Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2637/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndələri Vəkil3 və Vəkil1, Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(006)-383/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(103)- 5062/2017 nömrəli icra sənədinə əsasən borclu İddiaçı 610000 manat məbləğdə pul alınıb tələbkar Cavabdeh verilməsi nəzərdə tutulmuş, İcra sənədi üzrə Səbail rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən 17 mart 2018-ci il tarixli qərarla icraata başlanılmışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 nömrəli, 22 iyun 2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 320000 manat pul alınıb tələbkar İddiaçı verilməsi nəzəodə tutulmuş, icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən 01 iyun 2018-cı il tarixli qərarla icraata başlanılmışdır.
3. İcra zamanı tələb borclu Cavabdeh mülkiyyətində olan “Toyota Prado” markalı **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satılması nəticəsində borcun 42000 manatı ödənilmiş və 278000 manat borc qalmışdır. Qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 nömrəli 22 iyun 2016-cı il tarixli icra sənədi üzrə borclu Cavabdehnnın tələbkar İddiaçı verməli olduğu qalıq 278000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı Cavabdeh verməli olduğu 610000 manat borcu müvafiq məbləğdə olan hissəsi (yəni 278000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli , 23 avqust 2017-ci il tarixli icra sənədi qismən təmin olunmaqla, həmin icra sənədi üzrə İddiaçı hazırda Cavabdeh 332000 manat borcu qalmışdır. Göstərilənlərin nəzərə alınması və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə qalıq 332000 manat məbləğdə borcun ödənilməsi üçün müvafiq icra tədbirlərinin görülməsi xahiş edilmişdir.
4. Borclu İddiaçı tərəfindən yazılmış və 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş ərizədən görünür ki, tələbkar Cavabdeh pul ödənilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin vaxt onun maliyyə imkanı olmadığından mülkiyyətində və hazırda istifadəsində olan “Prado” markalı avtomobil, digər başqa daşınmaz əmlakları təklif etsə də, o, qəbul etməkdən imtina etmişdir. Hazırda ödənişləri bank vasitəsilə tələbkarın hesabına ödəyir. 12 iyul 2018-ci il tarixdə - 16500 manat, 08 avqust 2018-ci il tarixdə 31830 manat, 16 avqust 2018-ci il tarixdə 20000 ABŞ dolları, yəni 34600 manat, 04 sentyabr 2018-ci il tarixdə 7000 manat, 15 sentyabr 2018-ci il tarixdə 5000 manat pul ödəmişdir. Qəbzlərə görə 94430 manat Cavabdeh hesabına pul ödənilmişdir. Bundan əlavə, tələbkar anası və yaxınları ilə istirahətə gedən zaman ondan otel və digər xərcləri ödəməyi, qarşılığında isə ümumi borcdan çıxmağı xahiş etmişdir. Bunlara görə də 14600 manat pul ödəmişdir. Ümumilikdə 109490 manat pul tələbkara ödənilib. Ümumi borcdan həmin pulların çıxarılması xahiş edilmişdir.
5. İddiaçı tərəfindən yazılmış və 11 mart 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş ərizədən görünür ki, o, tələbkar Cavabdeh 12 oktyabr 2018-ci il tarixdə 20000 manat, 29 noyabr 2018-ci il tarixdə 25000 manat, 31 yanvar 2019-cu il tarixdə 10000 manat, 05 mart 2019-cu il tarixdə 20000 manat, cəmi 75000 manat pul ödəmişdir.
6. “BSB” X9 Məktəbi tərəfindən verilmiş 13 fevral 2020-ci il tarixli 005/3152 nömrəli arayışdan görünür ki, X4 həmin məktəbin 7-ci sinif şagirdidir, onun 2017/2018 və 2018/2019-cu tədris illəri üçün təhsil haqqı İddiaçı tərəfindən tam ödənilmişdir.
7. Borclu İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə yazılmış 16 mart 2020-ci il tarixli ərizədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin2(103)-5062/2017 nömrəli icra sənədinə əsasən ərizəçidən Cavabdeh xeyrinə 610000 manat pul tutulmalı idi. 17 mart 2017-ci il tarixdə icra başlamışdır. Cavabdeh ona olan borcu əvəzləşdirilmiş və onun Cavabdeh 332000 manat borcu qalmışdır. 21 aprel 2018-ci il tarixdən başlayaraq o borcunu ödəmiş və bu günədək Cavabdeh bank hesabına 282630 manat pul köçürmüşdür. Eyni zamanda bundan əlavə övladlarının təhsili və digər xərcləri onun tərəfindən ödənilmişdir. Həmin pulun Cavabdeh hesabına ödənilməsi icra işinin başlanmasından sonra baş vermişdir. 282630 manat borcun Cavabdeh hesabına ödənilməsi barədə rəsmi arayış verilməsini xahiş etmişdir.
8. “BSB” X9 Məktəbi tərəfindən verilmiş ********** və ********** nömrəli 17 sentyabr 2021-ci il tarixli arayışlardan görünür ki, həmin məktəbin 11-ci sinif şagirdi X3 və həmin məktəbin 9-cu sinif şagirdi X1 2020/2021 tədris ilinə təhsil haqqı borcu yoxdur.
9. 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi, ev 115 mənzil 18, Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi, ev 115 mənzil 15, ünvan 14-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, ünvan 16-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına tələbkar Cavabdeh verilməsi və onun adına rəsmiləşdirilməsinin və qərardadın icra edilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır.
10. Borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadından görünür ki, tələbkar Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 8(009)- 205/2022 nömrəli qərardadının ləğv edilməsi, borclu İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 267630 manat məbləğdə pul vəsaitinin alınıb JYF qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 17 avqust 2011-ci il tarixli etibarnaməsi ilə ona verilmiş səlahiyyətlərinin Ş.Mustafayevə verilməsinə dair Bakı şəhəri 51 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 16 fevral 2012-ci il tarixli etibarnamə, həmin etibarnamə əsasında mənzilin satılmasına dair etiraz etməməsi ilə bağlı imzaladığı 09 iyun 2012-ci il tarixli ərizə və ünvan 1 ünvanında yerləşən mənzilə dair 09 iyun 2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzilin birgə mülkiyyətdə olan əmlak kimi Cavabdeh ilə İddiaçı arasında bərabər payda bölünməklə, Cavabdeh mənzildə 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hər birinin nizamnamə kapitalında olan 100% və "xxxx" MMC-nin nizamnamə kapitalında olan 50 % təsis paylarının ümumi birgə mülkiyyətdə olan əmlak kimi tərəflər arasında bölünməsi, İddiaçı adına olan Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 4,0 ha və 10,0 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətdə olan əmlak kimi tərəflər arasında bölünməsi, həmin torpaq sahələri üzrə Cavabdeh 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısından əldə olunan 170000 manat, ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqısından əldə olunan 190000 manat, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 0.48 kv.m torpaq sahəsinin alqı-satqısından əldə olunan 120000 manat, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısından əldə olunan 160000 manat, cəmi ******* manat məbləğdə pul vəsaitinin ümumi birgə mülkiyyət kimi Cavabdeh ilə İddiaçı arasında bərabər şəkildə bölünməsi və həmin pul vəsaitindən 610000 manatın İddiaçı alınıb Cavabdeh verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi qismən icra olunmaqla, həmin icra sənədi üzrə İddiaçı Cavabdeh 332000 manat borcu qalmışdır. İcra vərəqəsinin icraya yönəldilməsi prosesində borclar qarşılıqlı şəkildə əvəzləşdirilmiş və nəticədə İddiaçı Cavabdeh 278000 manat borcu qalmışdır. 17 mart 2018-ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən icraat başlanmışdır. İddiaçı icra məmuruna müraciət etmiş və onun təklifi əsasında Cavabdeh məxsus bank hesabına həmin vəsaiti ödəməyə başlamışdır. Səbail rayon icra və probasiya şöbəsi 17 mart 2018-ci il tarixdə icraata başladıqdan sonra, 21 aprel 2018-ci il tarixdən başlayaraq Cavabdeh məxsus bank hesabına aşağıdakı tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir: 21 aprel 2018-ci il tarixdə 3950 manat, 25 aprel 2018-ci il tarixdə 400 manat, 07 may 2018-ci il tarixdə 10000 manat, 07 may 2018-ci il tarixdə 3650 manat, 07 may 2018-ci il tarixdə 300 manat, 12 iyul 2018-ci il tarixdə 3250 manat, 12 iyul 2018-ci il tarixdə 3250 manat, 12 iyul 2018-ci il tarixdə 3000 manat, 12 iyul 2018-ci il tarixdə 3000 manat, 12 iyul 2018-ci il tarixdə 750 manat, 04 avqust 2018-ci il tarixdə 14480 manat, xx.xx.2018-ci il tarixdə 17350 manat, 16 avqust 2018-ci il tarixdə 34000 manat, 04 sentyabr 2018-ci il tarixdə 7000 manat, 15 sentyabr 2018-ci il tarixdə 5000 manat, 12 oktyabr 2018-ci il tarixdə 20000 manat, 29 noyabr 2018-ci il tarixdə 25000 manat, 31 yanvar 2019-cu il tarixdə 10000 manat, 05 mart 2019-cu il tarixdə 20000 manat, 15 may 2019-cu il tarixdə 10000 manat, 18 iyun 2019-cu il tarixdə 20000 manat, 22 iyun 2019-cu il tarixdə 20000 manat, 11 iyul 2019-cu il tarixdə 20000 manat, 24 iyul 2019-cu il tarixdə 10000 manat olmaqla, ümumilikdə 267630 manat məbləğində ödəniş edilmişdir. Lakin, borc hesabına olunan ödənişlər Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh olan borc ödənişi kimi qəbul edilməmişdir, iddiaçının sabiq həyat yoldaşı Cavabdeh ödənilmiş pul vəsaitlərinin təyinatı borcun ödənilməsi deyil, “uşaqların təhsil, səyahət və digər ehtiyaclarının ödənilməsi” kimi qiymətləndirilmişdir. Halbuki, Cavabdeh ilə iddiaçının uşaqlarının təhsil, səyahət və digər tələbatlarının ödənilməsi üçün sözügedən məhkəmə qərardadından əvvəlki dövrlərdə iddiaçı tərəfindən bu kimi ödənişlər aparılsa da, heç bir vaxt Cavabdeh bank hesabına köçürülməmişdir. Eyni zamanda, İddiaçı uşaqlarının ehtiyaclarının ödənilməsi üçün 2012-ci ildən bu günə qədər, o cümlədən 2018-2019-cu illərdə pul ödəmələrini birbaşa özü həyata keçirmişdir. 2018-2019-cu illərdə bu ödəmələri Cavabdeh bank hesabına köçürməsi məntiqsizdir. “BSB” X9 Məktəbi tərəfindən verilmiş 13 fevral 2020-ci il tarixli 005/3152 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçının qızı X1 2017/2018 və 2018/2019 təhsil illəri üçün təhsil haqqı İddiaçı tərəfindən tam ödənilmişdir. 16 mart 2018-ci il tarixli 0274 nömrəli arayışdan və 10 iyul 2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdeh və uşaqların səyahəti üçün “Travel Time” şirkətinə 4680 manat məbləğində və əlavə olaraq 1561 manat pul ödənilmişdir. xx.xx.2018-ci il tarixli 0582 nömrəli arayışdan və 10 iyul 2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdeh və uşaqların səyahəti üçün “Travel Time” şirkətinə 8318,70 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, iddiaçı bir qayda olaraq, uşaqların təhsil haqqı və səyahət xərclərini şəxsən özü ödədiyi halda, eyni tipli xərclərin ödənilməsini kəskin münasibətdə olan sabiq həyat yoldaşının bank hesabına köçürməzdi. İddiaçı 267630 manat məbləğində olan pul vəsaitini Cavabdeh olan borc məbləğinin ödənilməsi üçün onun bank hesabına köçürmüşdür. Belə ki, Səbail rayon İcra şöbəsinə ünvanlanan 01 oktyabr 2018-ci il tarixli ərizəsində İddiaçı qeyd edir ki, məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mülkiyyətində və tələbkar Cavabdeh istifadəsində olan “Prado” markalı avtomaşını borc əvəzi sonuncuya təklif etmiş, lakin Cavabdeh həmin avtomobili qəbul etməkdən imtina etmişdir. Qəbzlərə görə tələbkarın hesabına 94930 manat pul ödənilmişdir. Bundan əlavə, tələbkar anası və yaxınlarının səhayətə getməsi ilə əlaqədar 14600 manat pulun ödənilməsini xahiş etmişdir. Həmin dövrdə tələbkar Cavabdeh cəmi 109400 manat ödənilmişdir. Səbail rayon İcra şöbəsinə ünvanlanan 11 may 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən “tələbkar Cavabdeh 75000 manat məbləğində ödəniş edilmişdir. Səbail rayon İcra Şöbəsinə ünvanlanan 16 mart 2020-ci il tarixli ərizəsində İddiaçı qeyd edir ki, “icra işi başlandığı vaxtdan, yəni 17 mart 2018-ci il tarixdən sonra, 21 aprel 2018-ci il tarixdən başlayaraq, indiyədək tələbkar Cavabdeh borcunu ödəmiş və bu günədək onun bank hesabına 282630 manat pul köçürmüşdür. Bundan əlavə uşaqlarının ehtiyacları üçün təhsil haqqı və sair onun tərəfindən ödənilmişdir”. İddiaçı ərizəsində xahiş edir ki, 282630 manat borcun Cavabdeh hesabına ödənilməsi barədə rəsmi arayış verilsin. İki dəfə eyni növ xərclərə iddiaçının ödəniş etməsi heç bir məntiqə sığmır. İddiaçı tərəfindən ödənilən 267630 manat məbləğində olan pul vəsaiti cavabdeh tərəfindən “uşaqlarının təhsil, yemək, geyim, istirahət xərcləri və sair” ödənişlər kimi qiymətləndirilmişdir. Əgər həqiqətən də belə idisə, iddiaçı təhsil və istirahət xərclərini əlavə olaraq ödəməli idi. Digər tərəfdən, ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən təyinatı üzrə (uşaqların təhsil haqqı, geyim, səyahət və sair) xərclənməsinə dair hər hansı sübutu varsa, tədqim edilsin. Cavabdehin əsas gətirdiyi “whatsap yazışmaları” iddiaçının ödədiyi 267630 manat məbləğlə üstüstə düşmür. Belə ki, cavabdehin təqdim etdiyi “whatsap yazışmaları” ilə “uşaqların ehtiyacları üçün ödənişlər” arasındakı fərq 87400 manat təşkil edir. Digər tərəfdən, İddiaçı uşaqların saxlanılması üçün 2012-ci ildən indiyədək mütəmadi olaraq aliment ödəyir. Uşaqların bahalı xarici səyahətləri, ödənişli təhsil almaq və digər bu kimi xərclərin imperativ şəkildə ödənilməsi isə ailə qanunverciliyində nəzərdə tutulmamışdır, bu məsələlər tərəflərin qarşılıqlı razılığı əsasında könüllü və müştərək qaydada həll olunur. Cavabdeh bank hesabına ödənilmiş 267730 manat məbləğində pul vəsaiti, uşaqların ehtiyacı üçün deyil, cavabdehə olan 332000 manat borcun ödənilməsi məqsədi ilə həyata keçirilmişdir. İddiaçının uşaqları ilə sosial şəbəkələrdə yazışmaları ilə bağlı qeyd etmək zəruridir ki, “whatsapp yazışmaları” mötəbərliyi və həqiqiliyi baxımından şübhə yaratmamalı, onların kimin tərəfindən kimə ünvanladığı qanunla müəyyən edilmiş qaydada müəyyən olunmalıdır. Bundan əlavə, İddiaçı tərəfindən tələbkar Cavabdeh bank hesabına ödənilən pul vəsaitlərinin üzərində sonuncunun sərəncam hüququ vardır, yəni Cavabdeh ona məxsus olan pul vəsaitini istədiyi yerə, o cümlədən uşaqlara xərcləyə bilərdi. Bununla yanaşı, heç bir fakt təsdiq etmir ki, iddiaçı tərəfindən Cavabdeh bank hesabına köçürülən pullar uşaqların ehtiyacları üçün xərclənmişdir. İddiaçının bu barədə mümkün olan məsləhətləri cavabdeh üçün məcburi deyildir. Cavabdeh ona köçürülən pul vəsaitini özü bildiyi kimi xərcləmişdir. Ödəniş olduğu müddətdə Cavabdeh həmin bank hesabından aldığı pulları uşaqların ehtiyacları üçün ödənilməsi barədə icra məmuruna bildirməmişdir. Belə olan halda, cavabdehin bank hesabına ödənilmiş 267630 manat məbləğində pul vəsaiti əsassız varlanma kimi qiymətləndirilərək, cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadında iddiaçı tərəfindən cavabdehin bank hesabına ödənilmiş pul vəsaitinin “uşaqların ehtiyaclarının ödənilməsi” kimi qiymət verilməsi ilə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı mülki iş üzrə deyil, icra məmurunun qərarından şikayət üzrə icraat qaydasında çıxarılmışdır. Odur ki, hazırki iddia tələbi üzrə sübutlar mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun təhlil edilməli və onlara obyektiv qiymət verilməlidir.
14. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbi faktiki cəhətdən onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 03 avqust 2017-ci il tarixli icra sənədinin icrası zamanı iddiaçı tərəfindən cavabdehin bank hesabına 21 aprel 2018-ci il tarixdən 24 iyul 2019-cu il tarixədək olan dövrdə əsassız olaraq cəmi 267630 manat məbləğdə pul vəsaiti ödənilib. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəalarına (maddə 439.4, 1091.1, 1091.2, 1091.3) istinad edib. İddiaçının mübahisə predmeti olan 267630 manat məbləğində pul vəsaitinin guya cavabdehə əsassız ödənilməsi iddiası tərəflər arasındakı mübahisənin faktiki hallarına və həqiqətə uyğun deyil. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı 610000 manat məbləğində pul alınıb tələbkar Cavabdeh verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon İcra Şöbəsində 12 mart 2018-ci il tarixli qərarla icraata başlanılmış və borclu İddiaçı tələbin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilərək, əks təqdirdə tələbin məcburi qaydada icra ediləcəyi bildirilmiş, lakin tələb borclu İddiaçı tərəfindən könüllü icra müddəti ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3253/2016 nömrəli, 22 iyun 2016-cı il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh 320000 manat məbləğdə pul alınıb tələbkar İddiaçı verilməlidir, həmin icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində 01 avqust 2016-cı il tarixli qərarla icraata başlanılmış, icra zamanlı tələb borclu Cavabdeh mülkiyyətində olan “X14-Prado” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satışı nəticəsində borcun 42000 manatı ödənilmiş və 278000 manat borc qalmışdır. İddiaçı 13 mart 2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə müraciət edərək, hər iki icra işinin bir icraatda birləşdirilməklə qarşılıqlı əvəzləşdirmə aparılmasını xahiş etmişdir. Qarşılıqlı razılığa əsasən Ali Məhkəmənin 2(102)-3253/2016 nömrəli, 22 iyun 2016-cı il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh İddiaçı verməli olduğu qalıq 278000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh verməli olduğu 610000 manat borcun müvafiq məbləğdə olan hissəsi (yəni 278000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Ali Məhkəmənin 2(102)- 3253/2016 nömrəli, 22 iyun 2016-cı il tarixli icra sənədi tam icra olunmaqla, həmin icra sənədi üzrə Cavabdeh İddiaçı hər hansı məbləğdə borcu qalmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədi isə qismən icra olunmaqla, həmin icra sənədi üzrə İddiaçı Cavabdeh 332000 manat məbləğdə borcu qalmışdır. İddiaçı 05 iyul 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə müraciət edərək, Ali Məhkəmənin 2(102)-3253/2016 nömrəli, 22 iyun 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə 19 iyul 2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə qalıq 332000 manat məbləğdə borcun ödənilməsi üçün müvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir, qeyd edilən icra sənədinin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən borclu İddiaçı mülkiyyətində pul vəsaiti, avtomaşın, bağ və digər daşınar və daşınmaz əmlakların olub-olmaması barədə aidiyyəti orqan və təşkilatlara müvafiq sorğular verilib cavablar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 nömrəli 2017-ci il tarixli icra sənədi üzrə tələbin həmin sorğulara cavablar əsasında müəyyən olunan əmlaklara yönəldilməsi üçün icra məmurunun müvafiq təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli 8(009)-473/2018 nömrəli qərardadı ilə borclu İddiaçı məxsus bir daşınar və başqa daşınmaz əmlakların (ünvan 8 ünvanında yerləşən 15 və 18 nömrəli mənzillər, həmin ünvanda yerləşən 15 və 30 kv.m qeyri-yaşayış sahələri qarajlar), Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsi, ünvan 11 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsi, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı və 15,0 ha, 2,50 ha, 4,0 ha sahibkarlıq təyinatlı torpaq sahələri, “BMW 528İ” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı və “X14-Prado” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu İddiaçı verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-487/2018 nömrəli, 12 iyul 2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Borclu İddiaçı Bakı şəhəri ünvan 13 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 8(009)-39/2020 nömrəli qərardadı ilə rədd edilmişdir. Həmin qərardaddan borclu İddiaçı verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-190/2020 nömrəli 04 may 2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Üzərinə həbs qoyulmuş əmlaklar icra məmurunun müvafiq sifarişi əsasında "xxxx" MMC-nin 01 mart 2019-cu il tarixli hesabatları ilə qiymətləndirilmiş, lakin borclu İddiaçı həmin hesabatları məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2019cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6087/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə isə iddia qismən təmin olunaraq, ünvan 14 ünvanında yerləşən 15 nömrəli mənzilin qiyməti 182000 manat, həmin ünvanda yerləşən 18 nömrəli mənzilin qiyməti 81500 manat, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 15000 manat, ünvan 15 ünvanında yerləşən 673.4 kv.m qeyri-yaşayış sahəsinin qiyməti ******* manat, ünvan 16 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 45600 manat, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinin qiyməti 8000 manat müəyyən edilmiş, iddia qalan hissədə, yəni ünvan 14 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirmə hesabatının ləğvi tələbi hissəsində rədd olunmuşdur. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 20 aprel 2022-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə üzərinə həbs qoyularaq qiymətləndirilmiş əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə uyğun olaraq mövcud 332000 manat borc məbləğinin hissəsi olan 324100 manat müqabilində tələbkar Cavabdeh təklif olunmuşdur. Tələbkar Cavabdeh 28 aprel 2022-ci il tarixli ərizə ilə təklifdə qeyd olunan əmlakları qəbul etdiyini bildirmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 28 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus ünvan 14 ünvanında yerləşən 15 və 18 nömrəli mənzillərin, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin və ünvan 16 ünvanında yerləşən 114 kv.m qeyriyaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına tələbkar Cavabdeh verilməsi və onun adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 28 aprel 2022-ci il tarixli qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Tələbkar Cavabdeh məhkəməyə şikayətə qarşı yazılı etiraz təqdim edərək, etirazda göstərilən dəlillərə görə şikayətin əsassız olduğunu bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 28 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Tələbkar Cavabdeh bu qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli 13 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardadı ləğv olunmuş və borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 28 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Bu qərardad onunla əsaslandırılmışdır ki, “işin materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borcluya borcun ödənilməsi ilə bağlı təklif verilmiş, lakin borclu tələbi könüllü icra etmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmişdir. İşin materiallarında borclunun icra sənədi üzrə olan borcunun hissəhissə ödənilməsi barədə də tələbkarla hər hansı bir danışığının, razılığının olması müəyyən edilmir. Əksinə, işin materialları ilə müəyyən olunur ki, borclu məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açmış və bu da icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır. Borclunun icra sənədi üzrə borcu könüllü olaraq ödəmək niyyəti, zəruri vəsaiti var idisə, onda onun borcu vaxtında ödəməyib məcburi icra tədbirlərini müxtəlif məhkəmə mübahisələri ilə mübahisələndirməsi anlaşılan deyil. Borclu tərəfindən tələbkarın bank hesabına 21 aprel 2018-ci il tarixdən 24 iyul 2019-cu il tarixədək olan müddətdə ödənilmiş cəmi 282360 manat məbləğində ödənişlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə borcun ödənişi kimi qiymətləndirilə bilməz. Çünki həmin ödənişlərə dair qəbzlərdə ödənişlərin təyinatının məhz hazırkı icra sənədinin icrası ilə bağlı olması göstərilməmiş və borclu tərəfindən məhkəməyə bu halı təsdiq edəcək heç bir mötəbər sübut təqdim olunmamışdır. Qəbzlərdə ödənişin təyinatı kimi ya “hesaba mədaxil”, ya “cari hesaba mədaxil”, ya “kart hesabına mədaxil”, ya da “hesabın möhkəmləndirilməsi” göstərilmişdir. Əslində isə həmin məbləğlər uşaqların ümumi ehtiyaclarının (təhsil, yemək, geyim, istirahət xərcləri və s.) ödənilməsinə yönəlmişdir. Bunu borclu ilə uşaqları (oğlu Heydər və qızı Mehrin) arasında olan “whatsapp” yazışmaları birmənalı şəkildə təsdiq edir. Həmin yazışmaların məzmunundan açıq-aydın görünür ki, uşaqların qeyd olunan ehtiyaclarını qarşılamaq üçün borclu İddiaçı 19 aprel 2018-ci il tarixdə göndərdiyi mesajda anasının (yəni tələbkarın) bankda öz adına hər hansı hesab nömrəsi açdırıb verməsini və onun bu hesaba etdiyi köçürmələri çıxarıb bütün lazımi ödənişləri həyata keçirməsini təklif etmiş, bu məqsədlə tələbkar Cavabdeh adına “X17” ASC-də AZ36AZRT******************** nömrəli hesab açılmış və hesabın rekvizitləri “whatsapp”la borclu İddiaçı göndərilmişdir. Qəbzlərdən müəyyən olunur ki, İddiaçı 21 aprel 2018 il tarixdən 24 iyul 2019-cu il tarixədək etdiyi və hazırda guya icra sənədi üzrə borcun ödənişi kimi qələmə vermək istədiyi pul köçürmələrinin hamısını məhz həmin hesab nömrəsinə ödəmiş və həmin ödənişlər barədə uşaqlarına “whatsapp”-la göndərdiyi mesajlar vasitəsilə məlumat vermiş, ödəniş qəbzlərinin şəkillərini göndərmiş, bəzi mesajlarda isə hətta ödənişlərin konkret təyinatlarını belə qeyd etmişdir. Misal üçün, İddiaçı 21 aprel 2018-ci il tarixdə edilmiş 3950 manat məbləğdə ilk ödənişlə bağlı oğlu Heydərə 20 aprel 2018-ci il tarixdə “whatsapp”la ödəniş qəbzlərinin şəkillərini göndərməklə yazdığı mesajlarda qeyd edir ki, “Pul artıq köçürülüb, hesabdan getdiyi üçün yəqin sabah görəcəksiniz. Kirayəyə - 1000 manat; Xadiməyə - 200 manat; Bağın mühafizəçisinə - 400 manat; Mehrinin müəllimlərinə - 1000 manat; Heydərin müəllimlərinə - 1050 manat; Cəmi məbləğ – 3650 manat. Qoy anan nağdlaşdırsın və bütün xərcləri bağlasın. Ananın hesabına əlavə 300 manat da qoymuşam ki, ondan götürəsən. 3650 manat sizin xərclərinizə, 300 manat da sənə görə, ümumilikdə 3950 manat qoymuşam”. 07 may 2018ci il tarixdə edilmiş ümumilikdə 13950 manat məbləğdə ödənişlə bağlı qızı Mehrinə “whatsapp”la göndərdiyi mesajda bu gün anasının hesabına Heydərlə onun məktəbinə görə 10000 manat, mənzilin kirayəsinə, bağın mühafizəçisinə, müəllimlərə və xadiməyə görə 3650 manat, bazarlığa görə 300 manat, cəmi 13950 manat pul qoyduğunu qeyd edir, ona 3 ədəd qəbzin şəkillərini göndərir və anasına pulları götürüb hər şeyi etməsini tapşırır. 12 iyul 2018-ci il tarixdə edilmiş ümumilikdə 16500 manat məbləğdə ödənişlə bağlı oğlu Heydərə “whatsapp”la göndərdiyi başqa bir mesajda qəbzlərin şəkillərini göndərməklə, bu gün cəmi 16500 manat ödədiyini bildirir və təyinatlarını göstərir: “Mənzil – iyun, iyul, avqust; Müəllimlər – iyul, avqust, sentyabr; Mühafizəçinin və xadimənin əmək haqqı - iyun, iyul, avqust; 3000 manat səninlə bacının xərcləri - iyul, avqust, sentyabr - hər aya görə 1000 manat; 3000 manat – məktəbə görə; düşərgəyə görə - 750 manat.” 08 avqust 2018ci il tarixdə edilmiş ümumilikdə 31830 manat və 16 avqust 2018-ci il tarixdə olan 34000 manat məbləğdə ödənişlərlə bağlı oğlu Heydərlə olan “whatsapp” yazışmalarından müəyyən olunur ki, həmin məbləğ uşaqların anaları ilə birlikdə 11 avqust 2018-26 avqust 2018-ci il tarixlərdə Barselona və Bilbao şəhərlərinə səyahətə getmək xərclərini (bilet üçün 17.350 manat, otel üçün 14.480 manat, 34.000 manat alış-veriş və sair xərclər üçün) qarşılamaq məqsədilə köçürülmüş və qəbzlərin şəkilləri göndərilmişdir. 05 mart 2019-cu il tarixdə edilmiş 20000 manat məbləğdə ödənişlə bağlı qızı Mehrinə “whatsapp”la göndərdiyi mesajda qəbzin şəklini göndərməklə, anasının hesabına müəllimlərə hədiyyə almaq və sair üçün 20000 manat pul qoyduğunu bildirir. 15 may 2019-cu il tarixdə edilmiş 1000 manat məbləğdə ödənişlə bağlı qızı Mehrinə “whatsapp”la göndərdiyi mesajda qəbzin şəklini göndərməklə, anasının hesabına səfirlikdən müsahibədən keçmək üçün 10000 manat pul qoyduğunu bildirir. 18 iyun 2019-cu il tarixdə edilmiş 20000 manat, 22 iyun 2019-cu il tarixdə edilmiş 20000 manat, 11 iyul 2019-cu il tarixdə edilmiş 20000 manat və 24 iyul 2019-cu il tarixdə edilmiş 10000 manat məbləğdə ödənişlərlə bağlı olan “Whatsapp” yazışmalarından həmin pulların uşaqların London və Paris şəhərlərinə səyahətə getmək, Bakı və Şamaxı şəhərlərində istirahət etmək və “Жара” konsertinə bilet almaq xərclərini qarşılamaq üçün ödənildiyi görünür. Misal kimi göstərilən yazışmaların məzmunundan birmənalı olaraq görünür ki, tələbkarın bank hesabına köçürülən vəsaitlər uşaqların ehtiyacları və digər zəruri xərclərin qarşılanması məqsədilə edilmişdir. Həmçinin yazışmasında, digər yazışmalarında tələbkarın hesabına köçürülən pulun icra sənədi üzrə borcun əvəzi olaraq köçürülməsi barədə hər hansı bir qeyd əks olunmamışdır. Məhkəmə iclasında iştirak edən borclu İddiaçı bu yazışmaların ona məxsus olmasını inkar etməməklə yanaşı, hətta özü də məhkəməyə həmin yazışmalardan bir neçə nümunələr təqdim etmişdir. Bundan başqa o faktı da nəzərə almaq lazımdır ki, borclu İddiaçı vaxtı ilə hazırki icra sənədinin icrası ilə bağlı ona məxsus 673.4 kv.m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsini də məhz həmin icra sənədi üzrə borcdan 282630 manat ödəniş etməsi ilə əsaslandırmış, lakin bu ərizəni rədd edən məhkəmələr (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il və Bakı Apellyasiya Məhkəməsinin 04 may 2020-ci il tarixli qərardadları) sözügedən ödənişə borcun ödənişi kimi qiymət verməmişlər. Bütün bunlar ona dəlalət edir ki, borclu İddiaçı icra sənədi üzrə borcun ödənişi kimi iddia etdiyi ödənişlərin təyinatı əslində tamamilə fərqli olmaqla, onun həmin iddiası həm icra şöbəsini, həm də məhkəməni yanlış istiqamətə yönəltməklə icra sənədinin icrasından yayınmaq cəhdidir. Belə olan halda mübahisələndirilən Qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun çıxarılmış və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Çünki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra 12 mart 2018-ci il tarixli qərarla icraata başlanılaraq, borcluya tələbin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilmiş, lakin tələb borclu tərəfindən könüllü icra müddəti ərzində icra edilməmiş, bundan sonra məcburi icra tədbirləri kimi tələbin borclunun əmlakına yönəldilməsi prosesinə başlanılmış, sorğu əsasında müəyyən olunan əmlaklarına məhkəmə qərarı ilə həbs qoyularaq qiymətləndirilmiş, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələbinə uyğun olaraq açıq hərracda satışa çıxarılmazdan öncə ilk növbədə tələbkara təklif olunmuş və tələbkar həmin əmlakları qəbul etdiyi üçün əmlakların borcun qismən ödənilməsi hesabına tələbkara verilməsi barədə 28 aprel 2022-ci il tarixli qərar qəbul edilmişdir. Lakin bu qərardan borclunun verdiyi şikayətə baxan məhkəmə borclu ilə uşaqları arasında olan “whatsapp” yazışmalarından qəbzlərdəki ödənişlərin hər birinin təyinatının nədən ibarət olmasının açıq-aydın şəkildə məlum olmasına baxmayaraq, həmin yazışmaları ümumiyyətlə nəzərə almadan və onlara hər hansı hüquqi qiymət vermədən, əsassız olaraq bu ödənişləri guya icra sənədi üzrə qalıq borcun ödənişi kimi qiymətləndirmişdir. Kollegiya qeyd edilən mülki prosessual qanunverciliyin tələblərini nəzərə alıb, qeyd edir ki, iş materiallarında olan və tərəflərin özləri tərəfindən məhkəməyə təqdim edilmiş borclunun öz övladları ilə “whatsapp” yazışmalarındakı məlumatlar mübahisə doğurmadığından, sübut kimi qəbul edilib işin materialları ilə əlaqəli qiymətləndirilməlidir. Çünki, həmin yazışmalarda olan məlumatlar mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hazırki apellyasiya icraatında borclunun uşaqları ilə olan “whatsapp” yazışmalarını bir daha təhlil edib hesab edir ki, həmin yazışmalardakı məlumatlar tələbkarın hesabına ödənilməli olan pul vəsaitinin borcun əvəzi olaraq ödənilməsi qənaətinə gəlməyə əsas vermir. Lakin işə baxan birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin sübutların obyektiv, qərərsiz, hərtərəfli və tam baxıldıqdan sonra tətbiq edilən hüquq normalarına qiymət verilməsinə dair 88-ci maddəsinin tələblərinə əməl etməmiş və tələbkarın təqdim etdiyi və yuxarıda qeyd edilən qəbzlərdəki ödənişlərin konkret təyinatlarını açıq-aydın göstərən “whatsapp” yazışmalarını əsassız olaraq nəzərə alıb qiymətləndirməmiş və bunun səbəbini izah etməmişdir. Qeyd edilənlərə əsasən kollegiyanın yekun mövqeyi ondan ibarətdir ki, məhkəmənin müəyyən edilmiş hesab etdiyi və iş üçün mühüm əhəmiyyəti olan hal, yəni borclunun təqdim etdiyi qəbzlərdəki ödənişlərin məhz icra sənədi üzrə borcun ödənişi olması iş materialları ilə sübuta yetmir. Bu səbəbdən də borclunun icra məmurunun qərarından verdiyi şikayətin təmin olunması üçün əsaslar olmadığı halda, işə baxan məhkəmənin gəldiyi qənaət əsassız olmuşdur”. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktı ilə (8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardad) müəyyən və sübut olunub ki, hazırda mübahisənin predmetini təşkil edən 267630 manat məbləğində pul vəsaiti tərəflərin birgə nikahından doğulmuş uşaqların ümumi ehtiyaclarının (təhsil, yemək, geyim, istirahət xərcləri və s.) ödənilməsinə yönəlmişdir. Bunu iddiaçı ilə uşaqları (oğlu Heydər Heydərov və qızı Mehrin Heydərova) arasında olan və məzmunundakı məlumatlar mübahisə doğurmayan “whatsapp” yazışmaları birmənalı şəkildə təsdiq edir. İddiaçı həmin yazışmalarda etdiyi ödənişlərin hər birinin konkret təyinatlarını göstərmiş, yuxarıda qeyd edilən məhkəmə iclasında bu yazışmaların ona məxsus olmasını inkar etməməklə yanaşı, hətta özü də məhkəməyə həmin yazışmalardan bir neçə nümunələr təqdim etmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının iddia ərizəsində istinad etdiyi “Bakı Apellyasiya Məhkəməsinin qərardadının mülki iş üzrə deyil, icra məmurunun qərarından verilmiş şikayət üzrə icraat qaydasında çıxarılması, odur ki, hazırki iddia tələbi ilə bağlı sübutların mülki prosessual qanunverciliyin tələblərinə uyğun təhlil edilib obyektiv qiymətləndirilməli olmasına” dair mülahizələri tamamilə əsassız olmaqla məsələnin mahiyyətinə təsir göstərən və mövcud vəziyyətə fərqli yanaşma tələb edən amil kimi çıxış etmir. İddiaçının iddia ərizəsində göstərdiyi “whatsapp” yazışmaları mötəbərliyi və həqiqiliyi baxımından şübhə yaratamamalı, kim tərəfindən kimə ünvanlanmasının müəyyən edilməli olmasına dair mülahizə də əsassız olmaqla, hazırki iddiaya qiymət verilməsi zamanı əlavə müzakirə və araşdırma predmeti ola bilməz. Çünki həmin sübutların mötəbərliyinə və həqiqiliyinə artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə (8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardad) hüquqi qiymət verilmiş, iş materiallarında olan və tərəflərin özləri tərəfindən məhkəməyə təqdim edilmiş borclunun öz övladları ilə “whatsapp” yazışmalarındakı məlumatlar mübahisə doğurmadığından, sübut kimi qəbul edilib iş materialları ilə əlaqəli qiymətləndirilmişdir. Eyni fikirlər iddiaçının iddia ərizəsində qeyd etdiyi “heç bir faktın iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülən pulların təyinatı üzrə uşaqların ehtiyacları üçün xərclənməsini təsdiq etməsini, cavabdehin həmin pul vəsaitlərini özü bildiyi kimi xərcləməsini və uşaqların ehtiyaclarına sərf olunmasını icra məmuruna bildirməməsinə” dair mülahizəsinə münasibətdə də keçərlidir. Çünki mübahisəli pulların məhz uşaqların müxtəlif ehtiyaclarını qarşılamaq məqsədilə ödənilməsi də artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə (8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardad) müəyyən və sübut olunmuş haldır. İddiaçının iddia ərizəsində bir tərəfdən, mübahisə predmeti olan 267630 manat məbləğində pul vəsaitinin uşaqların ehtiyacları üçün deyil, cavabdehə olan 332000 manat borcun ödənilməsi məqsədilə həyata keçirildiyini göstərməsi, yəni bu ödənişin qanuni əsası kimi müvafiq icra sənədinə istinad etməsi, digər tərəfdən isə həmin məbləği əsassız varlanma qaydasında geri istəməsi birbiri ilə tam ziddiyyət təşkil edən hallardır. Çünki əmlakın əsassız varlanma qaydalarına uyğun tələb edilə bilməsi üçün başlıca şərt əsassız varlanan şəxsin həmin əmlakı heç bir hüquqi əsas (qanuni əsas və ya müqavilə əsası) olmadan əldə etməsidir. Bu isə ona dəlalər edir ki, iddiaçı işin hallarının hazırki vəziyyətini düzgün qiymətləndirə və bu səbəbdən də hələ nə istədiyini belə konkret müəyyənləşdirə bilmir. İddiaçı mübahisə predmeti olan 267630 manat məbləğində pul vəsaitini əsassız varlanma qaydasında tələb etmək hüququnu itirmişdir. Belə ki, iddiaya əsasən, iddiaçı tərəfindən cavabdehə əsassız ödənildiyi iddia edilən 267630 manat məbləğində pul vəsaiti müxtəlif tarixlərdə və məbləğlərdə 21 aprel 2018-ci il tarixdən 24 iyul 2019-cu il tarixədək olan müddətdə ödənilməklə, həmin ödənişlərdən 2 ildən artıq müddət keçmişdir. Belə olan halda Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məlum olduğu kimi, qeyd edilən müddət iddia müddəti deyil, kəsici müddətdir, yəni bu müddət keçdikdə, şəxs müvafiq tələb hüququnu itirir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(006)- 383/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Qətnamənin əsaslarına görə, İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş əmlaklarının bölgüsü ilə əlaqədar baş tutmuş çoxsaylı məhkəmə mübahisələri nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə yekun olaraq iddiaçının cavabdehə 332000 manat məbləğdə borcu qalmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 267630 manat məbləğdə pul vəsaitini cavabdehin bank hesabına məhz həmin icra sənədi üzrə ödədiyini bildirmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə həmin pul vəsaitinə “uşaqların ehtiyaclarının ödənilməsi” kimi qiymət verilməsi ilə əlaqədar olaraq hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlandığından 267630 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən həmin pul vəsaitinin icra sənədi üzrə deyil, uşaqlarının təhsil, səyahət, əyləncə və s. kimi xərclərinin qarşılanması ilə əlaqədar onun hesabına göndərildiyini bildirir və iddiaçının həmin pulların təyinatı ilə əlaqədar uşaqlarına “WhatsApp” tətbiqi üzərindən göndərdiyi mesajlara istinad edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə uşaqları arasında olan yazışmalardan iddiaçının müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitlərini cavabdehin bank hesabına köçürməsi və həmin köçürmələrin təyinatı aydın görünür. Belə ki, iddiaçı müəyyən məbləğlərdə pul vəsaitlərini cavabdehin bank hesabına köçürdükdən sonra uşaqlarına yazdığı mesajlarda “xadimənin, mühafizəçinin əmək haqqları, müəllimlərin pulu, kirayə haqqı, düşərgə üçün, səyahət və s.” kimi təyinatları göstərərək, cavabdehin hesabına nə üçün nə qədər pul göndərdiyini qeyd etmişdir. Bu yazışmaların heç birində iddiaçı tərəfindən uşaqlara analarına olan borcun (onun bir hissəsinin) ödənişi ilə bağlı qeyd edilməmişdir. Yazışmaların mahiyyətindən pulların əsasən uşaqların xərcləri üçün cavabdehin hesabına göndərildiyi müəyyən olunur. Yəni yazışmalardan görünür ki, iddiaçı həmin pulları uşaqlarının zəruri xərclərini qarşılaması məqsədilə cavabdehə bağışlamışdır. Əgər həmin pullar icra sənədi üzrə borcun ödənilməsi məqsədilə cavabdehə göndərilsəydi, iddiaçının həmin pulların təyinatını mesajlarda göstərməsi absurd olardı. Belə ki, qeyd edildiyi kimi, o, cavabdehə olan borcunu ödəmiş olsaydı, cavabdehin əldə etdiyi pulları hansı istiqamətə xərcləməsi barədə uşaqlara yazdığı mesajlarda göstəriş vermək onun cavabdehin vəsaiti üzərində sərəncam verməsi hesab olunardı. Hazırkı vəziyyətdə isə məhkəmə hesab etmişdir ki, iddiaçı, uşaqlarının zəruri xərclərini ödəməkdə cavabdehə kömək etmək məqsədilə və həmin xərclərin ödənilməsi şərtilə ona həmin pulları bağışlamış, bağışlamanın məqsədi uşaqlarına layiqli həyat səviyyəsini təmin etmək olmuşdur. Məhkəməyə təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş “X17” ASC-nin ödəniş qəbzlərindən iddiaçının ümumilikdə 226430 manat və 20000 ABŞ dolları məbləğlərdə pul vəsaitlərini cavabdehin bank hesabına köçürməsi müəyyən edilir. Bundan əlavə olaraq iddiaçı tərəfindən ümumilikdə 14559,8 manat məbləğində pul vəsaitinin “X16” MMC-nin hesabına ödənilməsi həmin şirkət tərəfindən təqdim edilmiş qəbzlərdən görünür. İddiaçının iddia tələbinin qanuni əsası kimi istinad etdiyi əsassız varlanma halı ilə bağlı qeyd edilməlidir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması məhkəmə tərəfindən aşağıda göstərilən hüquq normalarına əsasən müəyyən edilmir: Mülki Məcəllənin 1091.1, 1091.2, 1093.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, müəyyən olunur ki, hazırkı mübahisənin predmetini təşkil edən münasibətlər əsassız varlanma deyil, bağışlama müqaviləsindən irəli gələn münasibətlərdir. Belə ki, iddiaçı ümumilikdə 226430 manat və 20000 ABŞ dolları məbləğlərində pul vəsaitini cavabdehə əsasən uşaqların xərclərini qarşılamaq şərtilə bağışlamış, cavabdeh isə həmin pulu qəbul etmişdir. İddiaçı tərəfindən 14559,8 manat məbləğində pul vəsaiti isə uşaqlarının səyahət etməsi üçün sərf edilmişdir. İddiaçı cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkdiyini mübahisələndirmir. Hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür. Oxşar mübahisələr üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlandığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olduğu müəyyən edilməsin.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 666, 670.1, 1091.1, 1091.2, 1093.1ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Şikayətin dəlillərinə görə, cavabeh bu günədək göndərdiyi və yazışmalarda qeyd edilən təyinatlara görə vəsaitlərin ödənməsini təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Şahid belə olmamışdır. Əgər məhkəmə uşaqlarla olan yazışmaları pulun təyinatı kimi qəbul edirsə, onda heç bir məhkəmə instansiyasında, heç bir məhkəmə qərarında uşaqlarla yazşmalarda əks olunmayan 67000 manat vəsaitin nə təyinatına nə də mövcud olduğuna hüquqi qiymət verilməmiş, daha doğrusu bundan məhkəmə yayınmışdır. Halbuki, iddianın əsaslarından da biri məhz hüquqi qiymət verilməyən 67000 manat vəsaitin tələb edilməsidir. Uşaqların xərcləri hal – hazıradək iddiaçı tərəfindən ödənilmişdir. Məhz Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi icraya yönəldikdən sonra iddiaçı bank köçürmələri etmişdir. Köçürülən borcun uşaqların, ailənin hansısa xərcinə yönləndirilməsinin bildirlməsi o deməkdir ki, iddiaçı da cavabdeh kimi xərclərdə iştirak etməlidir. Cavabdehi heç kim bu xərclərdən azad etməmişdir. Köçürülən vəsaitin tarixi, məbləği, 02 oktyabr 2018-ci il tarixli icra şöbəsinə müraciət, cavabdehin təyinatlara etiraz etməməsi, icra şöbəsinin ödənişlərə etiraz etməməsi, aliment ödənişlərində də oxşar təyinatların qeyd edilsə də cavabdehin bunu mübahisələndirməməsi, 02 oktyabr 2018-ci il tarixli icra şöbəsinə müraciətdən sonra qısa müddətdə yenidən köçürmələrin davam etməsi bunu deməyə əsas verir ki, bu uşaq xərci deyil. Məhkəmənin növbəti müəyyən etdiyi hal guya ki, bu yazışmaların heç birində iddiaçı tərəfindən uşaqlara analarına olan borcun (onun bir hissəsinin) ödənişi ilə bağlı qeyd edilməmişdir. Yazışmaların mahiyyətindən pulların əsasən uşaqların xərcləri üçün cavabdehin hesabına göndərildiyi müəyyən olunur. Yəni yazışmalardan görünür ki, iddiaçı həmin pulları uşaqlarının zəruri xərclərini qarşılaması məqsədilə cavabdehə bağışlamışdır. Lakin, təqdim edilən yazışmalarda pulun məhz cavabdehə olan borcla əlaqədar ödənilməsinin qeyd edilməsi şərt kimi tələb edilə bilməzdi. Belə ki, faktki nikah münasibətlərinin pozulduğu müəyyən edilən 2011-ci ilin sentyabr ayından bu günədək iddiaçı heç bir vəsaiti uşaqlarına bağışlamamışdır. Lakin necə olur 2017-ci il tarixli apellyasiya məhkəməsinin qətnaməsi 2018-ci il tarixdə icra olunmağa başladıqda iddiaçı məhz cavabdehin bank hesabına pul formasında bağışlamaları edir. Halbuki, cavabdehin mövqeyi də budur ki, vəsaitlərin təyinatı uşaqların xərcləri üçün verilib. Onda sual olur uşaqların xərclərin kim çəkib? Cavabdeh təsdiq edir ki iddiaçı, iddiaçının təsdiqinə ehtiyac qalmır. Onda məhkəmə qətnaməsinin icrası ərəfəsində nə zərurət var idi cavabdehlə çəkişmədə olan şəxsə aylıq bağışlamalar etsin. İkincisi, məhkəmə iş materillarında olan 02 oktyabr 2018-ci il tarixli icra şöbəsinə müraciəti, sonrakı müraciətləri araşdırmış olsa idi aşkar surətdə müəyyən olunardı ki, tərəflər arasında olan münasibətlərdən bəllidir ki, bağışlamadan söhbət gedə bilməz. İddiaçı tələb edir ki, təqdim edilən qəbzlər borcdan silinsin. İcraçı isə bunu qəbul edərək imtina etmir. Ərizəyə dərhal cavab verməli olduğu halda illərlə belə xarakterli ərizələrə cavab vermir. İddiaçının ödənişlər etməkdə məqsədi bağışlama, uşaq xərcləri, ianə deyil, məhz məhkəmə qətnaməsinə əsasən borcun ödənməsi olmuşdur. Üçüncüsü, məhkəmə heasab etmişdir ki, bu nə borcun ödənilməsi nə də uşaqlqrın zəruri xərclərinin ödənilməsidir, bu bağışlamadır. Sual olur əgər vəsaiti bağışlayırdımsa kiməsə bağışlayırdım. Çünki cavabdeh bu vəsaiti ümumiyyətlə qəbul etmədiyini, əlinə almadığını bildirərək uşaqların xərcləri üçün göndərildiyini bildirir, ancaq heç bir sübut təqdim etmir. Uşaqların bir ayda 30000 manata hansı xərcləri var bu günədək heç bir məhkəmə araşdırma aparmamışdır. Kifayət qədər təminatı olan uşaqların özəl pullu məktəbdə oxuyan şagirdin ayda 20000 manat məllimlər üçün hədiyyə alınması nə qədər həqiqətə uyğundur bu günədək araşdırılmamışdır. Bu az imiş kimi məlum olur ki, iddiaçı birdən birə boşanmadan 6 il sonra qətnamə icraya yönəldiyi vaxt cavadbehə pul bağışlamaq qərarına gəlmişdir və bağışladığı pullardan hətta müəllimlərə 20000 manata hədiyyə alınmışdır. Əgər iddiaçı göndərin vəsaiti bağışlayırdısa nə üçün uşaqların xərcinə bölüşdürürdü, ən azından bu faktların özü məhkəmənin gəldiyi nəticəni inkar edir. Göründüyü kimi, məhkəmə həm gəldiyi nəticədə, həm də qətnamənin əsaslandırılmasında təmamilə yalnış hüquq münasibətlərini tətbiq etmişdir. Cavabdeh tərəfin dəlilləri yenə də apellyasya məhkəməsinin məlum qərardadına istinad etməklə tələb olunan 267230 manat vəsaitin 200230 manatın uşaqların ümumi ehtiyaclarının (təhsil, yemək, geyim, istirahət xərcləri və s.) ödənilməsinə yönəlməsidir. Lakin bu ehtiyacın həqiqətən ödənilib ödənilməsini sübut edəcək heç bir sənəd təqdim etməyərək yenə də “watsapp” yazışmalarındakı 200230 manat məbləğindəki misallara istinad edilir. İddia ərizəsinə əlavə edilən xx.xx.2018-ci il tarixli icra şöbəsinə yönələn ərizədə iddiaçının nümsayəndəsi ödənilən qəbzlərin surətini əlavə etməklə bildirir və tələb edir ki, qəbzlə ödənilən vəsaitləri məhz cavabdehin borcundan çıxılmasın. Hazırkı məhkəmə isə iddia ərizəsinə əlavə edilən sənədlərə hüquqi qiymət vermədən bildirir ki, borca görə ödənilən vəsaitləri ödəməkdə niyyət guya bağışlama olmuşdur. Halbuki, iddiaçı 02 oktyabr 2018-ci il tarixli İcra şöbəsinə təqdim etdiyi ərizədən sonra da, yəni ödənişin niyyətinin borcun ödənilməsinə yönəldiyini bildirə bildirə 2019-cu il tarixdə də ödənişlər etmişdir. Məhkəmə isə bütövlükdə qəbzlər əsasında ödənilən vəsaitin bağışlandığını bildirməklə iddia ərizəsində qeyd edilən dəllilərə hüquq qiymət verməmiş olur. Daha sonra məhkəmə müəyyən edir ki, əgər həmin pullar icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə cavabdehə göndərilsəydi, iddiaçının həmin pulların təyinatını mesajlarda göstərməsi absurd olardı. Belə ki, qeyd edildiyi kimi, o, cavabdehə olan borcunu ödəmiş olsaydı, cavabdehin əldə etdiyi pulları hansı istiqamətə xərcləməsi barədə uşaqlara yazdığı mesajlarda göstəriş vermək onun cavabdehin vəsaiti üzərində sərəncam verməsi hesab olunardı. İddiaçının 02 oktyabr 2018-ci il tarixli İcra şöbəsinə təqdim etdiyi ərizədən də görsənir ki, hələ iddiaçı digər ödənişləri etməmişdir, lakin bu vaxta qədər olan ödənişlərlə əlaqədar bildirir ki, borcunu ödəyir. İcra şöbəsində bildirilməmişdir ki, bu illər ərzində ödənilən və təqdim etdiyi qəbzləri qətnamənin icrası kimi qəbul etmir. Cavabdeh də bu günədək bildirməmişdir ki, bu pulları uşaqların xərclərinə aid edirəm. Halbuki qəbzlərdən də görsənir ki, elə ay var ki iddiaçı 30000 manat pul ödəmişdir. Bunu uşağın hansı xərcinə cavabdeh aid etmişdir bu günədək təqdim etməkdən imtina edir. Başqa ayda olan ödənişlərdən 20000 manatını uşaqların müəllimlərinə hədiyyə üçün qəbul edilir. Hansı məktəbin müəlliminə bir ayda 20000 manatlq hədiyyə alınır cavbdeh təqdim etmir. Ancaq məhkəmə idiaçının bu qədər sübutlarına əhəmiyyət vermir, məhz yazışmaları əlində əsas tutaraq absurd nəticəyə gəlir ki, yəni uaşqların bir ayda xərcinin 30000 olmasını qəbul edir, müəllimlərə 20000 manatlıq hədiyyə alnmasını qəbul edir. Daha da absurd olanı budur ki, iddiaçı göndərdiyi vəsaitdə hara pul ödənilməsini göstərməklə cavabdehin də valideyn olaraq qazancından istifadə edərək uşalqların xərclərində iştirak etməsini qeyd etməsini məhkəmə nə üçün absurd hesab edir başa düşülən deyildir. Bu vəsait axı məhz məhkəmə qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra ödənilmişdir, axı bu vəsaitlərin borclardan çıxılmasına dair icra şöbəsinə müraciətlər edilmişdir, axı bu müraciətlərdən sonra yenə də vəsaitlər ödənilmişdir. Əgər məhkəmə bu ödənişləri yazışmaları əsas tutaraq borcdan ödəniş kimi qəbul etmirsə, onda iddia tələbində də qeyd edildiyi kimi yazışmada hesaba düşməyən 67000 manat vəsaitə hüquqi qiymət verməli idi. Həmin vəsait heç bir yazışmada yoxdur. Lakin məhkəmə buna da yeni absurd bir ad tapmışdır. Belə məlum olur ki, hazırkı qətnamədə bu vəsaitlər nəinki borcdan ödənişlər, nəinki uşaqları xərclərinin qarşılanmasıdır, bu vəsaitlər bağışlanmış vəsaitdir. Həm də 6 illik məhkəmə mübahisələrindən sonra, hələ digər predmetlər üzrə məhkəmə mübahisələri davam etdiyi vaxtda. Üstəlik məhkəmə qətnaməsi məhz icraya yönəldikdən sonra, üstəlik iddiaçı ödədikləri vəsitlərin borca aid eilməsi barədə icra şöbəsinə 2018-ci il tarixdə müraciət etdiyi bir vaxtda, ödənilən vəsaitlərlə əlaqədar heç bir mübahisə olmayan bir vaxtda. İşin bu qədər faktiki halları mövcud olduğu halda bu faktlara hüquqi qiymət vermədən qətnamə qəbul edilməsi əsassız və ədalətsizdir. Əgər iddiaçının niyyəti məhz 6 illik məhkəmə mübahisəsindən sonra qətnamənin icra edilməsi üçün vəsait ödəməyə başlaması, həmin vəsaitlərin icra şöbəsinə müraciət edərək borca aid edilməsini xahiş etməsi, icra şöbəsinin bunu qəbul etməsi, cavabdehin isə vəsaiti qəbul etməkdən imtina etməməsi, hətta iddiaçının qeyd etdyi xərclərdə iştirak üçün vəsait barədə müxtəlif xərc yerlərini göstərməsi, cavabdehin buna da etiraz etməməsi, əksinə cavabdehin bu günədək həmin xərcləri yazışmalarda göstəriəln yerlərə xərcləməsinə dair bir dənə də olsa fakt göstərməməsi bir daha təsdiq edir ki, 2023-cü il tarixdə ödənilmiş bu vəsaitə bağışlanılmış əmlak statusu verilməsinin heç bir hüquqi əsası yoxdur. Boşanma qətnaməsindən 2018-ci il tarixədək iddiaçı qəbzlə heç bir vəsait ödəməmişdir cavabdehə, 6 ildən sonra məhkəmə apellyasiya məhkəməsinin məlum qətnaməsi icraya yönəldikdən sonra hissə hissə ödənişlər edilmişdir, həmin ödənişlərin borca aid edilməsi barədə icra şöbəsnə müraciətlər edilmişdir, daha sonra yenə də ödənişlər edilmişdir. Uşaqların bir ayda 30000 manat xərcləri yoxdur, onsuz da nəqliyyat qida, geyim iddiaçı tərəfindən təmin edilir, hətta şəxsi ev ola-ola kirayə ev də kirayə edilir. Belə olan vəziyyətdə hansı könüllüklükdən söhbət gedir başa düşülən deyildir. Qətnaməyə görə ödədikləri vəsaiti necə mübahisələndirə bilərdilər ki, məhkəmə belə bir nəticəyə gəlmişdir. Ödənilən vəsaitin borca görə ödənilməməsi apellyasiya məhəkəmsinin işə mahiyyəti üzrə baxılmayan 13 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə müraciət etmək hüququ yaranmışdır. Bu günədək qeyd edilən ödənişlər borca görə ödənilən vəsaitlər kimi ödənilmişdir. Çünki nə icra şöbəsi iddiaçının müraciətinə cavab verməmişdir ki, bu borca görə ödəniş hesab edilmir, nə cavabdeh bildirməmişdir ki, ödənilən vəsaiti borca yox, uşaqların xərcinə çıxır, nə də cavabdeh bu günə kimi sübut təqdim etməmişdir ki, uşaqların hansı xərclərinə göndərilən pullardan xərcləmişdir. Hətta bununla əlaqədar vəsatət təqdim edilsə də cavabdeh bunu icra etməkdən imtina etmişdir. Əgər məhkəmə hesab edirsə ki, yazışmalara əsasən ödənilən vəsait borca görə ödənilməmişdir, onda yazışmalarda qeyd edilməyən 67000 manat vəsaitə hüquqi qiymət verməli idi, lakin qəbul edilən absurd qətnamədə buna dair heç bir qiymətləndirmə yoxdur. Göründüyü kimi məhkəmə tərəfindən iddia ərizəsində qeyd edilən işin faktiki və hüquqi əsaslarına qiymət vermədən tamamiə fərqli hüquqi əsaslandırma ilə iddianı təmin etməmişdir. Məhkəmə qətnaməsindən müəyyən olunur ki, məhkəmə mahiyyəti üzrə araşdırma aprasa da fərqli hüquqi nəticəyə gəlmişdir. Belə ki, 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardaddan, həm də Leyla Heyərovanın adından təqdim edilən və sübut kimi qiymətləndirilən “watsapp” yazışmalarından görünür ki, apellyasiya məhkəməsi işdə olan 200630 manata hüquqi qiymət vermiş və cavabdeh yalnız cəmi 200630 manata dair sübutlar təqdim etməklə kifayətlənmişdir. Cavabdeh tərəf yalnız 200630 manata misalları ilə açıqlama verir. Cavabdehin istinad etdiyi 13 iyul 2022-ci il tarixli qərardadda da yalnız cavabdehin 200630 manatdan ibarət misallarına hüquqi qiymət verilir. Araşdıran olmamışdır ki, burda iddiaçının qəbzlərində olan məbləğlə cavabdehin “watsapp” yazışmalarından gətirdiyi misallar arasında fərq var. 8(103)-192/2022 nömrəli 13 iyul 2022-ci il tarixli qərardad qəbul edilənədək iddiaçı hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli 23 avqust 2017-ci il tarixli icra sənədi üzrə Cavabdeh şəxsi hesabına qətnamə ilə qət edilmiş borcu ödəyir. Bu qərardad qəbul edildikdən sonra 21 aprel 2018-ci il tarixdən 24 iyul 2019-cu il tarixədək olan müddətdə ödənilən vəsaitin qətnamə üzrə ödənilən borc olmadığı müəyyən edilmişdir. Bu tarixdən də iddiaçının əsassız varlanan şəxsdən əldə etdiklərini geri tələb etmək hüququ yaranmışdır. İddiaçı qətnamənin icrası məqsədi ilə 2018-2019-cu illərdə pul ödəməyə başlamış, cavabehin buna etirazı olmamış, icra şöbəsinə ərizlərlə müraciət edilərək ödənilən pulların borcdan çıxılması xahiş edilmiş, buna da cavab verilməmişdir. Məhkəmə hesab etmişdir ki, ödənilən pul vəsaitləri uşaqların zərurı xərcləri üçün könüllü ödənişdir və bunu tərəflər arasında olan yazışmalarla təsdiq edildiyini qeyd edir. Qeyd edilən yazışmalar mübahisələndirilmiş, lakin məhkəmə buna dair heç bir tədbir görməmiş, təqdim edilən vəsatəti təmin etməmişdir. Əgər məhkəmə uşaqlarla olan yazışmaları pulun təyinatı kimi qəbul edirsə, onda heç bir məhkəmə instansiyasında, heç bir məhkəmə qərarında uşaqlarla yazşmalarda əks olunmayan 67000 manat vəsaitin nə təyinatına nə də mövcud olduğuna hüquqi qiymət verilməmiş, daha doğrusu bundan məhkəmə yayınmışdır. Halbuki iddianın əsaslarından da biri məhz hüquqi qiymət verilməyən 67000 manat vəsaitin tələb edilməsidir. Uşaqların xərcləri bu günədək iddiaçı tərəfindən ödənilmişdir. Məhz Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli icra sənədi icraya yönəldikdən sonra iddiaçı bank köçürmələri etmişdir. Köçürülən borcun uşaqların, ailənin hansısa xərcinə yönləndirilməsinin bildirlməsi o deməkdir ki, iddiaçı da cavabdeh kimi xərclərdə iştirak etməlidir. Cavabdehi heç kim bu xərclərdən azad etməmişdir. Köçürülən vəsaitin tarixi, məbləği, 02 oktyabr 2018-ci il tarixli icra şöbəsinə müraciət, cavabdehin təyinatlara etiraz etməməsi, icra şöbəsinin ödənişlərə etiraz etməməsi, aliment ödənişlərində də oxşar təyinatların qeyd edilsə də cavabdehin bunu mübahisələndirməməsi, 02 oktyabr 2018-ci il tarixli icra şöbəsinə müraciətən sonra qısa müddətdə yenidən köçürmələrin davam etməsi bunu deməyə əsas veirir ki, bu uşaq xərci deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20.Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndələri Vəkil3 və Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnaməsinin tam ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 yanvar 2022-ci il tarixli Qərarı: “Belə ki, hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
28. İşin hallarından görünür ki, iddia ərizəsində və apellyasiya şikayətinin əsasını təşkil edən xüsusatlar Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadında araşdırılmış xüsusatlarla eynilik təşkil edir, yəni, bu hallar həmin işə baxılarkən araşdırılmışdır. Qeyd olunan hallara məhkəmə qətnaməsi ilə deyil, qərardadla qiymət verilsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 yanvar 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə “..., preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər.”
29. Apellyasiya şikayətinin digər dəlilini o təşkil edir ki, Lakin bu ehtiyacın həqiqətən ödənilib ödənilməsini sübut edəcək heç bir sənəd təqdim etməyərək birinci instansiya məhkəməsinin qətnaməsində “watsapp” yazışmalarındakı 200230 manat məbləğindəki misallara istinad edilir və yazışmalarda qeyd edilməyən 67000 manat vəsaitə hüquqi qiymət verilmir.
30. Lakin Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadı yalnız 200230 manat pul vəsati ilə bağlı qəbul edilməmişdir. Qərardadın məzmunundan görünür ki, mübahisənin predmeti məhz hazırkı iddianın predmetini təşkil edən pul vəsaiti olmuş və pul vəsaitinin təyinatı ilə bağlı həmin qərardada əsasən hüquqi qiymətləndirmə aparılmışdır.
31. Apellyasiya şikayətinin digər dəlilləri birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan pul vəsaitinin təyinatı, hansı məqsədlə ödənilməsinin düzgün araşdırılmaması ilə bağlı olduğundan və yuxarıda qeyd olunduğu kimi, bu məsələlərə qanuni qüvvəyə minmiş məhkəmə qərardadına əsasən qiymət verildiyindən məhkəmə kollegiyası həmin xüsusatlar üzrə araşdırmaya zərurət görmür.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(006)- 383/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(006)- 383/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev