Məhkəmə qərarları › İş №2(103)-2587/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2587/2023

05.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2587/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh3 qarşı (X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinin açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-339/2023 saylı işi üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh3 qarşı (X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Qazax şəhəri, M.Z.Carçıyev küçəsi 23 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 m 2, yaşayış sahəsi 40,8 m 2, yardımçı sahəsi 35,6 m 2 olan fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 1/2 hissəsinin iddiaçılar İddiaçı2 və X6 ödənilməsi, vəsaitin qalan 1/2 hissəsinin X11 vərəsələri arasında miras payı kimi bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Qazax şəhəri, M.Z.Carçıyev küçəsi 23 xüsusi mülkiyyət kimi 1/4 hissədə İddiaçı2, 1/4 hissədə İddiaçı1 və 1/2 hissədə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının Ölüm haqqında elektron şəhadətnaməyə əsasən, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; - Qazax Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(023)- 368/2014 nömrəli qətnaməsinə əsasən X2 və İddiaçı2 X13 və qeyrilərinə qarşı evin real bölgüsünün aparılması, evdən istifadəyə qanunsuz təsirin qarşısının alınması, evə köçürülmə, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, evdən qanunsuz istifadənin qarşısının alınması və evdən köçürülməyə dair ilkin iddia tələbinin qismən təmin edilməsi, X10 və İddiaçı2 ümumi mülkiyyətdə olan Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanda yerləşən iki mərtəbəli ümumi sahəsi 76,4 kv m, yaşayış sahəsi 40,8 kv m, yardımçı sahəsi 35,6 kv m olan 2 yaşayış otağından və təsərrüfat damından ibarət fərdi yaşayış evinə istifadəyə maneçiliyin aradan qaldırılması və onların həmin evə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, X11 X6 və qeyrilərinə qarşı evə dair tərtib olunmuş texniki pasportun, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir; - Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2014-cü il tarixli 18340 saylı rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən evin yaşayış və qeyri-yaşayış sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri aparılmış ölçü işləri nəticəsində iş materiallarında olan texniki pasportun ölçülərinə uyğun olduğu, X3 və İddiaçı2 paylarına düşən 1\4 hissəsinin yaşayış və yardımçı sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri hər birinə ayrı-ayrılıqda ümumi sahədən 31,5 kv.m, yaşayış sahəsindən 10,2 kv.m, yardımçı sahədən 21,3 kv.m və həyətyanı torpaq sahəsindən 186 kv.m düşdüyü, ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi planlı yerləşməsini, otağların təyinatlığını, tikililərin qarşı tərəfdən küçə ilə əhatə olunan hissədə yerləşməsini, eləcə də iki yaşayış otağından ibarət olduğunu nəzərə alaraq evin və həyətyanı torpaq sahəsinin tərəflər arasında üç hissəyə bölünməsinin İnşaat Norma və Qaydalarının 1.1, 2.2, 2.4 və 2,7 bəndlərinin eləcə də metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir; - İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış təklifin və məxaric qəbzlərinin surətinə əsasən, ünvan 1 ünvanda yerləşən evin İddiaçı2 və İddiaçı1 məxsus hər birinin ¼ hissədə payının dəyəri olaraq 45000 manat, cəmi 90000 manat məbləğində pul kompensasiyasının ödənilməsi təklif edilmişdir; - Qazax rayon notariat ofisinin 23 noyabr 2022-ci il tarixli 1095 nömrəli məktubunun surətinə əsasən vərəsələrin müraciəti əsasında X11 ölüm faktı ilə əlaqədar Qazax rayon notariat ofisində xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, lakin vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik işinin məhkəmədə baxılması tövsiyə olunmuşdur; - Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 nömrəli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3 və X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Qazax rayon notariat ofisinə qarşı "vərəsə kimi tanınma, miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun verilməsi" tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi, ünvan 2anında yerləşən evin 1/6 hissəsi və VAZ- 2101 markalı, 35BC508 dövlət qeydiyyat nömrəli avtomobil üzərində Cavabdeh3 vərəsəlik hüququnun tanınması, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 2anında yerləşən evin 1/12 hissəsi üzərində X1 vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir; - Qazax Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(023)-1351/2021 nömrəli qərardadına əsasən, Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 saylı qətnaməsindəki yanlışlıqların düzəldilməsi, "Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi üzrə Cavabdeh3 vərəsəlik hüququnun tanınması” sözlərinin "Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 1/6 hissəsi üzrə Cavabdeh3 vərəsəlik hüququnun tanınması” kimi oxunması və "Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 2anında yerləşən evin 1/12 hissəsi üzərində X1 vərəsəlik hüququnun tanınması” sözləri "Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/6 hissəsi və ünvan 2anında yerləşən evin 5/6 hissəsi üzərində X1 vərəsəlik hüququnun tanınması” kimi oxunması qərara alınmışdır; - Qazax Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(023)- 1351/2021 nömrəli məktuba əsasən Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 nömrəli qətnaməsi 09 mart 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmişdir; - "AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlara əsasən Qazax şəhəri, M.Z.Carçıyev küçəsi 23 ünvanında yerləşən sahəsi 125,9 kv.m olan əmlak üzərində İddiaçı1 3/12 hissədə, X1 5/12 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-339/2023 saylı işi üzrə 14 fevral 2023cü il tarixli qətnaməsi ilə ("Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1,217.4, 218.3-cü maddələrinə istinadən) iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin (ümumi sahəsi 125.90 kv.m olan) açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq, yəni 3/12 hissəsi İddiaçı2, 3/12 hissəsi İddiaçı1, 1/12 hissəsi Cavabdeh3, 5/12 hissəsi X8 verilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı2 aid edilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-339/2023 saylı qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Plenumunun Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Mülki Məcəllənin 217, 220.4, 220.1, 220.2, 220.3, 220.6; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4; Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə; Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il qərarına istinadən qeyd edilmişdir ki, iddiaçılar iddia ərizəsində yazdığı kimi ona göndərdikləri təklifi almamışdır. Onun ünvanına göndərilmiş,məhkəmənin qeyd etdiyi təklifi və poçt zərfini o almamış, ona təqdim olunmamışdır. Belə olan halda, ona təqdim edilmiş kimi iddianın əsası kimi işə baxılması çox kobud prosessual pozuntudur. Hətta, göndəriblərsə, poçt ona təqdim etməmişdir. Bu pozuntularla iddianın icraata götürülüb, hətta ərizəsindən sonra məhkəmə hazırlıq iclasının, məhkəmə baxış iclasına təyin edilməsi də ayrıca hakimin prosessual hüquqlarını bilərəkdən pozmasıdır. Ona görə bilərəkdən ki, o, baxışa təyindən öncə bu barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iş materiallarına daxil olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubunda qeyd etdiyi poçt zərfi bəlkə hansısa digər şəxsə- Andreyə, Abdurrəhmana, Gülöyşəyə, Səltənətə, Annaya, Kolxoza təqdim edilmişdir. Bunun təqsirkarı odurmu, poçtun əvəzindən omu işləməlidir? Təklifi göndərən maraqlı olmalı idi ki, təklifinin ona çatmasını dəqiqləşdirsin və təmin etsin. İddiaçılar keflərindən təklifin ona göndərilib, çatmasını təmin etməyiblərsə, məhkəmə də buna göz yumursa və haqqlı tələblərinə baxmayaraq, buna şərait yardırsa, o, niyə ziyan çəkməli, hüquqları pozulmalıdır. O, iddiaçılarla razılaşmır deməmişdir. Real bazar qiyməti ilə onlarla razılaşmağa hər an, hər dəqiqə razıdır. İş materiallarında evin real bazar dəyərinin məbləği barədə heç bir ekspertiza keçirilməmiş və evin bazar qiyməti müəyyən edilməmişdir. Məhkəmə isə məhkəmə iclaslarını təxirə salmaqla işini bitmiş hesab etmişdir.İddiaçılar Aydın Bayramovla bərabər ünvan 4 ünvanında yerləşən evi açıq həracda satmaq istəyirlər. Bunun üçün məhkəmə sənədləri ilə tanış olan zaman, məhkəmə icraatı dövründə tanış olduğu AR MM-nin 220.3 və 220.4-cü maddələrinin tələblərinə zidd hansısa sənədi guya ona göndərmişlər. O, isə həmin sənədi almamışdır. Bunu dəfələrlə məhkəməyə yazdığı ərizələrində qeyd etmişdir. Məhkəmə Aydın Bayramovun vərəsələrini cavabdeh qismində işə cəlb etsə də, hazırda mübahisələndirilmiş fərdi yaşayış evi üzrə 5/12 pay üzrə mülkiyyətçi (çıxarış-qeydiyyat nömrəsi-**********, reyestr nömrəsi **********764-10301, tarix: xx.xx.2023-cü il) olan X4 çox kobud prosessual pozuntu edərək, mülkiyyətini satışa çıxardığı halda cavabdeh qismində deyil, müstəqil tələb irəli sürə bilməyən şəxs qismində cəlb etmişdir. Bunu ona görə etmişdir ki, iddiaçılar əziyyət çəkməsin və yenidən məhkəmədə payın natural bölgüsü və digər məcburi tələblərlə bağlı iddia qaldırıb, hərəkətlər etməsin.Bir sözlə mülkiyyətçinin mülkiyyəti ilə bağlı tələb irəli sürmək,etiraz bildirmək,pozulmuş hüquqlarının bərpası ilə bağlı şikayət vermək hüquqlarını kobudcasına məhdudlaşdırmışdır. Bundan başqa, Limona Bayramovanın məhkəmə yazdığı ərizəsi ilə tanış olanda oxudu ki, Limona həmin evi təmir etdirib, genişləndirib və evin texniki ölçüləri həminki ölçülər deyil və ona mülkiyyətçi kimi hər hansı təklif göndərilməmiş və onun mülkiyyətçisi olduğu evin naturada bölgüsü ilə bağlı məhkəməyə hər hansı müraciət edilməmişdir. O da, ərizəsində bu halı məhkəmənin diqqətinə çatdırmışdır. Ancaq, məhkəmənin mövqeyi ilk məhkəmə iclasından bəlli olduğundan nəticə də mövqeyə uyğun oldu. Bunu gözləyirdi. Çünki, iddiaçıların özlərinə məxsus gəlir yerləri vardır. Bundan başqa, məhkəmə qətnaməsi ortaya çıxanda məhkəmə onun və Limona Bayramovanın qeydiyyat yerinin Qazax rayonu olmasın müəyyən edib işi aidiyyatı üzrə Qazax rayon Məhkəməsinə göndərməli idi. Məhkəmənin L.Bayramovanı cavabdeh qismində işə cəlb etməməsinin əsas səbəblərindən ən başlıcası da elə bu olmuşdur.Məhkəmə Cavabdeh1 və Cavabdeh2 iş üzrə cavabdehlikdən çıxardıqdan sonra, işə məhkəmə ərazi aidiyyatını pozmaqla necə və hansı prosessual əsaslarla Qazax rayon Məhkəməsində baxılmalı olan işə Bakı şəhəri, Yasamal rayon Məhkəməsində baxmışdır, bu da çox müəmmalı haldır?!!! Məhkəmə Cavabdeh1 və Cavabdeh2 niyə işdən cavabdehlikdən çıxardığını və onlara qarşı qaldırılmış və dəyişdirilməmiş iddia tələbini necə onunla və Limonaya qarşı dəyişdirməsini qətnaməsində əsaslandırmamışdır. Məhkəmə qətnamədə iddiaçıların iddia ərizəsində qeyd etdikləri cəfəng ifadələri “quran ayəsi” kimi yazaraq, qeyd etmişdir ki, iddiaçılar öz mülkiyyətlərindən istifadə edə bilmirlər, çünki ayrıca əmlak deyildir. (qətnamə 3-cü səhifə- 2-ci abzas). İddiaçılar nəinki evə Qazax rayonuna borclarına görə və digər səbəblərə görə gələ bilmirlər. Onlar nə vaxt evə gəldilər ki, kimsə onları evə qoymadı. Üstəlik, iddiaçıların evə gedişgəlişinin təmin olunması ilə bağlı məhkəmədə iş olmuş və onlar bununla bağli icra məmuruna da müraciət edə bilərdilər. Məhkəmə qətnaməsində yenə də ləğv olunmuş RX seriyalı ******* nömrəli çıxarışa əsaslanmışdır. Həmin çıxarış ləğv olunmuş və Aydın Bayramovun payı 1/6 və 5/6 hissədə onun və Limonanın mülkiyyətinə bölünüb verilmişdir. İddiaçılar öz adlarına yeni çıxarış almadan məhkəmədə iddia qaldırmaqla və məhkəmənin isə buna hüquqi münasibət göstərmədən iddianı təmin etməsi də hüquqa ziddir. Belə ki, məhkəmənin istinad etdiyi çıxarış artıq ləğv olunmuşdur. Həmin evə dair yeni çıxarış alınmışdır. Ancaq, iddiaçılar həmin yeni hal üzrə ünvan 5 ünvanında yerləşən evə dair mülkiyyət hüquqlarını tanıtdırmamışlar. İş materiallarında asan imzanı aldıqdan sonra tanış olduğu bildirişdən görünür ki, iddiaçılar ona təklif göndəriblər ki, onların hər birinə 45000 manat olmaqla, ümumilikdə 90000 manat ödəsin. Bu isə o deməkdir ki, evin dəyəri 180000 manatdır. Torpaq sahəsi, ayrıca giriş-çıxışı olmayan, ümumi məhlədə yerləşən, şəhərin arxa küçəsində olan köhnə 55 ilin tikilisinin qiyməti necə ola bilər ki, 180000 manat təşkil edir. Evləri Bakı şəhəri, Xəqani küçəsində yerləşmir. İddiaçılar onlara 90000 manat deyil, 35000 manat versinlər paylarını onlara versinlər. O, bu halların araşdırılması üçün dəfələrlə məhkəməyə ərizələr yazmışdır ki, evin real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirilsin. Məhkəmə bu halları qəsdən həddən artıq yüksək məbləğdə təklif edilmiş məbləği də araşdırmamışdır. Məhkəmənin ən böyük kobud prosessual pozuntusu odur ki, qətnaməni qəbul edərkən AR MPM-nin 82.3-cü maddəsinə əsaslanaraq qətnamə çıxarmışdır. Ancaq, məhkəmənin istinad etdiyi natural bölgü ilə bağlı iddia qaldırılmış və qətnamə qəbul edilmiş Qazax rayon Məhkəməsinin qətnaməsində və həmin işdə onlar tərəf olmamışlar və həmin işlə heç bir əlaqələri olmamışdır. Məhkəmə onları həmin işlə necə əlaqələndirib, onu bilmir. İddiaçılar ona və Limona Bayramovaya qarşı payın naturada ayrılması tələbinə dair Qazax rayon Məhkəməsində iddia qaldırmamışlar və bu barədə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur.Məhkəmə isə işə baxarkən kobud prosessual pozuntularla bərabər, maddi hüquq normalarını da səhv tətbiq etməklə qətnamə çıxarmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 oxşar əsaslı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-229/2023, 2(004)-339/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçılar X2 və İddiaçı2 tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki: mövcud arxiv materiallarına əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair 85 nömrəli qeydiyyat vəsiqəsi əsasında X11 adına texniki pasport tərtib edilmişdir və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə hüquqları dövlət qeydiyyatına alınmışdır. Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(023)- 1351/2021 saylı qətnaməsi əsasında adlarına vərəsəlik hüquqları tanınaraq Cavabdeh3 1/6 hissə və X1 5/6 hissə paylı olaraq xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə hüquqları dövlət qeydiyyatına alınmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir və xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə həmin ev qeydiyyata alınmışdır. Qazax Rayon Notariat Kontorunun 26 fevral 2014-cü il tarixli 2V-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X13 1/2 hissə, nəvələri - X6 və İddiaçı2 1/2 hissə paylı olmaqla xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə hüquqları qeydiyyata alınmışdır. Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(023)-1351/2021 saylı qətnaməsi əsasında adlarına vərəsəlik hüquqları tanınaraq Cavabdeh3 1/12 hissə, X1 5/12 hissə, İddiaçı2 3/12 hissə, X6 3/12 hissə paylı olaraq xx.xx.2022-ci i! tarixli ********** qeydiyyat nömrəsi ilə hüquqları qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə uyğun izahat vermiş və iddiaçıların reyestr xidmətini yoxlamadan məhkəmədə iddia qaldırdıqlarını, evin hələ də mərhum atasının adında olduğunu zənn etdiklərini, mərhum atasının onun qızına vərəsəlik verdiyini, evin iki hissədən ibarət olduğunu, biri 23, digəri isə 23 a kimi qeydiyyatının olduğunu, 23a saylı evin tam şəkildə qızı Limonaya məxsus olduğunu, iddiaçı tərəfin çıxarışının köhnə olduğunu, araşdırma aparmadan iddia verdiklərini, qarşı tərəfə bu barədə məlumat verdiklərini, iddiaçıların evin hərraca çıxarıldıqdan sonra özlərinə məxsus hissəyə 90000 manat qiymət qoyduqlarını, ona isə bu barədə məlumat verilmədiyini, məktub almadığını, buna dair imzasının olmadığını, Dövlət tərəfindən aparılmış qiymətləndirmə ilə əmlakın bazar dəyərinin 45000 manat müəyyən edildiyini qeyd etmiş və evin real bazar qiyməti yoxlanıldıqdan sonra qarşı tərəflə razılaşacağını, indiki halda isə qanunsuz qərar qəbul edildiyini bildirmiş, Yasamal rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehlər Cavabdeh2 iddiaçıların əmisi qızları olsa da, atası Aydın Bayramovun sağlığında belə iddiaçıların onları məhkəmələrə verdiyini, başqa şəxslərə pul, qızıl borclu olduqlarını, yaxşı ad qazanmadıqlarını, polis tərəfindən axtarışda olduqlarını, qarşı tərəfə evinin real dəyərinin verilməsinə etiraz etmədiklərini qeyd etmiş və qarşı tərəfdən ona hər hansı bir təklif gəlmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edərək, onun, atası Cavabdeh3, əmisi Cavabdeh1 və iddiaçıların Qazax rayonunda qeydiyyatda olduqlarını qeyd etmiş, işin aidiyyəti üzrə göndərilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət verdiklərini, lakin buna münasibət bildirilmədiyini, əmlakın Qazaxda yerləşdiyini, bibisi Cavabdeh2 Yasamal rayonunda qeydiyyatda olduğunu əsas gətirilərək,iddianın Yasamal rayon məhkəməsinə verildiyini bildirmiş, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil Cavabdeh1 və Cavabdeh2 vərəsə olduqları üçün cavabdeh kimi qoyduqlarını, onların mülkiyyətçi olmadıqlarının məhkəmə prosesi zamanı məlum olduğunu, iddia qaldırılmamışdan əvvəl tərəflərə təklifin göndərildiyini, iş materiallarında qəbzlərin olduğunu qeyd etmiş, cavabdehlərdən ikisi Bakı şəhərində qeydiyyatda olduğu üçün və iddia tələbi müstəsna aidiyyətə düşmədiyi üçün iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etdiklərini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 178, 213-223; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-58, 149-152, 259.0.12, 371, 372, 384, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən qanuni olmayan nəticə hasil olmuşdur. İddiaçı daşınmaz əmlak üzrə mülkiyyət hüquqları əldə etməyən şəxslərə qarşı iddia tələbi irəli sürməklə qanunvericiliyin münasibətlərin tənzimlənməsinə yönəlik əsas amilini – cavabdehlərin hamısının mülkiyyət hüquqlarının olmadığını və paylı mülkiyyətin subyektiv tərkibi olaraq bu hüquqlara malik olmadıqlarını, habelə vərəsəlik münasibətləri üzrə qanunvericiliyin müəyyən etdiyi hüquq və vəzifələrin tam həyata keçirilmədiyini nəzərdən qaçırmışdır. Qeyd edilənlərə əsasən prosessual qanunvericiliyin tələblərinə müvafiq iddia ərizəsinin baxılmamış saxlanılmaqla apellyasiya şikayətlərinin qismən təmin və qətnamənin ləğv edilməsini qanuni hesab edir. Belə ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barədə qanunla müəyyən edilmiş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı itirməyərək əsl cabandehlərə (mülkiyyətçilərə) paylı mülkiyyətdə olan əmlaka dair zəruri məlumatlar təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər (mübahisənin düzgün həll edilməsi üçün zəruri olan məlumatlar- cavabdehlərin tam sırası) göstərilmədən, habelə hər bir cavabdehə yönələn tələbin əsasları müəyyən edilməmiş, mülkiyyətçi (əsas cavabdeh) olmayan şəxslərə qarşı tələb irəli sürmüş və bununla da işin ərazi aidiyyəti üzrə baxılmasında da pozuntunuya yol verilmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil....”. Mülkün payçıları barədə əldə edilmiş rəsmi məlumata əsasən onları tərkibi Cavabdeh3 - 1/12 hissə, X9- 5/12 hissə, İddiaçı2- 3/12 hissə, X10 - 3/12 hissədə olan hüquqla qeydiyyata alınmış və onların razılaşması üçün lazımi qaydada məlumatlandırma həyata keçirilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 149.2.2, 149.2.3, 149.2.4 və 149.4cü maddələrinə əsasən: iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də iddia ərizəsində göstərilməlidir. Məcəllənin 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 9.1 və 9.2-ci maddəsinə əsasən: Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, iddiaçıların məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Mülki Prosessual Məcəllənin 259.0.1və 259.0.12-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məcəllənin 372.2 və 372.4-cü maddələrinin tələblərinə əsasən: Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, mülki icraat prosessual qanunvericiliyin tələblərin pozmaqla həyata keçirilmiş və apellyasiya baxışının səlahiyyətləri həddində bunların aradan qaldırılması apellyasiya icraatı zamanı mümkün deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 384, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-339/2023 saylı işi üzrə 14 fevral 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh3 qarşı (X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinin açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar