Məhkəmə qərarları › İş №2(103)-2603/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2603/2021

25.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2603/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)- 1286/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” MMC və direktoru Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-1286/20) iddiaçılar İddiaçı1 və İddiaçı2 oğunun cavabdehlər “xxxx” MMC-yə və onun direktoru Cavabdeh1 qarşı “şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiaları qismən təmin edilmişdir. Cavabdeh”xxxx” MMC və direktoru Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından məlum olur ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə “xxxx” MMC-nin və onun direktoru Cavabdeh1 ünvanına göndərilmiş və “xxxx” MMC-yə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir (i.v 153.). Qətnamənin göndərilməsi ilə bağlı Cavabdeh1 ünvanlanmış məktub çatdırılmadan geri qaytarılmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarından məlum olur ki, digər Cavabdeh1 “xxxx” MMC-nin direktorudur və “xxxx” MMC-nin apelyasiya şikayəti də məhz direktor Cavabdeh1 tərəfindən imzalanmışdır. Beləliklə, Cavabdeh1 “xxxx” MMC-nin direktoru olduğundan qətnamə MPM-nin 135.3-cü maddəsinin tələbinə müvafiq olaraq ona iş yeri üzrə çatdırılmış sayılır. Göründüyü kimi, cavabdeh “xxxx” MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmiş, prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1286/20 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətləri mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar