binaya dair sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın, o cümlədən binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətinə məxsus zirzəmi, bina ərazisində olan tikili və digər əmlakların təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-132/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsi tərəfindən verilmiş X5 reyestrdən çıxarışa əsasən 1123-MM10-0284 qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı dövlət qeydiyyatına alınmışdır.

2. 05.06.2023-cü il tarixli mədaxil qəbzinə əsasən Cavabdehnə kommunal xidmətlərə görə X10 tərəfindən ödəniş edilmişdir.

3. İddiaçı MMMC-nin 115 nəfər sahə mülkiyyətçiləri tərəfindən Cavabdeh MTKnın sədri Rauf Əsədullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli kollektiv müraciətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsi tərəfindən verilmiş X5 reyestrdən çıxarışa əsasən 1123-MM10-0284 qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı MMMC dövlət qeydiyyatına alınmışdır. Həmin Çıxarışda MMMC-nin qanuni təmsilçisi vətəndaş X36 qeyd edilmişdir. Tam məsuliyyətlə bildirmək istəyirlər ki, əvvəla, MMMC-nin təsis edilməsi ilə bağlı keçirilməsi nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağı faktiki olaraq keçirilməmişdir. Belə ki, yığıncaq keçirilmədən X36 3 aya yaxın müddətdə qapı-qapı gəzərək formal olaraq imza toplamaqla məşğul olmuşdur. Bildirirlər ki, MMMC-nin təsis edilməsi zamanı MMMC-nin qanuni təmsilçisi X1 onların heç bir razılığı olmamışdır. Onlar yalnız MMMC-nin yaradılmasına razılıqları bildirmişlər, lakin X21 MMMC-nin sədri seçilməsinə onların razılıqlar olmamış, ümumiyyətlə ümumi yığıncağın gündəliyində həmin şəxsin sədr seçilməsi ilə bağlı heç bir məlumatları olmamışdır. Bu barədə məlumatı reyestrdən çıxarışda aşkar etmişlər. Məlumat olaraq qeyd etmək istəyirlər ki, İddiaçı MMMC-yə X4 məsələsini məhkəmə qaydasında mübahisələndirmək istiqamətində tərəflərindən qanuni tədbirlərə başlanılmışdır. Bununla əlaqədar olaraq yaşayış binasının İddiaçı MMMC-yə idarə edilməsi üçün təhvil verilməsinə qətiyyətlə etiraz edirlər və mübahisə öz həllini tapana qədər yaşayış binasının İddiaçı MMM-yə təhvil verilməsinin təxirə salınması və yaşayış binasına kommunal xidmətlərin göstərilməsinin davam etdirilməsi israrla xahiş edilmişdir.

4. İş üzrə İddiaçı MMMC-nin iştirakçıları (mənzil mülkiyyətçiləri) S.E.Gözəlova, X6, X12, X22, Balakişiyev Tural, X13, X7, X23, X43, X31, X24, X37, X38, X39, X50, X25, X32, X26, X34, X51, X33, X20, X40 (cəmi 23 nəfər) tərəfindən İddiaçı MMMC-nin İdarə Heyətinin sədri Rəşad Əhmədova ünvanlanmış ərizələrdən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakçılığa xitamla bağlı cəmiyyətin iştirakçılığından çıxmaq haqqında ərizə verildiyi və ya cəmiyyət iştirakçısının müvafiq binanın sahəsinə mülkiyyət hüququna xitam verildiyi andan verilir. Hazırkı ərizələrlə müraciət edərək bildirirlər ki, İddiaçı MMMC-nin iştirakçılığından çıxmaq niyyətindədirlər. Odur ki, ərizələr verildiyi andan İddiaçı MMMC-də iştirakçılıqlarına xitam verildiyini nəzərə almasını xahiş olunur.

5. Tural Balakişiyev, Rəhman Əhmədov, Fəxriyyə Rəcəbova və Yaşar Mirzəliyevin İddiaçı MMMC-yə ünvanlanmış ərizələrində göstərilmidir ki, təxminən 4-5 ay əvvəl binanı tikən Cavabdeh MTK-nın əməkdaşları onlara yaxınlaşaraq hansısa sənədə imza atmalı olduqlarını bildirmiş, onlar sənədi imzalamış, hal-hazırda onlara məluma olmuşdur ki, onların imzaları MMMC-yə və İdarə heyətinin sədrinə qarşı istifadə edilir və müxtəlif orqanlara yazılmış şikayətlərə əlavə edilir. Bildirirlər ki, onların MMMC-yə və İdarə heyətinin sədrinə qarşı hər-hansı bir şikayətləri yoxdur.

6. İş üzrə çoxmənzilli binanın (bina) sahə mülkiyyətçilərinin qiyabi səsvermə yolu ilə keçirilən ümumi yığıncağının (yığıncaq) protokolundan görünür ki, yığıncaq qiyabi səsvermə, səsverməyə qoyulmuş məsələlər üzrə qərarların yazılı formada xx.xx.2023-cü il tarixə qədər ünvan 3 ünvanında yerləşən ofis (kommendant otağı) ünvana göndərilməsi yolu ilə keçirilmişdir. Səsverməyə qoyulmuş məsələlər üzrə qərarları yazılı formada təqdim edilmiş Binanın sahə mülkiyyətçilərin sayı 141 təşkil etdi. Bununla da yığıncaqda ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri iştirak etdi. Beləliklə, mənzil qanunvericiliyin tələblərindən irəli gələrək, qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər və yığıncaq ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri iştirak etdiyi üçün səlahiyyətli hesab edilir (yetərsay yaranmışdır). Yığıncağın gündəliyi: 1. Yığıncağın sədri X17, katibi X3; 2. Binanın idarəedici təşkilat "xxxx" MMC tərəfindən idarə edilməsi; 3. Binanın yaşayış sahəsinin saxlanılması və təmirinə, eləcə də aşağıdakı növ xidmətlərlə təmin edilməsi məqsədi ilə aylıq xərclərə görə haqqın miqdarı hər 1 kv.m. düşən dəyəri 0,40 manat müəyyən edilməsi: -ümumi istifadədə olan mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, həyətyanı sahələrin təmizlənməsi; -binanın ümumi istifadədə olan hissələrinin və binanın çöl tərəfinin (fasadın) cari təmiri; -məişət tullantılarının (zibil) yığılması, daşınması; -liftin saz, işlək vəziyyətdə saxlanması və təmiri; -binanın daimi su təmini; -binanın təhlükəsizliyinin və mühafizəsinin təmin olunması; binanın və bina ətrafının işıqlandırılması. 4. Binanın idarəedici təşkilat "xxxx" MMC tərəfindən idarə edilməsi üçün "xxxx" MMC-nə təhvili ilə bağlı təhvil-təslim aktını və digər qanuni tədbirlərin görülməsi məqsədilə bütün zəruri sənədlərin imzalanması səlahiyyəti binanın sahə mülkiyyətçisi X49 həvalə edilməsi; 5. "xxxx" MMC ilə Binanın hər bir sahə mülkiyyətçisi arasında qanunvericilikdə müəyyən edilmiş şərtlərlə və qaydada idarəetmə müqaviləsinin bağlanılması. Səsvermənin nəticəsində 5 məsələ üzrə lehinə-140 səs, əleyhinə - 0 səs, bitərəf – 1 səs vermişdir. Səsverməyə qoyulmuş məsələlər üzrə: 1.yığıncağın sədri X14, yığıncağın katibi isə X2, 2.binanın idarəedici təşkilat "xxxx" MMC tərəfindən idarə edilməsinə razılığın verilməsi, 3. binanın yaşayış sahəsinin saxlanması və təmirinə, eləcə də ümumi istifadədə olan mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, həyətyanı sahələrin təmizlənməsi, binanın ümumi istifadədə olan hissələrinin və binanın çöl tərəfinin (fasadın) cari təmiri; məişət tullantılarının (zibil) yığılması, daşınması; liftin saz, işlək vəziyyətdə saxlanması və təmiri; binanın daimi su təmini; binanın təhlükəsizliyinin və mühafizəsinin təmin olunması; binanın və bina ətrafının işıqlandırılması xidmətlərlə təmin edilməsi məqsədi ilə aylıq xərclərə görə haqqın miqdarı hər 1 kv.m. düşən dəyəri 0,40 manatın müəyyən edilməsi, 4.Binanın idarəedici təşkilat "xxxx" MMC tərəfindən idarə edilməsi üçün "xxxx" MMC-nə təhvili ilə bağlı təhvil-təslim aktını və digər qanuni tədbirlərin görülməsi məqsədi ilə bütün zəruri sənədlərin imzalanması səlahiyyətinin binanın sahə mülkiyyətçisi X18 həvalə edilməsi, 5. "xxxx" MMC ilə Binanın hər bir sahə mülkiyyətçisi arasında qanunvericilikdə müəyyən edilmiş şərtlərlə və qaydada idarəetmə müqaviləsinin bağlanılması, 6.bu qərarın icrası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi X18 həvalə edilməsi qərara alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, ünvan 4 ünvanında inşa edilmiş binada 187 mənzil qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı MTK-nın çoxmənzilli binadan çıxarılması və həmin binadan idarəetməsindən kənarlaşdırılması, binaya dair sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın, o cümlədən binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətinə məxsus zirzəmi, bina ərazisində olan tikili və digər əmlakların təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli 119 və 120 saylı Sərəncamlarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində yerləşən qəzalı vəziyyətə olan Tofiq Məmmədov küçəsi 3 və 5 ünvanlarında yeləşən 1-2 mərtəbəli binaların yerində Cavabdeh tərəfindən iki çoxmərtəbəli yaşayış kompleksi inşa edilmişdir. Qeyd edilən yaşayış binaları uzun müddətdir ki, istifadəyə verilmiş və sakinlərin əksəriyyəti həmin mənzillərinə çıxarışlarını alsalar da, MTK qanunsuz olaraq həmin binanın idarə edilməsi ilə məşğul olmuş, binanın sakinlərindən kommunal ödənişlər adları ilə müxtəlif ödənişlər toplamış, heç bir təsdiqedici sənəd təqdim etmədən binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətinə məxsus zirzəmidə avtomobillərin saxlanılmasına görə də qeyri-rəsmi ödənişlər toplamış, həmin zirzəmin ərazisini müxtəlif şəxslərə icarəyə vermiş, daha sonra isə həmin zirzəmini müxtəlif şəxslərə satışını təşkil etmişdir. MTK qeyd edilən hərəkətlərini hal-hazırda da davam etdirir. MMMC təsis edilsə də hal hazıradək MTK binanın bəzi sakinlərindən kommunal xidməti adı ilə ödənişlər alır. MTK binanı idarə etdiyi dövrdə binanın keyfiyyətli və təhlükəsiz saxlanması üçün adekvat tədbirləri görməmişdir. Binanın vəziyyəti günü-gündən pisləşmiş, cavabdeh MTK isə yalnız öz fəaliyyət sahəsinə uyğun olmayan qazanc əldə etmək məqsədini güdmüşdür. Binanın liftləri və şaxtalarından tutmuş divarlarınadək bərbad vəziyyətdir. MMMC yaradıldıqdan sonra isə, MTK “əl-ayağa” düşərək binanın divarlarında olan böyük çatları yamamağa başlamışdır. Layihədə texniki mərtəbə kimi nəzərdə tutulmuş binanın mansardında layihədən kənar işlər görülmüş və həmin ərazidən idman zalı kimi istifadə edilir. Mansard da həmçinin layihədən kənar tikinti apararaq oranı satmışlar. MTK tərəfindən binanın keyfiyyətsiz saxlanması nəticəsində yağış yağarkən yağış suları binanın nagilləri yerləşən şaxtasından axmışdır. Bu dövr ərzində MTK rəhbərliyi faktiki olaraq özbaşınalıq edərək bina sakinlərinin qanunla qorunan hüquq və mənafelərini pozduqları səbəbi ilə, bina sakinləri müxtəlif dövlət orqanlarına dəfələrlə şikayət ərizələri ilə müraciət etmişlər. Qeyd edilən müraciətlərdən birinə cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən verilmiş 05 dekabr 2022-ci il tarixli İN-X/O-12082/2022 tarixli məktubla cavablandırmışdır. Qeyd edilən məktubda həmin yaşayış binasına dair Xidmətə təqdim edilmiş layihə də Səbail rayon İcra Hakimiyyəti başçısının 1/10-1357 saylı, xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismara icazə” sənədində binanın zirzəmi sahəsi 2 səviyyəli olmaqla cəmi 5846,7 kv.m olması qeyd edilmişdir. Eyni zamanda Nazirlik tərəfindən sözügedən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzil-kommunal xərclərinin təmin edilməsi məqsədi ilə Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakları ilə idarəetmənin təşkili məqsədəuyğun hesab edilməsi qeyd edilmişdir. Daha sonra, bina sakinləri ümumi yığıncağında qeyd edilən yaşayış binaların birgə idarə etmək, binaların ümumi əmlakının istismarı, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam vermək məqsədi ilə İddiaçı təsis etmişlər. Qeyd edilən MMMC xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5 Reyestrində 3-16-5/2-14-1573/2023 nömrə ilə qeydiyyata alınmışdır. MMMC tərəfindən MTK-ya xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubdan göründüyü kimi, onlar həmin MTK-ya MMMC-nin təsis edilərək qeydiyyatdan keçdiyini bildirərək daşınmaz əmlak kompleksinə və texniki qurğulara aid sənədləri MMMC-nə təqdim edilməsi və müvafiq təhvil-təslim prosesinin başlanmasını təklif etmişlər. Qeyd edilən məktub MTK-nın sədri Rauf Əsədullayevə rəsmi olaraq təqdim edilmişdir. Lakin, MTK qanunvericiliyin tələblərini kobud surətdə pozaraq bunu etməmiş, əksinə MMMC-nin üzvləri barədə şər və böhtan məzmunlu müraciətlər etməyə, MMMC-nin fəaliyyətinə süni manelər yaratmağa başlamışdır. Belə ki, MTK tərəfindən qəsdən binaya aid olan sənədlər MMMC-yə təqdim edilməmiş, binanın ərazisinə aid torpaq sahəsinin üzərində tikilmiş tikili zəbt edilmişdi. Həmçinin, MTK qanunla bina mülkiyyətçilərinin ümumi istifadəsində olmalı olan 5846,7 kv.m zirzəmini faktiki zəbt edərək oranın sahələrini icarəyə verilməsini və satılmasını davam etdirmiş, MMMC-nin binanın effektiv idarə edilməsi məqsədi ilə öz fəaliyyəti barədə bina sakinlərini tanış etmək məqsədi ilə binanın daxilində vurduqları elanların cırılmış və digər qanunsuzluqlar edilmişdir. MTK-nın bu özbaşınalığı hal-hazırda da davam edir və nəticədə MMMC öz fəaliyyətini faktiki olaraq həyata keçirdə bilmir, nəticədə binanın sakinlərinin həmin binanın MMMC tərəfindən idarə edilməsi barədə sakinlərin ümumi yığıncağında qeyd etdikləri iradə ifadələri icra edilməmiş qalır. Bununla əlaqədar onlar müxtəlif dövlət orqanlarına pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə yazılı surətdə müraciət etsələr də, hal-hazıradək onlardan heç bir cavab gəlməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Göründüyü kimi, qanunun qeyd edilən imperativ xarakterli normasına əsasən MTK ya ləğv olunmalı və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilməli idi. Lakin, MTK qeyd edilən imperativ normanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, indiyədək təqsirkarlar məsuliyyətə cəlb edilməmişdir. MTK-nın bina sakinlərinə, Badamdar Bələdiyyəsinin sədrinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 048/22 saylı məktubunun məzmunundan da göründüyü kimi, MTK qeyd edilən binalarda tikinti işlərinin başa çatmasını, binaların qanunvericiliklə müəyyən edilmiş qaydada təhvil verildiyini və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ sakinlərə keçdiyini qeyd edərək MTK-nın ləğv olunma niyyəti olmadığını bildirmişdir. MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatda keçərkən onun nizamnamə kapitalının cəmi 100 manat olması qeyd edilmişdir. Bu da onu bir daha sübut edir ki, qeyd edilən MTK binanı qanuna müvafiq olaraq MMMC-yə təhvil verməməklə niyyəti həmin binadan qanunsuz ödənişlər toplamaq, binanın mülkiyyətçilərinin ümumi mülkiyyətində olan əmlakını satmaqla qanunsuz olaraq, mülkiyyətçilərini hesabına gəlir əldə etmək, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəaları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Məhz MTK binanın idarə edilməsini (sənədləri, açarları və s.) qanunsuz olaraq MMMC təhvil verməmiş, MMMC-nin fəaliyyətinin faktiki qarşısını almış binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətinə məxsus zirzəmini, binanın sahəsində olan tikilini faktiki olaraq zəbt etmişdir. Ümumiyyətlə, cavabdeh MTK binanı guya mühafizə etməsi həmçinin “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” AR Qanununun pozulması deməkdir. Belə ki, MTK binanın ərazisində olan ərazidə özünün mühafizə postunu yaratmış, binanın həyətinə olan girişi qanunsuz olaraq şlaqbaumla bağlamış və əmakdaşlarının xidmətini təşkil etmiş, həmçinin binanın daxilində videokameralar qoymaqla sakinlərin şəxsi həyatlarına müdaxilə etmiş, onların faktiki güdülməsini təşkil etmişdir. Cavabdeh MTK-nın binaya heç bir aidiyyəti yoxdur. Hansı əsasla binanı mühafizə edir? Sözügedən Qanunun 17.2-ci maddəsinə əsasən xüsusi razılıq (lisenziya) olmadan özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələri ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Nəticədə heç bir hüquqi əsası olmadan cavabdeh MTK faktiki olaraq binanı zəbt edərək idarə edir, bununla da iddiaçıların həm təkbaşına mülkiyyətində olan mənzillərindən istifadə hüququnu, həm də ümumi mülkiyyətində olan bina sahələrinə sahiblik və istifadə hüquqlarını pozur. MTK-nın qeyd edilən fəaliyyəti ilk növbədə Mənzil Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Mənzil Məcəlləsinin 109.4-cü maddəsinə görə mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri- yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Başqa sözlə, MTK artıq çoxdan ləğv edilməli idi. Onun mövcud fəaliyyəti qanuna ziddir. MTK rəhbərliyi qeyd edilən qanunları bildiyi halda həmin qanunları, yənı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 3-cü hissəsini və digər Qanunların imperativ tələblərini qəsdən kobud surətdə pozur, bununla da özünü Azərbaycan Dövlətinin qəbul etdiyi Qanunlardan üstün tutur. İmperativ olan normalardan da göründüyü kimi, binanı idarə etmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Dövlət tərəfindən MMMC-yə verilmiş çıxarışdan isə o, məlum olur ki, həmin sahə mülkiyyətçilərinin əksəriyyəti öz iradələrini ifadə edərək, binanı idarə edilməsi məqsədi ilə İddiaçı MMMC-ni təsis etmişlər. Bu halda həmin binanın digər bir qurum, o cümlədən MTK tərəfindən idarə edilməsi tam qanunsuzdur. MTK-nın MMMC-yə sənədləri verməməsi və onun fəaliyyətinə qarşı edilmiş digər qanunsuz hərəkətlər MMMC tərəfindən nizamnaməsində qeyd edilən hüquqlarını həyata keçirməyə imkan vermir. Bu hüquqları MTK özbaşına olaraq mənimsəyib. O cümlədən Binanın saxlanması haqqını da özbaşına müəyyən edərək “kommunal haqq” adı ilə sakinlərin bəzilərindən (sahə mülkiyyətçilərindən) hal-hazırda da ödəniş alır. Cavabdehin hərəkətləri özündə binada yerləşən mənzillərin mülkiyyətçilərinin mülkiyyət hüququna qanunsuz müdaxilədir, mülkiyyətə qəsd və manelərdir. Beləliklə, MTK öz hərəkətləri ilə Azərbaycan Respublikasının Konstitusiyasını, Mənzil Məcəlləsinin, həmçinin Mülki Məcəllənin yuxarıda qeyd edilmiş müddəalarını kobud surətdə pozaraq özbaşınalıq edir. Məhz bu səbəbdən cavabdeh MTK binalardan çıxarılmalı və onların idarəetməsindən kənarlaşdırılmalıdır. Bina üzrə sənədlər, açarlar, binanın ərazisində tikilmiş binaya aid olan tikili və bina mülkiyyətçilərinin ümumi mülkiyyətində olan digər əmlak MMMC-və təhvil verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ünvan 5 ünvan ünvan 6əşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh ünvan 7 ünvan ünvan 6əşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakı, o cümlədən binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətinə məxsus zirzəmini, binanın ərazisində olan tikilini və sahə mülkiyyətçilərinin ümumi mülkiyyətinə məxsus digər əmlakı iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, məhkəmə mübahisə üzrə məhkəməyə müraciət edən şəxsin subyektiv hüququnun olmamasına əvvəlcədən hüquqi qiymət verməlidir. Belə ki, İddiaçı MMMC-nin 23 şəxsdən ibarət iştirakçıları (mənzil mülkiyyətçiləri) MMMC-nin idarə heyətinin sədri Rəşad Əhmədovun adına MMMC-nin iştirakçılığından çıxmaq haqqında ərizə ilə müraciət etmişlər. Eyni zamanda, həmin mənzil mülkiyyətçiləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə məktubla müraicət edərək MMMC-nin səmərəsiz və qeyri-qənaətbəxş fəaliyyəti olduğundan MMMC-nin iştirakçılığından çıxmaq qərarına gəldiklərini və bu məqsədlə qanunvericiliyə uyğun olaraq MMMC-nin idarə heyətinin sədrinə yazılı ərizə ilə müraciət etdiklərini və bununla iştirakçılığa xitam verildiyini nəzərə alınmasını xahiş etmişlər. Beləliklə, MMMC-nin iştirakçılarının sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən aşağı enmişdir. AR MM-nin 133.2-ci maddəsində, eləcə də İddiaçı MMMC-nin Nizamnaməsinin 13.2-ci bəndində isə deyilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ləğv edilməsi haqqında qərar verməyə borcludur. Göründüyü kimi, iddiaçı təşkilat mənzil qanunvericiliyinin yuxarıda qeyd edilən imperativ normalara əsasən artıq ləğv edilməli idi, lakin iddiaçı qanunla üzərinə düşən vəzifəni icra etməmişdir. Bundan başqa, "xxxx" MMMC dövlət qeydiyyatına alındıqdan sonra Cəmiyyətin idarə heyətinin sədri Rəşad Əhmədovun imzası ilə MTK-ya binanın təhvil verilməsi barədə məktub daxil olmuşdur. Bununla yanaşı, binanın 116 nəfərdən ibarət sakinlərinin imzası ilə MTK-ya xx.xx.2023-cü il tarixli kollektiv müraciət daxil olmuşdur. Həmin müraciətdə sakinlər bildirmişlər ki, İddiaçı MMMC-nin təsis edilməsi bağlı keçirilməsi nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağı faktiki olaraq keçirilməmiş, idarə heyətinin sədri Rəşad Əhmədov 3 aya yaxın müddətdə qapıqapı gəzərək formal olaraq imza toplamaqla məşğul olmuş, həmin şəxsin seçilməsinə onların heç bir razılığı olmamış və bütün bunları nəzərə alaraq binanın "xxxx" MMMC-yə idarə edilməsi üçün təhvil verilməsinə qətiyyətlə etiraz etdiklərini və binanın təhvil verilməsini təxirə salınmasını və yaşayış binasına kommunal xidmətlərin göstərilməsini davam etdirməsini xahiş etmişlər. Bundan sonra çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə yolu ilə Ümumi yığıncağı keçirilmiş və həmin yığıncağın xx.xx.2023-cü il tarixli Protokolu ilə Binanın idarəedici təşkilat "xxxx" MMC tərəfindən idarə edilməsi və həmin MMC-yə təhvil verilməsi qərara alınmışdır. Göründüyü kimi, çoxmənzilli binanın sakinləri binanın İddiaçı MMMC-yə idarə edilməsi üçün təhvil verilməsinə qətiyyətlə etiraz etmişlər, eləcə də öz səlahiyyətləri daxilində ümumi yığıncağın qərarı ilə öz iradə ifadələrini bildirərək binanın "xxxx" MMC tərəfindən idarə edilməsinə razılıq vermişlər. Hazırda isə həmin qərarın icrası məqsədi ilə binanın təhvil-təslim prosedurlarına start verilmişdir. Xülasə, hesab edirlər ləğv olunmalı təşkilat subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbini irəli sürməsi ilə bağlı hüquq ixtiyara malik deyildir. İddia ərizəsində qeyd edilir ki, guya MTK qanunsuz olaraq həmin binanın idarə edilməsi ilə məşğul olmuş, binanın sakinlərindən kommunal ödənişlər adları ilə müxtəlif ödənişlər toplamış, MMMC təsis edilsə də hal hazıradək MTK binanın bəzi sakinlərindən kommunal xidməti adı ilə ödənişlər alır, MTK binanı idarə etdiyi dövrdə binanın keyfiyyətli və təhlükəsiz saxlanması üçün adekvat tədbirləri görməmiş, binanın vəziyyəti günü-gündən pisləşmiş, cavabdeh MTK isə yalnız öz fəaliyyət sahəsinə uyğun olmayan qazanc əldə etmək məqsədini güdmüş, binanın liftləri və şaxtalarından tutmuş divarlarınadək bərbad vəziyyətdədir. AR MM-nin 109.5-ci maddəsinə əsaslanaraq qeyd edilir ki, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK üzvlərinə keçdikdən sonra MTK bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğv olunmalı və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilməli idi, lakin MTK qeyd edilən normanı pozaraq inzibati xəta törətmişdir. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə həqiqətə uyğun olmayan məlumatların təqdim edilməsi məhkəmədə yalnış təsəvvürün formalaşmasına xidmət edir və bu cəhdlərin qarşısının alınması üçün aşağıdakı faktları məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir. MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 1 saylı protokolundan Çıxarışa əsasən ünvan 3 ünvanında MTK-ya məxsus yaşayış və qeyri-yaşayış sahələrinin daxil olduğu yaşayış kompleksinin saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə aylıq kommunal xərclərinin hər 1 kv.m düşən dəyəri 0,40 manat qərara alınmışdır. Daha sonra əksər sakinlərlə kommunal xidmətlərin göstərilməsinə dair müvafiq müqavilələr bağlanmış və bunun əsasında kommunal xidmətlərə görə ödənişlər sakinlərdən qəbul edilir. Qəbul edilən ödənişlər isə iddiaçı təşkilatın təsis edildiyi tarixə qədər göstərilən xidmətlərin əvəzini ehtiva edir. Kommunal xidmətlərə görə yığılan borcların ödənilməsi tələbi ilə MTK tərəfindən ödəməyən sakinlərə qarşı məhkəmədə iddia qaldırılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi bu hissədə təmin edilmişdir. Göründüyü kimi, MTK kommunal xidmətlərin ödənişi ilə bağlı qanunsuz hərəkət etməmiş, bununla bağlı artıq məhkəmənin hüquqi mövqeyi vardır. Odur ki, iddiaçının bu dəlilləri tamamilə əsassızdır. İnşaası başa çatmış binanın idarə etmə üsulunun seçilməsi təşəbbüsü ilə ilk dəfə məhz MTK çıxış etmişdir. Belə ki, MTK bununla bağlı həm sakinlərə, eləcədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi müraciət edərək binanın idarə üsulunun seçilməsi təklifi ilə müraciət etmişdir. Həmin məktub iş materiallarına iddiaçının özü tərəfindən təqdim edilmişdir. Əgər MTK hər hansı qazanc əldə etmək məqsədini güdmüş olsa idi, binanın idarə etmə üsulunun seçilməsi təşəbbüsü ilə çıxış etmək niyyətində olmaz idi. Odur ki, iddiaçın bu dəlilləri də məntiqdən kənar və əsassızdır. MTK, yaşayış binaların tikintisinə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 119 və 120 saylı Sərəncamları əsasında başlamışdır. Hazırda təhvil verilməsi mübahisə predmeti olan bina 119 saylı Sərəncam əsasında inşa edilmişdir. 120 saylı Sərəncam əsasında ayrılan ərazidə isə digər yaşayış binasının inşası hələ də davam etməkdədir. Tikintisi tam başa çatmamış binanın inşasını həyata keçirən MTK-nın ləğv edilməsi istisna edilir. Digər tərəfdən, AR Mülki Məcəlləsinin 59-cu maddəsinə əsasən, hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilə bilər. Həmin Məcəllənin 111.1-ci və 111.3.5-ci maddələrinə əsasən, Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır və kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Sadalanan normaların məzmunundan aydın olur ki, MTK-nın ləğv edilməsi üçün bir qayda olaraq müstəsna səlahiyyətə malik MTK-nın ali idarə etmə orqanı olan MTK üzvlərinin ümumi yığıncağının qərarı olmalıdır. Hazırkı işdə isə cavabdeh MTK-nın üzvləri olan bina sakinləri eyni zamanda İddiaçı MMMC-nin iştirakçılarıdır. Yəni, bina sakinləri həm MTK-nın həm də İddiaçı MMMC-nin iştirakçılarıdır. Bina sakinlərinin MTK-nın ləğvi ilə bağlı ümumi yığıncağının qərarı olmadığı halda MTK-nın ləğv edilməsini MTK-dan tələb edilməsi ağılasığmaz və məntiqsizdir. Beləliklə iddiaçı iddia tələbini irəli sürməsi ilə bağlı hüquq ixtiyara malik olmadığından, eləcə də iddia tələbi üçün hər hansı əsasın mövcudluğu iş materialları ilə müəyyən edilmədiyindən, iddia ərizəsində görsədilənlər öz təsdiqini tapmadığından iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir.Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)- 132/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində inşa edilmiş binanın sahə mülkiyyətçilərinin 50%-dən çoxunun iştirakı ilə keçirdiyi ümumi yığıncağında qəbul edilmiş qərar əsasında İddiaçı MMMC təsis edilmiş və həmin hüquqi şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 Reyestrində qeydiyyata alınmışdır.

13. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMMC təsis edildikdən sonra mənzil mülkiyyətçilərinin sayı artmış və hal-hazırda binanın 237 yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri mövcuddur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı MMMC-nin təsis edilməsi ilə əlaqədar mənzil mülkiyyətçilərinin ümumi yığıncağında iştirak edən və həmin Cəmiyyətə üzv olan 23 mülkiyyətçi İddiaçı MMMC-də iştirakçılıqlarına xitam verilməsi barədə həmin cəmiyyətə müraciət etmişlər.

14. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, 237 mənzil mülkiyyətçilərinin 136-ı qiyabi səsvermə qaydasında müvafiq qərar qəbul edərək binanın idarəedici təşkilat kimi "xxxx" MMC adlı hüquqi şəxsin təsis olunmasının lehinə səs vermişlər. Göründüyü kimi artıq İddiaçı MMMC-nin iştirakçılarının sayı sahə mülkiyyətçilərinin ümumi sayının 50%-dən az təşkil edir. Sahə mülkiyyətçilərinin 50%-dən çoxu isə yeni idarəçi təşkilatın yaradılmasına iradə ifadəsini bildirmişlər.

15. İddiaçı MMMC-nin hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi və qeydiyyatının hazırda da mövcud olmasını əsas götürərək hazırki tələbin əsaslı hesab edilməli olmasını göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bu dəlilləri əsaslı hesab edilə bilməz, belə ki, hüquqi şəxsin ləğv edilməsi Mülki Məcəllənin 59-61-ci maddələrinin müddəalarına baxımından həll edilməlidir.

16. MMMC-nin iştirakçılarının sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin sayının 50%-dən çox olmadığı təqdirdə Cəmiyyətin ləğv edilməsi ilə bağlı imperativ qaydada ümumi yığıncağın keçirilib qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Yəni hüquqi şəxs kimi İddiaçı MMMC-nin ləğvi könüllü olaraq onun iştirakçılarının ümumi yığıncaqda qəbul etdiyi qərar əsasında ləğv edilə bilər, lakin belə bir qərarın qəbul edilməsi imperativ norma kimi Cəmiyyət üzvlərinin üzərinə qoyulan bir vəzifə olduğundan, ümumi yığıncağın keçirilməməsi və qərar qəbul edilməməsi və bunun nəticəsində hüquqi şəxs kimi İddiaçı MMMC-nin Ədliyyə Nazirliyinin qeydiyyatının hələ də mövcud olması həmin Cəmiyyətin hazırki tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olması anlamına gələ bilməz.

17. Beləliklə məhkəmə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbləri təmin edilməməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin İ, İİ və İİİ hissələrinə və 59-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 59-61, 109.1-ci, Mənzil Məcəlləsinin 109.1, 109.4, 109.5, 119.1, 119.4, 119.6, 120.1, 121.4, 125.1, 125.4, 133.2, 141.1, 141.2-ci maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mövqeləri MMMC-nin ləğv edilməli olmasıdır. Ümumi yığıncağın qiyabi səsvermə qərarı var. İddiaçının mövqeyinə əsasən beş-altı nəfər həmin sənədləri imzalamadığı barədə onlara müraciət etməyib. 200 nəfər sakin hər biri fərdi qaydada imzalayıbsa, həqiqətə uyğun olmaması nə qədər doğrudur? Hesab edir ki, binanın talehini sakinləri səsvermə yolu ilə həll ediblər. Bu səbəblə bina qərarda qeyd olunan təşkilata təhvil verilməlidir. Mirzəyev Namiq binanın sakinidir. MTK-nın ləğv olunmamağının səbəbini etirazda qeyd etmişlər. İki sərəncam mövcuddur. İki bina tikilir. Birinci hazırki mübahisə olunan binadır. Digər bina isə tikilməkdədir. Əgər ləğv olunarsa digər binanı necə tikə bilər? Bu baxımdan hesab edir ki, MTK ləğv oluna bilməz. Eyni zamanda, onlar binanı təhvil verə bilmirlər. Çünki iş üzrə müvəqqəti təminat tədbiri barədə qüvvədə olan qərardad var. Təhvil verə bilmirsə, məcburdur ki, həmin binanı idarə etsin. Ədliyyə Nazirliyinə və yerli bələdiyyəyə müraciət etmişlər. Belə ki, MMMC ləğv olunmalıdır və idarəedən təşkilat müəyyən olunmalıdır ki, binanı təhvil versinlər. Əgər binanı təhvil vermək istəmirlərsə, nə üçün müvafiq müraciətlər ediblər? Hesab edir ki, binanın sakinləri binanın talehini qiyabi qərarla həll ediblər. Təxmini binanın 150 sakini müraciət edərək binanın təhvil verilməməsini istəyirlər. Bundan başqa, bina sakinləri qiyabi-səsvermə yolu ilə binanın "xxxx" MMMC-yə təhvil verilməsi barədə qərar qəbul ediblər. Qiyabisəsvermənin onların tərəfindən keçirilməsi ilə bağlı təsəvvür yaransa da, binanın təsisçisi və sədr eyni zamanda binanın sakinləridirlər. Qiyabi-səsvermə MTK tərəfindən keçirilməmişdir. Müvəqqəti təminat tədbirinə görə qiyabi-səsvermədən qaynaqlanan hərəkətlərin icra edilməsi qeyri-mümkündür. Sakinlər tərəfindən MMMC-nin ləğv edilməsi üzrə müraciətləri barədə məlumatı yoxdur. MTK-nın mövqeyi binanı nəzarətsiz şəkildə qoymamaqdır. Bu isə sakinlərə qarşı laqeyd olmadıqlarını əks etdirir.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında iştirak edə bilməməməsinin üzürlü səbəblərinə dair sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, qarşı tərəfin bildirdiyi qiyabi səsvermə olmayıb. Vətəndaşlar onlara dəfələrlə müraciət ediblər. Bildirirlər ki, onların adından səsvermə olmamış və heç bir sənədə qol çəkməmişlər. Problemin kökü binanın doğru idarə edilməməsindən qaynaqlanır. Heç bir vətəndaş öz işindən əlavə işlərlə məşğul olmaq istəməz. Lakin bu problemlər yarandı və bir çox kütləvi informasiya vasitələrində yayımlandı. Sonra vətəndaşlar məcbur olaraq MMMC-ni yaratdılar. MMMC yaradıldıqdan sonra vətəndaşlara təzyiqlər başladı, polisə, vətəndaşların iş yerlərinə müraciətlər edildi. Sonra vətəndaşlar MTK-ya sənədlərin verilməsi üçün müraciət edirlər. Sənədləri vermirlər və məcbur qalaraq məhkəməyə müraciət edilir. Problemlərdən biri də vətəndaşların avtomobillərini "xxxx" yerlərində saxlaya bilməməsi idi. Daha sonra MTK bəzi şəxslərə orada "xxxx" verməyə başladı. Birinci sənədə qol çəkdirdilər ki, onlara parkovka yeri verirlər. Vətəndaşlar isə qol çəkdiyi sənədi oxumamışlar. Bu səbəblə vətəndaşların məhkəmə iclasına çağırılması ilə bağlı vəsatətlə müraciət etmişlər. Birinci intansiya məhkəməsi icraatı zamanı sual vermiş ki, əgər qiyabi səsvermə vətəndaşlar tərəfindən keçirilmişdirsə, nə üçün sənədlər MTK-dadır? O səsvermədə iştirak edən vətəndaşlar haradadır? MMMC yaradılır və qeyd edilən yerdə qaraj yerlərinin çox hissəsinin özəlləşdirilməsi ilə bağlı sənədlər təqdim edirlər. Əgər MMMC yaradılıbsa, orada olan hər hansı bir sahənin verilməsi ümumi yığıncağın qərarı ilə olmalıdır. Tutaq ki, MTK-nın vaxtında verilsə də, MTK-nın ümumi yığıncağının qərarı ilə verilməlidir. Lakin həmin sənədlər yoxdur. Səsvermədən sonra müvafiq dövlət orqanına dəyişiklik etdikləri üçün, yenidən qeydiyyata alınmaqla bağlı müraciət etmişlər. Dövlət orqanı yoxladı və çıxarış təqdim etdi, həmin çıxarış faktiki qüvvədədir. "xxxx" MMC özlərinə aid yaratdıqları bir hüquqi şəxsdir. Sənədlərin başqa şəxslərə verilməməsi ilə bağlı müvəqqəti təminat tədbiri ilə bağlı məhkəmə qərarı var. Lakin məhkəmə qanunvericiliyi pozaraq müvəqqəti təminat tədbirini ləğv etmişdir. Həmin qərardan şikayət vermişlər və apellyasiya instansiya məhkəməsi həmin qərarı ləğv etmişdir. MMMC-nin qeydiyyata alınması ilə bağlı çıxarış qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Onlar mövcud olduqlarını sübut etməli deyillər. Çünki bunu dövlət orqanının verdiyi çıxarış sübut edir. Qanunun tələbi odur ki, əgər bir idarəedici varsa digəri yaradıla bilməz. Vətəndaşları o qədər bezdirdilər ki, iki vədəndaş oradan köçdü. Köçən vətəndaş evinin əşyalarını çıxartmaq istəyir, lakin şlaqbaumu bağlayırlar, imkan vermirlər. Şəxs öz əşyalarını 100-200 metr məsafədə saxladığı maşına aparmalı olur. İnsanlar MTK-ya kölə olmaq üçün deyil, rahat evdə yaşamaq üçün mənzil əldə edirlər. Vətəndaşların qiyabi səsvermədə aldandıqları ilə bağlı şifahi müraciətləri olub. Qarşı tərəf müvafiq orqanlara müraciət etdiklərini bildirir. Lakin MMMC yaranmamışdan əvvəl müraciət ediblər. Ədliyyə Nazirliyi vətəndaşlara məktubla hüquqlarını izah edir və MMMC yaratmalı olduqlarını bildirir. Sakinlər iclas keçirdərək MMMC təsis edirlər və MTK-ya müraciət edirlər və binanı təhvil verməyi bildirirlər. Mübahisə davam edən dövrdə 46 ədəd çıxarış verilir. X27 13 çıxarış, X28 15 çıxarış, onun oğlu X29 15 çıxarış, digər ailə üzvü X16 3 çıxarış verilib. MTK-nın rəhbərliyi öz adlarına ediblər. Digər məqam isə sədr kimi seçdikləri şəxsin öz adamları olmasıdır. Bu hüquqdan sui-istifadədir. Qiyabi səsvermədə də öz adları var. MTK-nın ləğvi lazım deyil. Özləri Ədliyyə Nazirliyində müraciətlərində ləğv olunmaqlarını istəmədiklərini, binanın idarə olunmasını təhvil vermək istədiklərini bildiriblər. İddiaçı da binanın idarəedilməsinin iddiaçıya təhvil verilməsini bildirir. Qiyabi səsvermə keçirilməmişdir.

Tətbiq edilən hüquq

25. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Maddə 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayəthüquqi tədbir tətbiq edildikdə. Maddə 59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Maddə 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Maddə 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.

26. Azərbayan Respublikasının Mənzil Məcəlləsi Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Maddə 133.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir. Maddə 133.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ləğv edilməsi haqqında qərar verməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

31. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

33. İşdən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən bina cavabdeh MTK tərəfindən inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Binanın sakinləri tərəfindən İddiaçı (MMMC) təsis edilmiş və xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

34. Məhkəmə kollegiyası iddiaçının “MTK-nın mübahisəli binanın idarə edilməsindən kənarlaşdırılması” tələbinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan mənzil qanunvericiliyinin tələblərinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək ümumi yığıncağın səlahiyyətlərinə aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 1) binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; 2) mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; 3) idarəedici təşkilat tərəfindən idarə edilməsi.

35. İşdən göründüyü kimi, binanın sahə mülkiyyətçiləri MMMC yaratmaqla binanın idarə edilməsi üsulunu seçmişlər.

36. İşdə olan İddiaçı MMMC-nin sahə mülkiyyətçiləri tərəfindən Cavabdeh MTK-nın sədri Rauf Əsədullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli kollektiv müraciətdən də görünür ki, sakinlər MMMC-nin yaradılmasına razılıqlarını bildirmişlər, lakin X21 MMMCnin sədri seçilməsinə onların razılıqları olmamışdır. Halbuki, həmin ərizəni imzalayan bir neçə şəxs sonradan MMMC-yə ərizə ilə müraciət edərək onların MMMC-yə və İdarə heyətinin sədrinə qarşı hər-hansı bir şikayətlərinin olmadığını bildirmişlər.

37. Bundan başqa, cavabdehin özünün iddiaya qarşı etirazında istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən də müəyyən edilir ki, bir neçə sahə mülkiyyətçiləri ilə cavabdeh MTK arasında kommunal xidmətlərə görə ödənişlərlə bağlı mübahisə mövcuddur.

38. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Hazırda MMMCnin ləğv edilməsi tələbi ilə məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) da müraciət etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ vardır.

39. Bundan əlavə, cavabdeh MTK sakinlər tərəfindən keçirilmiş qiyabi səsvermənin nəticələrinə istinad etsə də, həmin səsvermənin nəticələrindən görünür ki, sakinlər binanın cavabdeh MTK tərəfindən deyil, "xxxx" MMC tərəfindən idarə edilməsinə səs vermişlər. Bununla belə, həmin səsvermədə MMMC-nin ləğv edilməsi barədə məsələ müzakirə olunmamışdır.

40. Halbuki, mənzil qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsullarından birini seçməyə borcludur. Yuxarıda da qeyd olunduğu kimi, binanın idarə edilməsi üsulu sahə mülkiyyətçiləri tərəfindən artıq seçilmiş və MMMC təsis edilmişdir.

41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh tərəfindən binanın idarə edilməsi hüquqi əsaslar olmadan həyata keçirilir. Odur ki, iddiaçının cavabdeh MTK-nın “çoxmənzilli binanın idarə edilməsindən kənarlaşdırılması” barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.

42. Məhkəmə kollegiyası “cavabdehin mübahisəli binadan çıxarılması” tələbi ilə bağlı hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Belə ki, MTK binanın idarə edilməsindən kənarlaşdırıla bilər, lakin həmin binada hər hansı sahənin mülkiyyətçisi və ya qanuni sahibi (icarəçi və s.) ola bilər, orada digər fəaliyyət həyata keçirə bilər. Bu halda MTK-nın binadan çıxarılması onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

43. Məhkəmə kollegiyası “həmin çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın, o cümlədən binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətinə məxsus zirzəminin, binanın ərazisində olan tikilinin və sahə mülkiyyətçilərinin ümumi mülkiyyətinə məxsus digər əmlakın iddiaçıya təhvil verilməsi” tələbi ilə bağlı qeyd edir ki, iddiaçının tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin edilməməlidir.

44. Belə ki, Mənzil Məcəlləsinin 35-ci maddəsində ümumi paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus əmlak dəqiq göstərilmişdir. İddiaçı zirzəminin təhvil verilməsini xahiş etsə də, sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə mühəndis qurğuları olan zirzəmilər və texniki zirzəmi aid edilmiş, iddiaçı bunlardan hansının ona təhvil verilməli olduğunu, o cümlədən binanın ərazisində olan tikilinin və aidiyyəti əmlakın nədən ibarət olması, habelə hansı sənədlərin və hansı əmlaka dair açarların təhvil verilməli olduğunu konkret göstərməmişdir. Belə olan halda, bu formada ifadə edilmiş tələblə bağlı qəbul edilmiş qətnamənin gələcəkdə icrası da mümkünsüz olacaqdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-132/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsindən kənarlaşdırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar