Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2578/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: suyun mənzilə axıdılması, dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Yasamal rayonu 22 saylı MKİS mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1930/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 56 ünvanında yerləşən 4 saylı mənzil İddiaçı, həmin ünvanda yerləşən 7 nömrəli mənzil isə Cavabdeh mülkiyyətindədir.
2. Yasamal rayon 22 saylı MKİS-in mühəndisi, sahə nəzarətçisi və işçisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda göstərilmişdir ki, Şərifzadə küçəsi 56, mənzil 4-də yaşayan X1 evinə su axıdığı bildirilmişdir. Tərəflərindən mənzilə vizual baxış keçirərkən məlum oldu ki, həqiqətən mənzil 7-nin sahibi Cavabdeh evindən su axıntısı nəticəsində mənzil 4-ün dəhlizin tavanına, qonaq otağının tavanına, divarına, yataq otağının tavanına, divarına, mətbəxin tavanına və elektrik naqillərinə ziyan dəymişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Bakı şəhəri Yasamal rayonu 22 saylı MKİS üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, bina 56, mənzil 4 ünvanındakı evə suyun axıdılması nəticəsində təmir-bərpa xərclərinin əvəzi kimi dəymiş zərərə görə 2.500 manat məbləğində pul vəsaitinin; təmir zamanı evdə qalmağın mümkünsüz olması səbəbilə, həmçinin evin təmirdən sonra təmizliyi və bu növdən olan xərclərin qarşılanması məqsədilə 600 manat məbləğində pul vəsaitinin; səhhətə dəymiş zərərə görə mənəvi zərərin əvəzi kimi 600 manat məbləğində pul vəsaitinin; məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin; sonrakı dövrlərdə suyun axıdılmasının qarşısının alınması məqsədilə cavabdehin şəxsi vəsaitləri hesabına su sızıntısının və axıntısının müəyyən edilməsi və bunun aradan qaldırılması üçün zəruri addımların atılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 56 ünvanında yerləşən 4 saylı mənzil uzun illərdir ki, onun istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına həmin mənzilə dair MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Ona məxsus mənzilə üst qonşusu olan cavabdeh tərəfindən su axıdılmış və axıdılmış suyun nəticəsində evimə ciddi şəkildə zərər dəymişdir. Dəfələrlə bu hadisə baş vermiş cavabdehə güzəştlər etmişdir. Lakin cavabdeh nəticə çıxarmayaraq evini təmir etdirməmiş və ona yenə də zərər dəymişdir. Suyun axıdılması nəticəsində evinin döşəməsinə, tavanına, elektrik xəttlərinə, divarlara, əşyalara ciddi şəkildə zərər dəymişdir. Müraciəti əsasında xx.xx.2024-cü il tarixində 22 saylı MKİS tərəfindən də müvafiq akt tərtib edilmişdir. Zərərin əvəzini cavabdehdən mülki qaydadaməhkəmədən kənar şəkildə tələb etdikdə o bundan imtina edir. Müvafiq ixtissaslı ekspert tərəfindən evə baxış keçirildiyi təqdirdə vurulmuş zərərin əhatə dairəsinin daha çox olması müəyyən ediləcəkdir. Həmçinin, cavabdehin həmin mənzilin mülkiyyətçisi olması da aktda öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən onun zərərini heçbir formada qarşılanmadığına görə məhkəməyə müraciət etmək qərarına gəldi. Evin təmiri və digər işlər görülərkən evdə yaşamaq da 2-3 ay mümkün olmayacaqdır. Bununla da ona dəymiş zərərin əhatə dairəsini müəyyən etmək olur. Cavabdehin hərəkətlərinə görə ona mənəvi zərər də dəymişdir. Onun tərəfindən təhqir edilmiş, kobud rəftarlara məruz qalmışdır. Hazırda o, dərman preparatlarından istifadə edir. Hesab edir ki, cavabdeh tərəfindən evə dəymiş zərərin əvəzi kimi 2.500 manat məbləğində pul vəsaitinin təmir zamanı evdə qalmağı mümkünsüz olması, evin təmirdən sonra təmizliyi və digər xərclərinin qarşılanması məqsədilə 600 manat məbləğində pul vəsaitinin, səhhətinə dəymiş zərərə görə mənəvi zərərin əvəzi olaraq 600 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin birdəfəlik qaydada cavabdehdən tutularaq ona ödənilməsi zəruridir. Bu hadisə demək olar ki, 10-cu dəfədir baş verir. Artıq bina təhlükəli vəziyyətlə üz-üzədir. Çünki axıdılan su divarlara çəkilir, bu da binanın zəifləməsinə və zərər görməsinə səbəb olur.
5. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddianı qismən qəbul edir və ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 56 nömrəli evin 7 nömrəli mənzilində quraşdırılmış istilik radiatoru partlamış və su aşağı mərtəbəyə axmışdır. Suyun axması nəticəsində iddiaçının yaşadığı 4 nömrəli mənzilinə ziyan dəymişdir. O, iddiaçının mənzilində elektrik xətlərini təmir etmək üçün usta çağırmış, suyun axıdılması nəticəsində tavanın hələ nəm olduğunu, yəni tam qurumadan təmirin edilməsini mümkün saymamışdır. Nəmlik quruyandan sonra bu işlərin görülməsini məsləhət görmüşdür. O, suyun qurumasını gözləmiş ki, usta yenidən gəlib mənzili təmir etsin. Lakin iddiaçı özü başqa usta çağırmış, lakin həmin usta da eyni səbəbdən təmirin mümkün olmadığını bildirmişdir. İddiaçı özünün çağırdığı ustaya xidmət haqqı kimi verdiyi 10 manat pulu ondan tələb etmişdir. O, ustanın heç bir iş görmədiyini əsas gətirərək, 10 manatı ödəməkdən imtina etmişdir. Bundan sonra onların arasında münasibət pisləşmişdir. İddiaçı onun bu hərəkətini zərəri ödəməkdən imtina etmək kimi başa düşmüş və məhkəməyə müraciət etmişdir. İddiaçının tələb etdiyi məbləğlə razı deyil. Hesab edir ki, dəymiş ziyanın məbləği təxminən 300-500 manat təşkil edər. İddiaçının mənzilində əlavə tikililər var, həmin tikililərin üstündən yağış sularının axması nəticəsində də iddaçıya məxsus mənzilə zərər dəymişdir
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1930/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/3329 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Yasamal rayonu 22 saylı MKİS-nin əməkdaşları 4 saylı mənzilə baxış keçirmiş və bu barədə xx.xx.2024-cü il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilinə yuxarı mərtəbədəki 7 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış, qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2.471 manat məbləğində olduğu müəyyən edilir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1930/2024 nömrəli qətnaməsi ilə (hakim A.R. Sultanova-Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərə görə 2.471 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Üst qonşusu, hazırki iş üzrə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 56, mənzil 7 ünvanında yerləşən mənzildən onun mənzilinə su axıdılmış, nəticə etibarilə, 4 saylı mənzilin tavan və divarlarına ziyan dəymişdir. Cavabdehin özü də bu faktı etiraf etsə də, dəymiş zərərin miqdarını mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin olunan tikintitexniki ekspertiza ilə dəymiş ziyanın 2.471 manat təşkil etdiyi müəyyən olunmuşdur.
10. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi mənəvi zərər hissəsində yetirəncə əsaslandırılmadığından, habelə əmlaka dəymiş ziyanla sağlamlığa vurulmuş zərər arasındakı səbəbli əlaqə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində qanunsuz əlavə tikililər mövcuddur. Cavabdeh iddiaçıya məxsus mənzilə zərərin vurulması səbəbini həmin tikililərin üstündən yağış sularının axması nəticəsində vurulması kimi izah etmişdir. Məhkəmə bu xüsusatla bağlı ekspertiza qarşısında sual qoymadığından mübahisə açıq qalmışdır. Cavabdehin iş üzrə verdiyi izahatı faktaraşdırıcı məhkəmə etiraf kimi qiymətləndirsə də, bu iddianın təmin edilməsi üçün yetərli deyildir, belə ki, cavabdeh izahatında onun mənzilindən radiatorun partlaması nəticəsində iddiaçının mənzilinə suyun sızmasını, sızma nəticəsində tələb edildiyi qədər ziyanın vurulmamasını, suyun dərhal dayandırılmasını, vurulan ziyanın təxminən 30 manat civarında olmasını göstərmişdir, belə ki, Polad adlı şəxs (tel:********** MİKS-in mühəndisi) vurulan ziyanın həcmini müşahidə etdikdən sonra cüzi ziyan dəyməsini göstərmişdir. Cavabdeh məhkəmə iclasında bir dəfə iştirak etmiş, qalan məhkəmə iclaslarında iclasların vaxtı haqqında lazımi qaydada məlumatlandırılmadığı üçün iştirak edə bilməmiş, nəticədə onun məhkəməyə təqdim edəcəyi sübutlar (mənzilin fotoşəkilləri, Polad adlı şəxsin MİKS-nin mühəndisinin iş üzrə dindirilməsi), habelə dəlilləri məhkəmə təhqiqatından kənarda qalmışdır. İş materiallarına İİİ şəxs-MİKS tərəfindən tərtib edilmiş akt əlavə edilmiş, aktda suyun cavabdehin mənzilindən iddiaçının mənzilinə axması göstərilmiş, iddia İİİ şəxs tərəfindən etiraf olunmuşdur. Mübahisə üzrə toplanan sübutlara hüquqi qiyməti məhkəmə verməli olduğu halda, bu işi onun əvəzinə İİİ şəxs görmüşdür. Ekspertin bu iş üzrə verdiyi rəy qəti, kəsici rəy deyildir və MİKS-nin mübahisəli aktına istinadən verilmişdir. Ona görə rəy mötəbər hesab edilə bilməz, təkrar ekspertiza keçirilməli olduğu halda bu edilməmişdir. Məhkəmə cavabdehin izahatda göstərdikləri yağış sularının iddiaçının mənzilində qanunsuz artırılmalarla əlaqədar axa bilib-bilməməsini müəyyən etmək məqsədilə ekspert qarşısında belə sual qoymalı, zərurətlə əlaqədar mənzillərə baxış keçirməli idi. Məhkəmə iddianı təmin edərkən, suyun cavabdehin mənzilindən axıb iddiaçının mənzilinə zərər vurması qənaətinə gələrkən, mötəbər olmayan sübutlara o cümlədən cavabdehin “etiraf”-la bağlılakin əslində tamam başqa mənzərəni təsvir edən izahatına əsaslanmışdır. Cavabdeh tərəfindən təqdim olunan fotoşəkillər, şahidin izahatı məhkəmə tərəfindən sonuncunun məhkəmə iclasları barədə lazımi qaydada və müddətdə məlumatlandırılmaması ilə əlaqədar tədqiq olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və şikayətin təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırki işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasını və mənzilinə maddi zərər dəyməsini təsdiq edən sübut kimi Yasamal rayon 22 saylı MKİS tərəfindən tərtib edilmiş Akta istinad etmişdir.
23. Cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan və apellyasiya şikayətində bildirdiklərindən də müəyyən edilir ki, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması halı baş vermişdir.
24. Bununla yanaşı, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilinə yuxarı mərtəbədəki 7 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış, qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2.471 manat məbləğində olduğu müəyyən edilir.
25. Göründüyü kimi, cavabdehə məxsus olan mənzildən iddiaçının mənzilinə su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.
26. Kollegiya sözügedən ekspert rəyini digər iş materialları ilə birgə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin rəyin əsassızlığı üçün hallar müəyyən edilmir. Kollegiya qeyd edir ki, ekspert rəyində mənzilə dəymiş ziyanın həcmi göstərilmiş, rəy kifayət qədər əsaslandırılmış və rəydə göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.
27. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş, lakin qeyd etdiyi MİKS-in mühəndisi Polad adlı şəxsin iş üzrə şahid qismində dindirilməsi barədə vəsatəti olmamışdır.
28. O da qeyd olunmalıdır ki, məhkəmənin bildirişləri cavabdehin iş materiallarında olan ünvanına - Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 56 ünvanında yerləşən 7 saylı mənzilə göndərilsə də, məhkəmə zərfləri geri qayıtmışdır, halbuki cavabdeh məhkəməyə ünvanladığı sonuncu ərizəsində də yaşadığı ünvan kimi həmin ünvanı qeyd etmişdir. Həmçinin, cavabdeh əlaqə nömrəsinin dəyişməsi barədə də məhkəməyə məlumat verməmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1930/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: a