Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2635/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Quliyev Aqşin Fərman oğlu və “xxxx” MMC-yə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5394/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Quliyev Aqşin Fərman oğlu və “xxxx” MMC-yə qarşı cavabdehlər Quliyev Aqşin Fərman oğlu və “xxxx” MMC-dən subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə ödənilmiş 5.100,00 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, “xxxx” MMC-yə məxsus Quliyev Aqşin Fərman oğlu tərəfindən idarə olunan ** PP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz Vito markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşları tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 12.100 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 10.100 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin şəxsi hesabına köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. ** PP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz Vito markalı avtonəqliyyat vasitəsinin icbari sığortaçısı “xxxx” ASC olduğundan 5.000 manat məbləği zərər məbləğindən çıxılmışdır. Həmçinin, 2.000 manat azadolma dəymiş zərər məbləğindən çıxılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-5394/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək sığorta ödənişinə görə 5100 manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqında görə 30,40 manatın Quliyev Aqşin Fərman oğlundan alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən iş üzrə iddia ərizəsinə Dövlət Yol Polis orqanı tərəfindən göndərilmiş yol-nəqliyyat hadisəsinin təfərrüatlarını əks etdirən sənədlər, həmçinin cavabdeh Quliyev Aqşin Fərman oğlunun təqsirli olmasını təsvir və təsdiq edən TP ******* saylı qərarı və digər cavabdeh tərəfindən sürücüyə verilmiş etibarnamə də əlavə edilmişdir. “xxxx” MMC tərəfindən Aqşin Quliyevə verilmiş etibarnamə sonuncunun “xxxx” MMC-nin işçisi olduğunu təsdiq edir. Lakin Məhkəmə nədənsə bunlara diqqət yetirməmiş və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099cumaddəsinin tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi hakim qətnamə çıxararkən təqdim olunmuş sübutları tam tədqiq etməmiş, nəticədə iddianı qismən təmin edərək yalnız Aqşin Quliyevdən “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə ödənilmiş 5.100 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasında təmsil olunmamış, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasının təxirə salınması barədə ərizəsinə münasibətdə Kollegiya qeyd edir ki, ərizə qeyd olunmuş hallarla bağlı hər hansı sübut təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədləri iddiaçıya münasibətdə iddia tələbinin təmin edilmədiyi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətiin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilə halın təfərrüatları barədə Arayış”a əsasən xx.xx.2019-cu il tarixində, “xxxx” MMC-yə məxsus Quliyev Aqşin Fərman oğlu tərəfindən idarə olunan ** PP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz Vito markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JZ *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 12.100 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 10.100 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin şəxsi hesabına köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. ** PP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz Vito markalı avtonəqliyyat vasitəsinin icbari sığortaçısı “xxxx” ASC olduğundan 5.000 manat məbləği zərər məbləğindən çıxılmışdır. Həmçinin 2.000 manat azadolma dəymiş zərər məbləğindən çıxılmışdır. Aşağıda şərh olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni hesab edir: Belə ki, sığorta hadisəsi Quliyev Aqşin Fərman oğlunun qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən vurulmuş ziyanın 5100 manat məbləğində hissəsi iddiaçı “xxxx” ASC tərəfindən aradan qaldırıldığından “xxxx” ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1); Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (1099.2). İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq cavabdehdən sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, məhkəməyə “xxxx” MMCnin baş vermiş sığorta hadisəsi ilə əlaqəsini təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehlərdən Aqşin Quliyevin digər cavabdeh “xxxx” MMC-nin işçisi olmasını həmin MMC tərəfindən Aqşin Quliyevə etibarnamə verilməsi arqumenti ilə əsaslanırsa da, həmin etibarnamə sonuncunun “xxxx” MMC-nin işçisi olmasının sübutu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5394/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2635/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2635/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver