Məhkəmə qərarları › İş №2(103)-2593/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2593/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2593/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “ X12” X10 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əşya və avadanlıq tələbi ) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdeh “ X12” Publik hüquqi şəxsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsu tikinti” Xəstəxanasına qarşı “təhvil-təslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasına qarşı “təhvil-təslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərsutikinti“ xəstəxanasının vəzifəli şəxslərinin imzası, o cümlədən Baş həkimin möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Akta əsasən 25 adda (Elektrik drel orta. 220 v. komp 1x75.0-75.00, Elektrik adaptorla işləyən şrup bağlayan drel 220 v, komp 1x35.0-35.00, Elektrik laqonda. 220 v. komp 1x125.0-125.00, Elektrik qaynaq aparatı. 220 v. Komp 1x160.0= 160.00, Qaynaq üçün üçlü elektrot, qutu 5x13.00-65.00, Qaz balonu üçün rezin boru, metr 10x2.50-25.00, Qaz balonu. Reduktorla birlikdə, komp 1x48.00-48.00, Qaz üçün qızdırıcı (qrelka), komp 1x20.00-20.00, kauçuk boruları birləşdirən elektrik qızdırıcı ütü. 1x42.00 = 42.00, İşıq üçün elektrik projektoru 2x30.00 60.00, Rezba açan 0.20-0.25-li, qırmızı komp 1x43.00 = 43.00, Elektrik soba, şüşə borulu spiral 1x78.00 = 78.00, Dəmir list. 5-lik. 2.5 xl.20 1 ədəd 1 x 33.00 = 33.00, Dam örtüyü üçün şifer karton 25 x 5.30= 132.50, Televizor “Elif” aparatla birlikdə 1 x 206.0 = 206.00, Böyük sinif stolu, mebeldən 1 x 63.00 63.00, Oturaq stul, yumşaq mebeldən 4 x 12.00 = 48.00, Tumbuçka, mebeldən 1 x21.00 = 21.00, Yazı stolu, mebeldən 1 x 83.00 = 83.00, Divar saatı 1 x 18.00= 18.00, Taraz böyük, kiçik 2x23.50 = 23.50, Nərd taxtası, daşları ilə birlikdə 1 x 30.00 = 30.00, Paltar şkafı, mebeldə, siyirtməli, 2 tərəfli güzgü ilə 1 x 160.0= 160.00, Böyük yük daşıyan üçtəkərli bazar arabası 1 x 125.0= 125.00, Əl fənəri, adaptorla birlikdə 1 x 15.00= 15.00) və ümumi dəyəri 1734 manat həcmində olan avadanlıqların cəmi 25 adda, “Azərsutikinti xəstəxanası tərəfindən qaytarılmasını və ya dəyərinin ödənilməsini təmin etmək məqsədilə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5, xx.xx.2001- ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi “Azərsutikinti” xəstəxanasında Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Məlumat üçün bildirmək istəyir ki, işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirməklə bərabər xx.xx.2020-ci il tarixli əmrə əsasən eyni zamanda “Azərsutikinti” xəstəxanasının qaz təchizatı üzrə təsərrüfat işlərini həyata keçirən şəxs qismində cavabdehin qazanxana təsərrüfatına nəzarət edən şəxsin funksional vəzifələrini icra etmişdir. Əsas işi ilə yanaşı ona digər ştat vahidləri üzrə həvalə edilən vəzifələri də yerinə yetirmişdir. Hətta həmin işlərin görülməsi zamanı aldığı xəsarət nəticəsində sağlamlığında baş verən fəsadlaşmalar iş qabiliyyətini uzun müddətə itirilməsinə və nəhayət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli sonuncu müayinə aktına əsasən "Birinci dərəcəli əlillik'' təyin edilməsinə səbəb olmuşdur. “Azərsutikinti” xəstəxanasının xx.xx.2019-cu il 12 nömrəli və xx.xx.2019-cu il tarixli 16 nömrəli əmrləri ilə qazanxana təsərrüfatına nəzarəti həyata keçirən şəxs kimi payız-qış mövsümü ərzində tibb müəssisəsini istilik təchizatı ilə təmin etmək üçün qazanxanada əsaslı təmirə zəruri ehtiyac yarandığından qazanxananı işlək vəziyyətdə saxlamaq üçün baş həkimin yazılı göstərişinə əsasən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq xəstəxananın vəsaiti hesabına müxtəlif adda ümumi qiyməti 1503 manat təşkil edən mal və material alınmışdır. Lakin yenidənqurma işlərinin yerinə yetirilməsi üçün alınmış həmin mal və materiallar istifadə edilsə də qazanxana istilik sisteminin normal fəaliyyətinə kifayət etmədiyindən əlavə olaraq müvafiq təsərrüfat təyinatlı əşya və avadanlıqların alınmasına zəruri ehtiyac yaranmışdır. Qış mövsümü ilə bağlı xəstəxanada fasiləsiz istilik təchizatının və fasiləsiz iş rejiminin dayandırılması stasionar müalicədə olan xəstələrin səhhətində həyati təhlükələrə səbəb ola biləcəyini nəzərə alaraq tibb müəssisəsi tərəfindən alınması və gətirilməsi vacib olan əşya və avadanlıqlara sərf olunan vaxt itkisinə yol verməmək məqsədilə o, öz fərdi emalatxanasında istifadə etdiyi 25 adda və ümumi dəyəri 1734 manat məbləğində olan şəxsi alət və avadanlıqlarını xx.xx.2019-cu il tarixində tərtib olunmuş və “Azərsutikinti” xəstəxanasının vəzifəli şəxslərinin imzası o cümlədən baş həkimin möhürü ilə təsdiq edilmiş AKT əsasında qazanxanaya təhvil vermişdir. Həmin vaxtdan sonra uzun sürən xəstəliyi ilə bağlı keçirdiyi əməliyyatlar nəticəsində (sol ayağının ətrafın-budun 1/3 hissəsinin diz oynağı səviyyəsindən travmatik amputasiyası) səbəbindən hazırki mübahisəli məsələ ilə praktiki olaraq məşğul olması qeyri-mümkün olmuşdur. Hərəkət etmək imkanlarının məhdudluğu və əmək qabiliyyətinin itirilməsini nəzərə alaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona sağlamlıq imkanlarının məhdudluğu barədə ömürlük olaraq “Birinci dərəcəli əlillik” təyin edilmişdir. Lakin bütün bunlara baxmayaraq ailə üzvlərinin köməkliyi ilə o, bir neçə dəfə “Azərsutikinti” xəstəxanasına gedərək yuxarıda qeyd olunan əşya və avadanlıqların geri qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb etsə də onun müraciətlərinə heç bir adekvat cavab verilməmişdir. Beləliklə, əşya və avadanlıqlarının onun razılığı olmadan onun iradəsi əleyhinə əvəzsiz olaraq istifadə edilməsi əşya və əmlak hüquqlarını tənzimləyən hüquq normalarının tələbinə ziddir. Əvəzsiz olaraq onun tərəfindən müvəqqəti istifadəyə verilmiş əşyaya sahiblik və ya ondan istifadə barədə razılaşma başa çatdıqdan sonra əşyalarını tələb etməyinə baxmayaraq qaytarmaqdan və ya dəyərinin ödənilməsindən imtina edilməsi və ya yararlıq müddətinin başa çatması ilə əlaqədar istismardan çıxarılmasına görə dəyərinin əvəzini ödəməkdən boyun qaçırılması əsassız varlanmaya səbəb olan hal kimi qiymətləndirilməlidir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasına qarşı “təhviltəslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.5, 157.2; “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 23 sentyabr 2019-cu il tarixdə İddiaçı tərəfindən elektrik drel orta. 220 v. komp 1x75.0-75.00, Elektrik adaptorla işləyən şrup bağlayan drel 220 v, komp 1x35.0-35.00, Elektrik laqonda. 220 v. komp 1x125.0-125.00, Elektrik qaynaq aparatı. 220 v. Komp 1x160.0= 160.00, Qaynaq üçün üçlü elektrot, qutu 5x13.00-65.00, Qaz balonu üçün rezin boru, metr 10x2.50-25.00, Qaz balonu. Reduktorla birlikdə, komp 1x48.00-48.00, Qaz üçün qızdırıcı (qrelka), komp 1x20.00-20.00, kauçuk boruları birləşdirən elektrik qızdırıcı ütü. 1x42.00 = 42.00, İşıq üçün elektrik projektoru 2x30.00 60.00, Rezba açan 0.20-0.25-li, qırmızı komp 1x43.00 = 43.00, Elektrik soba, şüşə borulu spiral 1x78.00 = 78.00, Dəmir list. 5-lik. 2.5 xl.20 1 ədəd 1 x 33.00 = 33.00, Dam örtüyü üçün şifer karton 25 x 5.30= 132.50, Televizor “Elif” aparatla birlikdə 1 x 206.0 = 206.00, Böyük sinif stolu, mebeldən 1 x 63.00 63.00, Oturaq stul, yumşaq mebeldən 4 x 12.00 = 48.00, Tumbuçka, mebeldən 1 x21.00 = 21.00, Yazı stolu, mebeldən 1 x 83.00 = 83.00, Divar saatı 1 x 18.00= 18.00, Taraz böyük, kiçik 2x23.50 = 23.50, Nərd taxtası, daşları ilə birlikdə 1 x 30.00 = 30.00, Paltar şkafı, mebeldə, siyirtməli, 2 tərəfli güzgü ilə 1 x 160.0= 160.00, Böyük yük daşıyan üçtəkərli bazar arabası 1 x 125.0= 125.00, Əl fənəri, adaptorla birlikdə 1 x 15.00= 15.00 müvafiq qaydada “Azərsutikinti” Xəstəxanasının baş həkiminin icazəsinə əsasən ona aid şəxsi əmlak, əşya və avadanlıqlarını qazanxana əməliyyatçılarına imza edərək təhvil vermişdir. İş materiallarına əlavə olunmuş 10 yanvar 2019-cu il tarixli aktdan görünür ki, “Azərsutikinti” Xəstəxanasının fərdi qazanxanasının işə salınmasında görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün təmirində lazım olan əmlaklar, əşya və avadanlıqların alınmasında “Azərsutikinti” Xəstəxanası tərəfindən təmir işlərinin görülməsi və istifadəsinin tam bərpası ilə əlaqədar İddiaçı 1500 manat pul verilmişdir. Lakin 23 sentyabr 2019-cu il tarixli aktda qeyd olunan bəzi əşyalar-televizor “Elif” aparatla birlikdə, yumşaq mebeldən stul, mebeldən tumbuçka, mebeldən yazı stolu, divar saatı, nərd taxtası daşları ilə birlikdə, mebeldən siyirtməli paltar şkafı, və s. sadalanan əşyalar Cavabdehnin tabeliyində olan “Azərsutikinti” xəstəxananın istilik sisteminin normal fəaliyyətinin təmin olunmasında əhəmiyyət kəsb etmir. Yəni həmin əşyaları iddiaçı öz əmək fəaliyyətini yaxşılaşdırmaq üçün özünə məxsus əşyaları istixanaya aparmışdır. Belə ki, həmin əşyalar olmasa da qazanxananın fəaliyyət göstərməsi mümkündür. Bundan əlavə 23 sentyabr 2019-cu il tarixli aktda qeyd olunan avadanlıqların modelləri qeyd olunmadığından, həmçinin özləri faktiki cəhətdən mövcud olmadığından məhkəmə həmin əşyaların qiymətləndirilməsinə zərurət görməmişdir. Göründüyü kimi iddiaçı həmin əşyaların alınması ilə əlaqədar cavabdehə müraciət etsə də ona bildirilmişdir ki, həmin əşyaların Cavabdehnə verilməsi ilə əlaqədar təsdiqedici sənədlər mövcud deyildir. 16 noyabr 2022-ci il tarixli inventarizasiya aktından görünür ki, dəyəri 86386.37 manat olan əşyalar aşkar edilmişdir. Həmin əşyaların qeyd edildiyi siyahıda İddiaçı məxsus olan əşya, əmlak və avadanlıqlar yoxdur. Məhkəməyə təqdim edilən sənədlər əsasında sözügedən əşyaların hazırda kimdə olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən iddiaçı tərəfindən tələb yetərincə sübut edilməmişdir. Cavabdehn balansında mübahisə edilən əşyalar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - “Azərsutikinti” Xəstəxanasının 25 sentyabr 2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəsisələrinin 2019-2020-ci illərin payız, qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə, xx.xx.2019-cu il 52 saylı əmrdə “Azərsutikinti” xəstəxanasının 2019-2020-ci illərin payız, qış mövsümündə istilik ilə təchiz olunması məqsədilə 2019-cu il oktyabr ayının 31-ə kimi payız, qış mövsümü ilə əlaqədar fərdi qazanxana üzrə, görüləcək işləri müəyyənləşdirmək, aşkar edilən nöqsanların aradan qaldırılması üçün, xəstəxananın təsərrüfat müdiri İlyas Quliyevə qazanxana üzrə cavabdehliyi həvalə edilmiş, xəstəxananın MMQ rəisi O.İsrafılova tapşırılsın ki, bu işlərin görülməsi üçün tədbirlər planı hazırlansın ; - “Azərsutikinti” Xəstəxanasının 01 noyabr 2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı tapşırılsın ki, qazanxana əməliyyatçılarından növbəti 2019-2020-ci il üçün "xxxx" ASC ixtisas kursunun keçməsi barədə vəsiqə tələb etsin. Vəsiqəsi olmayan işçilər işə buraxılmasın. Növbədə olan əməliyyatçılardan sağlamlıq arayışı tələb olunsun. Arayışı təqdim etməyən əməliyyatçıları işə buraxılmasın. İddiaçı tapşırılsın əməliyyatçıların müasir tipli, eketron qazanxana avadanlıqları ilə tanışlığını təlimatlandırılmasını öyrətsin. İddiaçı tapşırılsın ki, qazanxanaya qaz təsərrüfatına nəzarəti cavabdehliyi, qəbul olunan qazanxana əməliyyatçıların işə hazırlanması nümunə vəzifə təlimatına xüsusi diqqət yetirsin. Nizami rayon Qaz İdarəsindən mövsümün xx.xx.2019-cu il başlanması ilə əlaqədar razılıq müqaviləsi alınsın. Bütün qazanxana əməliyyatçıları müəssisəyə daxil olan xüsusi geyimlə təmin edilsin. Qazanxana əməliyyatçıları üçün iş qrafıkini tərtib etməklə nəzarəti gücləndirsin ; - 23 sentyabr 2019-cu il tarixli aktın surətindən görünür ki, Nizami rayonunda yerləşən “Azərsutikinti” Xəstəxanasının fərdi qazanxanasının işə salınmasında görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün təmirində lazım olan əmlaklar, əşya və avadanlıqların alınmasına, həvalə edilmiş O.İsrafılovun şəxsi əmlak və avadanlıqların əmək funksiyasını yerinə yetirmək, təmir işlərinin görülməsi və istifadəsinin tam bərpası ilə əlaqədar təmin edilsin. Aşağıda adlan çəkilən şəxsi avadanlıqları, alətləri (Elektrik drel orta. 220 v. komp 1x75.0-75.00, Elektrik adaptorla işləyən şrup bağlayan drel 220 v, komp 1x35.0-35.00, Elektrik laqonda. 220 v. komp 1x125.0-125.00, Elektrik qaynaq aparatı. 220 v. Komp 1x160.0= 160.00, Qaynaq üçün üçlü elektrot, qutu 5x13.00- 65.00, Qaz balonu üçün rezin boru, metr 10x2.50-25.00, Qaz balonu. Reduktorla birlikdə, komp 1x48.00-48.00, Qaz üçün qızdırıcı (qrelka), komp 1x20.00-20.00, kauçuk boruları birləşdirən elektrik qızdırıcı ütü. 1x42.00 = 42.00, İşıq üçün elektrik projektoru 2x30.00 60.00, Rezba açan 0.20-0.25-li, qırmızı komp 1x43.00 = 43.00, Elektrik soba, şüşə borulu spiral 1x78.00 = 78.00, Dəmir list. 5-lik. 2.5 xl.20 1 ədəd 1 x 33.00 = 33.00, Dam örtüyü üçün şifer karton 25 x 5.30= 132.50, Televizor “Elif” aparatla birlikdə 1 x 206.0 = 206.00, Böyük sinif stolu, mebeldən 1 x 63.00 63.00, Oturaq stul, yumşaq mebeldən 4 x 12.00 = 48.00, Tumbuçka, mebeldən 1 x21.00 = 21.00, Yazı stolu, mebeldən 1 x 83.00 = 83.00, Divar saatı 1 x 18.00= 18.00, Taraz böyük, kiçik 2x23.50 = 23.50, Nərd taxtası, daşları ilə birlikdə 1 x 30.00 = 30.00, Paltar şkafı, mebeldə, siyirtməli, 2 tərəfli güzgü ilə 1 x 160.0= 160.00, Böyük yük daşıyan üçtəkərli bazar arabası 1 x 125.0= 125.00, Əl fənəri, adaptorla birlikdə 1 x 15.00= 15.00) müvafiq qaydada “Azərsutikinti” xəstəxanasına aid olan fərdi qazanxanaya təhvil verilsin ; - Cavabdehnə İddiaçı tərəfindən ünvanlanan 09 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, əmək funksiyasını yerinə yetirmək üçün “Azərsutikinti” Xəstəxanasının baş həkiminin icazəsinə əsasən ona aid şəxsi əmlak, əşya və avadanlıqlarını qazanxana əməliyyatçılarına imza edərək təhvil vermişdir. İstilik qazanxanasında ona aid olan əmlak, əşya və avadanlıqların fiziki aşınması ilə əlaqədar maddi məsuliyyət daşıdığı hal kimi qiymətləndirərək ona dəyən maddi ziyana görə 1734 manat ödəniş edilməsini xahiş etmişdir; - xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Əmək funksiyasını yerinə yetirmək üçün aşağıda göstərilən ona aid şəxsi əmlakları, əşyaları istehsalatda əmək xəsarəti aldığına görə əmək funksiyasını yerinə yetirə bilmədiyi üçün “Azərsutikinti” xəstəxanasının baş həkiminin tapşırığına əsasən əmlak və əşyaların istifadəsi, zamanı mühafizəsi, saxlanması onların korlanması, qorunması, ziyan vurulmasına, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə məsuliyyəti daşıdığı şərtlərinin nəzərə çatdırmaqla qarşısını almaqdan ötrü istilik qazanxanasına cavabdeh, nəzarətçi funksiyasını yerinə yetirən, “Azərsutikinti” xəstəxanasının ştatlı Mülki Müdafiə Qərargah rəisi İddiaçı “TƏHVİL VERƏN” digər tərəf “TƏHVİL ALAN” X1 həvalə etməklə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılmış, xx.xx.2019-cu il ixtisasartırma mərkəzində Qazanxana əməliyyatçısı kursunu bitirmiş və sərbəst işə buraxılması üçün 06 saylı vəsiqə almışdır. Ondan başqa elektrik qaynağı aparatı ilə, elektrik kəsici laqonda ilə işləmək, dam örtüyü üzrə 2-ci dərəcəli peşə sənətinin vəsiqəsi, bənna işlərinin mükəmməl bacarığına malikdir. Həvalə olunmuş qazanxanaya cavabdeh nəzarətçi X2 Bakı şəhəri, Nizami rayonu, 2376 məhəllə, Babək prospekti 111a -da yerləşən istilik qazanxana binasında verilən əşya və əmlakı yararlı forma, saz vəziyyətdə təqdim edilmiş halda qəbul edir ; - TƏBİB PHŞ-nin 27 aprel 2021-ci il tarixli 08 nömrəli protokolundan çıxarışdan görünür ki, Cavabdeh publik hüquqi şəxs yaradılması, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan “Azərsutikinti” Xəstəxanası Cavabdehn strukturuna daxil edilsin ; - 16 noyabr 2022-ci il tarixli inventarizasiya aktından görünür ki, dəyəri 86386.37 manat olan əşyalar aşkar edilmişdir. Lakin iddiaçının aktda qeyd etdyi şəxsi əşyalar inventarizasiya aktında qeyd olunmayıb; - Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə cavabdan görünür ki, iddia etdiyi təhvil-təslim aktında göstərilən əşyalar o, işdən ayrılarkən müvafiq qaydalara uyğun olaraq işçi tərəfindən əmək fəaliyyəti dövrü zamanı istifadə olunan avadanlıq və digər ləvazimatlar müəssisəyə təhvil verilməlidir. İddia etdiyi avadanlıq və ləvazimatların ona məxsusluğuna dair hal-hazırda təsdiqləyici heç bir sənəd mövcud deyildir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 88, 217.1, 217.3, 175.1, 218.1, 385, 386, Konstitusiyanın 127-ci maddənin 6-cı və 7-ci hissəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafəsi haqqında Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə dair" 27 dekabr 2002-ci il tarixli qərarına, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı " İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konversiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixində tərtib edilmiş və ''Azərsutikinti” xəstəxanasının vəzifəli şəxslərinin imzası, o cümlədən baş həkimin möhürü ilə təsdiq edilmiş AKTa əsasən siyahıda göstərilən 25 adda qiyməti 1734 manat təşkil edən şəxsi əşya və avadanlıqlarını xəstəxananın təsərrüfat fəaliyyəti ilə bağlı payız, qış aylarında xəstələrin istilik təchizatını təmin etmək məqsədilə əvəzsiz olaraq istilik qazanxanasına istifadəyə vermişdir.İş materiallarına əlavə edilmiş sənədlərə tədqiq edilən faktlara münasibətindən göründüyü kimi İddiaçı xx.xx.2001-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi "Azərsutikinti" xəstəxanasında Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləməsi və xx.xx.2020-ci il tarixli əmrə əsasən eyni zamanda xəstəxananın qaz təchizatı üzrə təsərrüfat işlərini həyata keçirən şəxs qismində cavabdehin istilik qazanxanasına cavabdeh, qaz təsərrüfatına nəzarət edən şəxsin funksional vəzifələrini icra edilməsi və öz fərdi istilik qazanxanasında istifadə etdiyi 25 adda ümumi dəyəri 1734 manat həcmində olan şəxsi əşya və avadanlıqlarını xx.xx.2019-cu il tarixində tərtib edilmiş AKT əsasında istilik qazanxanasına təhvil verilməsi, iddia tələbinin əsaslandırılmasında işin mubahisə edilməyən halı kimi xarakterizə edilmişdir. Lakin buna baxmayaraq iddiaçıya məxsus əşya və avadanlıqların istehsalat zərurəti ilə bağlı cavabdehin əvəzsiz olaraq istifadəsinə verilməsi məqsədilə tərtib edilmiş təhvil-təslim AKT-ının burada əvəzsiz istifadə müqaviləsi kimi çıxış etməsi faktına, işi mahiyyəti üzrə araşdıran (hakim Ülkər Yusifova) məhkəmə tərəfindən AR Mülki Məcəlləsinin əşyalardan əvəzsiz istifadə münasibətlərini tənzimləyən hüquq normaları baxımından heç bir hüquqi qiymət verməmişdir.(Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 736-cı maddəsinə əsasən) iddia tələbi üzrə işin mülki məhkəmə icraatı zamanı isə baxan məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli inventarizasiya aktında dəyəri 86386.37 manat olan əşyaların aşkar edilməsini, göstərmiş və iddiaçının şəxsi əşyalarının inventarizasiya aktında qeyd olunmadığını və həmin siyahıda İddiaçı məxsus əşya və avadanlıqların olmadığını əsas tutaraq iddiaçı tərəfindən tələbin yetirincə sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki, təhvil-təslim AKT-1 əsasında əşya və avadanlıqları təhvil götürən tərəfin, həmin əşyaları təhvil alması ilə əlaqədar hər hansı şübhə yeri yoxdursa başqa sözlə əşyaların təhvil götürülməsi rəsmi sənədlərlə sübuta yetirilirsə bu halda həmin əşyaların təhvil götürən tərəfindən təhvil inventarizasiya Aktında əks etdirilib etdirilməməsinə görə məsuliyyət cavabdeh tərəfin üzərində qalmalıdır. Digər tərəfdən əvəzsiz istifadəyə verilmiş şəxsi alət və avadanlıqların tibbi müəssisəsinin balansında olan aktivlərin və əşya, avadanlıqların inventarlaşdırılması zamanı inventarlaşdırılma aktında əks olunması fiziki şəxsin əmlakı olduğu üçün inventarizasiyası aparıla bilməz, aktda göstərilə bilməz. Birinci instansiya məhkəməsinin hakimi Ülkər Yusifova iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən AR Mülki Məcəlləsinin 736.1, 736.2 və 736.3-cü maddələrinin tələblərini pozaraq əvəzsiz istifadəyə verilmiş əşyanın qaytarılması vəzifəsini cavabdehə həvalə edilməsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.AR MPM-nin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin bərabərliyi prinsipi hər bir tərəfə öz işini - o cümlədən sübutların - onu digər tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlər altında təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini nəzərdə tutur.Eyni zamanda tərəflər məhkəmə işlərini zəruri səmərəliliklə müdafiə edə bilməlidirlər.Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tərəflərin bərabərliyi, çəkişmə prinsiplər gözardı edilərək iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmiş, işin halları hərtərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir.İşə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları hökmən araşdırmağa borcludur. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün mübahisəli məsələni düzgün araşdırmalıdır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, “Azərsutikinti” xəstəxanasının xx.xx.2019-cu il 12 nömrəli və xx.xx.2019-cu il tarixli 16 nömrəli əmrləri ilə qazanxana təsərrüfatına nəzarəti həyata keçirən şəxs kimi payız-qış mövsümü ərzində tibb müəssisəsini istilik təchizatı ilə təmin etmək üçün qazanxanada əsaslı təmirə zəruri ehtiyac yarandığından qazanxananı işlək vəziyyətdə saxlamaq üçün baş həkimin yazılı göstərişinə əsasən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq xəstəxananın vəsaiti hesabına müxtəlif adda ümumi qiyməti 1503 manat təşkil edən mal və material alındığını, lakin həmin mal və materiallar kifayət etmədiyindən rəisinin göstərişini nəzərə alaraq, qazanxananın istilik sisteminin normal fəaliyyətini təmin etmək üçün özünə məxsus olan 25 adda və ümumi dəyəri 1734 manat olan əşya və avadanlıqlarını xx.xx.2019-cu il tarixində tərtib olunmuş və “Azərsutikinti” xəstəxanasının vəzifəli şəxslərinin imzası o cümlədən baş həkimin möhürü ilə təsdiq edilmiş AKT əsasında qazanxanaya təhvil verdiyini və aralarındakı şifahi razılaşmaya əsasən özü gedəcəyi zaman həmin əşyaları da götürəcəyini, lakin sonradan səhhətində yaranan problemlərlə əlaqədar olaraq uzun müddət iş yerinə geri qayıda bilmədiyini, geri qaytdığı zaman isə dəfələrlə əşyalarını tələb etməsinə baxmayaraq ona vermədiklərini qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini əsassız hesab etdiyini, belə ki, iddiaçının iddia etdiyi kimi şəxsi əşyalarını çalışdığı təşkilata verməsi ilə bağlı nə təhvil-təslim aktının olduğunu, nə də əvəzsiz istifadə müqaviləsinin olduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı məhkəmə kollegiyası verdiyi izahatında həmin əşyaları müvəqqəti olaraq rəisinin xahişi ilə iş yerinə gətirdiyini və aralarındakı şifahi razılaşmaya əsasən o işdən getdiyi zaman əşyaları da özü ilə aparacağını bildirmişdir. Lakin qeyd edilməlidir ki, iş materiallarında mövcud olan xx.xx.2019-cu il tarixli aktda iddiaçının həmin əşyaları əvəzsiz istifadəyə və ya digər hər hansı məqsədlə verməsi ilə bağlı müddəa yoxdur. Digər tərəfdən həmin aktda iddiaçı tərəfindən həmin əşyaların sonradan geri tələb etməsi ilə bağlı da hər hansı müddəa nəzərdə tutulmamışdır. Bunun əksini təsdiq edəcək mötəbər sübut isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 11.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar