Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2599/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “sənədlərin verilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Vəkil2, iddiaçının nümayəndəsi X4 iştirakları ilə, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı sənədlərin verilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2063/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı MMMC ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair "xxxx" MMMC ilə “Təhvil-təslim Aktı” tərtib edib binaları İddiaçı MMMC-yə təhvil verməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması və aşağıda göstərilən sənədlərin – tikinti aparılması üçün Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMCnin istifadəsinə verilməsinə dair Sərəncamın və həmin Sərəncamın əsasında istifadəyə verilən torpaq sahəsinin 06/36 nömrəli (iş n. 06/1-23) Ayrıc Aktının; ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri”nin (İnşaat pasportu – binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xətlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xətlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlərinin; Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMCnin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1 bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının; Binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların; hər iki binanın dövlət qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı”nın surətinin və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMC-yə verilməsi; iddia verilməsi üçün ödənilmiş 30 manat rüsumun və hüquqi yardım üçün vəkilə ödənilmiş 560 manatın Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsi barədə iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2063/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri” (inşaat pasportu - binaların tikintisinə dair layihələrinin, binaların daxili və binaxarici kommunikasiya xətlərinin layihələrinin, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətlərinin, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xətlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktların və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktlarının, binaların rabitə xətlərinin layihələrinin); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportlarının və liftlərə texniki baxış kitablarının, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlərin; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların (telefon, internet, televiziya və s.), ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 122, 144.1, 144.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 121.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi təmin edilən hissədə qanuni və əsaslı olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair İddiaçı MMMC ilə “Təhvil-təslim Aktı” tərtib edib binaları İddiaçı MMMC-yə təhvil verməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində qanuni və əsaslı olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, sözügedən mübahisəli hər iki binada yerləşən daşınmaz əmlaklar (yaşayış və qeyri-yaşayış sahələri) alğı-satqı müqavilələrinə əsasən satılmaqla bu və ya digər şəxslərin xüsusi mülkiyyətinə verilmişdir və bu baxımdan ünvan 2 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair “Təhvil-təslim Aktı”nın tərtib edilməsi qanunsuz və əsassızdır. İddia tələbi tikinti aparılması üçün Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “Atlantik Servis-A MMC-nın istifadəsinə verilməsinə dair Sərəncamın və həmin Sərəncamın əsasında istifadəyə verilən torpaq sahəsinin 06/36 nömrəli (iş n. 06/1-23) Ayrıc Aktının Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsi hissəsində də təmil edilməməlidir. Belə ki, müvafiq sərəncamın verilməsi üçün aidiyyəti üzrə inzibati orqana müraciət edilməli və ya müraciətə cavabla razılaşmadıqda həmin sərəncamın verilməsi inzibati icraat qaydasında inzibati orqana qarşı mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin hər iki binanın dövlət qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı”nın surətinin məhz cavabdehdən tələb olunması hissəsi eyni əsasla təmin edilməməlidir. iddia tələbi Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1 bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının Cavabdeh MTK-dan alınıb İddiaçı MMMCyə verilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini bu hissədə əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər İH Başçısının müvafiq Sərəncamla cavabdehə verilən tapşırığın icrası ilə bağlı məlumatların tələb olunmasına iddiaçı subyektiv hüquqa malik deyildir. Bundan əlavə iddia tələbinin hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMC-yə verilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyriyaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə məlumatlar kommersiya sirrini təşkil etdiyindən həmin məlumatların verilməsi tələb oluna bilməz.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İddiaçı MMMC-nin xx.xx.2020-ci il tarixli ilk iclas protokuluna əsasən Cavabdeh MMC-nin (MTK) bütün qeyd edilən nöqsanlara görə və İddiaçı MMMC-nin fəaliyyətini normal davam etməsi üçün ləğv edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı MMMC-yə ünvanladığı xx/xx-07630 saylı, 07 dekabr 2020-ci il tarixli məktubundan məlum olur ki, sözügedən binalar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamına əsasən tikilmiş və xx.xx.2012-ci il tarixli 504 nömrəli və xx.xx.2017-ci il tarixli 448 nömrəli sərəncamları ilə istismara qəbul olunmuşdur. Həmin binaların tikintisinə vaxtında müvafiq qaydada dövlət nəzarəti aparılmadığına görə onları instrumental müayinədən keçirilmiş və binaların dayanıqlığı və möhkəmliyi haqqında Agentliyin Təhlil qrupu tərəfindən xx.xx.2011-ci il tarixli 192 nömrəli və xx.xx.2014-cü il tarixli 446 nömrəli rəylər verilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7-2994/21 saylı, xx.xx.2020-ci il tarixli Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Nizami rayonu, cəmşid ünvan 4vanda inşa edilmiş Cavabdeh MMC-yə məxsus yaşayış binalarının sakinlərindən bir qrupu adı çəkilən MMC-nin məsul şəxsləri tərəfindən həmin binaların yerləşdiyi torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərilməsi və digər məsələlər barədə müxtəlif instansiyalarqa təkrar müraciətlər edərək, müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişlər. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komtəsinin əməkdaşları tərəfindən göstərilən ünvana yerində keçirilmiş baxış zamanı binanın arxa fasadı tərəfindən zirzəmi sahəsinə razılaşdırılmış layihə sənədlərində nəzərdə tutulmayan əlavə girişin açıldığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq müraciətdə qaldırılan məsələlərə aidiyyatı üzrə baxılıb mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsi və nəticəsi barədə İqtisadiyyat Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ərizəçilərə məlumat verilməsi xahiş olunmuşdur; - Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının aparatının Cavabdeh MMC-nin sədri İbadət Fərəcova ünvanlanmış 25 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında inşa edilmiş kooperativ binanın payçıları adından İddiaçı MMMC-nin rəhbərliyindən Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2020-ci il tarixli 04/20 №-li məktubun surəti aidiyyətı üzrə baxılması və müvafiq tədbir görülməsi üçün sizə göndərilir. Məktuba baxılmasının nəticəsi barədə Cəmiyyətin rəhbərliyinə məlumat verilməsi xahiş olunmuşdur; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMMC-yə ünvanladığı 17 may 2021-ci il tarixli məktubu ilə ünvan 8 məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamının və sərəncam əsasında verilmiş torpaq sahəsinin ayrıc aktının, tikintiyə icazə icraatı çərçivəsində verilən layihə sənədlərinin, kommunikasiya xətlərinin icra cizgilərinin və həmin binaların istismara qəbul aktlarının təsdiq olunmuş surətlərinin verilməsi barədə xx.xx.2021-ci il tarixli 2/05 nömrəli müraciətinizə (sorğunuza) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan ünvanda yaşayış binalarının tikintisinə dair sənədlərin surətinin verilməsi barədə sifarişçi (Cavabdeh MMC) tərəfindən müraciət daxil olarsa sözügedən məsələyə baxıla bilər; - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7-520/17 saylı, xx.xx.2021-ci il tarixli İddiaçı MMMC-yə ünvanladığı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binalarının tikintisi ilə bağlı bir sıra sənədlərin surətinin əldə olunmasına köməklik göstərilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, 09/21 saylı məktubda qaldırılan məsələyə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, müraciətdə sadalanan sənədlər toplusu Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adıçəkilən İdarə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma Fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğundur; - Hüquqi yardımın göstərilməsi haqqında 6268/21 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən məlum olur ki, İddiaçı MMMC vəkil X6 hüquqi yardımın göstərilməsi üçün 550 manat pulun ödənilməsi öhdəliyini üzərinə götürmüşdür; - xx.xx.2021-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı MMMC 6268/21 nömrəli müqaviləyə əsasən 560 manat vəkil xidmət haqqı ödəmişdir (iş səh. 123, 127, 122, 121, 120, 137, 138, 94, 97). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-2063/2022 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109, 119, 122, 144.1, 144.2; Mülki Prosessual Məcəlləsinin 47.2, 357, 372.1, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhər İH Başçısının xx.xx.2005-ci il tarixli, 247 nömrəli Sərəncamının 41-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə, icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilmiş və torpaq sahəsinə 06/36, nömrəli (iş № 06/1-23) “Ayrıc Aktı” verilmişdir. “Ayrıc Aktı”ndan da göründüyü kimi həmin 0,7 ha torpaq sahəsi Cavabdeh MMC-nin mülkiyyətinə deyil, yaşayış binası tikintisini həyata keçirmək üçün istifadəsinə verilmişdir. Tikinti işləri başa çatdırıldıqdan sonra Bakı Şəhər İH Başçısının “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” xx.xx.2012-ci il tarixli, 504 nömrəli Sərəncamına əsasən Cavabdeh MMC-nin ünvan 9 ünvandakı 13 mərtəbəli 4 girişli yaşayış binasının (1 və 2- ci girişlərin 1-ci mərtəbəsi, 3 və 4-cü girişlərin 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı təsdiq edilmişdir. Bakı Şəhər İH Başçısının “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” xx.xx.2017-ci il tarixli, 448 nömrəli Sərəncamı ilə isə Cavabdeh MTK-nın ünvan 10 ünvanda inşa etdiyi, 1 girişli, 16 mərtəbəli binanın istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı təsdiq edilmişdir. Cavabdeh MTK qanunun tələbinə əməl etməyib tikinti başa çatdırıldıqdan sonra da, öz nizamnaməsində nəzərdə tutulmuş fəaliyyəti bitirməsinə baxmayıb, Nizamnamə səlahiyyətindən kənara çıxaraq 2020-ci ilə kimi binaları özü idarə etmiş, bu zaman toplanmış vəsaitdən binaların saxlanmasına xərc ayırmamışdır. Buna görə də, ünvan 11 ünvanda yerləşən hər iki binanın idarəçiliyinin mülkiyyətçilərin özləri tərəfindən həyata keçirilməsi məqsədilə binaların Sahə Mülkiyyətçilərinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli X1 əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı adlı qeyri-kommersiya hüquqi şəxsi yaradılmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu qərar ilə ünvan 11 ünvanda yerləşən hər iki binanın yerləşdiyi 0,7 ha torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri İddiaçı MMMC-nin idarəçiliyinə keçmişdir. Belə ki, cavabdeh qanunsuz olaraq ünvan 11 ünvanda yerləşən hər iki binanı İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verməkdən yayınır, binalarda mülkiyyət əldə etmiş şəxslərin siyahılarını, binaların texniki sənədlərini verməkdən imtina edir. Bu da MMMC-nin İdarə Heyətinin qeyd edilən binaların sakinlərinə xidmət göstərilməsi sahəsində çətinlik yaradır. Bundan əlavə məhkəmə, Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1-ci bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının, o cümlədən, hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsini iddiaçının buna subyektiv hüququnun olmaması ilə izah edir. Lakin, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu maddəsinin 5-ci bəndinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Göründüyü kimi, Mənzil Məcəlləsi nəzərdə tutur ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti mənzil-tikinti kooperativlərinin ləğv olunması və ya çevrilməsi yolu ilə həyata keçirilir. Bu normanın mənasından da göründüyü kimi İddiaçı MMMC dolayısı ilə Cavabdeh MTK-nın hüquqi varisidir. Lakin, Cavabdeh MTK bu gün qanunsuzluq edərək, nə ləğv olunmaq, nə də MMMC-yə çevrilmək istəyir, baxmayaraq ki, bu mənzillərin tikintisini uzun illərdir ki, bitirib istifadəyə vermişdir. Buna görə də, İddiaçı MMMC Mənzil Məcəlləsinin 109-cu maddəsinin 5-ci bəndinə əsasən adı çəkilən MTK-nın hüquqi varisi hesab olunur və Bakı Şəhər İH Başçısının xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1-ci bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının, o cümlədən, hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahını (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) tələb etmək onların subyektiv hüququdur. Həmçinin, məhkəmə hər iki binada yerləşən bütün (yaşayış və qeyriyaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə rəsmi məlumatların (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) kommersiya sirrini təşkil etməsini bildirərək onların verilməsindən imtina etmişdir, lakin, təkrarən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu maddəsinin 5-ci bəndinə istinad edərək məhkəmənin diqqətinə çatdırırlar ki, İddiaçı MMMC dolayısı ilə Cavabdeh MTK-nın hüquqi varisi olduğu üçün, eyni zamanda, Mənzil Məcəlləsinin 122-ci maddəsində sadalanan hüquqlarını realizə etmək üçün binanın ümumi idarəçiliyini həyata keçirmək məqsədilə qeyd olunan məlumatlar bilavasitə İddiaçı MMMC-yə təhvil verilməlidir. Yəni, bu məlumatları əldə etmək İddiaçı MMMC-nin həm hüququ, həm də cəmiyyətin ümumi idarəçiliyi üçün lazım olduğuna görə kommersiya sirrini təşkil etmir. Əlavə olaraq, iddia verilməsi üçün ödənilmiş 30 manat rüsumun və hüquqi yardım üçün vəkilə ödənilmiş 560 manatın Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə ödənilməsi iddia ərizəsində göstərilsə də, məhkəmə hüquqi yardım üçün ödənilmiş məbləği qeyri-müəyyən şəkildə 200 manat məbləğində ödənilməsini təmin etmişdir, bunun üçün də bu məbləğin qarşı tərəfdən tam formada alınıb ödənilməsi təmin edilməlidir. Yuxarıda yazılanlara əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozduğu üçün qeyd olunan qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə prosesində tərəflərə onların prosessual hüquq və vəzifələri dəqiq izah edilməmiş bununla da çəkişmə prinsipinin tələblərini pozmuşdur, eyni zamanda sübutlar tam formada tədqiq edilsə də, yekunda sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 bildirmişdir ki, cavabdehdən tələbləri əmlakların kimlərə satılması və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri barədə rəsmi siyahının, binaların istismara qəbul aktının, çıxarışların surətlərinin, Nizami Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli 247 nömrəli sərəncamının 41.1-ci bəndində göstərilən tapşırığın icrası ilə bağlı məlumatların verilməsindən ibarətdir. Binada yaşayan şəxslərdən bəzilərinin müqavilələri onlarda olmadığına görə həmin şəxslərdən kommunal ödənişləri yığa bilmirlər.
6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil3 bildirmişdir ki, bəzi sənədlər mövcud olmadığı üçün onları vermək mümkün deyil.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 tələblərinin ümumi mülkiyyətə dair təhvil-təslim aktı, xx.xx.2005-ci il tarixli Sərəncamın 41.1-ci bəndinin icrası barədə məlumatın və mülkiyyətçilər barədə rəsmi siyahının cavabdeh tərəfindən verilməsindən ibarət olduğunu bildirdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə ayağı əzildiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mənzil Məcəlləsinin 6, 7, 109, 119, 122, 144.1, 144.2, 109, 119, 122; Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin qismən sübuta yetirilməyən dəlilləri üzrə formal mülahizə xarakteri daşıdığı hissələri istisna edilməklə, iddiaçının vəzifələrinə, məlumatların mövcud olması səlahiyyətləri isə cavabdehə aid olduğundan, sərəncamın müvafiq bəndinin icrası və alğı-satqı müqavilələri üzrə mülkiyyətçilərin siyahısı hissələrdə tələbin qiymətləndirməsi səhv olmuşdur.
12. İddiaçı hazırda iddianın təmin edilməyən bir hissəsini müdafiə edir ki, bunlar: 1. ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın İddiaçı MMMCnin ümumi mülkiyyətinə verilməsinə dair "xxxx" MMMC ilə “Təhvil-təslim Aktı” tərtib edib binaları İddiaçı MMMC-yə təhvil verməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması; 2.Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1 bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının; 3. hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMC-yə verilməsidir.
13. Birinci mübahisə edilən hissədə binanın İddiaçı MMMMC-nin «ümumi mülkiyyətinə verilməsi» halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin nəticəsi bu hissədə düzgün olmuşdur. İddia tələbinin «Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1 bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsi» hissəsinin təmin edilməməsi belə əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini bu hissədə əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş və bu məlumatların tələb olunmasına iddiaçı subyektiv hüquqa malik deyildir. Lakin işdən göründüyü kimi, Bakı şəhər İH Başçısının xx.xx.2005-ci il tarixli, 247 nömrəli Sərəncamının 41-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə, icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilmiş və torpaq sahəsinə 06/36, nömrəli (iş № 06/1-23) “Ayrıc Aktı” verilmiş olduğu üçün məlumatları əldə etmək İddiaçı MMMC-nin sahəyə xidmət göstərmək vəzifəsini əhatə etdiyindən, həm də cəmiyyətin ümumi idarəçiliyi üçün lazım olduğuna görə ona münasibətdə kommersiya sirrini təşkil etmir.
14. Bundan əlavə iddia tələbinin «hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahının (həmin alğı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMC-yə verilməsi» hissəsində təmin etməməsini bununla əsaslandırılmışdır ki, bu məlumatlar kommersiya sirrini təşkil etdiyindən həmin məlumatların verilməsi tələb oluna bilməz. Kollegiya hesab edir ki, bu hissədə məhkəmə qismən (ümumən) düzgün nəticəyə gəlsə də «hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyriyaşayış sahələrinin) mülkiyyətçiləri barədə siyahının (həmin alqı-satqını təsdiq edən müqavilələrin surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMC-yə verilməsi» hissəsində qismən əsaslı nəticəyə gəlməmişdir. Belə ki, bu alğı-satqıların tərəfi cavabdeh olduğu üçün bir təşkilat olaraq öz vəzifələrinin yerinə yetirilməsi baxımından müqavilələrin bir nüsxəsi onlarda olmalıdır. Çıxarışların qeydiyyatı və bütün mülkiyyətçilər barədə rəsmi məlumatlar isə müvafiq dövlət reyestri xidmətinə aid olduğundan bu hissədə tələbin cavabdehə aidiyyəti yoxdur.
15. Mənzil Məcəlləsinin aşağıda qeyd edilən maddələri hazırkı münasibətləri tənzimləyən hüquqi əsas kimi nəzərə alınmalıdır: 121.3. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır; 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır; 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; 123.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək; 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək; 131.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlak ola bilər; 131.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı ilə nizamnamədə nəzərdə tutulmuş məqsədlər üçün xərclənən cəmiyyətin xüsusi fondu yaradıla bilər. Xüsusi fondların yaradılması qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında müəyyən edilir; 131.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin cəmiyyətin bank hesabında olan vəsaitlərdən cəmiyyətin maliyyə planına uyğun olaraq istifadə etmək hüququ vardır; 132.1. Nizamnamə ilə nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər; 132.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsərrüfat fəaliyyətinin aşağıdakı növləri ilə məşğul ola bilər; 132.2.1. çoxmənzilli binanın daşınmaz əmlakına xidmət, onun istismarı, təmiri; 132.2.2. çoxmənzilli binanın ümumi əmlakı olan əlavə sahə və obyektlərin tikintisi; 132.2.3. çoxmənzilli binanın bir hissəsinin icarəyə, kirayəyə verilməsi; 132.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı ilə cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlir ümumi xərclərin ödənilməsi üçün istifadə edilir və ya nizamnamə ilə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilən xüsusi fonda köçürülür. Əlavə gəlir mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin bu fəsildə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş digər fəaliyyət məqsədləri üçün istifadə edilə bilər; Beləliklə, tələb edilən iddianın mübahisələndirilən hissəsi üzrə apellyasiya şikayəti və tələbin rədd olunan hissəsində iddia qismən təmin edilməli və həmin hissədə qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməlidir.
16. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci isə, tələb olmadığından, onu ödəyənlərə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2063/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın rədd olunan hissəsində - qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMCnin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1-ci bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatların və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) mülkiyyətçiləri barədə siyahının (həmin alğısatqını təsdiq edən müqavilələrin surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMCyə verilməsi təmin edilsin. Mübahisə edilən digər hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.