Məhkəmə qərarları › İş №2(103)-2584/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2584/2025

12.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2584/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Avtomobil X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar "xxxx" Azərbaycan-X5 və İddiaçı cavabdeh Azərbaycan X1rşı iddiası qismən təmin edilərək, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrasının gecikdirilməsi qanunsuz hesab edilməklə, həmin qərar əsasında iddiaçının xeyrinə tutulmalı olan 2 522 130 manat pul məbləğinə, 3 il üçün hesablanmış 383578,5 (üç yüz səksən üç min beş yüz yetmiş səkkiz manat 50 qəpik) faiz məbləği, mənəvi zərərə görə 300 (üç yüz) manat, hüquqi yardıma görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun 674 (altı yüz yetmiş dörd) manat hissəsinın cavabdeh Azərbaycan Avtomobil X6ndən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh Azərbaycan Avtomobil X6 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında şəxsən iştirak edərək apellyasiya şikayətindən imtina barədə ərizəni müdafiə etdiyini bildirdi və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə apellyasiya şikayətindən imtina qəbul edilməli və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Avtomobil X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar