Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2545/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, telefon üçün ödədiyi 3000 manat, cavabdehin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 1000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 3450 (üç min dörd yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 3650 (üç min altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2717/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cu il tarixli məktubla tərəflərin məhkəməyə məlum olan ünvanına göndərilmiş, Cavabdeh1 xx.xx.2024-cü il tarixində qəbzə imza edilməklə qətnaməni qəbul etmişdir. Lakin apellyasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 (bir) aylıq müddət keçdikdən sonra, 29 fevral 2024-cü il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən onun rəsmi qaydada təqdim olunduğu vaxtdan bir ay müddətində, yəni hazırkı halda xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən apellyasiya şikayəti verilə biləcəyi halda müddət ötürülmüş, eyni zamanda müddətin ötürülməsinin üzürlü səbəbləri və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən ərizə ünvanlanmamışdır. Birinci instansiyası məhkəməsi bu halda apellyasiya şikayətinin verilməsi üçün MPM-nin 363-cü maddəsinə riayət olunmasını araşdırmaqla, apellyasiya şikayətini geri qaytarmalı olduğu halda iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərimişdir Beləliklə, kollegiya hesab edir ki, cavabeh tərəfinən qanunvericilik nəzərdə tutulmuş apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət keçdiyindən, sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2717/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2545/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2545/2024
19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver