Məhkəmə qərarları › İş №2(103)-2556/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2556/2025

04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2556/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər:ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1552/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən ona verilməli 4 otaqlı, 174 kv.m mənzilin sahəsinin az olması ilə əlaqədar cavabdehdən onun xeyrinə 29.750 manat (8.5 kv.metr x 3.500manat) pul vəsaitinin, mənzilin sahəsinin az olması ilə əlaqədar çəkdiyi mənəvi zərərin əvəzi olaraq 5.000 manat pul vəsaitinin və ödənilmiş 194,65 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1552/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.

3. Cavabdeh "xxxx" MTK nümayəndəsi və vəkili yazılı vəsatətlə məhkəməyə müraciət edərək hazırkı mülki işin baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan hazırki işə "xxxx" MTK-nın hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. MTK-nın inşa etmiş olduğu binanın bütün mənzilləri əldə etmiş mənzil sahiblərinə təhvil verilmiş və binanın 70%-dən artıq sahibləri mənzillərinə mülkiyyət hüququna dair çıxarış əldə etmişlər. MTK-nın hazırda Bakı şəhərində hüquqi ünvanı mövcud deyildir. MTK-nın ünvanının olduğu yer isə ünvan 3 qeyd olunanlara əsasən sözügedən işin ərazi aidiyyatı üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1552/2025 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MTK Ağstafa şəhərində formal qeydiyyata alınsa da, faktiki olaraq ünvan 4 ünvanında faəliyyət göstərir. MM-nin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. İddiaçı hazırkı tələb hüququ cavabdehlə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə şərtlərinin pozulması ilə bağlıdır. Məhkəmə bu müqavilənin icra yerinin Bakı şəhəri Nəsimi rayonu olduğunu nəzərə alaraq hesab etmişdir ki, hazırki iddia ərazi aidiyyəti qaydalarına riayət edilməklə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmiş və məhkəmə tərəfindən düzgün olaraq icraata götürülmüşdür. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə cavabdehə Nəsimi rayonunda söküntü işləri apararaq, bina tikməsi üçün torpaq sahəsi ayrılmış və "xxxx" MTK tərəfindən Nəsimi ərzisində çox mənzilli bina tikilmişdir. İddiaçının tələbi də məhz həmin ərazidə tikilmiş mənzillə bağlı olduğundan və gələcəkdə mülki işlə bağlı ekspertiza, yerli baxış və sair kimi prosessual tədbirlərin həyata keçirilməsi zərurəti yaranacağı təqdirdə işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması daha məqsədəuyğun olar. Məhkəmə həmçinin qeyd etmişdir ki, "xxxx" MTK faktiki olaraq Bakı şəhərində fəaliyyət göstərdiyindən, MTK-nın formal olaraq Ağstafa şəhərində qeydiyyata alınması aidiyyət qaydalarına uyğun olaraq məhkəmə tərəfindən icraata götürülmüş işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas deyildir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin Ağstafa Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 35.2ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Yəni, iddiaçının iddia tələbi daşınmaz əmlakın olduğu yerlə bağlı müstəsna aidiyyat qaydasında deyil, məhz cavabdehdən ona vurulmuş olan maddi və mənəvi ziyanın ödənilməsini tələb etməsi ilə bağlı olduğundan hazırki işə birmənalı olaraq "xxxx" MTK-nın hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. MTK-nın inşa etmiş olduğu binanın bütün mənzilləri, bu mənzilləri əldə etmiş mənzil sahiblərinə təhvil verilmiş və binanın 70%-dən artıq sahibləri mənzillərinə mülkiyyət hüququna dair çıxarış əldə etmişlər. Eyni zamanda, iş materiallarında olan əmlakın idarə edilməsinə dair müqavilədən də göründüyü kimi, binaya kommunal xidmətlərin göstərilməsi də başqa hüquqi şəxs tərəfindən həyata keçirilir. "xxxx" MTK-nın qərardad da qeyd edildiyi kimi, hazırda Bakı şəhərində hüquqi ünvanı mövcud deyildir. "xxxx" MTK-nın ünvanının olduğu yer isə ünvan 7ı, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə verilə bilməsi, iddia tələbindən də göründüyü kimi, iddiaçının iddia etdiyi tələbi cavabdehin müqavilə öhdəliyini təşkil edən müqavilədə göstərilən sahənin faktiki sahəyə uyğun olmaması ilə əlaqədar əlavə sahənin verilməsi bağlı deyil, pul tələbi ilə bağlıdır. Yəni, cavabdehin müqavilədə pul öhdəliyi mövcud olmamışdır.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, cavabdeh həmişə öz ünvanını ünvan 8arın iş materiallarına əlavə edilməsi və qeyd edilən məqamların ətraflı araşdırılması üçün işə onun iştirakı ilə məhkəmə iclasında baxılmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

13. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasına əsaslar olmadığı qənaətinə gəlmişdir.

14. İddiaçı həmçinin şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, "xxxx" MTK Ağstafa şəhərində formal qeydiyyata alınsa da, yarandığı vaxtdan faktiki olaraq ünvan 4 ünvanında fəaliyyət göstərib. MTK tərəfindən ona verilmiş və hazırkı birinci instansiya məhkəməsinə təqdim etdiyi pretenziya və iddia ərizəsi buna sübutdur. MTK həmin pretenziya və iddia ərizəsində ünvanının ünvan 9larında olan Bakı Apelyasiya Məhkəməsinin daha əvvəlki 2(103)-7439/2023 nömrəli işi üzrə verdiyi apelyasiya və kassasiya şikayətində MTK öz ünvanı kimi Bakı ş. Nəsimi r. F.Qasımzadə küçəsini göstərmişdir. İndi isə bilərəkdən bu məqamları gizlətməyə çalışır. Onun MTK ilə aralarında olan işlər ürzə cavabdeh olduğu daha əvvəlki məhkəmə mübahisələrinə Nəsimi Rayon Məhkəməsində baxılmış, nə Ali Məhkəmə, nə də Bakı Apelyasiya Məhkəməsinin buna iradı olmamış və aidiyyət qaydalarının pozulması qeyd edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğvi həmin təcrübənin pozulmasına səbəb ola bilər. Hətta mübahisənin aidiyyəti üzrə başqa məhkəmədə baxılması haqda qənaət olduqda, Bakı Apelyasiya Məhkəməsi mövqe göstərib ki, mübahisələrə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Buna misal olaraq, Nəsimi Rayon Məhkəməsinin Bakı Apeyasiya Məhkəməsinin 2(103)-1818/2023 nömrəli, xx.xx.2023 tarixli qərardadı ilə ləğv edilən 2(006)-2560/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadını qeyd etmək olar. "xxxx" MTK-ya qarşı hazırkı vaxta kimi Nəsimi Rayon Məhkəməsində, daha sonra Bakı Apelyasiya Məhkəməsində onlarla mübahisəyə baxılıb, onların hər hansı birində aidiyyət pozuntusu müəyyən edilməyib. Eyni zamanda, onun hazırkı iddiasıyla eyni iddiaya, mənzil sahəsinin az olması ilə bağlı X1 Gözəl Bakı MTK-ya qarşı iddiasına Nəsimi və Bakı Apelyasiya Məhkəməsində baxılmışdır. Həmin işdə ərazi aidiyyatı pozuntusu müəyyən edilməmişdir. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-yə torpaq sahəsi ayrılıb ki, Nəsimi rayonunda söküntü işləri aparsın, bina tiksin. Ağstafada isə cavabdeh bina tikmir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, iddiaçı icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiasını müqavilənin icra yerinə görə də verə bilər. Hazırki iş üzrə iddiaçının tələbi də məhz müqavilədən irəli gəlir.

19. İddiaçı prosessual hüququndan istifadə edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

20. Kollegiya həmçinin qeyd edir ki, mübahisə ilə bağlı gələcəkdə mülki iş üzrə ekspertiza, yerində müayinə kimi prosessual tədbirlərin həyata keçirilməsi zərurəti yaranacağı təqdirdə işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması məqsədəuyğundur.

21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1552/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar