Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2602/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-953/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşınalığa son qoyulması, sökülmüş qəbir daşlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-953/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”özbaşınalığa son qoyulması, sökülmüş qəbir daşlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. X4 Vyaçeslavovnanın vəkili və nümayəndəsi Vəkil şikayət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-953/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinin baxılmaq üçün icraata götürülməsini barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-953/2023 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-953/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Bələdiyyəsinin 15 noyabr 2022-ci il tarixli, 02/S-210-211 nömrəli vəkil sorğusuna cavabından görünür ki, ünvan 1 ünvanda yerləşən “Beynəlmiləl Qəbiristanlıq” Nizami Bələdiyyəsinin 20 aprel 2022-ci il tarixli, 10 saylı iclasının qərarına əsasən balansa qəbul eilmişdir. Bundan öncə sözügedən qəbiristanlıq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olmuşdur. İddiaçının Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində sadalanan hüquqları pozulmamışdır. İddia tələbindən də görünür ki, özbaşınalığa son qoyulması, sökülmüş qəbir daşlarının bərpa olunması xahiş olunub. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb Mülki Prosesual Məcəlləsinin 39-cu maddəsinin təsiri altına düşmür. Ona görə də cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-953/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-953/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2602/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2602/2023
29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver