Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2594/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-ci il tarixli, e-2(008)-2080/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən məlum olur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir.
2. Cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsində verdiyi izahatında göstərmişdir ki, o, hazırda avtomaşınların alqı-satqısı ilə məşğul olur. İddiaçı o, 2020-ci ilin iyun ayından tanıyır. Rüfət ona bildirmişdir ki, onun “Chevrolet Trax” markalı avtomaşını var və həmin avtomaşını sata bilmədiyi üçün ona həmin avtomaşını satmaqda köməklik etsin. O, da Rüfətlə razılaşmış va sonuncuya bildirmişdir ki, ona məxsus ‘'Chevrolet Trax” markalı avtomaşını ondan alacaq va sonradan həmin avtomobilin müəyyən hissələrini təmir etdirərək satacaq. Beləliklə o, Rüfətdən ona məxsus avtomobili 16000 manat müqabilində almağa Rüfətlə razılaşmışdır. Elə həmin gün o, Elgün adlı tanışlarının mağazasında sonuncunun iştirakı ilə 16000 manat pulu Rüfətə vermiş və bundan sonra Rüfət onun adına baş etibarnamə vermişdir. Bundan sonra onun Rüfət ilə də münasibəti yaranmış və o, Elgün işləyən mağazaya gələn zaman Rüfət də həmin mağazada olurmuş və onlar birlikdə söhbət edirmişlər. Ölkədə elan olunmuş karantin rejimi dövründə Elgünün mağazası işləməyən vaxt Rüfət bir neçə dəfə ona məxsus olan və satmaq istədiyi avtomaşınların elanlarını 200 manat müqabilində avtomaşın alqı-satqısı internet saytlarında yerləşdirmişdir. O, aldığı avtomobillərin hamısını etibarnamə ilə öz adına almış və sonradan satmışdır. Həmin dövrdə o, növbəti dəfə avtomobil almaq məqsədi ilə Şirvan şəhərinə getmiş va həmin yerdən “Opel Astra” markalı avtomobili baş etibarnamə asasında almışdır. Lakin ona avtomobili satan şəxs bildirmişdir ki, onun özü də baş etibarnamə asasında avtomobilin sahibidir, lakin onun baş etibarnaməsinin vaxtı qısa zamanda bitir və bu səbəbdən də, həmin avtomobili 3-cü şəxsin adına rəsmiləşdirməlidir. Həmin vaxt o, bu barədər Rüfətə müraciət etmiş və bildirmişdir ki, “Opel Astra” markali avtomobil onun adına rəsmiləşdirilsin və sonra o, ona etibarnamə versin ki, həmin avtomobili sata bilsin. Rüfət ona məcburi köçkün olduğunu üçün öz adına avtomobili rəsmiləşdirə bilməyəcəyini, lakin onun Fərid adlı tanışı olduğunu və Fəriddən bu barədə xahiş edə biləcəyini ona demişdir. Rüfətə bu işin müqabilində həmin şəxsə 200 manat pul verəcəyini bildirdikdə, Rüfət onunla razılaşmış və o, 200 manat pulu Rüfətə vermişdir. Bundan sonra razılaşdıqları kimi Rüfətin dediyi X5 adına “Opel Astra” markali avtomaşın rəsmiləşdirilmişdir. Sabahı gün Fərid Məmmədov “Opel Astra” markali avtomaşın üçün onun adına baş etibarnamə vermişdir. Bundan sonra o, həmin “Opel Astra” markalı avtomobili Sumqayıt şəhərində yerləşən “888” avtosalona satmışdır. O, həmin şəxsləri əvvəllər tanımamışdır. Bundan sonra onun ürəyində yaranan xəstəliklə əlaqədar o, bir müddət müalicə almış va buna görə də özünə məxsus mobil telefonları söndürmüşdür. Sonradan müalicə aldıqdan sonra ona malum olmuşdur ki, İddiaçı ondan Nizami RPi-nə şikayət etmiş va guya onlar birlikdə avtomaşın alqı-satqısı ilə məşğul olmuş və guya o, Rüfəta 18000 manat dəyərində ziyan vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, X18 oglu Rüfətin tağşırığı ilə 18 saylı notariat ofisində “Opel Astra” markalı avtomobil üçün onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Beləliklə də Rüfət onu aldatmamışdır. İddiaçı yalan danışır, o, nəin ki, Rüfətlə, ümumiyyatlə heç bir kəslə birgə iş qurmamış və İddiaçı 18000 manat dəyərində ziyan vurmamışdır. İddiaçı ona şər-böhtan atır. X1 Respublikası DİN-nin 102 zəng mərkəzinə zəng edərək ona məxsus olan “Opel Astra” minik markalı **-OS-*** dovlat qeydiyyat nişanlı avtomobilin oğurlanması barədə yalandan məlumat vermişdir. İddiaçı istintaqa “Whatsapp” proqramı vasitasila icra edilmiş mesaj mətnlərinin məzmununu əks etdirən 12 ədəd vərəqdə göstərilən Famid adlı istifadəçi odur. Həmin yazışmalar onun tərəfindən icra olunmuşdur. Bundan başqa, səs yazıları olan “CD” diskə 15 faylda yerləşdirilmiş səs yazıları da ona aiddir. O, X15 ogluna miüəyyən məbləğdə zəhmət haqqı qismində pul verərək onu maddi cəhətdən dolandırmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23000 manat məbləğində pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2020-ci ilin iyun ayından tanıyır və Cavabdehla onunla Elgün Hacıyev tanış etmişdir. Bundan sonra Cavabdeh Elgün Hacıyev işləyən mağazaya gəlmiş və o, Cavabdehla Elgün Hacıyevin mağazasında Elgün Hacıyevin iştirakı ilə görüşmüşdür. Cavabdeh ona bildirmişdir ki, o həqiqətən də, ona məxsus avtomobili baha qiymətə sata bilər və Cavabdehla razılaşıb özünə məxsus “Chevrolet Trax” markalı avtomobil üçün Cavabdeh etibarnəmə vermişdir ki, Cavabdeh ona məxsus avtomobili satsın. Təxminən 15 gün sonra Cavabdeh ona məxsus “Chevrolet Trax” markalı avtomaşını 16000 manat müqabilində satıb ona Elgün Hacıyevin iştirakı ilə 16000 manat pul vermişdir. Bundan sonra Cavabdeh ona təklif etmişdir ki, o, həmin 16000 manat pulu ona versin və həmin pula uyğun o, müxtəlif marakalı daha ucuz avtomobilləri alaraq həmin avtomobillərin baha qiymətə sataraq əldə olunan qazancı iki hissəyə böləcək. Bundan sonra, o, qazanc əldə etmək məqsədi ilə birlikdə biznes qurmaq üçün Famidlə razılaşmış və xx.xx.2020-ci il tarixdə Famid ilə Q.Qarayev metro stansiyasının yaxınlığında görüşüb Famidə 16000 manat pulu vermişdir. xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Şirvan şəhərində dəyərindən ucuz qiymətə, yəni 6800 manata “Opel Astra” markalı avtomaşın var. Bu səbəbdən o, və Famid elə həmin gün taksi ilə Şirvan şəhərinə getmiş və həmin “Opel Astra” markalı avtomaşını 6800 manat müqabilində alaraq Bakı şəhərinə geri qayıtmışlar. Həmin avtomaşın onun iş yoldaşı X6 adına alınmışdır. Həmin avtomaşın nasaz olduğu üçün onu təmirə vermişlər. xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində ucuz qiymətə “Chevrolet-Aveo” markalı avtomaşın var. O, həmin vaxt işdə olduğu üçün avtomaşını almağa gedə bilməmiş və bu səbəbdən də Famid özü Mağtağa qəsəbəsinə gedərək “Chevrolet-Aveo” markalı avtomaşını 7400 manat müqabilində almışdır. Həmin avtomaşına 100 manat xərc qoymuşlar. 2021-ci ilin yanvar ayının əvvəllərində Famid “Chevrolet-Aveo” markalı avtomaşını 8400 manat müqabilində onun iştirakı ilə satmışdır. “Chevrolet-Aveo” markalı avtomaşının satışından ümumilikdə 900 manat qazanc əldə etmişlər. Bundan sonra, Famid ilə onlar birlikdə 02 ədəd “Opel Astra” markalı avtomaşın almışlar. “Opel Astra” markalı avtomaşının birinin qiyməti 6600 manat, digərinin qiyməti isə 6800 manat idi. Həmin avtomaşınlar alınan zaman pulun çatışmayan 2000 manat hissəsini Famid özü vermişdir. Bundan sonra o, və Famid “Opel Astra” markalı avtomaşınların hər birini 7500 manat müqabilində sataraq ümumilikdə 1600 manat qazanc əldə etmişlər. Həmin avtomaşınların təmirinə ümumilkdə 300 manat xərc qoyulduğundan qazancları 1300 manat olmuşdur. 2021-ci ilin yanvar ayının sonlarında Famid iki ədəd “Opel Astra” markalı avtomaşın almışdır ki, onlardan birinin qiyməti 6000 manat, digərinin qiyməti isə 6400 manat olmuşdur. Famid həmin avtomaşınların birini Şəmkir rayonundan, digərini isə Ucar rayonundan özü gedib almışdır. Onun özü həmin vaxt işdə olduğu üçün Famid ilə birlikdə gedə bilməmiş və Famid həmin avtomaşınları etibarnəmə ilə öz adına almışdır. Bir müddət sonra o, öyrənmişdir ki, Famid “Opel Astra” markalı avtomaşının birini 6400 manat deyil 5800 manat müqabilində almışdır. Bundan sonra onların aralarında narazıçılıq baş vermiş və o, avtomaşınları geri qaytarmasını Famiddən tələb etdikdə Famid ona bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə avtomaşınları satıb pulu ona qaytaracaq. Bundan sonra xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Famid 3 ədəd “Opel Astra” markalı avtomaşını Sumqayıt şəhərində yerləşən “888” adlı avtosalona satmışdır. O, bunu bildikdən dərhal sonra X13 ilə birlikdə 18 saylı notariat ofisinə getmiş və Fərid Məmmədovun adına olan birinci dəfə aldıqları və satılmayan “Opel Astra” markalı avtomaşın üçün Famidin adına verdiyi etibarnaməni 18 saylı notariat ofisində ləğv etdirmişlər. Digər iki avtomaşın isə etibarnamə ilə Famidin öz adına olmuşdur. Cavabdeh yalan danışır “Opel Astra” markalı avtomaşının X6 adına rəsmiləşdirilməsi üçün nə ona, nə də Fəridə 200 manat pul verməmişdir.Cavabdeh yalan danışır. Belə ki, o, Famidə ümumilikdə 18000 manat pul vermişdir ki, müxtəlif markalı avtomaşınları alaraq onları daha da baha qiymətə satıb qazanc əldə etsinlər. Əvvəlcə bir neçə dəfə o, Cavabdeh ilə birlikdə müxtəlif markalı avtomaşınları ucuz qiymətə alıb baha qiymətə satıb qazanc əldə etsələr də, sonuncu 3 ədəd avtomaşınları sataraq ona heç bir məbləğdə pul verməyərək onu aldatmışdır. Satışa qoyulan avtomaşınların reklam olunması üçün avtomaşınlara aid fotoşəkillərin və məlumatların müxtəlif internet səhifələrində yerləşdirilməsi üçün o, heç bir məbləğdə Cavabdeh pul almamışdır. Həmin reklamları onun özü havayı etmişdir. Cavabdeh verdiyi pul vəsaiti hesabına ilk dəfə Şirvan şəhərindən X7 “Opel-Astra” markalı **-GU-*** dövlət nömrə nişanlı avtomaşın alınmışdır ki, həmin avtomaşını Cavabdeh onunla birlikdə Şirvan şəhərinə gedərək almışlar, lakin onun pulu Cavabdeh olduğundan avtomaşının pulunu avtomaşını satan şəxsə Cavabdeh özü ödəmişdir. Sonradan həmin avtomaşını X6 adına rəsmiləşdirilən zaman həmin avtomaşının dövlət nömrə nişanı **-OS- *** dövlət nömrə nişanı ilə əvəz edilmişdir. Həmin avtomaşın 6800 manat müqabilində alınmışdır. İkinci avtomaşın “Chevrolet-Aveo” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşını “Aydın” adlı şəxsdən Bakı şəhəri, Sabunçu qəsəbəsindən Cavabdeh özü gedib almışdır ki, həmin vaxt o, işlə əlaqədar alqı-satqıda iştirak edə bilməmişdir. Həmin avtomaşın 7400 manat müqabilində alınmış, 8400 manat müqabilində satılmış və 100 manat həmin avtomaşına xərc çəkildiyindən 900 manat qazanc əldə edilmişdir ki, həmin məbləğin 450 manat hissəsi Cavabdeh, 450 manat hissəsi isə onun olmuşdur. “Chevrolet- Aveo” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşın satıldıqdan sonra 02 ədəd “Opel- Astra” markalı avtomaşın Cavabdeh adına alınmışdır ki, həmin avtomaşınlar **-CD-*** və **-MZ-*** dövlət nömrə nişanlı avtomaşınlar olmuşdur. “Opel-Astra” markalı **-CD-*** dövlət nömrə nişanlı avtomaşını 6800 manata alaraq 7500 manata, “Opel-Astra” markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomaşını isə 6600 manata alaraq 7500 manata satmışlar. Müəyyən xərclər çıxıldıqdan sonra həmin avtomaşınlardan 1000 manat qazanc əldə etmişlər və həmin gəlirin 500 manat hissəsi Cavabdeh, 500 manat hissəsi isə onun olmuşdur. Bundan sonra **-CD-*** və 90- MZ-970 dövlət nömrə nişanlı 02 ədəd “Opel- Astra” markalı avtomaşını satıb qazanc əldə etdikdən sonra Cavabdeh özü Şəmkir rayonundan X2 “Opel Astra” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomaşını gedib 6000 manat müqabilində almışdır. Bundan sonra Cavabdeh Ucar şəhərinə gedərək “Abuzər” adlı şəxsdən “Opel Astra” markalı 01-BZ717 dövlət nömrə nişanlı avtomaşını 5800 manat müqabilində almışdır. Lakin ona sonradan məlum olmuşdur ki, Cavabdeh özü onsuz aldığı avtomaşınları daha ucuz qiymətə aldığına baxmayaraq ona düzgün deməməsi, yəni avtomaşınları baha qiymətə aldığını bildirməsi onların arasında sonradan narazıçılığa səbəb olmuşdur. Bütün satılıb qazanc əldə olunması üçün alınan avtomaşınlar etibarnamə əsasında yalnız Cavabdeh adına alınmışdır. O, 2000 manat pul vəsaitini Rusiya Federasiyasında yaşayan əmim X3 borc olaraq alıb Cavabdeh vermişdir. Həmin pulu əmisi ona Bakı şəhərinə gələrkən vermişdir. O, Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması aparılan zaman izahat verərkən tanış dedikdə əmisi İman Kalbalıyevi nəzərdə tutmuşdur. Onun əmisi hazırda Rusiya Federasiyasında yaşayır və Bakı şəhərinə il ərzində bir dəfə gəlir. Rusiya Federasiyasında yaşayan əmisi X3 borc olaraq aldığı 2000 manat pulu sonradan ona qaytarmaq üçün “Express bank”-dan o, 3200 manat kredit götürərək həmin 3200 manat pulun 2000 manat hissəsini əmisi İman Kalbalıyevə qaytamış, 1200 manat hissəsini isə təhsil aldığı Ukrayna Respublikasında yerləşən “X9”na olan təhsil haqqı borcunu ödəmişdir. Onun əlavə olaraq dövriyyədə olan əsas pula əlavə etdiyi 2000 manat məbləğdə pul vəsaitindən başqa, Cavabdeh tərəfindən də dövriyyədə olan əsas pula 2000 manat pul əlavə edilmişdir.05 fevral 2021-ci il tarixdə Cavabdeh Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna üç ədəd “Opel Astra” minik markalı avtomaşını satması barədə ona heç bir məlumat verməmiş, o, həmin vaxt sadəcə olaraq qeyd olunan 3 ədəd avtomaşını 7500 manatdan aşağı olmayaraq satacağını ona demişdir. Həmin avtomaşınların satışından onunla Cavabdeh ümumilkdə 1000 manat qazanc qalmalı idi. Cavabdeh tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna satılmış “Opel Vektra” minik markalı avtomaşın Cavabdeh özünə məxsus idi, buna görə də həmin avtomaşının satışından o, hər hansı bir məbləğdə gəlir əldə etməyəcəkdi. “Opel-Astra” markalı 99- OS648 dövlət nömrə nişanlı avtomaşın Cavabdeh tərəfindən Şirvan şəhərindən aldığı avtomaşın sonradan onun tanışı X6 adına rəsmiləşdirilmiş və 18 saylı notariat kontorunda X6 adından Cavabdeh baş etibarnəmə verilmişdir. “Opel Astra” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh tərəfindən Ucar rayonundan alındığından Cavabdeh elə həmin rayonun notariat kontorundan öz adına baş etibarnamə almışdır. “Opel Astra” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomaşın isə Cavabdeh tərəfindən Şəmkir rayonundan alındığından Cavabdeh elə həmin rayonun notariat kontorundan öz adına baş etibarnamə almışdır. Cavabdeh onu özü ilə aparmadığından və ya o, həmin vaxt işdə olduğundan Cavabdeh satmaq üçün aldığı avtomaşınları etibarnamə əsasında öz adına almışdır. Bu səbəbdən satmaq üçün aldıqları avtomaşınları öz adına rəsmiləşdirməmişdir. X6 “Opel Astra” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh etibarnamə verməsi onun istəyi və xahişi iə olmuşdur. Həmin avtomaşın formal olaraq X6 adına olsa da, həmin avtomaşının faktiki sahibi onun özü olmuşdur. “OpelAstra” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh hər zaman saxladığı dayancaqda olmadığını görüb Cavabdeh zəng etmişm, lakin Cavabdeh həmin vaxt telefona cavab vermədiyindən o, avtomobilin kimlər tərəfindənsə oğrulandığını zənn etmiş və dərhal həmin avtomaşının rəsmi sahibi dostu X10 zəng edərək ondan Azərbaycan Respublikası DİN-nin “102 zəng mərkəzi”-nə zəng edərək “Opel Astra” minik markalı **-OS-*** dövlət nömrə nişanlı avtomaşının qaçırılması barədə məlumat verməsini xahiş etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, “Opel Astra” minik markalı **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobil hər hansı bir şəxs tərəfindən oğurlanmamış, həmin avtomaşın Fərid Məmmədov tərəfindən baş etibarnamə əsasında etibar olunmuş Cavabdeh tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna satılmışdır. İddiaçı cavabdehin hərəkətlərindən Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri, Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi Səbuhi İsmayılovun 16 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bununla da Cavabdeh İddiaçı 23000 manat maddi ziyan vurmuşdur.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-ci il tarixli, e-2(008)- 2080/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 18000 manat məbləğində pul vəsaiti tutulması, iddia tələbi qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş 144 manat dövlət rüsumunun iddiaçınının özünə aid edilməsi qət edilmişdir.
6. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında məhkəmə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbi Cavabdeh münasibətdə 18000 manat pulun tələb edilməsi hissəsində sübuta yetirildiyindən, həmin hissədə əsaslıdır və təmin edilməlidir. Çünki onun tərəfindən göstərilən məbləğdə pul əldə edilməsinin nə müqavilə, nə də qanun üzrə əsası vardır. Tələb iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23000 manat məbləğində pulun verildiyinə dair hissədə əsaslı və mötəbər sübutlarla öz təsdiqini tapmadığından, məhkəmə hesab etmişdir ki, bu hissədə təmin edilə bilməz.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1092.1, 1096.1, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, məhkəmə araşdırmasında hakim və iclas katibindən başqa nə iddiaçı, nə cavabdeh, nə də şahidlər iştirak etməmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsinə əlavə etdiyi, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara sübut kimi istinad edərək iddianı qismən təmin etmişdir. Qətnamənin 1-ci səhifəsinin 1-ci abzasından 2-ci səhifəsinin aşağıdan 4-cü sətrinə qədərki məzmunundan belə görünür ki, İddiaçı Cavabdeh onun xeyrinə 23 000 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Lakin, iddianın əsaslandırılmasından belə məlum olur ki, iddiaçı cavabdeh 16000 manat pul vermişdir ki, cavabdeh avtomaşın alqı-satqısı ilə məşğul olsun, qazanclarını yarı bölsünlər, maya, yəni 16000 dövriyyədə olsun. Həmin pula onlar hər ikisi xx.xx.2020-ci ildə Şirvan şəhərinə gedib 6800 manata Fəridin adına “Opel – Astra” markalı avtomaşın alıblar. Həmin maşını Famid Sumqayıt şəhərindəki “888” adlanan avtosalona satmışdır. Onun neçəyə satılması barədə və kimə nə qədər pul çatması barədə məlumat yoxdur. İkinci avtomaşını Famid xx.xx.2020-ci ildə Maştağa kəndindən 7400 manata almışdır, 8400 manata satmışlar, hərəsinə 450 manat pul düşmüşdür. Sonra iki ədəd “Opel” markalı avtomaşın alıblar. Birini 6600 manata, digərini 6800 manata həmin maşınların da satışından hərəsinə 650 manat qazanc olmuşdur. 2021-ci ilin yanvar ayının sonlarında Famid iki ədəd “Opel” markalı maşın almışdır, birini 6000 manata, digərini 5800 manata. Həmin avtomaşınlardan da iddiaçıya pul çatmamışdır. İddiaçı və nümayəndəsi, habelə cavabdeh məhkəmədə iştirak etmədiklərindən bu məlumatların iddia ərizəsində göstərilməsi ehtimal olunur. Qətnamədən görünür ki, məhkəmə bu məlumatlardan sonra iddiaçının adından yazır ki, “Cavabdeh yalan danışır, “Opel Astra” markalı avtomaşının X6 adına rəsmiləşdirilməsi üçün nə ona, nə də Fəridə 200 manat pul verməmişdir. Cavabdeh yalan danışır. Belə ki, o, Famidə ümumilikdə 18 000 manat pul vermişdir ki, müxtəlif markalı avtomaşınları alaraq daha da baha qiymətə sataraq qazanc əldə etsinlər”. Məhkəmə qətnaməsinin İİİ və İV səhifəsində yxuarıda göstərilənləri avtomaşınların qeydiyyat nişanları ilə təkrar edir. Məhkəmə cavabdehi məhkəmə baxışında iştirak etməsi üçün lazımi qaydada xəbərdar etmədiyindən və işə onun iştirakı olmadan baxdığından sübut kimi onun hadisə barədə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatı sübut kimi sadalamışdır. Hansı ki, Cavabdeh iddiaçının dediklərinin yalan olduğunu bildirmişdir. Nəticədə məhkəmə iddianın təmin edilməsi üçün heç bir sübut olmadığı halda iddianı qismən təmin etməkdə düzgün olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia qismən təmin olunduğundan, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın rədd olunduğu hissəsi ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamənin bu hissədə onun tərəfindən mübahisələndirilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. Cavabdehin şikayət dəlili olaraq istinad etdiyi birinci hal ondan ibarətdir ki, məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdehin rəsmi qeydə alındığı ünvana keçirilmiş məhkəmə iclasları barədə bildirişlər göndərilmişdir.
20. Bununla belə, cavabdeh tərəf yekun məhkəmə aktını əldə etməklə mübahisələndirmiş, apellyasiya şikayətində irəli sürülmüş digər dəlillər isə formal mülahizələr olmaqla, qətnamənin ləğv olunmasına və dəyişdirilməsinə əsas vermir.
21. Belə ki, cavabdehin mövqeyi ümumən ondan ibarətdir ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir.
22. Lakin, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarından görünür ki, tərəflər birgə fəaliyyət göstərməklə avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Yazışmalardan məlum olur ki, iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə olmaqla cəmi 18000 manat pul vermiş, cavabdeh isə bir neçə dəfə avtomobilləri sataraq ödəniş edəcəyini bildirmişdir.
23. Qeyd olunmalıdır ki, bu yazışmalar tərəflərin işgüzar münasibətləri ilə bağlı olduğundan birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə də uyğun olmuşdur.
24. Cavabdeh isə iş materiallarına əlavə olunmuş bu yazışmalara ümumiyyətlə fikir bildirməmiş, qeyd olunan halları təkzib edən heç bir sübut və dəlil təqdim etməmişdir. Əksinə, iş materiallarının 66-cı vərəqəsində olan 03 fevral 2021-ci il tarixli yazışmalarda İddiaçı “11445 idi”, “Tək mənim pul”, “Mənə de qiyməti sonra sat” yazılarına cavabında Cavabdeh müvafiq olaraq bildirmişdir ki, “ordan çıx da bu günkü rasxodla maşnın pulunu, bir də 10 manat yaşıla benzin vurmuşam dünən”, “7500”, “Aşağı vermərəm”. Qeyd olunan yazışmaların məzmunu ilə də tərəflər arasında işgüzar münasibətlərin olması, avtomobillərin iddiaçının pul vəsaiti ilə alınması məbləğin birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan hissədə əsaslı olması təsdiq edilir.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-ci il tarixli, e-2(008)- 2080/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-ci il tarixli, e-2(008)- 2080/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev