Məhkəmə qərarları › İş №2(103)-2607/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2607/2022

04.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2607/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X21, Maraqlarına toxunan şəxslər X12, X5 və onun nümayəndəsi X16, Maraqlarına toxunan şəxslər X8, X12 və X5 vəkili X21, Cavabdeh vəkili və nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 vəkili və nümayəndəsi X17 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X22 və maraqlarına toxunan şəxslər X8, X9 və X28 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X18 qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X53 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyriqanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinin qeyri-qanuni hesab edilməsi, tikilmiş qeyriqanuni pilləkənin sökülməsi və binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin X14 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X53 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 nömrəli mənzillər onun mülkiyyətindədir. Qeyd edilən ünvanda yerləşən evlərin bir hissəsi Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissədə, bir hissəsi isə X53 küçəsinə tərəf olan hissədə yerləşsə də ümumilikdə ünvan X53 küçəsi ev 251 kimi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən evlərin Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissəsi dörd mərtəbəli, X53 küçəsinə tərəf yerləşən hissəsi isə iki mərtəbəlidir. Həyətə həm Şəmsi Bədəlbəyli küçəsi (yəni Heydər Əliyev parkına tərəf olan hissə) həm də, X53 küçəsindən giriş vardır. Onun mülkiyyətində olan mənzillər Şəmsi Bədəlbəyli küçəsinə tərəf, yəni Heydər Əliyev parkına tərəf olan hissədə yerləşir və birbaşa çıxışı parka tərəfdir. Bundan başqa, o, həyətdən keçməklə X53 küçəsinə tərəf çıxışdan da istifadə edə bilir. Onlarla eyni həyətdə yerləşən və birbaşa çıxışı X53 küçəsinə tərəf olan bina iki mərtəbəlidir. Həmin binanın sakinləri də həyətdən keçməklə Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan çıxışdan istifadə edə bilirlər. X53 küçəsinə tərəf olan iki mərtəbəli binanın sakinlərindən biri iki mərtəbəli binanın üzərində əlavə 3-cü mərtəbə tikmişdir. Həmin mərtəbə qeyri-yaşayış sahəsidir. Bu yaxınlarda isə həmin tikintinin sahibi tikdiyi həmin tikilidən onların pilləkən qəfəsinə çıxış açmaq üçün qeyri-qanuni tikinti işləri görməyə başlamışdır. Belə ki, həmin şəxs onların binanın pilləkən qəfəsinin həyətin daxilinə baxan hissəsini qeyri-qanuni olaraq söküb dağıdaraq qarşı binada artırdığı üçüncü mərtəbədən onların binanın pilləkən qəfəsinin ikinci mərtəbəsinə pilləkən tikib quraşdırmaqla məşğuldur. Halbuki həmin şəxsin çıxışı X53 küçəsinə tərəfdir. Şəmsi Bədəlbəyli küçəsinə tərəf çıxmaq üçün isə o, həyətə düşməli və Şəmsi Bədəlbəyli küçəsinə tərəf oradan çıxmalıdır. O, dəfələrlə bununla bağlı həmin şəxsin işlərini görən işçilərə qeyri-qanuni hərəkətlərini dayandırmalarını tələb etsə də, bu günə qədər qeyriqanuni tikinti dayandırılmamışdır. Belə görünür ki, bu şəxs nəyin bahasına olursa olsun, öz qeyri-qanuni əməllərini başa çatdıraraq tikdiyi üçüncü mərtəbədən onların binanın pilləkən qəfəsinin ikinci mərtəbəsinə çıxış əldə etməklə həyətə düşüb oradan keçmədən Şəmsi Bədəlbəyli küçəsinə çıxmaq niyyətindədir. Bu isə həm qanunvericiliyin, həm də binada mülkiyyət sahibi olan şəxs kimi onun və digər vətəndaşların hüquqlarının kobud surətdə pozulmasıdır. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X29 məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı «tikilinin qanunsuz hesab edilib sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin iddia tələbinə dair 2(006)-1672/2020 saylı mülki iş məhkəmənin icraatındadır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyri-qanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinin qeyri-qanuni hesab edilməsini, tikilmiş qeyri-qanuni pilləkənin sökülməsini, binanın pilləkən qəfəsinin əvvəlki əziyyətinin bərpa edilməsi vəzifəsinin onun üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra isə iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək həmin ünvanda yerləşən sözügedən pilləkənin tikilməsinin ona və üçüncü şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassız və qərəzlidir. Belə ki, iddiaçı yalnızca öz şəxsi mülahizələrinə əsaslanaraq tərtib etdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində isə heç bir hüquqi əsaslandırma və fakt qeyd olunmamışdır. Əslində isə mövcud olan vəziyyət iddiaçının heç bir hüquq və mənafeyini pozmur. İlk öncə qeyd edir ki, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə 3-cü mərtəbənin tikilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir. Belə ki, sözügedən tikilinin onlardan əvvəlki mülkiyyətçisi X23 olmuşdur. Həmdulla Cəfərov uzun müddət əvvəl həmin mərtəbədə hazırki qeyri-yaşayış sahəsini tikdirmişdir. Daha sonra isə həmin ərazinin sənədləşdirilməsi və adına rəsmiləşdirilməsi prosesinə başlamışdır. İlk olaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun həmin binanın «Texniki vəziyyəti və onun üzərində əlavə bir mərtəbənin tikilməsinin mümkünlüyü barədə» 2008-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə göstərilmişdir ki, ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanması məqsədi ilə inşa edilmiş 3-cü texniki mərtəbə X1 istifadəsindədir və bu tikili binada yaşayan vətəndaşların və ətrafda fəaliyyət göstərən hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Daha sonra isə həmin tikilinin ətraf sakinlərin hüquq və azadlıqlarını pozmaması barədə 15 saylı MKİS tərəfindən 03.05.2011-ci il tarixli 26 saylı arayışı da verilmişdir. Bunun ardınca qeyriyaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Həmdulla Cəfərov həmin sahənin mövcud vəziyyətdə istifadəsinə verilməsi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13.05.2011-ci il tarixli 181 nömrəli sərəncamı ilə X1 ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli binanın 3-cü mərtəbəsində öz vəsaiti hesabına quraşdırdığı texniki mərtəbə mövcud vəziyyətdə onun istifadəsinə verilmişdir. Daha sonra 23.09.2011-ci tarixli sərəncamla yuxarıda qeyd olunan sərəncama düzəliş edilmiş və «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunmuşdur. 26.05.2018-ci il tarixdə isə 062022 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə həmin qevri-vaşaviş sahəsi onun mülkiyyətinə keçirilmiş və adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbinin əsassızlığı isə burada sübut olunur. Belə ki, 2008-ci ildə tikilmiş üçüncü mərtəbə üçün mümkünlük rəyi alındıqdan sonra verilmiş sərəncamda ərazinin plan-sxemi də tərtib edilərək əlavə olunmuşdur. Sərəncama əlavə edilmiş tikilinin planında hazırda iddiaçının mübahisələndirdiyi pilləkən də qeyd olunmuşdur. Daha sonra adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport verilərkən də həmin pilləkən tikilinin ayrılmaz tərkib hissəsi kimi göstərilmişdir. Bir daha qeyd edir ki, iddiaçının mübahisələndirdiyi pilləkən tamamilə qanuni formada tikilmiş və tikinti-texniki normalara uyğun həyata keçirilmişdir. Ən əsası isə həmin tikili heç bir tərəfin hüquqlarını pozmur. Əgər ki, doğurdan da həmin pilləkən oradakı sakin və vətəndaşları narahat etsəydi, hüquqlarını pozsaydı, 11 ildən uzun müddətdə bir şikayət və ərizə ünvanlanardı. Yuxarıda da göstərildiyi kimi həmin 3-cü mərtəbə uzun müddət əvvəl tam formada tikilmişdir. Tikinti planında göstərilən pilləkən də elə həmin vaxt tikilmişdir. Lakin bu uzun müddət ərzində nə iddiaçı, nə də digər şəxslər bununla bağlı öz narazılıqlarını bildirməmişlər. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, bu formada, ortaq həyətə malik olacaq layihə ilə tikilmiş binaların keçid və ya pilləkən vasitəsi ilə birləşdirilməsi təbii haldır. Əraziyə məhkəmə tərəfindən daha əvvəl edilmiş yerli baxış zamanı da müşahidə olunmuşdur ki, həmin tip üzbəüz tikilmiş az mərtəbəli binalar pilləkən vasitəsi ilə birbirilərinə birləşdirilir. Bakı şəhərinin bir çox yerlərində bu formada (xalq arasında «italiyanskiy evlər») binalar tikilmişdir. Bu tip binaların ortaq həyətləri və alarındakı məsafə az olduğundan binalar arasında keçid və pilləkənlər tikilməkdədir, bundan əlavə texniki pasportda da qeyd olunmuş pilləkənin tikilə biləcək başqa yeri yoxdur. Belə ki, pilləkən hazırki nöqtəyə birləşməsə, birbaşa həyətə tikilsə bu zaman da qarşı binanın girişinin önünü kəsəcəkdir. Bildirir ki, İddiaçı uzun illər orada mövcud olmuş tikiliyə qarşı tələb irəli sürməsi məqsədyönlü şəkildədir. Belə ki, İddiaçı onların qanuni tikilisinə qarşı tələb irəli sürməzdən əvvəl həmin tikili üçün ona pul ödəmələrini onlara bildirmişdir. Onlar isə tikili planında nəzərdə tutulan pilləkənin tam qanuni formada tikildiyini, buna görə heç bir pul ödəməyəcəklərini bildirmişlər. İddiaçı isə ona pul ödəməyəcəkləri təqdirdə onları məhkəməyə verəcəyini, tikililərini də sökdürəcəyini bildirmişdir. Daha sonra isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət etməkdə yeganə məqsədi onlardan hər hansı bir yolla pul mənimsəyib əsassız varlanmaqdır. Qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsi əsassız olmaqla yanaşı həm də iddia müddəti ötürülməklə verilmişdir. Etirazdan əlavə olaraq iddia müddətinin tətbiqi arədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi sözügedən ünvandakı 3-cü mərtəbədə yerləşən tikili 2008-ci ilə qədər tam tikilib bitirilmişdi. Bunu təsdiq edən isə 2008-ci il tarixdə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun verdiyi rəydir. Belə ki, həmin rəydə qeyd olunub ki, M.Əliyev küçəsi 251 saylı ünvanda yerləşən binanın 2-ci mərtəbəsinin üzərində tikilmiş 3- cü mərtəbə ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanması məqsədi inşa edilmişdir və X1 istifadəsindədir. İşlə bağlı ilk hazırlıq iclasının 24.01.2020-ci il tarixdə keçirilməsini nəzərə aldıqda iddia ərizəsinin də təqribi olaraq həmin tarixlərdə verilməsi aşkar olunur. Bununla da, Mülki Məcəllənin 373.1-ci maddəsində göstərilən ümumi iddia müddəti, yəni 10 illik müddət ötürülmüşdür. Belə olan halda işin icraata götürülməsi və baxılması qəbuledilməzdir. Hesab edir ki, iddia ərizəsinə etirazdan əlavə olaraq verdiyi müddətin tətbiq olunması barədə ərizə də təmin edilməlidir. İddiaçı öz iddia ərizəsində göstərdiyi tələblərin hamısı əsassızdır. İddia ərizəsi yalnızca subyektiv və qərəzli formada hazırlanmışdır. Belə ki, iddia ərizəsində göstərilən tələblərdən ilki həmin pilləkənin qanunsuz hesab edilməsi tələbidir. Lakin həmin pilləkənin Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 13.05.2011 və 23.09.2011-ci il tarixli sərəncamlarının tikinti planlarında aşkar formada göstərilməsi, alınmış texniki pasportda da eyni formada pilləkənin qeyd olunması, həmin tikilinin uzun illər əvvəldən tikilib qurtarması kimi təsdiq edici faktlar iddia tələbinin əsassızlığını göstərir. Tikilinin sökülməsi tələbinə gəldikdə isə iddia bu hissədə də qəbuledilməzdir. Bir daha qeyd edir ki, həm tikilmiş üçüncü mərtəbə, həm də həmin mərtəbənin tikinti planında qeyd olunmuş pilləkən tam qanuni formada tikilmişdir və onun mülkiyyətinin ayrılmaz tərkib hissəsidir. Mülkiyyət hüququ isə qanunvericiliklə qorunur və toxunulmazdır. Həmçinin uzun illər həmin tikiliyə heç bir etirazı və iradı olmamış iddiaçının hazırki tələbi yalnızca onların qanuni fəaliyyətlərinə maneçilik törətmək üçündür. İddiaçı hazırki iddia tələbi ilə qonşuluq hüququndan sui-istifadə etməyə çalışır. Bildirir ki, hazırki iddia tələbində iddiaçı tərəfə hər hansı bir təsir məsələsi mövcud deyildir. Belə ki, o, yalnızca alğı-satqı müqaviləsi yolu ilə əldə etdiyi tikili sahəsindən qanunvericiliyə uyğun formada istifadə edir. Burada qonşuya - yəni iddiaçıya hər hansı bir ziyanlı və ya digər formada bir təsir yoxdur, tikilmiş pilləkən nə iddiaçının, nə də digər şəxslərin hüquqlarını pozmur. Əgər əhəmiyyətsiz dərəcə təsir olsa belə Mülki Məcəllənin 171-ci maddəsində göstərilən «qonşu təsirinə dözmək vəzifəsi» norması tətbiq olunacaqdır. Belə ki, həmin maddədə göstərilir ki, «torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.» Lakin bir daha qeyd edir ki, göstərilən tikili tam olaraq qanuni formada hazırlanmış və iddiaçıya nə əhəmiyyətli, nə də əhəmiyyətsiz təsiri yoxdur. Həmin pilləkənin istifadəsi zamanı əgər ki, hər hansı əhəmiyyətsiz təsir olacağı təqdirdə də bu təsirə dözmək iddiaçının vəzifəsi hesab olunur. Göründüyü kimi, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Yuxarıda da qeyd etdiyi kimi sözügedən pilləkən həm İcra Hakimiyyətinin sərəncamına əlavə olunmuş tikili planında, həm də adına təqdim edilmiş texniki pasportda qeyd olunmuşdur. Həmin pilləkənlə bağlı İddiaçı iddia irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin iddia tələbi ilə bağlı müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Buna görə də hesab edir ki, İddiaçı ona qarşı «qeyri-qanuni tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Sonradan, X29 əsl Cavabdeh ilə əvəz olunmuş, X29 isə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil 1-ci instansiya məhkəməsində məhkəmə iclasında iddianı qəbul etməmiş, 3-cü şəxs X14 məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat vermiş, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddianın əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X19 1-ci instansiya məhkəməsində məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı sərəncamı ilə vətəndaş X23 ərizə ilə müraciət edərək, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli 372 saylı sərəncamı ilə isə Nəsimi RİHB-nin 13.05.2011-ci il tarixli 181 saylı sərəncamının giriş hissəsində və 1-ci bəndində qismən dəyişiklik edillərək Sərəncamın giriş hissəsində və 1-ci bəndində «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunaraq «adına sənədləşdirilməsinə icazə verilsin» kimi oxunması qərara alınmışdır. Tərəflərindən verilmiş hüquqi sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş və hazırki mübahisənin predmeti deyildir. X23 tərəfindən qeyd edilən sərəncama əsasən aparılan işlərin kiminsə hüquqlarının pozulması halı İcra Hakimiyyəti tərəfindən müəyyən edilməmişdir. Buna baxmayaraq hazırki mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi və vəkili X35 1-ci instansiya məhkəməsində məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X29 hazırki iş üzrə əvvəlcə cavabdeh, hazirda isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış etsələr də, cavabdeh qismində cəlb edildiyi zaman məhkəməyə təqdim etdikləri iddiaya etiraz ərizəsini müdafiə etdiklərini, iddianın əsassız olduğunu, habelə iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(006)-230/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X22 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı iş üzrə 28.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X22 apellyasiya şikayətini onunla əsaslandırır ki, iddia tələbi üzrə iş məhkəmənin icraatında olan ərəfədə - 23 noyabr 2020-ci tarixdə keçirilən məhkəmə prosesində cavabdeh X13 məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, cavabdeh X30 15 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X53 küçəsi 251, texniki mərtəbə, Qapı 1 ünvanda yerləşən, ümumi sahəsi 919,7 kv.m. olan qeyri yaşayış sahəsini X3 və göstərilən müqavilə əsasında X20 mülkiyyət hüquqları 06.12.2019-cu il tarixdə dövlət reyestrindən qeydiyyata alınaraq Çıxarış verilmişdir. Yəni onun hazırkı tələbi üzrə mülki iş məhkəmənin icraatında olduğu müddətdə alqı-satqı müqaviləsi bağlanılmışdır. Daha sonra isə X36 əldə etdiyi Bakı şəhəri Nəsimi myonu X53 küçəsi 251, Qapı 1 ünvanda yerləşən ümumi sahəsi 919.7 kv.m. olan qeyri-yaşayış sahəsini arvadı Cavabdeh qızna 25 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bağışlamışdır və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrindən qeydiyyata alınmışdır. Beləliklə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, hazırda ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 919,7 kv. metr olan qeyri -yaşayış sahəsinin mülkiyyətçisi Cavabdehdır. X26 qeyriyaşayış sahəsini hədiyyə kimi qəbul edərkən həmin sahə üzrə bütün öhdəlikləri qəbul etmiş sayılır. Bu səbəbdən cavabdeh X13 əsl Cavabdeh ilə əvəz edilməsinə dair ərizə verərək, iddia tələbini Cavabdeh qızna qarşı irəli sürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin mübahisələndirdiyi 28 iyul 2021-ci il tarixli 2(006)-230/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Əvvəla birinci instansiya məhkəməsi ekspert rəyini ona məhkəmədə təmsil edən nümayəndəsinə göndərmədən, çəkişmə prinsipinə əməl etmədən, məhkəmə iclası barədə xəbərdar etmədən işə baxaraq mübahisəli qətnaməni çıxarmış və həmin tarixdə də iddianın təmin edilməsi barədə görülmüş tədbirin ləqv edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə mübahisələndirdiyi qətnamədə göstərmişdir ki, MPM-nin 85.5.-cİ maddəısinə əsasən mülki işə İddiaçı və mübahisə predmeti barədə mqüstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Aöentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi qanunverici iddiaçının məhkəmə iclasına gəlmədiyi halda və məhkəmə bildirişinin verilməsi haqqında məlumat olunmadığı halda işə baxılmasını təxirə salınmasını imperativ norma kimi göstərmişdir. Göründüyü kimi mülki prosessual qanunvericiliyi işdə iştirak edən şəxlərin lazımı qaydada məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsini nəzərdə tutmuşdur. Nə o, nə də onu təmsil edən nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyi halda məhkəmə işi təxirə salmamışdır. Beləliklə məhkəmə tələsik işə baxaraq onun prosessual hüquqlarından istifadə etməyinin qarşısını almışdır. İşin həqiqi halı ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən 52,53 və 55 nömrəli mənzillər onun mülkiyyətindədir. Həmin ünvanda yerləşən evlərin Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissəsi dörd mərtəbəli, X53 küçəsinə tərəf yerləşən hissəsi isə iki mərtəbəlidir. Həyətə həm Şəmsi Bədəlbəyli küçəsi həm də X53 küçəsindən giriş vardır. İkimərtəbəli binanın sakini iki mərtəbəli binanın üzərində əlavə 3-cü mərtəbə tikmişdir. Həmin mərtəbə qeyri-yaşayış sahəsidir. Daha sonra isə həmin tikintinin sahibi tikdiyi tikilidən onun pilləkən qəfəsinə çıxış açmaq üçün qeyri -qanuni tikinti işləri görməyə başlamışdır. Belə ki, onlar pilləkən qəfəsinin həyətin daxilində baxan hissəsini qeyri qanuni olaraq söküb dağıdaraq qarşı binada tikdiyi üçüncü mərtəbədən onun mənzillərinin yerləşdiyi binanın pilləkən qəfəsinin ikinci mətbəbəsinə beton konstruksiyalı pilləkən quraşdırmışdır. Halbuki həmin şəxsin çıxışı X53 küçəsinə tərəfdir. O, qanunsuz tikdiyi pilləkən nəticəsində Şəmsi Bədəlbəyli küçəsinə çıxmaq üçün özünə yol ayırmışdır. 2019-ci ildə quraşdınrlan beton pilləkən bilavasitə onun mənzillərinin yerləşdiyi mərtəbənin pilləkən qəfəsinə birləşdirilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, quraşdırılan pilləkən onun hüquqlarına toxunmur. Məhkəmə mübahisənin həllində Nəsimi Rayon icra hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı sərəncamına istinad etmiş və hətta sərəncam verilərkən 15 saylı MKİS-in 03.05.2011-ci il tarixli 26 saylı arayışına istinadı belə əks etdirmişdir. Məhkəmənin göstərdiyi və istinad etdiyi sərəncam X10 müraciəti əsasında M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli binanın üstündə öz vəsaiti hesabına quraşdırdığı 3- cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilməsi barədədir. Həmin sərəncamda əks olunan 15 saylı MKİS-in 03.05.2011-ci il tarixli 26 saylı arayışının olmasını belə məhkəmə xüsusi vurğulamışdır. Həmin MKİS-in arayışında göstərilmişdir ki, 3-cü texniki mərtəbə X1 istifadəsindədir və bu tikili binada yaşayan vətəndaşların və ətrafda fəaliyyət göstərən hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Dövlətin adından qətnamə çıxaran məhkəmə bilmir ki, birinci növbədə 2 mərtəbəli binanın üstündə 3-cü mərtəbənin tikintisinə icazə verilməsi barədə sərəncam olmalıdır. Tikintini bitirəndən sonra mövcud vəziyyətdə istifadə hüququnun yaranması barədə sərəncam özü özlüyündə qanunsuzdur. Digər tərəfdən mübahisləndirilən pilləkənlə bağlı, yəni onun mövcud olduğu yerdə tikintisinə icazənin müvafiq dövlət orqanları tərəfindən verilməsi barədə hüquqi sənəd mövcud deyildir. Mövcud olsaydı, cavabdeh tərəf həmin sənədi məhkəməyə təqdim edərdi. Nəhayət MKİSin yuxarıda göstərilən arayışı vermək səlahiyyəti olmadığı halda məhkəmənin, hətta o arayışı belə qətnamədə göstərməsi absurddur. Əksinə, məhkəmənin mübahisənin həllində istinad etdiyi sərəncam mübahisələndirilən pilləkənin məhz qanunsuz tikildiyini bir daha sübut edir. Qanunsuz aparılan tikintinin sonradan yuxarıda göstərilən sərəncamla sənədləşdirilməsi belə həmin tikintinin qanunsuzluğunu, özbaşına tikili olduğunu göstərir. Beləliklə, məhkəmə mübahisləndirilən pilləkənin quraşdırılması ilə bağlı hüquqi sənədin mövcud olmamasına, pilləkənin özbaşına tikili olmasına düzgün hüquqi qiymət verməmişdir.Məhkəmə mübahisənin həllində mütəxəssis rəyinin alınması üçün ekspertiza təyin etmişdir və iddiasını təmin etməyən birinci instansiya məhkəməsi həmçinin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Əvvəla məhkəmənin ekspert qarşısında qoyduğu “quraşdırılmış pilləkənin mənzillərin yerləşdiyi binaya təhlükə törədib-törətməməsi” sualı cavabsız qaldığı halda, məhkəmə qərardadla qoyduğu sualın cavabını səlahiyyətli mütəxəssizdən almadan işi tez yekunlaşdırmışdır. Çünki həmin sualla bağlı ekspert qeyd etmişdir ki, quraşdırılmış pilləkənin mənzillərin yerləşdiyi binaya təhlükə törədib-törətməməsi tikinti-texniki ekspertin səlahiyyətlərindən kənar olduğundan həmin məsələ, tikinti konstruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən edilə bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı iş üzrə 28.07.2021ci il tarixli qətnaməsindən həmçinin, maraqlarına toxunan şəxslər X25, X9 və X28 ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər və şikayətlərini İddiaçı apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırmışlar. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi, həmçinin maraqlarına toxunan şəxslər X8, X5 və X12 vəkili X38 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı iş üzrə 28.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qənamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxslər X28, X9 və onun nümayəndəsi X37 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, tərələrindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı iş üzrə 28.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini, qanunsuz tikilən piləkənin sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X11 iddia ərizəsinə və apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə verilən suallara cavab olaraq, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 23 sentyabr 2011-ci il tarixli, 312 saylı Sərəncamına istinad edərək bildirmişdir ki, sözügedən sərəncam pilləkan mövcud vəziyyətdə olan zaman verilmişdir. Sərəncam verildikdən sonra, əlavə tikililər olmamışdır.Belə ki, Bakı şəhəri, Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən mübahisəli sahə X15 məxsus olmuş və onun müraciəti əsasında M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Daha sonra X23 28.12.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsini X51, 26.05.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən isə sonuncu sözügedən sahəni X2.İddiaçı hazırki iddianı qaldırarkən mübahisəli sahənin mülkiyyətçisi X29 olmuş və ona qarşı qaldırılmış iddiaya etirazında tikinti işlərinin əvvəlki mülkiyyətçi tərəfindən aparılaraq sənədləşdirilməsini, 26.05.2018-ci il tarixdə isə 062022 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi ilə həmin qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə keçirilməsini və adına rəsmiləşdirilməsini qeyd edərək mübahisəli tikilinin heç bir tərəfin hüquqlarını pozmamasını göstərmişdir.15.10.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən isə X29 həmin qeyri-yaşayış sahəsini X4, 25.12.2019-cu il tarixli bağışlama müqaviləsindən göründüyü kimi, X36 həmin qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 vəkili və nümayəndəsi X35 iddia ərizəsinə və apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə verilən suallara cavab olaraq, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 23 sentyabr 2011-ci il tarixli, 312 saylı Sərəncamına istinad edərək bildirmişdir ki, sözügedən sərəncam pilləkan mövcud vəziyyətdə olan zaman verilmişdir. Sərəncam verildikdən sonra, əlavə tikililər olmamışdır.Belə ki, Bakı şəhəri, Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən mübahisəli sahə X15 məxsus olmuş və onun müraciəti əsasında M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Daha sonra X23 28.12.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsini X51, 26.05.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən isə sonuncu sözügedən sahəni X2.Bunlardan əlavə Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən qəfəsinin inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir. Lakin mülki iş materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun məlumatları ilə qeyri-yaşayış sahəsinə aid pilləkən meydançası öz əksini tapmışdır. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı sərəncamından görünür ki, vətəndaş X23 ərizə ilə müraciət edərək, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilməsini xahiş etmişdir. Sənədləri araşdıran zaman məlum olmuşdur ki, Bakı şəhərinin baş planına uyğun olaraq paytaxtda aparılan yenidənqurma işləri ilə əlaqədar Füzuli, Ş.Bədəlbəyli küçələri və R.Behbudov prospektinin kəsişməsində yerləşən Heydər Əliyev parkının yaxınlığında, Mirzağa Əliyev küçəsi 251 saylı ünvandakı 2 mərtəbəli binanın Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun həmin binanın «Texniki vəziyyəti və onun üzərində əlavə bir mərtəbənin tikilməsinin mümkünlüyü barədə 2008-ci il tarixli rəy»inə əsasən ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanılması məqsədi ilə inşa edilmiş 3-cü texniki mərtəbə X1 istifadəsindədir və bu tikili binada yaşayan vətəndaşların və ətrafda fəaliyyət göstərən hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Bu barədə 15 saylı MKİS-in 03.05.2011-ci il tarixli 26 saylı arayışı təqdim edilmişdir. Bununla əlaqədar qərara alınmışdır ki:

1. X1 Nəsimi rayonu M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli binanın 3cü mərtəbəsində öz vəsaiti hesabına quraşdırdığı texniki mərtəbənin mövcud vəziyyətdə istifadəsinə icazə verilsin.

2. Mövcud qeyri-yaşayış sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası ƏMDK-yə müraciət edilməsi vətəndaş X15 tövsiyə olunmuşdur.

3. Sərəncamın surəti vətəndaş H.Y.Cəfərova, rayon MKTB-yə və məlumat üçün rayon Polis İdarəsinə göndərilsin. X1 ərizəsi, 15 saylı MKİS-in 03.05.2011-ci il tarixli 26 saylı arayışı, həmçinin X7- Qəbul Aktı qoşma şəklində sərəncama əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli 372 saylı sərəncamından görünür ki, vətəndaş X23 ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə istifadəsinə icazə verilməsi barədə Nəsimi RİHB-nin 13.05.2011-ci il tarixli 181 saylı sərəncamının 1-ci bəndində texniki səhvə yol verildiyindən həmin bənddə qismən dəyişiklik edilərək «istifadəsinə icazə verilsin» ifadəsinin «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq qərara alınmışdır ki:

1. Nəsimi RİHB-nin 13.05.2011-ci il tarixli 181 saylı sərəncamının giriş hissəsində və 1-ci bəndində qismən dəyişiklik edilsin.

2. Sərəncamın giriş hissəsində və 1-ci bəndində «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunaraq «adına sənədləşdirilməsinə icazə verilsin» kimi oxunsun.

3. Sərəncamın surəti vətəndaş H.Y.Cəfərova, 15 saylı MKİS-ə və məlumat üçün rayon Polis İdarəsinə göndərilsin. X1 ərizəsi qoşma kimi sərəncama əlavə edilmişdir. İş materiallarında olan 28.12.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X23 yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini X51 satmışdır. İş materiallarında olan 26.05.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X52 həmin qeyri-yaşayış sahəsini X2. İş materiallarında olan 15.10.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X29 həmin qeyri-yaşayış sahəsini X3. İş materiallarında olan 25.12.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X36 həmin qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli 10/1444 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid texniki pasportun məlumatlarında nəzərdə tutulduğunu və eləcə də, həmin tikiliyə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 29.12.2019- cu il tarixli çıxarış verildiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2-ci bəndlərinə uyğun şəhərsalma, tikinti norma və qaydalarına uyğun inşa olduğu müəyyən edilir (1-ci sual üzrə). Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid olan pilləkənə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 saylı mənzillərə aid olan giriş-çıxış qapıları ayrıayrılıqda olduğundan binanın pilləkən qəfəsindən istifadə edilməsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən edilir (2-ci sual üzrə). Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən qəfəsinin inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir. Lakin mülki iş materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun məlumatları ilə qeyri-yaşayış sahəsinə aid pilləkən meydançası öz əksini tapmışdır (3-cü sual üzrə). Bakı şəhəri, Nəsimi rayonu, X53 küçəsi ev 251 ünvanda qeyri-yaşayış sahəsinə aid pilləkən həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir dirəklər üzərində inşa olunduğu müəyyən edilmişdir (4-cü sual üzrə). Eyni zamanda qeyd olunur ki, quraşdırılmış pilləkən mənzillərin yerləşdiyi binaya təhlükə törədib-törətməməsi məsələsi tikinti-texniki ekspertin səlahiyətlərindən kənar olduğundan həmin məsələ, tikinti kostruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən mübahisəli sahə X15 məxsus olmuş və onun müraciəti əsasında M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Daha sonra X23 28.12.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsini X51, 26.05.2018ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən isə sonuncu sözügedən sahəni X2. İş materiallarından görünür ki, İddiaçı hazırki iddianı qaldırarkən mübahisəli sahənin mülkiyyətçisi X29 olmuş və ona qarşı qaldırılmış iddiaya etirazında tikinti işlərinin əvvəlki mülkiyyətçi tərəfindən aparılaraq sənədləşdirilməsini, 26.05.2018-ci il tarixdə isə 062022 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi ilə həmin qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə keçirilməsini və adına rəsmiləşdirilməsini qeyd edərək mübahisəli tikilinin heç bir tərəfin hüquqlarını pozmamasını göstərmişdir. İş materiallarından görünür ki, 15.10.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alğısatqı müqaviləsinə əsasən X29 həmin qeyri-yaşayış sahəsini X4, 25.12.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X36 həmin qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır. Beləliklə də, hazırda mübahisəli sahənin mülkiyyətçisi Cavabdehdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan 1-ci instansiya məhkəməsi iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyriyaşayış sahəsinə aid texniki pasportun məlumatlarında nəzərdə tutulduğunu və eləcə də, həmin tikiliyə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 29.12.2019-cu il tarixli çıxarış verildiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2-ci bəndlərinə uyğun şəhərsalma, tikinti norma və qaydalarına uyğun inşa olduğu müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid olan pilləkənə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 saylı mənzillərə aid olan giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan binanın pilləkən qəfəsindən istifadə edilməsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən qəfəsinin inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir. Lakin mülki iş materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun məlumatları ilə qeyri-yaşayış sahəsinə aid pilləkən meydançası öz əksini tapmışdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İddiaçı tərəf tələbində pilləkənin iddiaçının öz mənzilinə giriş-çıxışına maneə törətdiyini bildirsə də, Bakı şəhəri Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən pilləkən meydançası qeyri-yaşayış sahəsinə aid olan pilləkənə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu X53 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 saylı mənzillərə aid olan giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan binanın pilləkən qəfəsindən istifadə edilməsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (mübahisəli sahə 2008-ci ildə inşa edildiyindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları hazırda tətbiq olunmur.Belə ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.): 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Apellyasiya şikayətlərinin dəlillərində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyini ona məhkəmədə təmsil edən nümayəndəsinə göndərmədən, çəkişmə prinsipinə əməl etmədən, məhkəmə iclası barədə xəbərdar etmədən işə baxaraq mübahisəli qətnaməni çıxarmış və həmin tarixdə də iddianın təmin edilməsi barədə görülmüş tədbirin ləqv edilməsi barədə qərardad qəbul etmişdir.Tikintini bitirəndən sonra mövcud vəziyyətdə istifadə hüququnun yaranması barədə sərəncam özü özlüyündə qanunsuzdur. Digər tərəfdən mübahisləndirilən pilləkənlə bağlı, yəni onun mövcud olduğu yerdə tikintisinə icazənin müvafiq dövlət orqanları tərəfindən verilməsi barədə hüquqi sənəd mövcud deyildir. Mövcud olsaydı, cavabdeh tərəf həmin sənədi məhkəməyə təqdim edərdi. Beləliklə, məhkəmə mübahisləndirilən pilləkənin quraşdırılması ilə bağlı hüquqi sənədin mövcud olmamasına, pilləkənin özbaşına tikili olmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla Mülki Prosessual məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X19 1-ci instansiya məhkəməsində məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı sərəncamı ilə vətəndaş X23 ərizə ilə müraciət edərək, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli 372 saylı sərəncamı ilə isə Nəsimi RİHB-nin 13.05.2011-ci il tarixli 181 saylı sərəncamının giriş hissəsində və 1-ci bəndində qismən dəyişiklik edillərək Sərəncamın giriş hissəsində və 1ci bəndində «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunaraq «adına sənədləşdirilməsinə icazə verilsin» kimi oxunması qərara alınmışdır. Tərəflərindən verilmiş hüquqi sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş və hazırki mübahisənin predmeti deyildir. X23 tərəfindən qeyd edilən sərəncama əsasən aparılan işlərin kiminsə hüquqlarının pozulması halı İcra Hakimiyyəti tərəfindən müəyyən edilməmişdir. Beləliklə, hazırkı Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinə yaranmış mülkiyyət hüququnun əsasında (kökündə) qanuni yolla edilmiş alqı-satqı və bağışlama müqavilələri ilə yanaşı ilkin hüquqmüəyyənedici sənədlər, yəni inzibati orqan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı və Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli 372 saylı sərəncamı, eyni zamandə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin qeyri-yaşayış sahəsinə aid pilləkən meydançasının öz əksini tapdığı texniki pasportun tərtib olunması ilə bağlı faktiki hərəkətləri dayanır.Qeyd edilən hüquqi sənədlər hazırki mübahisənin predmeti deyildir. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya baxışı zamanı iddiaçının və mübahisə maraqlarına toxunan şəxslərin vəkili və nümayəndəsi X21 pilləkənin iddiaçının və maraqlarına toxunan şəxslərin mənzillərinin yerləşdiyi binaya təhlükə törədibtörətməməsinin müəyyən olunması üçün təkrar ekspertiza təyin olunması barədə vəsatəti təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə kollegiyası hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(006)-230/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar