Məhkəmə qərarları › İş №2(103)-2624/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2624/2022

09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2624/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(006)-7856/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “hüquq stajının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 il 2 aylıq əvvəlki dövr üzrə, eləcə də Azərbaycan Respublikasının Milli Məclisi Aparatında deputat köməkçisi vəzifəsində işlədiyi son 12 il 10 ay stajının, hüquq stajı kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(006)-7856/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina olunmuşdur. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(006)-7856/2021 saylı qərardadından verdiyi şikayət məhkəmənin 13 yanvar 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyridövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilat olmaqla, qeyrikommersiya məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillər Kollegiyası, hələ yarandığı andan, hal-hazırdakı günümüzdə və gələcək dövr üzrə mustəqil hüquqi subyekt olmaqla, digər bütün yanaşmaları obyektiv səbəbdən və birmənalı olmaqla rədd edən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında qanun”, Azərbaycan Respublikasının Konstitusiyası, Prosesual qanunvericilik və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə məhdudlaşan institutdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(006)- 7856/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, məhkəmə tərəfindən iddianın yolverilməzliyinə görə düzgün olaraq qəbulundan imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (ublik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyət olunduğu nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, Vəkillər Kollegiyası statusu və fəaliyyətinin hüquqi əsasları “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasına alternativ bir qurum mövcud deyildir, eyni zamanda Kollegiyaya üzv olmayan şəxslər vəkil kimi fəaliyyət göstərə bilməzlər. Həmçinin , Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunan xüsusi hüquq münasibətlərinin heç bir elementi (1-tərəfləri bərabər mövqedədir, 2-onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər, 3-heç biri digərinə münasibətdə hakimiyət səlahiyyətlərini tətbiq etmir) iddia ərizəsində qeyd edilən münasibətlərdə mövcud deyildir. Göründüyü kimi, iddia ərizəsi dövlət orqanının ümumi (publik) hüququn nizamasalma predmetinə aid olub və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(006)- 7856/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar