Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2580/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Cavabdeh2nə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: əmlakın həbsdən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Cavabdeh2nə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçılar İddiaçı – (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfmə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı, 03 sentyabr 2010-cu il tarixli çıxarışa əsasən onun adına qeydə alınmışdır. X3 ilə 02 dekabr 1997-ci ildə Gəncə Şəhəri Nizami Rayon Vətəndaşlıq Vəziyyəti X4 qeydə alınmış nikahda və adı çəkilən nikah dövründə əldə edilmiş ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində birgə mülkiyyətçilər X7 3/5 və İddiaçı 2/5 hissədə payları müəyyən edilmişdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin 28 noyabr 2022-ci il tarixli, 1441- 57057/2019-5-1 saylı məktubunda Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, ünvan 4 ünvanda yerləşən 85 saylı mənzil, ünvan 5 yerləşən 48 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin 15 dekabr 2022-ci ilə kimi boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən ünvan 6 ünvanlarında yerləşən mənzillərin kimə məxsus olması ona məlum deyil və onun ünvanına göndərilən bildirişdə həmin mənzillərin müsadirə edilməli olmasının göstərilməsi anlaşılan deyil. Habelə, məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün onunla və əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Belə ki, ünvan 11 aprel 2018-ci il tarixli hökmü ilə qardaşı X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən ona məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş N2 1-1(103)-40 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəllə) 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. ünvan 11 aprel 2018-ci il tarixli Hökmündən məhkum X8 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş N2 1-1(103)-01 saylı, 08 fevral 2019-cu il tarixli Qərarı ilə təmin edilməmişdir. Mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, N°1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsini xahiş etmişdi. Qeyd olunan ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2019-cu il tarixli, N° 3h-30/2019 saylı cavab məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X8 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və həmin kassasiya şikayətinə baxılarkən ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 1-1(103)-01 saylı X1 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının iş 1-1-(102)-2/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131.2 kv.m torpaq sahəsində yerləşən 111.3 kv.m faydalı sahəsi olan mağaza) Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi, Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0,32 ha torpaq sahəsi, Qusar rayonu, Dliztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, ünvan 7 ünvanında yerləşən ev, ünvan 8 ünvanında yerləşən ev, ünvan 9 yerləşən qeyri-yaşayış sahəsi, ünvan 10nındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəları Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda o həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququndan da məhrum edilmişdir. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(102)-1004/2020 nömrəli qərarı əlavə olunur) Göründüyü kimi, hazırda mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə uyğun deyildir. O əmlakların xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına cəlb edilməmiş, ondan heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Hazırda içində olduğu çıxılmaz vəziyyətin izah edilməsi mümkün deyildir. O və həyat yoldaşı heç bir cinayət törətməmiş, əmlakı cinayət yolu ilə əldə etməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində halal zəhmət nəticəsində əldə etdiyi əmlakın heç bir əsas olmadan məcburi qaydada və əvəzsiz olaraq ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililərin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaka münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Beləliklə, ona məxsus sözügedən əmlak 2 hal olduqda xüsusi müsadirə vasitəsilə dövlət nəfinə alına bilərdi: Əmlakın məhz cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına məhkum Fizuli Əliyev tərəfindən əldə edilmiş olmağı sübuta yetirilsin; O həmin əmlakın Fizuli Əliyev tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığını bilmişdir, yaxud bilməli olmuşdur. Lakin cinayət mühakimə icraatı qaydasında işə baxan məhkəmələrdə iddiaçıya məxsus sözügedən əmlakın məhz Fizuli Əliyev tərəfindən və sonuncunun cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına əldə edilməsi və sonradan İddiaçı adına keçirməsi sübuta yetirilməmişdir. Ümumiyyətlə, hər üç instansiya müsadirə olunan əmlakların nə vaxt, kim tərəfindən, hansı qaydada, hansı vəsait hesabına əldə edilməsi, hazırda həmin əmlakın mövcud olub-olmamasını araşdırmamış, hətta əmlaklara dair hüquq müəyyən edici sənədlər belə tələb edilməmiş və həmin sənədlər məhkəmə araşdırmasının predmeti olmamışlar. Məhkəmələr sadəcə Fizuli Əliyevin qohumlarına məxsus olmuş əmlakları öz hökm və qərarında sadalamaqla kifayətlənmiş və onların dövlət nəfinə keçirilməli olduğunu qeyd etmişlər. Həmçinin işin halları onu deməyə əsas verir ki, ona məxsus olan mübahisəli əmlak yalnız Fizuli Əliyevin qardaşı olduğuna görə xüsusi müsadirəyə məruz qalmışdır. Halbuki, o keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq çoxşahəli, o cümlədən, ticarəti əhatə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamıdır, yalnız Azərbaycanda deyil, həmçinin Alımaniyada, Türkiyədə və Rusiya Federasiyasında da bizneslə məşğul olmuşdur. Vaxtilə “VİS” X2, hazırda isə "xxxx" MMC-nin təsisçisi və direktorudur.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 4.Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ünvan 11 aprel 2018-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada (CPM-nin 408.3-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında nəzərdə tutulmuş qaydada – 3cü şəxs qismində cəlb edilməklə) baxılıb qiymət verilə bilər.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə növbəti prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual əsaslar olsa Mülki Prosessual Məcəllənin 261-ci maddəsinin tətbiqi yalnız məhkəmə baxışında mümkün ola bilsə də, məhkəmə işi məhkəmə baxışına təyin etmədən, bu barədə qərar qəbul etmədən tələmtələsik, işin məhkəmə baxışına hazırlıq icraatındaca, 1-ci iclasda işin icraatına xitam verilməsi barədə qərardad qəbul etmişdir. Hazırlıq icraatında bu kimi qərardadın qəbulu yolverilməzdir. İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin 3-cü şəxs qismində X8 cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınların həbsdən azad olunması və “Lexus GX 460” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınların dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, qərardad əsaslandırılmamışdır, məhkəmə 1 cümlə ilə də olsa öz fikirlərini açıqlamamış, onları gizli saxlamışdır. Qərardadda yalnız MPM-nin 153.2.1-ci maddəsinə istinad edilmişdir. Məhkəmə bildirməmişdir ki, hansı səbəbdən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Bu qərardad hazırda göstərilən əsaslarla Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1893/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə ləğv edilmişdir. Hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində qeyd edilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.
12. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, ********** qeydiyyat nömrəsi olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı məxsusdur.
13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1094/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngə, 499b sahəsində yerləşən 0,06 ha torpaq sahəsi birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bölünsün və həmin əmlak üzərində İddiaçı 2/5, X7 3/5 pay üzrə mülkiyyət hüquqları tanınması, qətnamə həmin daşınmaz əmlaka dair İddiaçı 2/5 pay üzrə və X7 3/5 pay üzrə paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir.
14. ünvan 11 aprel 2018-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.
15. Hazırkı iş üzrə iddiaçı onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngə, 499b sahəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərinə məhkəmənin hökmünə əsasən əsassız olaraq həbsin qoyulmasına istinad edərək, əmlakın həbsdən azad edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfmə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərək ona istinad etmişdir ki, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada - CPM-nin 408.3-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında nəzərdə tutulmuş qaydada – 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər.
17. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 20 may 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı X8 barəsində cinayət işi üzrə çıxarılmış məhkəmə qərarından mülkiyyətində olan əmlakların əsassız müsadirəsı ilə bağlı işə cəlb olunmasını xahiş etmişdir.
18. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək məhkum X6 və qohumlarının adına olan: Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 kv.m. torpaq sahəsində yerləşən 111,3 kv.m faydalı sahəsi olan mağaza); Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak; Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi; Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi; Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri; ünvan 7 ünvanında yerləşən ev; ünvan 8 ünvanında yerləşən ev; ünvan 12 qeyr-yaşayış sahəsi; ünvan 13vin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması, qalan hissədə qərarın dəyişdirilməməsi qərara alınmışdır.
19. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilir ki, “..Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayəthüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyrimütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir.... Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Odur ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.
20. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Zülfüqar oğlu X8 barəsində cinayət işi üzrə çıxarılmış məhkəmə qərarından mülkiyyətində olan əmlakların əsassız müsadirəsı ilə bağlı işə cəlb olunmasını xahiş etsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından Ali Məhkəmənin sədri tərəfindən həmin müraciətə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarından təqdimat verildiyi və həmin təqdimata baxıldığı müəyyən edilmir.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyini nəzərə almamışdır. Qərardan göründüyü kimi, konkret əmlakın hökmdə göstərilməsi üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı – (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin həbsdən azad olunması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində olan tikililərin dövlət nəfmə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1 (093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması tələbinə dair mülki iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev