Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2606/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Oktay oğlunun Cavabdeh qarşı mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə . (açar sözlər: özgə işlərini tapşırıqsız aparma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3, Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı Oktay oğlunun, onun nümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(008)-504/2023 nömrəli qətnaməsindən İddiaçı Oktay oğlunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsindəki 5 saylı binanın 2 nömrəli mənzili İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmiş, evə dair 04 yanvar 1994-cü ildə texniki pasport, həmin əmlak üzərində mülkiyyət hüququna dair 08 yanvar 1994-cü il tarixli qeydiyyat vəsiqəsi tərtib olunmuşdur.
2. İddiaçı məxsus olan evin qonşuluğunda yerləşən, X1 mülkiyyətində olan Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsindəki 5 saylı binanın 2 nömrəli evi 18 mart 2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə keçmişdir. Mənzil üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 aprel 2016cı il tarixdə qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
3. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2019-cu il tarixli sərəncamı ilə Cavabdeh Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına icazə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Oktay oğlu cavabdeh Nümayəndə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi, cavabdehin Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2A ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1,4 metrlik məsafəsində ara hasarının tikilməsi, ona vurduğu maddi zərərin əvəzi olaraq 9680 manat, vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi “Balaxanıneft” NQCİ tərəfindən növbəlilik əsasında 1992-ci ildə ünvan 4 ünvanda fərdi yaşayış evi ilə təmin edilmişdir. Mənzili balaca olduğundan fəaliyyət göstərdiyi təşkilatın qərarı və vəsaiti hesabına mənzili təmir edilmiş və genişləndirilmişdir. İddiaçıya yaşadığı mənzilə mülkiyyət hüququ verilməsinə dair 04 yanvar 1994-cü il tarixdə texniki pasport verilmişdir. O zaman evin iddiaçıya məxsus həyətinin kənarından arxada yaşayan qonşuya 90 sm piyada yolu ayrılmışdı. İddiaçının yaşadığı mənzilin yanından heç zaman maşın yolu olmamışdır. Cavabdeh Nümayəndə ünvan 3 ünvana ona qonşu köçdükdən sonra bütün qonşuluq qaydalarını və qanunvericiliyin tələbini pozaraq, onun şəxsi mənzilində yaşamağına maneçilik törədir. Cavabdeh iddiaçının və digər qonşunun istinad divarlarını qismən içəri çəkməsindən istifadə edərək, evinin divarının yaxınlığından yol salmış, özünə irihəcmli ev tikməyə başlamışdır. Hər dəfə irad bildirdikdə isə evin tikintisi başa çatdıqdan sonra həmin yerdən yol kimi istifadə etməyəcəyini, birgə evinin ətrafında mühafizə zolağı yaradaraq, mühafizə hasarını tikəcəyini bildirmişdir. Lakin cavabdeh ev tikib başa çatdırdıqda bu sözlərindən imtina etməklə qonşuluq hüquqlarını və qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh Nümayəndə qanunsuz tikinti aparması, maşın mexanizmlərin iddiaçıdan heç bir razılıq almadan yüksək səs-küylə evinin divarının dibində işləməsi, pompa qurğusunu onun divarının dibində quraraq evinin üstündən beton vurması, onu aldadaraq iki aydan artıq ara divarının tikintisinə və köhnə evinin sökülməsinə cəlb etməsi, pompa qurğusunun və digər maşın mexanizmlərin işləməsi nəticəsində evinin mətbəxinin və sanitar qovşağın yararsız hala düşməsi, onların bərpa edilməsi üçün xeyli fiziki güc və maddi vəsait sərf etməyi, bəzən gecələr də səsli-küylü vəziyyət yarandığından dövlət işində işləməyinə, iş günləri səhər saat 9-da işdə olmalı olduğu halda gecələr yata bilməməyi nəticəsində iddiaçı və ailə üzvləri xeyli mənəvi sarsıntıya və iztiraba məruz qalmışlar. Cavabdeh ona vurduğu mənəvi zərərin əvəzini də tam ödəməlidir.
6. 10 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfin vəsatətinə əsasən cavabdeh Nümayəndə əsl Cavabdeh ilə əvəz edilmişdir.
7. Məhkəmənin qərardadı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 03 aprel 2023-cü il tarixli, 10/8694 nömrəli rəyində göstərilr ki, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yeni tikilinin girişçıxış yolu ayrı ayrılıqda olduğu nəzərə alınaraq, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsinə hər hansı bir məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yeni tikilmiş fərdi yaşayış evinin (iki mərtəbəli fərdi yaşayış evi) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1. və 4.2. bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdehin mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, m 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yeni tikilmiş tikili ilə iddiaçının mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, m 2 ünvanında yerləşən fərdi yaşayış evi arasındakı məsafənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilir. xx.xx.2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 69-cu maddəsində tələblərinə əsasən sərhəd hasarı yaşayış evinin divar hündürlüyü 0,3 əmsalına vurulmaqla müəyyən olunan ara məsafədə inşa edilməlidir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(008)- 504/2023 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməmişdir.
9. Məhkəmə iddia tələbinin “cavabdehin ünvan 7 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 5, mənzil 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi, cavabdehin Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2A ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ev ilə qonşu olan cavabdehin mülkiyyətindəki evin həyətində yerləşən yeni tikilinin tikilməsi zamanı ara məsafəsi normalarının gözlənilmədiyini bildirsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən də görünür ki, cavabdeh tərəfindən inşa edilmiş yeni tikili ilə iddiaçının mülkiyyətindəki ev arasında saxlanılmalı olan ara məsafəsı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmişdir və bumna görə iddia tələbi bu hissədə təmin edilə bilməz.
10. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən inşa edilmiş yeni tikilinin tikintisi zamanı onun mülkiyyətində olan evə 9680 manat məbləğində maddi zərər vurulmuş olduğunu bildirsə də, bu halı təsdiq edəcək ilkin sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən maddi ziyan vurulmasına dair əlavə edilmiş siyahı heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir.
11. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 146.1, 146.2, 170.2, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində ekspertin rəyində qeyd olunanlar tam əksini tapmayıb. Yaşadığı (mövcud vəziyyətdə yalnız ona məxsus olan) evin dam örtüyünün yuxarı hissəsindən Nümayəndə tərəf hissəsi söküldüyündən həmin tərəfdə tikilmiş istinad divarının hündürlüyü 6 metr olmuşdur (tikinti normaları 1,8 m enində (hündürlüyün 0,3 hissəsi qədər) mühafizə zolağının zəruri olduğunu təsdiq edir). Yol tərəfdə isə orta hündürlük 4,5 metr olduğundan 1,4 metr mühafizə zolağı tələb olunur. Lakin ekspert rəyində (2(008)-5186/2022 saylı iş üzrə ekspertin 10/8694 saylı, xx.xx.2023cü il tarixli ekspertiza rəyi) evinin hündürlüyü 3 metr göstərilmişdir. Evinin texniki pasportunda döşəmə taxtasından tavana (alçıpana qədər) olan məsafənin 3 m olduğu yazılıb və ekspert tərəfindən 1,1 m enində mühafizə zolağı ayrılması (sərhəd divarına qədər 90 sm saxlanılmaqla, 20 sm və 2,2 m hündürlükdə divarın tikilməsi) təklifi verilib. Yola baxan pəncərəsini məcburiyyətdən tikib-bağladığı, istinad divarının dibi ilə qonşusu tərəfindən intensiv su axıdıldığı, darvazanın onun evinin fasad divarlarına nəzarət və lazım gəldikdə təmir işi görmək imkanından məhrum etdiyi barədə heç bir qeyd aparılmayıb. Məhkəmənin qərarında isə ekspertin hətta cavabdehin xeyrinə təhrif olunmuş rəyi də nəzərə alınmayıb. Bu cür yanaşma Mülki Məcəlləyə və tikinti normalarına ziddir. Ekspertin məhkəmə baxışında dindirilməsi barədə vəsatət qaldırılsa da, vəsatətləri əsassız olaraq təmin edilməmişdir. İşə baxan məhkəmə tam qanunsuz olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsini iş üzrə tətbiq etməmişdir. Əgər bu hüquq norması tətbiq edilsəydi işə baxan məhkəmə ara məsafəsinin müəyyən edilməsi və ara hasarının tikilməsi barədə iddia tələbini təmin edərdi. İşə baxan məhkəmə qərar qəbul edərkən qərarını çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. İddiaçı tərəf cavabdehin hərəkətlərinin qanunazidd olduğunu, bu hərəkətlərin nəticəsində iddiaçıya zərər vurulduğunu sübuta yetirsə də, cavabdeh tərəf buna etiraz etmiş, lakin fəaliyyətinin qanunauyğunluğunu sübuta yetirə bilməmişdir. İşə baxan məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə zamanı keçirilmiş ekspertiza rəyindən görünür ki, cavabdehin mənzilinin tikintisi qanunvericiliyə uyğun həyata keçirilməmişdir. Eyni zamanda iddiaçı cavabdehin onun evi tərəfindən yolunun olmadığını göstərsə də, işə baxan məhkəmə bu halları aydınlaşdırmamışdır. Ekspertiza rəyindən görünür ki, iddiaçının evi ilə cavabdehin evi arasında ara hasarının olması zəruridir və rəydə bunun normativ tələbləri göstərilmişdir. Lakin cavabdeh bu hasarın olmamasının və həmin hasarın olmaması nəticəsində iddiaçıya zərərin dəyməsinin səbəblərini göstərə bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının mənzili ilə cavabdehin mənzili arasında ara hasarının olmaması nəticəsində, eyni zamanda cavabdehin evinin tikintisi zamanı iddiaçıya zərər dəydiyi müəyyən edilsə də, işə baxan məhkəmə ara hasarı və iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbini təmin etməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5242/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ümumiyyətlə, əmlak hüquqlarına münasibətdə onun istifadə etdiyi yaşayış sahəsinin həcminə və onun səciyyələndirən digər xüsusiyyətlərinə dair eyni ünvanda (mənzildə) cavabdehin yerləşdiyi hüquq müəyyənedici sənədləri inzibati icraat qaydasında mübahisələndirməmiş, mərzlənmə və texniki sənədlərin tərtib edilməsinə məsul olan inzibati orqanlara müraciət etməmişdir.
18. Ümumiyyətlə, iddianın və mübahisənin əsasını inzibati hüquqi münasibətlər təşkil edir. Belə ki, tikinti-quraşdırma işlərinin aparılmasına nəzarət şəhərsalma məsələlərinə və daşınmaz əmlakın qeydiyyatı üzrə qanunvericiliklə tənzimlənən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. İddia tələbində cavabdehin ünvanı ünvan 8um olur ki, cavabdehin ünvanı ünvan 9ışdır. Təqdim edilmiş sənədlərdən tərəflərin torpaq üzərində hüquqlarının qeydiyyatı müəyyən edilmir. Ona görə, eyni ünvanda yerləşən tikililərin yerləşməsi, tikintisi və ayrılması tərəflər arasında mülki mühakimə predmetinə aid deyildir. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində araşdırma aparmalı və tərəflərin mübahisə etdikləri məsələləri ölçülər aparmaqla inzibati icraat qaydasında müvafiq qərarlar qəbul etməlidirlər.
19. Mübahisəli sahədə səlahiyyətlərin məcrası bir sıra inzibati orqanlara aiddir ki, bu orqanlar məhz torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi, tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar müvafiq hüquq və vəzifələrə malikdirlər. Pozuntunun mövcudluğu qeyd edilən inzibati münasibətlər üzrə araşdırma predmeti olduğundan iddiaçının müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüquqları vardır. Tələbin digər hissələri məhz qeyd edilənlərlə bağlı olduğundan və sübuta yetirilmədiyindən onlara hazırkı mərhələdə müsbət qiymət verilməsi üçün əsaslar müəyyən edilmir.
Kassasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin, iddiaçının verdiyi yazılı və şifahi izahatlarına, habelə apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyəti olan bütün halları nəzərə almamış, nəticədə əsassız qətnamə çıxarmışdır. İddiaçının yaşadığı (mövcud vəziyyətdə yalnız ona məxsus olan) evin dam örtüyünün yuxarı hissəsindən Nümayəndə tərəf hissəsi söküldüyündən həmin tərəfdə tikilmiş istinad divarının hündürlüyü 6 metr olmuşdur (Tikinti normaları 1,8 m enində (hündürlüyün 0,3 hissəsi qədər) mühafizə zolağının zəruri olduğunu təsdiq edir). Yol tərəfdə isə orta hündürlük 4,5 metr olduğundan 1,4 metr mühafizə zolağı tələb olunur. Lakin ekspert rəyində evin hündürlüyü 3 metr göstərilmişdir. Evin texniki pasportunda döşəmə taxtasından tavana qədər olan məsafənin 3 m olduğu yazılıb. Və ekspert tərəfindən 1,1 m enində mühafizə zolağı ayrılması (sərhəd divarına qədər 90 sm saxlanılmaqla, 20 sm və 2,2 m hündürlükdə divarın tikilməsi) təklifi verilib. İstinad divarının dibində qonşu tərəfdən lək düzəldilməsi, yola baxan pəncərəni məcburiyyətdən tikib-bağladığı, istinad divarının dibi ilə qonşu tərəfindən intensiv su axıdıldığı, darvazanın iddiaçının evinin fasad divarlarına nəzarət və lazım gəldikdə təmir işi görmək imkanından məhrum etdiyi barədə heç bir qeyd aparılmayıb. Məhkəmənin qərarında isə ekspertin hətta cavabdehin xeyrinə təhrif olunmuş rəyi də nəzərə alınmayıb.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 yanvar 2024cü il tarixli, 2(102)-309/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5242/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən - köhnə tikilinin sökülüb daşınması üçün çəkilən xərclərin tutulmasına aid hissədə ləğv edilməklə həmin hissədə işin yenidən baxılması üçün göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
23. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “- 55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi, iddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi, 5000 manat məbləğdə mənəvi zərərin ödənilməsi tələblərinin rədd olunması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Lakin tikilinin sökülməsi və daşınması üçün çəkilən xərclərin tutulması tələbinin rədd olunması hissəsində məhkəmə işin hallarını tam araşdırmamışdır. Buna görə də məhkəmənin qətnaməsi həmin hissədə ləğv olunmalı və yenidən baxılması üçün göndərilməlidir. - 56. İddiaçının tələbləri aşağıdakılardan ibarətdir: 1. İddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi; 2. İddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi; 3. İddiaçıya vurulmuş 9680 manat məbləğdə maddi zərərin ödənilməsi; 4. 5000 manat məbləğdə mənəvi zərərin ödənilməsi. - 64. İddiaçının 9680 manat məbləğdə maddi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu tələb aşağıdakı kimi əsaslandırlmışdır: “Arakəsmə divarının tikilməsini öz üzərimə götürmək qərarına gəldim. Qonşuma müraciət etdim və xahiş etdim ki, 4,3 kv.m sahəni güzəştə gedərsə və söküləcək otaqların yerində açılmış sahədə mənim otaqlarım üçün (yeni tikiləcək istinad divarı üçün) mühafizə zonasının saxlanmasına əməl edərsə, divarın tikintisini üzərimə götürmək istəyirəm. Bildirdi ki, əgər evin ona aid hissəsinin sökülüb daşınması xərclərini də mən edərəmsə, etiraz etmir. Yaranmış vəziyyətdən qurtulmaq üçün ağır şərtlə razılaşdım”. - 65. İddiaçı maddi ziyan kimi tələb etdiyi 9680 manat məbləğdə xərclərə dair özünün tərtib etdiyi siyahıda (səh. 11-12, 191-192) həmin vəsaiti: 1. divarın tikilməsi üçün;
2. köhnə tikilinin sökülüb daşınması üçün; 3. mətbəx və sanitar qovşağın təmiri üçün çəkilən xərclərə ayırmışdır. - 66. İddiaçı mətbəx və sanitar qovşağın təmirinin cavabdehin gördüyü işlərlə bağlılığını təsdiq edən və bu təmir üçün çəkilən xərclərin cavabdeh tərəfindən ödənilməli olduğuna dair hər hansı sübut təqdim erməmişdir. - 67. İddiaçının izah etdiyi vəziyyətdə divarın tikilməsinə görə çəkilən xərclərin tutulmasına dair iddia tələbi o halda təmin oluna bilər ki, cavabdehin bu şərtlər əsasında razılaşması sübut olunsun. Lakin cavavdeh bu cür razılığın olduğunu etiraf etməmişdir və məhkəmələr tərəfindən bu cür razılaşma müəyyən edilməmişdir. İddiaçının öz izahından aydın olur ki, qeyd olunan işləri öz təşəbbüsü ilə həyata keçirib. Cavabdehin bu işlərə görə iddiaçının qarşısında hər hansı öhdəlik götürməsi müəyyən olunmur. - 68. Digər tərəfdən, iddiaçı ilə cavabdehin arasında razılaşma olub olmamasından asılı olmayaraq, divarın tikilməsi cavabdehin deyil, iddiaçının marağında olub. İşin bu vəziyyətində divarın tikilməsinə çəkilən xərclərin cavabdehdən tutulması mümkün deyildir. - 69. Lakin qeyd olunmalıdır ki, cavabdeh yeni ev inşa etdikdən sonra köhnə evin damı və divarlarının sökülüb daşınması ilə bağlı cavabdehlə razılaşma olmayıbsa, bu işlərin görülməsinə çəkilən xərclərin tutulması barədə tələb, özgə işlərini tapşırıqsız aparmadan bəhs edən normalar əsasında təhlil olunmalı idi. Belə ki, Mülki Məcəllənin 1087.2-ci maddəsinə görə, işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. - 70. Qeyd olunmalıdır ki, cavabdehin köhnə evin damının sökülməsi və daşınması işlərini bəyənmədiyini göstərsə belə, məhkəmə bu işlərin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəldiyini araşdırmalıdır. - 71. Çünki Mülki Məcəllənin 1090.1-ci maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. - 72. Bu baxımdan tərəflərin arasında binanın sökülməsi və daşınması barədə razılaşma olmadığı təqdirdə, cavabdehin bu işləri bəyəndiyi müəyyən edilməli idi və nəticəsinə uyğun olaraq qərar qəbul edilməli idi. Lakin məhkəmələr bu istiqamətdə araşdırma aparmayıblar. - 73. Göründüyü kimi, iddianın cavabdeh yeni ev inşa etdikdən sonra köhnə evin damı və divarlarının sökülüb daşınması ilə bağlı iddiaçının çəkdiyi xərclərin tutulmasına aid hissəsi üzrə məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. - 75. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, iddianın cavabdeh yeni ev inşa etdikdən sonra köhnə evin damı və divarlarının sökülüb daşınması ilə bağlı çəkilən xərclərin tutulmasına aid hissədə işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayətinin dəlilləri qərarın 15-ci bəndində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2024-cü il tarixli, 2(103)-2606/2024 nömrəli qərardadına əsasən İddiaçı Oktay oğlunun ünvan 10 ünvanda köhnə evin damı və divarlarının sökülüb daşınmasına səfr olunan vəsait nə qədər təşkil etməsinin müəyyən olunması xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
27. Tərəflər tədqiq olunan obyektə baxış keçirilməsində iştirak etmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçı Oktay oğlu və onun nümayəndəsi Vəkil3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
29. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, həmin söküntü işləri onun özü tərəfindən aparılacaqdı və bunu qarşı tərəfə də bildirmişdi. İddiaçı özü ona məxsus sahəni sökmüşdür. Özü də söküntü işlərini apara biləcəyi təqdirdə, hətta qarşı tərəf ona məxsus sahəni sökübsə, bunun qarşılığında ona hər hansı məbləğdə pul vəsaiti ödəməli deyildir. Söküntü işlərinin aparılması ilə bağlı xərclər 2950 manat məbləğində ola bilməz. Ona məxsus evin sökülməsi ilə bağlı o, hansı səbəbdən qonşuya müraciət etməlidir, 9 m2 sahəsi olan ərazini o, təmənnasız olaraq iddiaçıya vermişdir, qarşı tərəf söküntü işlərinin aparılması ilə bağlı şərtləri özü müəyyən edib.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi xahiş edilsə də, qətnamə digər hissələrdə Ali Məhkəmənin iş üzrə qəbul etdiyi qərarı ilə qanuni qüvvəsini aldığından birinci instansiya məhkəməsinin qətnaməsi yalnız köhnə tikilinin sökülüb daşınması üçün çəkilən xərclərin tutulmasına aid hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi köhnə tikilinin sökülüb daşınması üçün çəkilən xərclərin tutulmasına aid hissədə ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir.
35. Kassasiya instansiyası məhkəməsinin göstərişlərindən birini o təşkil edir ki, cavabdehin köhnə evin damının sökülməsi və daşınması işlərini bəyənmədiyini göstərsə belə, məhkəmə bu işlərin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəldiyini araşdırmalıdır.
36. Cavabdehin nümayəndəsinin izahatı ilə köhnə evin damının sökülməsi və daşınması işlərinin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi təsdiqini tapdığından bu xüsusatla bağı araşdırma aparılmasına məhkəmə kollegiyası zərurət görmür.
37. Tərəflər arasında yaranmış mübahisənin digər əsası kimi çəkilmiş xərclərin miqdarı ilə bağlıdır. Bu xüsusatın araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2024-cü il tarixli, 2(103)-2606/2024 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin olunsa da tərəflər tədqiq olunan obyektə baxış keçirilməsində iştirak etmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
38. Buna görə də məhkəmə kollegiyası bu xüsusatı yalnız işdə olan sübutlar əsasında və iddiaçı tərəfindən təqdim olunmuş məbləğlərin ağlabatan olub – olmaması baxımından qiymətləndirir.
39. Kassasiya instansiyası məhkəməsi qərarında iş materiallarının 11-12-ci, 191- 192-ci səhifələrində olan siyahıya istinad edir, həmin siyahıda çəkilən xərclər divarın tikilməsi üçün, köhnə tikilinin sökülüb daşınması üçün, mətbəx və sanitar qovşağın təmiri üçün çəkilən xərclərə ayırır. Lakin bu siyahıda təmir və bərpa üçün çəkilən xərclər birlikdə göstərildiyindən iddiaçı tərəfindən məhkəməyə yalnız köhnə tikilinin sökülüb daşınması üçün çəkilən xərclərlə bağlı yeni siyahı təqdim olunmuşdur.
40. Həmin siyahıda göstərilən məlumatlara əsasən söküntü işləri 19 mart 2022-ci il tarixində başlamış, 03 may 2022-ci il tarixinə kimi davam etmiş və 2950 manat məbləğində xərc çəkilmişdir.
41. Məhkəmə həmin siyahıda göstərilən məlumatları əvvəlki siyahılarda göstərilənlərlə müqayisə edərək belə nəticəyə gəlir ki, bu siyahıda göstərilən məbləğlər daha realdır. Məsələn, əvvəlki siyahıda iddiaçı işçilərin yemək xərci və öz çəkdiyi zəhmətin əvəzi olaraq 1000 manat məbləğində pul tələb edirdisə, hazırkı siyahıda bu kimi xərclər yer almır.
42. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, 1 ay 14 gün davam edən söküntü işlərində ustalara və daşınmaya çəkilən xərclərin 2950 manat təşkil etməsi ağlabatandır və cavabdeh tərəfindən bu arqumenti təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
43. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mübaisə predmeti olan hissədə iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də qətnamə həmin hissədə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(008)- 504/2023 nömrəli qətnaməsindən İddiaçı Oktay oğlunun verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(008)- 504/2023 nömrəli qətnaməsi qismən - köhnə tikilinin sökülüb daşınması üçün çəkilən xərclərin tutulması tələbinin rədd olunduğu hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Oktay oğlunun Cavabdeh qarşı köhnə tikilinin sökülüb daşınması üçün çəkilən xərclərin tutulması barədə iddiası qismən təmin edilsin. 2950 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı Oktay oğluna ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.