Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2576/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Əzizağa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(006)-5273/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ******* manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(006)-5273/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 413.870 ABŞ dolları məbləğində borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sözlərinə əsasən 2011-ci ilin noyabr ayında «xxxx» MMC-nin 100 % təsis payını (MMC-nin balansında olan əmlak daxil olmaqla) tam olaraq 3.000.000 ABŞ dollarına satanda Cavabdehla aralarında olan razılaşmaya əsasən Cavabdeh bildirmişdir ki, «xxxx» MMC-nin 100% təsis payını almaq istəmir, MMC-nin 60% təsis payı 2.000.000 ABŞ dolları etsə də, Cavabdeh 60 % təsis payına 1.500.000 ABŞ dolları verərək, qalan 500.000 ABŞ dollarını da özü sərmayə qoymaqla, dəyirmana gətirərək, xammal buğdaya sərf edəcəyini vəd etmişdir. Beləliklə, Cavabdeh iddiaçıya 1.500.000 ABŞ dolları vermiş və «xxxx» MMC-nin 60 % təsis payını ondan almışdır. MMC-nin 40 % təsis payının dəyəri isə 1.000.000 ABŞ dolları etmişdir. 2011-2013-cü illər ərzində dəyirmanın fəaliyyəti ilə iddiaçı özü məşğul olmuş, həmin dövr ərzində dəyirmanın fəaliyyəti nəticəsində gələn gəlirlər paylara nisbətən aralarında bölünərək heç bir mübahisə də yaranmamışdır. 2015-ci il tarixdə Cavabdeh ona bildirmişdir ki, dəyirmana verilən buğda ilə bağlı iddiaçının ona borcu vardır. Ona görə də, Cavabdeh məhkəmə orqanlarına müraciət etmiş və məhkəmə qətnaməsi ilə un dəyirmanının fəaliyyəti ilə bağlı iddiaçının Cavabdeh xammal buğdadan 1.162.392 manat 22 qəpik borcu olması müəyyən edilmişdir. Həmin borcla əlaqədar Cavabdehla barışıq sazişi bağlanmış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş barışıq sazişi əsasında borcun müqabilində iddiaçı «xxxx» MMC-nin 40 % təsis payını da iddiaçı cavabdehə vermişdir. Bununla əlaqədar olaraq, məhkəmənin xüsusi qərardadı əsasında Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanılmış cinayət işinə xitam verilmişdir. İddiaçının sözlərinə görə bu proseslərin gedişində Cavabdeh ona bildirmişdir ki, «xxxx» MMC-nin 40 % təsis payını məhkəmə qərarında qeyd edilən borcun ona ödənildiyi təqdirdə iddiaçıya geri qaytaracaqdır. İddiaçı da cavabdehin bu sözlərinə inanaraq, onunla normal münasibətlərini və əməkdaşlığını davam etdirmiş, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər Cavabdeh 413.870 ABŞ dollarını hissə-hissə vermişdir. Bundan başqa, iddiaçı bildirir ki, 2015-2017-ci illərdə un dəyirmanında fəaliyyət göstərdiyi müddətdə dəyirmanın fəaliyyəti ilə bağlı yem sexi tikmiş və elevator qülləsi quraşdırmışdır. Bunlara da iddiaçı öz cibindən 155.815 manat pul xərcləmişdir. Bundan əlavə, iddiaçı dəyirmanı 2017-ci ilin noyabr ayında Cavabdeh təhvil verən zaman 50.320 manatlıq qablaşdırılmaq üçün nəzərdə tutulan çuvalları dəyirmanda qalmışdır. Bundan başqa, 2014-2015-ci illər ərzində dəyirman 100 % təsisçilik hüququ üzrə ona məxsus olan «xxxx» MMC-yə icarəyə verildiyi üçün həmin illər ərzində dəyirmanın fəaliyyəti ilə bağlı 50.000 manat vergi ödənilmişdir, həmin puldan 30.000 manatı Cavabdeh öhdəsinə düşürmüş. Lakin, həmin vergi borcunu onun əvəzinə iddiaçı ödəmişdir. Cavabdeh həmin dövrdə iddiaçıya yuxarıda göstərilən bütün borclarını qaytaracağına söz vermişdir. İddiaçı Cavabdehla 2018-ci ilə qədər əməkdaşlıq etmiş, aralarında normal münasibətlər olmuş və cavabdehin bütün borclarını ona qaytaracağına inanmışdır. Lakin, Cavabdeh qohumu İqdam Umudovla 2018-ci ildə aralarında yaranmış anlaşılmazlıqla əlaqədar Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində araşdırma aparılarkən üzləşdirmə prosesində və şahid qismində dindirilən Cavabdeh öz ifadəsində həqiqətən barışıq sazişi bağlanıldıqdan sonra iddiaçıdan 413.870 ABŞ dolları aldığını, lakin həmin pulun başqa borcla əlaqədar olduğunu bildirmiş, habelə iddiaçıya başqa heç bir borcunun olmadığını göstərmişdir. İddiaçının sözlərinə əsasən, məhz cavabdeh 2018-ci ildə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinyətlərin istintaqı şöbəsində ifadə verdiyi zaman iddiaçıya məlum olmuşdur ki, cavabdehin ona olan borclarını qaytaracağı barədə vədləri həqiqətə uyğun deyil və cavabdehin onun pullarını geri qaytarmaq niyyəti yoxdur. Bu fakt, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinyətlərin istintaqı şöbəsinin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə 20 iyul 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Beləliklə, iddiaçının qənaətinə görə, «xxxx» MMCnin qalan 40 faiz təsis payı 1.000.000 ABŞ dolları dəyərində olduğu halda, 2016-cı il tarixdə Cavabdeh olan 1.162.392 manat 22 qəpik borcunun müqabilində MMC-nin 40 faizlik təsis payını ona vermişdir. Cavabdeh isə dəyirmanın fəaliyyətinə başladıqları zaman buğda təminatına görə ona vermədiyi 500.000 ABŞ dollarını isə ona qaytarmamışdır. 1.000.000 ABŞ dolları hazırkı məzənnə üzrə 1.700.000 manat edir. 500.000 ABŞ dolları da hazırkı məzənnə üzrə 850.000 manat edir. 1.700.000 manatdan 1.162.392 manat çıxıldıqda 537.608 manat və hazırkı məzənnə üzrə 500.000 ABŞ dollarının əvəzinə 820.000 manat, bundan başqa, Cavabdeh verdiyi 413.870 ABŞ dolları, yəni 703.579 manat, yem sexi və elevator qülləsi üçün xərclədiyi 155.815 manat, dəyirmanda qalan çuvalların pulunu, yəni 50.320 manat, vergiyə ödədiyi 50.000 manatdan Vüqarın öhdəsinə düşən 30.000 manatı Cavabdeh tələb edir. Tələb etdiyi məbləğ ümumilikdə 2.327.322 manat təşkil edir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iş üzrə iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməyən hissəsində heç bir araşdırma aparmamış, iş üzrə mühüm əhəmiyyətə malik olan şahid ifadələrinə, iş materiallarında olan bir sıra sənədlərə heç bir diqqət yetirməmişdir. Məsələn, iş üzrə şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, “xxxx” MMC-yə məxsus dəyirmanda çalışmışdır. Cavabdeh 2010-cu ildən, İddiaçı isə daha öncədən tanıyır. Şahid göstərmişdir ki, İddiaçı tərəfindən dəyirmanın fəaliyyəti ilə bağlı sonuncunun şəxsi vəsaiti hesabına həmin dəyirmanda yem sexi tikilmiş, buğda çəni və elevator qülləsi quraşdırılmışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, şahid ifadələrinə əsasən İddiaçı öz vəsaiti hesabına dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlər cavabdeh tərəfindən ona qaytarılmamışdır. Həmin vəsaitlərin qaytarılması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclası zamanı sübutlara baxış keçirilməsi və sübutların təqdim edilməsinə dair şifahi və yazılı vəsatətlərin verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə baxış keçirilməsi üçün tədbirlər görməmiş, sübutlar təqdim edilməsi üçün onlara lazımi şərait yaratmamış, eksptizalar təyin etməmişdir. Halbuki, iddia ərizəsində onların irəli sürdüyü tələblər kifayət qədər əsaslandırılmış və iddia tələblərinin əsaslı və qanuni olmasını təsdiq edən bütün zəruri sübutların mövcud olduğu məhkəməyə bildirilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaq orqanının qərarından başqa digər sübutlara istinad etməmişdir. İstintaq orqanın qərarında isə İddiaçı ifadələrində göstərmişdir ki, 413.870 ABŞ dolları məbləğində pulu X5 olan borcunu qaytarmış və yekunda 164 min manat borcu qalmışdır. Məhkəmə qeyd olunan ziddiyəti aradan qaldıran hər hansı sübutu mülki iş materiallarına əlavə etməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə, cavabdehin izahatını dinləmədən, digər şahidlərin izahatını almadan nəticəyə gəlmişdir. Bu isə mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2217/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-5591/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2217/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki apellyasiya baxışı zamanı 18 mart 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərinə uyğun ətraflı izahat izahat verərək, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini qəbul etməyərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunammalı, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apelyasiya kollegiyası təqdim edilmiş 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbləri dairəsinə daxil olmadığından sübut kimi qiymətləndirilə bilməməsinə, iddiaçının tələbini əsaslandırdığı hallarla bağlı sübut təqdim edə bilməməsinə istinad etsə də, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddia tərəfi sübut kimi məhkəməyə AR DİN-nin 20.07.2018-ci il tarixli qərarını deyil, cavabdehin həmin qərarda əks olunan və şahid qismində vermiş olduğu ifadəsinə sübut kimi istinad etmişdir. Bu halda cavabdehin 20.07.2018-ci il tarixli qərar qəbul edilərkən şahid qismində vermiş olduğu ifadəsi sübut kimi araşdırılmalı və digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Bununla yanaşı, iddiaçının dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlə bağlı da heç bir instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması həyata keçirilməmiş, apelyasiya məhkəməsi iddia tələbinin bu hissəsi üzrə iddiaçının apelyasiya şikayətinin dəlillərinə də hər hansı münasibət bildirməmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətlərinin dəlillərinə və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis kapitanı X2 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, həmin iş cinayət işi materiallarının araşdırılması zamanı şahid qismində dindirilmiş Cavabdeh İddiaçı 413.870 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Həmin borcun 150.000 ABŞ dolları hissəsini sürücüsü vasitəsilə göndərərək ödədiyini bildirsə də, 150.000 ABŞ dolları borcu ödədiyinə dair mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi qərarında təsvir edilmiş Cavabdeh ifadəsini hazırki mülki iş üzrə borcu etirafı kimi qəbul etməsi əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfin birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iştirakı təmin edilməmişdir. Belə olan halda, məhkəmə baxışında iştirak etməyən iddiaçının cinayət işi üzrə qəbul olunmuş qərardakı ifadəsinə istinad edərək borcu qismən etiraf olunması nəticəsinə gəlinməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi cavabdehin iddiaçıya borcunun olmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Kollegiya Ali Məhkəmənin tövsiyyələrinə əsasən Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis kapitanı X2 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarında təsvir edilmiş Cavabdeh ifadəsini sübut kimi araşdıraraq, həmin ifadəni, eləcə də tərəflərin hazirki apellyasiya baxışı zamanı verdikləri izahatlarını digər sübutlarla yanaşı və müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh sözügedən ifadəsi ziddiyyətlidir, aydın deyil və iddianın təmin olunması üçün yetərli və mötəbər deyildir. Cavabdehin iddiaçıya borclu olması mötəbər sübutlarla öz təsdiqini tapmır. Mülki iş materiallarından həmçinin görünür ki, tərəflər arasında «xxxx» MMC-nin təsis paylarının alqı-satqısı ilə bağlı münasibətlər mövcüd olmuş, lakin onların həmin münasibətləri müqavilə şəklində rəsmişlədirilməsi iş materiallarından görünmür. İddiaçı tərəfindən iddia tələblərini təsdiq edəcək, o cümlədən dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlə bağlı başqa sübutlar təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən iddianı sübut etmək iddiaçı tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Mülki işin hazırki apellyasiya baxışı zamanı iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən ididanın təmin olunmuş hissəsində sübutları kifayət qədər araşdırmamış və onlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq pozuntularına yol vermiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsində düzgün nəticəyə gəlmişdir və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbləri rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu (30 manat) İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(006)- 5273/2019 nömrəli qətnaməsi qismən, yəni 413870 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə İddiaçı iddia tələbləri rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu (30 manat) İddiaçı özünə aid edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2576/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2576/2021
06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver