Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2597/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2079/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından iddiaçıların nümayəndəsi və vəkili kimi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2079/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. İddiaçıların nümayəndəsi və vəkili kimi Nümayəndə xx.xx.2024-cü il tarixində şikayət verərək, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mövcud qanunvericiliyin tələbinə əsasən nümayəndə ola biləcək şəxslərə etibarnamə verilərkən notariat ofisi şəxslər arasındakı qohumluq əlaqələrini yoxlamadan etibarnamə vermədiyi kimi təqdim edilmiş etibarnamədə etibarnamənin Vəkillər Kollegiyasının üzvünə verildiyi görünür. Bu halda məhkəmənin MPM-də nəzərdə tutulmayan əsasla geri qaytarılması barədə qərardad qəbul etməsi tamamilə əsassızdır. Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsi iddiaçıların nümayəndəsi qismində Nümayəndə tərəfindən imzalanmış, sonuncunun iddiaçılarla yaxın qohum olduğunu təsdiq edən, yaxud vəkil orderi iddia ərizəsinə əlavə edilməmişdir. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, etibarnamədə onun Vəkillər Kollegiyasının üzvünə verilməsi barədə qeydin aparılması vəkil orderini əvəz etmir. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili qismində Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2079/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2597/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2597/2024
01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver