Məhkəmə qərarları › İş №2(103)-2616/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2616/2025

29.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2616/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “cehiz əşyaların evdən çıxarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-594/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi döngə 1, 22 saylı evdə yerləşən cehiz əşyalarının (yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək) onun tərəfindən evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. 2010-cu ildə oğlu ilə evlənmiş, bu nikahdan 2 övladları olmuşdur. Bir müddət normal yaşasalar da, sonradan münasibətləri korlanmış, ailə kimi birlikdə yaşamaları mümkün olmamışdır. Hətta 2017-ci ildə cavabdeh və anası onu döymüş, tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli qərarı ilə cavabdeh AR İXM-nin 157-cimaddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhz bu hadisədən sonra onsuz da pis olan münasibətlər daha da pisləşmiş və cavabdeh uşaqları ilə birlikdə evdən çıxıb getmişdir. Həmin vaxtdan da Quba rayonunun Xucbala kəndində, anasının yanında yaşamaqdadır. O vaxtdan da onunla oğlu arasında olan nikah münasibətlərinə faktiki xitam verilmiş, həmin vaxtdan ayrılmışlar. Oğlu hər ay uşaqları üçün aliment ödəyir. Cavabdehin ona məxsus evdə aşağıdakı cehiz əşyaları qalmışdır: yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək. İllərdir cavabdehdən gəlib evdən cehiz əşyalarını çıxarıb aparmasını xahiş etsə də, o, gəlib aparmır və deyir ki, “çölə çıxarıb od vurub yandırın.” Yuxarıda göstərilən ünvanda yerləşən ona məxsus evində cavabdehin əşyalarının qalması onun evindən istədiyi şəkildə istifadə etməsinə mane olur. Evinə dair adına hələlik çıxarış ala bilməsə də, yəni hüquqları hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin evə olan hüquqları “qanuni gözləntiyə” malik hüquqdur.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə öldüyündən, məhkəmə iddiaçını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən hüquqi varisi – oğlu X2 ilə əvəz etmişdir.

4. Sabunçu Rayon Məhkəməsinin 2(008)-594/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, odur ki, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi S.Rüstəmovun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, rayon məhkəməsi iddia tələbini iddiaçının sahibliyində olan evə dair müvafiq çıxarışın olmaması əsası ilə təmin etməmişdir, cavabdeh həmin evdə 2017-ci ildən yaşamır, amma əşyaları evdə qalıb, həmin əşyalar da heç istifadəyə yararlı deyil, cavabdehin gəlib əşyaları götürməyə marağı da yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01041 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

9. İV-CЛ seriyalı 372395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1984-cü il tarixdə doğulmuşdur, atası X3, anası İddiaçıdır.

10. AZ-İİ seriyalı 463575 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə xərcləri:

11. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

12. 29.09.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Tətbiq edilən prosessual hüquq normaları:

15. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

16. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməlidir.

19. Belə ki, iddianı təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi döngə 1, 22 saylı ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və evə mülkiyyət hüququ olmadığından, onun Cavabdeh məxsus cehiz əşyaların evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır.

20. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin həmin evə olan hüquqları hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin torpaq sahəsi onun sahibliyi və faktiki istifadəsində olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından bu, «qanuni gözləntiyə» malik hüquqdur.

21. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.

22. «Akimova Azərbaycana qarşı» işində də (iş № 19853/03.xx.xx.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir.

23. «Axverdiyev Azərbaycana qarşı» işində də (iş № 76254/11. xx.xx.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur.

24. Buna görə də həmin işdə Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçinin «mülkiyyəti» olmuşdur.

25. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, iddiaçı tərəfə məxsus olan həmin ev müvafiq qaydada reyestrdə qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur.

26. Göründüyü kimi, rayon məhkəməsi iddiaçı tərəfə məxsus olmaqla onun sahiblik və istifadəsində olan evə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına əsaslanmaqla onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmamışdır.

27. Mülki iş materiallarından məlum olur ki, cavabdeh iddiaçının hüquqi varisinin keçmiş arvadı olub, hazırda onların ailəsi faktiki dağılıb, cavabdeh artıq həmin evdə yaşamır, lakin iddiaçı tərəfə məxsus evdə aşağıdakı cehiz əşyaları qalmışdır: yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stolstullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək.

28. İddiaçı tərəf qeyd edir ki, illərdir cavabdehdən gəlib evdən cehiz əşyalarını çıxarıb aparmasını xahiş etsə də, o, gəlib aparmır və deyir ki, “çölə çıxarıb od vurub yandırın”.

29. MM-in 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. MPM-in 2.1-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

31. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh iddiaçının hüquqi varisi ilə ailə münasibətlərinə xitam verməklə həmin evdə yaşamadığından, lakin ona məxsus cehiz əmlakları həmin evdə qaldığından və bu iddiaçı tərəfin mülkiyyət hüququnu pozduğundan, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticə:

32. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənatə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməli, Cavabdeh məxsus olan cehiz əşyaları -yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək iddiaçı tərəfə məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi döngə 1, 22 saylı evdən çıxarılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

34. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçı tərəfə aid edilməlidir.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-594/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh məxsus olan cehiz əşyaları -yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək iddiaçı tərəfə məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi döngə 1, 22 saylı evdən çıxarılsın. Məhkəmə xərcləri iddiaçı tərəfə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar