Məhkəmə qərarları › İş №2(103)-2564/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2564/2023

16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2564/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyindən, geri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2*22-ci il tarixli 2(**5)-499/2*22 saylı qətnaməsindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departament tərəfindən verilmiş şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı şikayətin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin ciddi araşdırılması üçün geri qaytarılması, Mənzil-Kommunal Təsərrüfatı Departamentin vəzifəli şəxsi (sədr müavini Yusif Xəlilov) vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 7-ci maddəsinin 7-ci hissəsində göstərilən qaydanı pozduğuna görə 4*** manat məbləğində cərimələnməsi və həmin vəsaitin Mənzil-Kommunal Təsərrüfatı Departamentindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2*21-ci il tarixli 2(**5)- 499/2*22 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilən İddiaçı şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən araşdırılması üçün Departamentə geri qaytarılması Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti apellyasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1.ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Cavabdeh tərəfindən şikayət qanunla müəyyən edilmiş qaydaya əməl edilmədən verilmişdir. Belə ki, apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxsin adı, olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan qeyd edilməmişdir. Həmçinin, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının *9 iyul 2*21-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formaya) əməl edilmədən verilmişdir. Eyni zamanda pozulmuş maddi və prosessual normalar dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 4*2, 4*5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2*22-ci il tarixli 2(**5)- 499/2*22 saylı qətnaməsindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar