Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2569/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(004)-474/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçıya məxsus ev hərrac vasitəsilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı hərracın etibarsızlığını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində 0,0249 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136,50 kv.m olan 7 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, hərrac yekunları barədə 199/23 saylı 11 avqust 2023-cü il tarixli Protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi tərəfindən "xxxx" QSC-nin adına verilmiş çıxarışın (reyestr nömrəsi **********40-10302, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023- cü il) etibarsız hesab edilməsi, həmin yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 sifarişi ilə mülkiyyətindəki ipoteka predmeti olmuş Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində 0,0249 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,50 kv.m olan 7 saylı fərdi yaşayış evi Cavabdeh2 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq, yuxarıda qeyd etdiyi yaşayış evi açıq hərracın yekunları barədə 199/23 saylı 11 avqust 2023- cü il tarixli Protokola əsasən tələbkar "AccessBank” ASC tərəfindən 42075 manata əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən isə yaşayış evi **********40-10302 nömrəli reyestr və xx.xx.2023- cü il tarixli ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan xəbəri olmayıb. Belə ki, hərracın keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərrac keçirilməsi qaydaları ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Ona görə də, həmin qanunla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərrac nəticələri və yaşayış evinə dair hərracın yekunları barədə 199/23 saylı 11 avqust 2023-cü il tarixli protokola əsasən daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" QSC-nin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(004)- 474/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsələr də, iş materiallarında olan sənədlərdə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya və digər borclulara sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzil ilkin satış qiyməti 66000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 66000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı salınmaqla, əmlakın son satış qiyməti 42075 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evini 42075 manata almışdır. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.Məhkəmə həmçinin iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 414.2, 414.3, 415.5, 416.1, 416.2; “İcra haqqında” Qanunun 53.2, 61.1-ci, 61.2; “İpoteka haqqında” Qanununun 41.2, 42.1, 43.4, 43.5, 43.7, 44; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir. Bununla yanaşı cavabdehlər tərəfindən hərracın keçirilməsi barədə göndərilmiş bildirişlərin iddiaçı tərəfindən qəbul edilərək imzalanmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X8 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Qanunu: 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir.Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 61.1-ci və 61.2-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı; “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Cavabdeh1 Cavabdeh2 MMC yə ünvanladığı sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclular X6, X13, X11, X15 və X3 tələbkar "xxxx" QSCnə olan borcu cəmi 85991,75 ABŞ dolları məbləğində borcunun mülkiyyət hüququ üzrə X9 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 4 nömrəli evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti kimi likvid qiyməti 32000 manat məbləğində və mülkiyyət hüququ üzrə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 0,0249 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid qiyməti 66000 manat məbləğində müəyyən edilib yönəldilməsi qərara alınmışdır. İcra vərəqəsində qeyd edilmiş yaşayış evinin hərrac yolu ilə satılması xahiş olunmuşdur. Cavabdeh1, borclular X6, X13, X11, X15, X12 və tələbkar "xxxx" QSC-yə ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 1195/23 saylı X10 dair bildirişində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 66000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında açıq hərrac keçiriləcəkdir. Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 1195/23 saylı X10 dair bildiriş İddiaçı həm ünvan 12, həm də Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 432 ünvanına göndərilmişdir. Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində X1 və X4 ünvanı ünvan 6stərilən ünvana göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından X1 və X4 digər ünvanları və ya digər əlaqə vasitəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində X7 və İddiaçı ünvanı ünvan 8na göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından X7 və İddiaçı digər ünvanları və ya digər əlaqə vasitəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xəbərnamələrdən görünür ki, Cavabdeh2 MMC tərəfindən X6, X11, X13, İddiaçı ünvanlanmış bildirişlər və məktublar rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi ilə bağlı ilkin satış qiyməti 66000 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 10:00-da ilkin açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmuş, lakin qalib alıcı protokolu imzalamaqdan imtina etmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin hərrac baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş N.M-107471/2022 saylı, xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə daxil olmuş) sifariş üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh1, borclular X6, X13, X11, X15, İbrahimova (Rəhimova) Rəna Telman qızı və tələbkar "xxxx" QSC-yə ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 1389/23 saylı X5 dair bildirişində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi satış qiyməti 56100 manat olmaqla ilkin açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 1389/23 saylı X5 dair bildiriş İddiaçı ünvan 12 ünvanına və ünvan 13ş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, İddiaçı məxsus olan tələbkar "xxxx" QSC nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi ilə bağlı satış qiyməti 56100 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 10:00-da ilkin təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş N.M-107471/2022 saylı, xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə daxil olmuş) sifariş üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin ipoteka saxlayan "xxxx" QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1597/23 saylı ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" QSC-yə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (56100 manat) 25 faiz az olmayan qiymətə (42075 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1597/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə təklifin surəti İddiaçı həm ünvan 12 ünvanına və ünvan 14imanov küçəsi, ev 432 ünvanına göndərilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin 42075 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 199/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (56100 manat) 25 faiz az olmayan qiymətə 42075 manat olmaqla ipoteka saxlayan "xxxx" QSC-yə satılmışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1764/23 saylı məktubdan görünür ki, “Əmlak İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, Cavabdeh1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1764/23 saylı məktubun surəti Hərrac Mərkəzi” MMC tərəfindən 11 avqust 2023-cü il tarixli hərracın yekunları barədə 199/23 saylı protokol tərtib olunmuş icra şöbəsinə və icra sənədi üzrə tərəflərə göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, Cavabdeh1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1764/23 saylı məktubun surəti İddiaçı ünvan 12 ünvanına və Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi ev 7 ünvanına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır və onun xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı tələbində, eləcə də apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, həmçinin bildirişin ona təqdim edilməməsini qeyd etsə də, işin qeyd edilən hallarından görünür ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi iddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Odur ki, keçirilmiş hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Digər tərəfdən iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddianın digər hissəsi - çıxarışın etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində də təmin edilə bilməz. Çünki iddianın - çıxarışın etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi - hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən aslı olmuşdur ki, tələbin həmin hissəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(004)- 474/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov