Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2597/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(001)- 38/2023 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar Doygun X7 və Genc X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X12 Təsərüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadı ilə ... Cavabdeh “X12 Təsərrüfatı” MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Maraqlı şəxs1 (nümayəndəsi və vəkili Vəkil2) şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X12 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı Cavabdeh məxsus olmuş 50% payın 10%-ini almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 5 saylı ərazi idarəsinə poçt vasitəsilə “X12 Təsərrüfatı” MMC-nin (VÖEN **********) 10 faiz təsis payının qeydiyyatı ilə bağlı sənəd göndərmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə onun 10% payının qeydiyyatından imtina edilmişdir. İmtinanın səbəbi kimi, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2882/2021 saylı icra vərəqinə əsasən “X12 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında Cavabdeh məxsus 50 faiz paya həbs qoyulması” göstərilmişdir. Qeyd ediləni nəzərə alaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(001)-2882/2021 saylı qərardadın ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə həmin qərardadı məhkəmədən rəsmi qaydada almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2882/2021 saylı qərardadı qanunsuzdur. Belə ki, xx.xx.2020- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs1 “X12 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı Cavabdeh məxsus olmuş 50% payın 10%-ini almışdır. Bununla da həmin əmlak (nizamnamə kapitalındakı pay) onun mülkiyyətinə keçmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2882/2021 saylı qərardadı ilə əmlak üzərinə həbs qoyularkən həmin əmlakın artıq Cavabdeh məxsus olmadığı nəzərə alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2882/2021 saylı qərardadı ilə 02 mart 2021-ci il tarixli qərardaddan Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə sözügedən qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2882/2021 saylı qərardadı ilə Cavabdeh barəsində cinayət qaydasında baxılan iş üzrə müvafiq məhkəmə hökmü qanuni qüvvəyə minənədək iddiaçılar İddiaçı1 və X8 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatı dayandırılmışdır. Cavabdeh Maraqlı şəxs1 yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021- ci il tarixli qərardadından şikayət vermiş və ona məxsus 10% payın üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmin qərardad mübahisələndirilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Maraqlı şəxs1 yenidən məhkəməyə ərizə ilə müraciət etmiş və “X12 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı Cavabdeh məxsus olmuş 50% payın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Eyni zamanda həmin tarixdə cavabdeh Maraqlı şəxs2 məhkəməyə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında olan “X12 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı Cavabdeh məxsus 50 payın, 50 faizin, hazırda ona məxsus olan 40 faizinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizələr rədd edilmişdir. Maraqlı şəxs1 qərardadı mübahisələndirməmiş, Maraqlı şəxs2 isə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Təsis payının alqı-satqı» Müqaviləsinə əsasən, Cavabdeh satıcı qismində, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51800, VÖEN-********** «X12 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının 50 manat nizamnamə kapitalındakı payı 50 pay, nizamnamə kapitalındakı faizi 50% olan paydan 40 manat məbləği, 40%-i alıcı Maraqlı şəxs2 mülkiyyətinə vermiş, sonuncu isə payı qəbul edərək razılaşdırılmış 40 manat məbləği (əslində Maraqlı şəxs2 və dostları tərəfindən Cavabdeh 700.000 manat pul verilmişdir) satıcıya ödəmişdir. Beləliklə də «X12 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının 40 %-i mülkiyyət hüququ ilə Maraqlı şəxs2 məxsusdur. Maraqlı şəxs2 Cavabdeh ilə alqı-satqı edən zaman mübahisələndirilən əmlakın üzərinə həbs qoyulmasından məlumatı olmamışdır. Üstəlik də, xx.xx.2021-ci il tarixli müqavilə əsasında 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən MMC-də olan Maraqlı şəxs2 40% payı reyestrdə qeydiyyata alınaraq çıxarış verilmişdir ki, bu hal da həmin əmlakın üzərində həbs olmasını istisna edir, yaxud həbs olmuşdursa həmin qərardad icraya yönəldilməmişdir. Belə olan halda Maraqlı şəxs2 vicdanlı alıcı hesab olunmalıdır ki, istənilən halda onun əmlakına həbs qoyulması istənilən halda qanuni hesab oluna bilməz. Diqqətə çatdırılası məqamlardan biri də odur ki, Bakı şəhəri 54 saylı notariat ofisinin Xüsusi X1 cavabdehlər Cavabdeh, Maraqlı şəxs2 qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşıı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5297/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirilsə də, şikayətlər təmin olunmayaraq qətnamə qanuni qüvvəsini almışdır. Bu isə o deməkdir ki, dövlət Maraqlı şəxs2la Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin qanuni olmasını qəbul etmişdir. Məhkəmənin nəzərə almadığı bir məqam da ondan ibarətdir ki, Maraqlı şəxs2 iddiaçılar İddiaçı1 və X9rşısında hər hansı bir öhdəliyi yoxdur. Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 08 avqust 2022-ci il tarixli cinayət işini materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Cavabdeh barəsində İddiaçı1 və Humeyrə Gəncə məxsus əmlakın ələ keçirilməsi faktı üzrə ayıra icraata Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ********* №-li cinayət işi ayrılmış, Arif Novruzov və qeyrilərinin əməllərinə ayrılmış cinayət işində yekun qiymət verilməsi nəzərdə tutulmuş, «X12 Təsərrüfatı» MMC-nin üzərinə həbs qoyulması haqqında Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı da cinayət işinin digər materialları ilə birlikdə ayrı icraata ayrılmış cinayət işinə birləşdirilmişdir. ... Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə «X12 Təsərrüfatı» MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs Cavabdeh aid 50 faizlik payın üzərinə qoyulmuş həbs məsələsinin ayrı icraata ayrılmış ********* №-li cinayət işi üzrə məhkəmə baxışı zamanı həll edilməli olmasının nəzərə alınması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.4 və 312.2-ci maddələri ilə təqsirləndirildiyi 1(101)-946/2023 saylı cinayət işi xx.xx.2023-cü il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı mülki işin predmeti ilə birbaşa əlaqəli olan məsələlər hal-hazırda aidiyyəti qurum tərəfindən cinayət işi çərçivəsində araşdırılır. Belə olan halda Cavabdeh “X12 Təsərrüfatı” MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı 50 payı üzərinə qoyulmuş həbsin götürülməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Eyni zamanda fermer təsərrüfatında mübahisəli 50 payın addan-ada keçirilməsi davam etdirildiyi təqdirdə, nəticə etibarilə hüquqları pozulmuş şəxslərin dairəsi daha da genişlənə və yeni məhkəmə araşdırılmalarına zəmin yarana bilər. Beləliklə, həmin cinayət işi üzrə yekun qərar qəbul edilmədən Cavabdeh “X12 Təsərrüfatı” MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı 50 payı üzərinə qoyulmuş həbsin götürülməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 256.0.3-cü maddəsinə görə, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılananadək iş üzrə icraat dayandırılır. Bu mənada birinci instansiya məhkəməsi işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından ərizəni rədd etməklə iş üzrə düzgün və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri ərizənin dəlilləri ilə eyni olduğundan və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən Kollegiya həmin dəlillər üzrə təkrar araşdırma aparılmasına və qiymət verilməsinə zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2, 366, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(001)- 38/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2597/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2597/2023
29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver