Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2568/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra Şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-498/2024 saylı, 6 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən yaranmış ümumilikdə 344.460 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Maraqlı şəxs ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərardadına əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsi, ev 12 (6/24 hissə), ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1529/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(009)-492/2018 saylı və xx.xx.2018-ci il tarixli 8(009)-491/2018 saylı qərardadları ilə borclu İddiaçı adına olan üzərinə həbs qoyulmuş 3 əmlakla bağlı 1. “BMW” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2. Bakı şəhəri, Səbail rayonu, Sara Qədimova küçəsi, ev 12 (6/24 hissə); 3. ünvan 1i ünvanında yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə qiymətləndirici cəlb etməklə tələbin həmin əmlaklara yönəldilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi Səbail Rayon İcra Şöbəsinə həvalə edilmişdir.
4. "xxxx" MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə ekspert rəyindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinin qiymətləndirilməsi işi yerinə yetirilmiş və fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat məbləğində müəyyən edilmişdir.
5. "xxxx" MMC-nin sifarişçi Səbail Rayon İcra Şöbəsi, borclu İddiaçı və tələbkar Maraqlı şəxs Bəçir oğluna ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli 405/22 nömrəli hərrac bildirişinin surətindən görünür ki, Səbail rayon icra və probasiya şöbəsinin 49756/2018-xx-xx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi ilkin satış qiyməti 80000 manat olmaqla 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir.
6. “Market ” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli buraxılışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi ilkin satış qiyməti 80.000 manat olmaqla 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir.
7. "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 23 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi və Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Səbail Rayon İcra Şöbəsinin 150249/05 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (6/24) 80.000 manat qiymətə Maraqlı şəxs satılmışdır.
8. "xxxx" MMC-nin Səbail Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 405/22 saylı məktubundan görünür ki, Səbail Rayon İcra Şöbəsinin 49756/2018-xxxx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifarişinə əsasən borclu İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (6/24 hissəsi) xx.xx.2022-ci il tarixli protokolla tələbkar Maraqlı şəxs satılmışdır. Hərracın nəticələri haqqında yekun protokolda və müqavilədə satılan əmlak bölməsində səhvən yazılmış “Lənkəran Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” sözlərinin ”Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” kimi oxunması xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra Şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin Səbail Rayon İcra Şöbəsinin sifarişi əsasında xx.xx.2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı 07 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən hərracın yekunları barədə Y-405/22 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə ondan Maraqlı şəxs xeyrinə 28 dekabr 2012ci il tarixli borcun etirafı müqaviləsinə əsasən 344.460 manat pulun tutulması qət edilmişdir. Bundan sonra qətnamənin icrası Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı 25 iyun 2018-ci il tarixli qərardadına əsasən ünvan 5 ünvanında yerləşən evin ona aid hissəsinə 6/24 yönləndirilmişdir. Qeyd olunan əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MMC Səbail rayon icra şöbəsinin sifarişi əsasən 27 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)- 1539/2015 saylı icra vərəqəsinə əsasən hərrac keçirmişdir. Hərracda yuxarıda göstərilən əmlakın son satış qiyməti 80.000 manat məbləğində göstərilmişdir. Alıcı qismində isə Maraqlı şəxs göstərilmişdir. Ancaq "xxxx" MMC hərracı keçirərəkən ona heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan mülkiyyətində olan ünvan 5 saylı evin 6/24 hissəsi 80000 manata Maraqlı şəxs satmışdır. Bu da onu göstərir ki, "xxxx" MMC “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu pozmuşdur. Bundan əlavə hərracın yekunları barədə Y-405/22 nömrəli 23 noyabr 2022-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən, lakin Səbail Rayon Məhkəməsinin qərardadı olduğu halda. Bu da hərracın qanunsuz olması və protokolun ləğvi üçün əsasdır. "xxxx" MMC tərəfindən hərracın yekunları barədə protokol tərəflərə göndərilməli olsa belə bu barədə ona məlumat verilməmiş və göndərilməmişdir. Bu da onların mülkiyyətçiyə və əsas borclu olaraq onlara qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Yuxarıda qeyd etdiyi bütün nöqsanlar hərracın qanunsuz keçirildiyin göstərir.
11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı (borclu) Mirzəyev Elхan ilə aralarında 2015-ci ildən bəri, Səbail rayon İcra Şöbəsinin borclunun хeyrinə qanunsuz müdaхilələri ilə süründürməçiliyə məruz qalmışdır. Ayrı-ayrı səlahiyyətli orqanlara 3700 şikayət ərizəsi rəsmi orqanlarda baхılmışdır. İddia ərizəsində iddiaçı yazır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 1539/2015 saylı xx.xx.2015-ci il tariхli qətnaməsinə istinadən, Hərracın yekunları barədə Y-405/22 nömrəli xx.xx.2022 tarixli Protokolda Səbail rayon əvəzinə (Lənkaran) rayon məhkəməsi qeyd edilmişdir. Rəsmi arayışlarda və yaхud hüquqi sənədlərdə yanlışlıqların aradan qaldırılması üçün kifayət qədər əsaslar vardır və belə yanlışlıqların vətəndaşların əldə etdiyi mülkiyyət hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitamına yönəldilməsi barədə ümumiləşdirilmiş məhkəmə təcrübəsi və presedenti yохdur. Protokolda Səbail rayon əvəzinə, Lənkaran rayon qeydinin aradan qaldırılması üçün “Bakı Hərrac Mərkəzi“ MMC-yə müraciət etmişdir. Yekun olaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-498/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərdə ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, "xxxx" MMC tərəfindən hərrac Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, mənzil ilkin satış qiyməti 80000 manat olmaqla hərraca çıxarılmışdır və Maraqlı şəxs 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracda iştirak edərək Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evini ilkin satış qiymətinə- 80000 manata almışdır. Odur ki, "xxxx" MMC tərəfindən hərrac Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
15. Məhkəmə öz mövqeyini “İcra haqqında” Qanunun 53.2, 61.1 və 61.2-cimaddələri; Mülki Məcəllənin 414.2, 414.3, 415.5, 416.1 və 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-498/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən heç bir araşdırılma aparılmadan, poçt tərəfindən vurulmuş telqram əsasında bildirişlərin ona çatmasını müəyyən etmişir. Ancaq poçt tərəfindən həmin bildirişlərin ona çatması barədə heç bir sübut olmamışdır. Poçt telqramını yaladadnda vurula bilər. Ancaq Qanunvericiliyə əsasən poçt bildirişini onun aldığına dair sübut olmalıdır. Həmin sübut da cavabdeh tərəfindən təqdim edilməmişdir.
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hərracda iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin ləğv olunmasını xahiş edir. Hərracdan yalnız bildirişdən və texniki səhvə görə narazıdır. Atası xəstə olduğu üçün bir ara buralarda deyildi, işə səhlənkar yanaşdığı üçün boş buraxmışdı. O, faktiki olaraq Maraqlı şəxs borclu deyil. Bildirişin qəbzindən xəbəri yoxdur. Onların evi həyət evidir, orada 5 ev vardır, bəlkə başqa evlərə verilib, onun bildirişdən xəbəri yoxdur. 20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
25.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 26.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 27.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 28.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
29. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 30.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
31. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
32. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İcra haqqında” Qanunun
33.43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 34.44.1.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. 35.44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 36.44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 37.45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 38.45.6 və 45.7-ci maddələrinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 39.53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 40.53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 41.61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 42.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 43.61.3-cü maddəsinə əsasən, sifarişə icra sənədinin surəti; əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər və ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilir. 44.62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 45.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 46.“İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
47.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 48.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, iş materiallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar borclunun, hazırki iddia üzrə iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evin ona aid 6/24 hissəsinin üzərinə həbs qoyulmuş, daha sonra tələb həmin əmlaka yönəldilmiş, icra məmurunun sifarişi əsasında qiymətləndirilərək cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərrac nəticəsində əmlak hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs satılmışdır.
51. İddiaçı bir neçə əsasla hərracın qanunsuz keçirilməsini iddia etməklə, onun nəticələrini mübahisələndirmişdir. Belə ki, iddiaçı verdiyi iddia ərizəsində və apellyasiya şikayətində hərrac keçirilərkən ona məlumat verilmədiyinə, hərracın yekunları barədə Y- 405/22 nömrəli 23 noyabr 2022-ci il tarixli protokolda hərracın Lənkəran Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən keçirilməsinin göstərildiyinə istinad etmişdir.
52. İddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən hərrac Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, borclunun əmlakının satılması üzrə hərrac “İcra haqqında” Qanunun 53.2, 61.1 və 61.2-ci maddələrinə əsasən keçirilmiş, yəni əmlakın üzərinə həbs qoyulduqdan və bu əmlak qiymətləndirildikdən sonra icra məmuru tərəfindən hərrac təşkilatına sifariş verilmiş, sifarişdə hərraca qoyulan əmlakın bazar dəyəri ilə müəyyən edilmiş satış qiyməti göstərilmiş, hərrac (icra məmurundan müvafiq sifarişin alındığı gündən 2 ay müddətində) 3 aylıq müddət çərçivəsində və bu barədə maraqlı şəxslərə məlumat və kütləvi informasiya vasitələrində elan verilməklə keçirilmişdir. 54.Apellyasiya şikayətinin dəlilləri üzrə kollegiya “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 55.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 56.Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, maraqlı şəxslərə verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
57. Bundan başqa, "xxxx" MMC-nin Səbail Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 405/22 saylı məktubundan görünür ki, Səbail Rayon İcra Şöbəsinin 49756/2018-xx-xx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifarişinə əsasən borclu İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (6/24 hissəsi) xx.xx.2022-ci il tarixli protokolla tələbkar Maraqlı şəxs satılmasına dair hərracın nəticələri haqqında yekun protokolda və müqavilədə satılan əmlak bölməsində səhvən yazılmış “Lənkəran Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” sözlərinin ”Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” kimi oxunması xahiş olunmuşdur.
58. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolda və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə mqqavilədə “Səbail Rayon Məhkəməsinin” əvəzinə səhvən “Lənkəran Rayon Məhkəməsinin” yazılması hərracın ümumi gedişatına, müqavilənin qanuniliyinin zədələnməsinə hər hansı təsiri olmamışdır.
59. Belə olan halda kollegiya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. 60.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-498/2024 saylı, 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova