Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2569/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-527/2025 saylı, 28 yanvar 2025ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh sı Dövlət Gömrük Komitəsinə qarşı "maddi zərərin ödənilməsi" dair tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək,cavabdeh Dövlət Gömrük Komitəsindən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-527/2025 saylı, 28 yanvar 2025ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin qismən edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən vurulmuş maddi zərərin əvəzi kimi 4779 (dörd min yeddi yüz yetmiş doqquz) manat və 6030 (altı min otuz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq), hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 (beş yüz) manat və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-ya ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Pizza Mizza” MMCnin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN (X1 Mal Nomenklaturası) üzrə "**********” saylı kod altında "0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinın X2 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmış, X2 İdarəsindən gələn 2200-016/0xx-xx/005037 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİF MN üzrə "**********” alt yarımmövqeyində "15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə "Pizza Mizza” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653.03 AZN/ƏDV üzrə 5337 55 AZN təşkil etmişdir. "Pizza Mizza” MMC-nin ünvanına göndərilmiş 91880 nömrəli 13.07 2021 -ci il tarixli invoysun 4-cü mövqeyində göstərilən "15%" gömrük rüsumu dərəcəsində sinifləşdirilən "Qara metal konstruksiya” adlı malın invoys dəyəri 680 ABŞ dolları (1156 AZN), 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd edilməyən gömrük orqanına bəyan edilməmiş "Brophy” markalı əllə idarə olunan qaldırıcı talın ekspert rəyinə əsasən orta bazar dəyəri 340 AZN təşkil edir və həmin məbləğlər Azərbaycan Respublikası CM-nın 206.1 və 209.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmır. Beləliklə, "Pizza Mizza” MMC-nin direktoru X5 əməllərində Azərbaycan Respublikası CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi; "Piza Mizza” MMC-nin direktoru X5 barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplanmış materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Bakı Baş Gömrük idarəsi "ipək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan "Piza Mizza” MMC ünvanına göndərilmiş 91880 nömrəli xx.xx.2021ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra cəmiyyətin səlahiyyətli nümayəndəsinə qaytarılması; Dövlət Gömrük Komitəsinin X2 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X6 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, belə qənaətə gəlir ki, iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın qarşılanmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbini “əldən çıxmış fayda” hissəsinə münasibətdə isə əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış fayda zərərin tərkibinə aid edilsə də, bu fayda xəyali deyil, real əsaslara söykənməlidir. İddia tələbi həmin hissədə yetərincə əsaslandırılmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqazidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir ki, qeyd olunan hallar ayrı-ayrılıqda və kompleks olaraq araşdırılmamış, mülki hüquq münasibətlərinin səbəbli əlaqələri əsaslandırılmamışdır. Malların "xxxx" MMM-nin anbarında məhz gömrük orqanın qərarı əsasında saxlanılması (İddiaçı MMC-nin istəyi əsasında saxlanılıb.), iddia olunan ödənilmiş xərclərdən yayınmaq üçün İddiaçı MMC-nin gömrük qanunvericiliyinin tələblərinə uyğun şəraitin olub-olmaması, iddia olunan ödənilmiş ödənişlərin həqiqətən də həmin hallara görə ödənildiyi sübut edilməmişdir. Faktiki olaraq qeyd olunan hallar üzrə Dövlət Gömrük Komitəsinin qabaqcadan məqsədyönlü şəkildə idxalatçıya hər hansı maddi zərərin vurulması ilə bağlı niyyətinin olmaması, ona qanunvericiliklə verilmiş hüquq və vəzifələrdən istifadə etməklə ibtidai istintaqın aparılması vəzifəsini yerinə yetirdiyi, nəticədə şəxsin əməlinin cinayət deyil, inzibati məsuliyyətə səbəb olması ilə bağlı nəticəyə gəldiyi məlumdur. Yəni, şəxsin əməlinə sonda məhkəmə qiymət verərək onu inzibati məsuliyyətə cəlb etmişdir. Bütün bunları birinci instansiya məhkəməsi nəzərə almayaraq tərəflər arasındakı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Konstitusiyanın 60-cı maddəsinin İ və İV hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir... Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 125-ci maddəsinin İİ hissəsinə əsasən məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2., 153.2.1-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib mülki məhkəmə icraatı qaydasında baxması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əvvəla, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 No li qərarının 2-ci bəndində göstərilib ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 4-cü bəndində qeyd olunub ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 7.1-ci bəndində isə konkret göstərilib ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu açıqaşkardır. Çünki cavabdeh inzibati orqanın iştirak etdiyi bu hüquq münasibətinin inzibati münasibət olduğu onun hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyi ilə əlaqədar yarandığına görə təsdiq edilir. Başqa sözlə bu münasibət ümumi (publik) hüquq sahəsinin ictimai idarəetməsi ilə bağlı olub və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunub. Demək ki, cavabdeh inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxs olan iddiaçıya vurulmuş ziyana görə inzibati orqan kimi cavabdeh məsuliyyət daşıyır. Ona görə də iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə tərkibinin bu qənaəti iddiaçının hələ Maliyyə Nazirliyinə qarşı eyni predmet üzrə və eyni əsasla irəli sürdüyü iddianı ilk dəfə Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(006)-4736 nömrəli qərardadı ilə(i.v.46) kommersiya məhkəməsində baxılmalı olduğu əsası ilə geri qaytarılması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi və.s” tələbinə dair iş üzrə məhkəmə aidiyyətinə dair xx.xx.2022-ci il tarixli 2(102)-6317/2022 nömrəli qərarındakı hüquqi mövqe də əsaslı edir. Çünki Ali Məhkəmənin bu qərarı ilə Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(006)-4736 nömrəli qərardadı ləğv edilərək iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 6317/2022 nömrəli qərarının 18 və 19-cu bəndlərində göstərilmişdir ki, hazırkı işdə iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında hər-hansı sahibkarıq fəaliyyətindən söhbət gedə bilməz, mübahisənin özü də sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. İddia ərizəsində də mübahisənin tərəflər arasındakı sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasına istinad edilmir. İddia tələbinin əsası kimi inzibati orqanın qanunsuz hərəkətləri ilə bağlı hallar sadalansa da, cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilmişdir. Ümumiyyətlə, inzibati orqanın (Dövlət Gömrük Komitəsinin) hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı əsaslarla Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tələb olunması aydın deyil. Zərər iddia ərizəsində qeyd olunduğu kimi inzibati orqanın əməkdaşlarının hərəkətləri nəticəsində vurulmuşdursa, onda həmin iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Beləki, İPM-in 2.2.7. maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-6317/2022 nömrəli qərarındakı göstərişləri nəzərə almayaraq İddiaçı MMC cavabdeh Maliyyə Nazirliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işi Nəsimi Rayon Məhkəməsində davam etdirməkdə israrlı olmuş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1013/2023 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir(i.v.47-51).Cavabdeh Maliyyə Nazirliyi tərəfindən bu qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3322/2023 nömrəli qərardadı ilə qismən təmin edilərək qətnamə iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığına görə ləğv edilərək icraata xitam verilmiş və iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir(i.v.52- 56). İddiaçının bu qərardaddan verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2991/2023 nömrəli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3322/2023 nömrəli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır(i.v.57-63). Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2991/2023 nömrəli qərarının 43-47 bəndlərindəki mövqeyindən belə məna hasil olub ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisənin Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarının deyil, Gömrük Xidmətinimn inzibati fəaliyyəti ilə(məsələn, Ərazi kömrük idarəsinin, kömrük postunun, X3 İdarəsinin və.s işçilərinin)bağlı olmasını dəqiq müəyyən etməmişdir... İddiaçı təhqiqat orqanının hərəkəti nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etdiyinə görə, verilmiş iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır(bənd 47). Ali Məhkəmənin qərarının 47-ci bəndindəki qənaəti qərarın 45-46-cı bəndlərində göstərilənlərə əsasən formalaşıb. Belə ki, 45-ci bənddə göstərilib ki, iddia ərizəsində iddiaçının izahatında X4 İdarəsinin (onun mütəxəssislərinin)qanunsuzluğundan bəhs olunur. Lakin ziyanın Dövlət Kömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində vurulduğunu konkret olaraq qeyd etmişdir. 46-cı bənddə isə iddiaçının nümayəndəsinin hazırkı apellyasiya baxışındada olduğu kimi izahatında... iddiaçıya cinayət təqibi əsasında zərər vurulmasını bəyan etməsi ilə bağlı olub. Bundan sonra işə baxan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5884/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Maliyyə Nazirliyinin şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1013/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur(i.v.64-67). Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5884/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin 19,26 və 27-ci bəndlərində göstərib ki, ... “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun preambulasından göründüyü kimi, həmin Qanunla hüquqi şəxslərə deyil, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir... iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün əsassızdır. İddianın ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün əsassız olması qənaətinə gəlmiş Məhkəmə, iddianın sübuta yetməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini araşdırmağa və qiymət verməyə lüzum görməmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1215/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5884/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlardan sonra, iddiaçı hazırkı iddia ilə cavabdeh inzibati orqana qarşı mülki mühakimə icraatı qaydasında yenidən rayon məhkəməsinə müraciət edib və iddiası qismən təmin edilib. İddiaçı iddiasının təmin edilməyən hissəsini mübahisələndirməsə də, cavabdeh iddianın təmin edilən hissəsini mübahisələndirib. Göründüyü kimi, iddiaçı tərəf nail olmaq istədiyi məqsədə çatmaq üçün bu dəfə də düzgün vasitə(yol) seçməyib, yəni mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan bir tələblə yenidən rayon məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Düzdü, birinci instansiya məhkəməsi də mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan bir tələbi icraatına qəbul edib baxmaqla səhvə yol verib. Ancaq iddiaçı tərəf də yuxarıda qeyd olunan məhkəmə aktlarında göstərilən hüquqi mövqelərəi nəzərə almalı idi. Yəni, mülki mühakimə icraatı qaydasında baxılmalı olmayan bir tələb üzrə yenidən rayon məhkəməsində iddia irəli sürməsinin yolverilməz olduğu ona anlaşılan olmalı idi. Başqa sözlə, Gömrük Məcəlləsinin 53.8 və 90.2-ci maddələrinin tələbləri ona hazırkı iddia ilə əvvəlcədən inzibati məhkəməyə müraciət etməyə imkan verirdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi və.s” tələbinə dair iş üzrə məhkəmə aidiyyətinə dair xx.xx.2022ci il tarixli 2(102)-6317/2022 nömrəli qərarının 19-cu bəndindəki hüquqi mövqe də iddiaçıdan iddiasını əsl cavabdehə qarşı irəli sürməyi və aidiyyəti üzrə düzgün məhkəməni seçməyi tələb edirdi. Ancaq iddiaçının bu günədək hüquqa uyğun olmayan mövqeyinə və yanaşmasına, yəni ona ziyan vuran şəxs kimi cavabdeh inzibati orqanın ayrı-ayrı idarələri arasında fərqələndirmə aparması, başqa sözlə ziyanın cavabdehin Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən vurulduğunu iddia və israr etməsi, onun yanlış iddialar verməsinə və məhkəmə aidiyyətinin düzgün seçməməsinə səbəb olmuşdur. Əlbətdə ki, buna görə ilk növbədə iddiaçı məsuliyyət daşımalıdır. Çünki bu cür iddialar üzrə cavabdehi və məhkəmələri özü seçib. Demək ki, iddianı əsl cavabdehə qarşı və aidiyyəti üzrə düzgün məhkəməyə vermək onun iradəsinə bağlı olub. Apellyasiya baxışı zamanı cavabdehin izahatından və təqdim etdiyi sənədlərin məzmunundan da bəlli olur ki, cavabdeh quruma, eləcə də ayrıca hüquqi şəxs olan Bakı Baş Kömrük İdarəsinə qarşı analoji xarakterli mübahisələrə inzibati məhkəmədə baxılır. Deməli, uzun müddət əvvəldən də iddiaçı tərəfin məhkəmə müdafiəsi hüququnu düzgün seçmək imkanı və vaxtı olmuşdur. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-527/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli; iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilməli, "xxxx" MMC-yə hazırkı tələb üzrə Dövlət Gömrük Komitəsinə və(və ya) Bakı Baş Kömrük İdarəsinə qarşı müvafiq inzibati məhkəməyə iddia vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 və 387.2.8ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-527/2025 saylı, 28 yanvar 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. "xxxx" MMC-yə hazırkı tələb üzrə Dövlət Gömrük Komitəsinə və(və ya) Bakı Baş Kömrük İdarəsinə qarşı müvafiq inzibati məhkəməyə iddia vermək hüququ izah edilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2569/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2569/2025
05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver