Məhkəmə qərarları › İş №2(103)-2641/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2641/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2641/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X16 (AR Əmlak Məsələləri Dövlət Xxidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: (“daşınmaz əmlakın və torpaq sahələrinin naturada ayrılması”) hakimlər X12 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5rşı (AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın və torpaq sahələrinin naturada ayrılması” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-57/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evin B tikilisinin altında və onun ətrafında yerləşən 315,6 kv.m torpaq sahəsinin iddiaçının, A tikilisinin payçılar X8 və Cavabdeh xüsusi mülkiyyəti, A tikilisinin altında və onun ətrafındakı, ümumilikdə 28,4 kv.m torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyəti hesab edilərək hal-hazırki və texniki pasportdakı mövcud faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında (yeni qaydalarla ünvan 3n evin B tikilisinin altında və onun ətrafında yerləşən cəmi 286 kv.m. torpaq sahəsinin iddiaçının, A tikilisinin payçılar X8 və Cavabdeh xüsusi mülkiyyəti, A tikilisinin altında və onun ətrafında ümumilikdə 58 kv.m. torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyəti hesab edilərək hal-hazırkı və texniki pasportdakı mövcud, texniki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, fərdi yaşayış evi 0,0344 ha torpaq sahəsindən ibarət olmaqla, texniki pasporta və faktiki vəziyyətə əsasən əvvəldən bir-birindən təcrid olunmuş “A" və “B" tikililərindən ibarətdir. İlk əvvəl hər iki tikili X6 məxsus olmuşdur. xx.xx.1999-cu il tarixdə o, 18 kv.m olan “A" tikilisini rəsmi alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır və onun mülkiyyətindədir. Həmin vaxtdan Cavabdeh həmin tikilidə yaşamış, ora sahiblik etmişdir. Evin digər sahəsinin ona heç bir aidiyyatı olmamışdır. “B” tikilisi və ətrafında olan torpaq sahəsi iddiaçının sahibliyində, sərəncamında və istifadəsində olmaqla xüsusi mülkiyyətindədir. “A" tikilisinin önündə olan kiçik torpaq sahəsi də Cavabdeh istifadəsində olmuş, daha sonra o, həmin sahəni mətbəx və dəhliz kimi inşa edərək, evinə birləşdirmişdir. Yuxarıda qeyd edilən evə dair Dövlət Reyestrindən çıxarışlar da mövcuddur. Çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq, 0.0344 ha, tikililərin ümumi sahəsi isə 67,50 kv.m olaraq qeyd edilmişdir. Buna səbəb evin və torpağın naturada ayrılmaması, ünvanı bir olduğu üçün torpağın və tikililərin sahəsinin hər iki mülkiyyətçinin çıxarışında eyni göstərilməsi olmuşdur. 2021-ci il tarixdə Cavabdeh əsassız olaraq iddia etməyə başlamışdır ki, çıxarışda qeyd edilən torpaq sahəsinin yarısı ona məxsusdur. Daha sonra o, cavabdehlər İddiaçı, X13 və X20rşı "torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və digər” tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsin xx.xx.2022-ci il tarixli, 2(011)- 330/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında "A” və "B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. "A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi ,10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan "B" tikilisindən isitifadə "A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur. Onlar arasında olan qalan boş torpaq sahəsi 70 kv.m-dir. Tikililər arasında rəsmi bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasını və "A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Həm iddiaçıya, həm də İddiaçı verilmiş çıxarışlarda daşınmaz əmlakın və torpaq sahəsinin eyni ölçüdə qeyd edilməsinin səbəbi isə "A” və "B” tikililərinin eyni ünvanda ünvanda yerləşmələri ilə bağlıdır. ƏMDK yanında DƏDRX Daşınmaz Əmlakın Kadastrı və Reyestri X32 Bakı şəhər 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə Məhkəmənin sorğusuna verdiyi cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evinin ümumi sahəsinin 67,5 kv.m, yerləşdiyi torpaq sahəsinin 0,0344 ha olduğu üçün hər iki çıxarışda sahələr eyni göstərilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən evlə bağlı mübahisələri davam etməkdədir. Belə ki, cavabdeh iddia edir ki, evin ümumi torpaq sahəsi hər iki mülkiyyətçi arasında bərabər şəkildə bölünməlidir. Cavabdehin əsassız iddiaları, həmçinin ünvanın bir olması səbəbindən ortaya çıxan bir sıra problemlərin həlli naminə tikililərin və torpaq sahəsinin faktiki vəziyyətə və texniki pasporta əsasən naturada bölünməsi labüddür. Belə olan təqdirdə hər iki tərəfin ünvanı ayrı olmaqla, gələcəkdə yaranacaq digər problemlərin qarşısı alınacaqdır. Fərdi yaşayış evinin texniki pasportunda evin, torpaq sahəsinin faktiki vəziyyəti və ölçüləri dəqiq göstərilsə də, ancaq çıxarışda "A” və "B” tikilisinin, həmçinin də torpaq sahəsinin ölçüləri tam göstərilib.

2. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, evə dair çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq 0,0344 ha, "A” tikilisinin ümumi sahəsi isə 67,50 kv.m olaraq qeyd edilmişdir. Buna səbəb, evin və torpağın naturada ayrılmaması olmuşdur. Yəni, evin ünvanı bir olduğu üçün, torpağın və tikililərin sahəsi hər iki mülkiyyətçinin çıxarışında eyni olaraq qeyd edilmişdir. Belə olan halda, iddiaçının iddia tələbi tam əsassızdır. Mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3. Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, 42 ünvanında yerləşən fərdi yaşayış evləri və torpaq sahəsinin bölgü sxeminə uyğun, "A” - yaşayış evi və 172.0 m2 torpaq sahəsi Cavabdeh, "B”- yaşayış evi və 172.0 m2 torpaq sahəsi İddiaçı mülkiyyəti hesab olunmaqla tərəflər arasında bərabər bölünməlidir.

3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı ilə X14 (cavabdeh İddiaçı anasıdır) arasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 4 sahəsində yerləşən, 18,0 kv.m-dən ibarət, "A” tikilisi adlandırılan 1 otaqdan ibarət 3 saylı evin (bundan sonra - Fərdi yaşayış evi) alqı-satqısına dair xx.xx.1999-cu il tarixdə 082663 saylı müqavilə bağlanmış və iddiaçının Fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilkin olaraq xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə 007678 saylı Qeydiyyat vəsiqəsi verilmişdir; - Sonradan, qeyd edilən ünvanda iddiaçının mülkiyyətində 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət "A” tikilisi adlandırılan 1 otaqlı, Məryəm Nurmətovanın mülkiyyətində 26,1 kv.m yaşayış, 13 kv.m köməkçi sahədən ibarət "B” tikilisi adlandırılan 2 otaqlı fərdi yaşayış evinin olması barədə dövlət reyestrində düzəliş edilərək, bu barədə xx.xx.1999-cu il tarixdə 002524 saylı Qeydiyyat vəsiqəsi verilmişdir; - İddiaçının Fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli yeni Çıxarış verilmişdir; - X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ondan qalmış miras əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi, 42) ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və mülkiyyətində olan torpaq sahəsindən ibarət olmuşdur. Məryəm Nurmətovanın iki vərəsəsi olmuşdur: X3 və İddiaçı. X3 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən Rafiq Nurmətov anasından (Nurmətova Məryəm) miras qalmış Fərdi yaşayış evinin ona düşən 1/2 hissədən ibarət miras payını İddiaçı bağışlamış və sonuncunun Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə (Fərdi yaşayış evi) dair iddiaçının 1/2 hissədə, cavabdehin isə 1/2 hissədə payları müəyyən edilmiş, bununla bağlı hər iki tərəfin paylı mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır; - Məhkəmə Ekspertiza Mərkəzinin 10/4735 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin ümumi sahəsinin 344,0 kv.m (0,344 ha) («A» literli fərdi yaşayış evinin altına düşən sahənin 43,1 kv.m (0,0431 ha), «A» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 14,9 kv.m (0,0149 ha), cəmi 58,0 kv.m (0,058 ha), «B» literli fərdi yaşayış evinin altına düşən sahənin 46,6 kv.m (0,0466 ha), «B» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 239,4 kv.m (0,2394 ha), cəmi 286,0 kv.m (0,286 ha)) təşkil edir. Fərdi yaşayış evlərinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, Fərdi yaşayış evinin faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,2.2,2.4.,2.9. bəndlərinin və Məhkəmə Tikinti-X17 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmışdır.

4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-57/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 6 ünvanında (yeni qaydalarla ünvan 7li fərdi yaşayış evinin altına düşən 46,6 kav.m. (0,0466 ha) torpaq sahəsi, B literli fərdi yaşayış evinin ətrafında olan ümumi sahəsi 239,4 kv.m. (0,02394 ha) olmaqla, cəmi 286 kv.m. (0,0286 ha) torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti hesab edilərək, həmin torpaq sahəsi və B literli fərdi yaşayış evinin üzərində İddiaçı payının müəyyən edilməklə naturada ayrılması, ünvan 6 ünvanında (yeni qaydalarla ünvan 8 fərdi yaşayış evinin altına düşən 43,1 kav.m. (0,0143 ha) torpaq sahəsi, A literli fərdi yaşayış evinin ətrafında olan ümumi sahəsi 14,9 kv.m. (0,0149 ha) olmaqla, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti hesab edilərək, A literli fərdi yaşayış evinin altında və ətrafında yerləşən, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi üzərində Cavabdeh, A literli fərdi yaşayış evinin üzərində isə Cavabdeh və X8 paylarının müəyyən edilməklə naturada ayrılması, tərəflərin adlarına torpaq sahələrinə, habelə "A” və "B” literli fərdi yaşayış evinə dair paya mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.6; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Fərdi yaşayış evinin "A” və "B” tikililərindən ibarət olması, "A” tikilisinin cavabdehlərin hər birinin payı 1/2 hissədə olmaqla paylı mülkiyyətində, "B” tikilisinin isə iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Paylı mülkiyyətdə olan daşınmaz əşyanın bölünməsini və ondan payın ayrılması əsaslarını tənzimləyən Mülki Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/4735 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin ümumi sahəsinin 344,0 kv.m (0,344 ha) («A» literli fərdi yaşayış evinin altına düşən sahənin 43,1 kv.m (0,0431 ha), «A» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 14,9 kv.m (0,0149 ha), cəmi 58,0 kv.m (0,058 ha), «B» literli fərdi yaşayış evinin altına düşən sahənin 46,6 kv.m (0,0466 ha), «B» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 239,4 kv.m (0,2394 ha), cəmi 286,0 kv.m (0,286 ha)) təşkil edir. Fərdi yaşayış evlərinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, Fərdi yaşayış evinin faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,2.2,2.4.,2.9. bəndlərinin və Məhkəmə Tikinti-X17 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmışdır. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Fərdi yaşayış evi və onun altına düşən torpaq sahəsində iddiaçının özünə aid payının naturada bölgüsünü tələb etməkdə haqlı olduğundan, habelə keçirilmiş ekspertiza rəyi ilə mübahisəli əmlakın naturada bölünməsinin mümkünlüyü nəzərə alındıqda iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə Cavabdeh "A” yaşayış evi və 172.0 m2 torpaq sahəsi onun, "B” yaşayış evi və 172.0 m2 torpaq sahəsi iddiaçının mülkiyyəti hesab olunmaqla tərəflər arasında bərabər bölünməli olmasına dair etirazda göstərdiyi dəlili ilə bağlı qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin paylı mülkiyyətində olan ünvan 9 ünvanında (yeni qaydalarla ünvan 10ayış evi əvvəlcə Məryəm Nurmətovanın mülkiyyətində olmuşdur. Sonuncu yalnız mülkiyyətində olan "A” tikilisi adlanan 18 kv.m-dən ibarət fərdi yaşayış evini Cavabdeh satmışdır. Bu hal iş materiaallarında olan alqı-satqı müqaviləsi və digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, həmin fərdi yaşayış evinin aqlı-satqısına dair müqavilədə açıq şəkildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 4 sahəsində yerləşən 18,0 kv.m-dən ibarət "A” tikilisinin Cavabdeh satılması göstərilmişdir. Cavabdeh sonrakı düzəlişlə verilmiş xx.xx.1999-cu il tarixli, 002524 saylı Qeydiyyat vəsiqəsində də onun 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət "A” tikilisi adlandırılan 1 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Ona görə də, Cavabdeh "A” və "B” yaşayış sahələrinin və onların yerləşdiyi torpaq sahəsinə dair tərəflərin paylarının bərabər hesab edilməsi barədə dəlili əsaslı sayıla bilməz. Məhkəmə iddia tələbinin "A” tikilisinin payçılar X8 və Cavabdeh xüsusi mülkiyyəti hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, "A” tikilisinə dair həm Cavabdeh, həm də Sürəyya Bağırovanın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla, bu barədə onlara çıxarış verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülkiyyət hüququ qeydə alınmış əmlaka dair tərəfin yenidən mülkiyyət hüququnun müəyyən edilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 11 fərdi yaşayış evinin altına düşən 46,6 kav.m. (0,0466 ha) torpaq sahəsi və ətrafında olan ümumi sahəsi 239,4 kv.m. (0,02394 ha) olmaqla, cəmi 286 kv.m. (0,0286 ha) torpaq sahəsi iddiaçının xüsusi mülkiyyəti hesab edilərək, həmin torpaq şahəsi və B literli fərdi yaşayış evinin üzərində iddiaçının, habelə A literli fərdi yaşayış evinin altına düşən 43,1 kav.m. (0,0143 ha), həmin fərdi yaşayış evinin ətrafında olan ümumi sahəsi 14,9 kv.m. (0,0149 ha) olmaqla, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti hesab edilərk, A literli fərdi yaşayış evinin altında və ətrafında yerləşən, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi üzərində Cavabdeh, A literli fərdi yaşayış evinin üzərində isə Cavabdeh və Sürəyya Bağırovanın payları müəyyən edilməklə naturada, hər bir payçının paylarına uyğun ayrılmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. Cavabdeh şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-57/2025 saylı qətnaməsinin tam ləğv olunması və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3. Yeni qaydalarla: ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evləri və torpaq sahəsinin bölgü sxeminə uyğun, “A” yaşayış evi və 172 m2 torpaq sahəsi Cavabdeh, “B” - yaşayış evi və 172 m2 torpaq sahəsi İddiaçı mülkiyyəti hesab olunmaqla tərəflər arasında bərabər bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, hal-hazırda mülkiyyətində olan və yaşadığı fərdi yaşayış evini 30 oktyabr 1999-cu il tarixli müqaviləyə əsasən X2 almışdır. Həmin müqaviləyə əsasən, 341.2 kv.m torpaq sahəsində yerləşən aldığı ev “A” tikilisi 18.0 kv.m yaşayış sahəsindən ibarət olmaqla onun xüsusi mülkiyyətindədir. Sözügüdən daşınmaz əmlaka dair hüquqları 17 iyun 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Sözügedən Çıxarışda torpaq sahəsinin yayayış məntəqələrinin torpaqları olması, habelə torpaq sahəsinin ölçüsü (hektarla) 0,0344 ha olmaqla xüsusi mülkiyyətdə olması qeyd edilmişdir (Çıxarışın surəti birinci instansiya məhkəməsinə təqdim edilmişdir). “B” tikilisinin mülkiyyətçisi X14 06 sentyabr 2016cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra qalmış miras əmlak Bakı şəhəri, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi, 42) ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin mülkiyyətçisi İddiaçıdur. Qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publkq hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfndən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məlumatda aşağıdakılar göstərilmişdir: ünvan 13 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsinin kimin adına qeydiyyatdan keçməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı, Bakı şəhəri, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 0.0344 ha torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evinin “A " tikilisi Cavabdeh və “B" tikilisi İddiaçı adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda, sözügedən evin yerləşdiyi 0.0344 ha torpaq sahəsi hazırda yuxarıda qeyd olunan şəxslərin mülkiyyətindədir". Bununla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32ninl saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Bakı şəhəri, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3. Yeni qaydalarla: ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evləri və torpaq sahəsinin bölgü sxemində «A» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 172.0 m2, «B» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 172.0 m2 olması müəyyən edilmişdir. Lakin İddiaçı torpaq sahəsinin əksər hissəsinin zəbt etmiş və iddiaçı Cavabdeh məxsus hissəsinin qanunsuz olaraq X29 və X1. Hazırda mübahisəli torpaq sahəsində heç bir subyektiv hüquqa malik olmayan X29 və X19 qanunsuz tikili inşa etdirmişlər. Birinci instansiya məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Qeyd olunan prosessual normaların tələbinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla bərabər, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, hər kəs öz tələbini məhkəmədə sübut etməklə yanaşı, həmin sübutlara məhkəmə obyektiv, qərəzsiz, hərtərəfi və tam baxdıqdan sonra qiymət verməli və heç bir sübutun da, məhkəmə üçün qabaqcadan qüvvəsi yoxdur. Bütün bunlar ona dəlalət edir ki, hakim işə tam, obyektiv və hərtərəfli qiymət verməmişdir. Ümumiyyətlə mübahisəli torpaq sahəsi digər şəxslər, X28 və X19 tərəfindən zəbt olunmuşdur. Lakin X28 və X19 mübahisəli torpaq sahəsinin onlara məxsus olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişlər. İşə baxmış məhkəmə MPM-nin 217-ci maddəsinin də tələblərini pozmuşdur. Çünki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Əgər iddia tələbləri prosessual imkanlardan istifadə edilməklə tam araşdırılmamış və ya sübutların əldə edilməsi ilə çıxarılmışdırsa, bu o deməkdir ki, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. ƏMDK yanında DƏDRX Daşınmaz Əmlakı Kadastrı və Reyestri X32 Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin tərəflərə təqdim edilmiş çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq, 0.0344 ha qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məlumatda sözügedən evin yerləşdiyi 0.0344 ha torpaq sahəsi hazırda yuxarıda qeyd olunan şəxslərin - Cavabdeh və İddiaçı mülkiyyətində olması qeyd edilmişdir". Məhz Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli məlumata əsasən DƏTİ və QT Şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin bölgüsü aparılmışdır. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə tam əsassızdır. Mübahisəli torpaq sahəsi Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri X32nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3. Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, 42 ünvanında yerləşən fərdi yaşayış evləri və torpaq sahəsinin bölgü sxeminə uyğun, “A" - yaşayış evi və 172 m2 torpaq sahəsi Cavabdeh, “B" - yaşayış evi və 172 m2 torpaq sahəsi İddiaçı mülkiyyəti hesab olunmaqla tərəfər arasında bərabər bölünməlidir. Birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir. İddia tələbinin təmin olunmasının səbəblərinə görə maddi və prosessual hüquq normalarının pozulması, eləcə də, “İşin halları” hissələrində məhkəmə tərəfindən hansı halların araşdırılmaması və əhəmiyyət verilməməsi barədə qeyd edilmişdir. Halbuki, mülkiyyətində olan və yaşadığı fərdi yaşayış evini 30 oktyabr 1999-cu il tarixli müqaviləyə əsasən X2 almışdır. Həmin müqaviləyə əsasən aldığı ev “A” tikilisi olmaqla, 57.5 kv.m sahəsi vardır və altındakı torpaq sahəsi 0,0344 ha olmaqla onun xüsusi mülkiyyətindədir. Sözügüdən daşınmaz əmlaka dair hüquqlarını 17 iyun 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir.

6. İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Təmin edilməməlidir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi ev 3 (Yeni qaydalarla: Bakı şəhəri. Xətai rayonu, Əhmədli qəsəbəsi. Nadir Mahmudov küçəsi. 42) ünvanında yerləşən ev, 0.0344 ha torpaq sahəsindən ibarət olmaqla, texniki pasporta və faktiki vəziyyətə əsasən əvvəldən birbirindən təcrid olunmuş “A” və “B” tikililərindən ibarətdir. İlk əvvəl hər iki tikili və ətrafinda olan torpaq sahəsi X6 məxsus olmuşdur. xx.xx.1999-cu il tarixdə o, 18 kv.m olan “A” tikilisini rəsmi alqısatqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Həmin vaxtdan bu günədək Cavabdeh həmin tikilidə yaşamış, ora sahiblik etmişdir. Evin digər sahəsinin ona heç bir aidiyyatı olmamışdır. Evin “B” tikilisi hazırda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmçinin “B” tikilisinin ətrafında olan torpaq sahəsi də İddiaçı sahibliyində, sərəncamında və istifadəsində olmaqla xüsusi mülkiyyətindədir. Evin “A" tikilisi isə, yuxarıda qeyd edildiyi kimi xx.xx.1999-cu il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. “A” tikilisinin önündə olan kiçik torpaq sahəsi də Cavabdeh istifadəsində olmuş, daha sonra o, həmin sahəni mətbəx və dəhliz kimi inşa edərək, evinə birləşdirmişdir. Yuxarıda qeyd edilən evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar da mövcuddur. Sözügedən evə dair çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq, 0.0344 ha, tikililərin ümumi sahəsi isə 67,50 kv.m olaraq qeyd edilmişdir. Buna səbəb, evin və torpağın naturada ayrılmaması olmuşdur. Yəni, evin ünvanı bir olduğu üçün torpağın və tikililərin sahəsi hər iki mülkiyyətçinin çıxarışında eyni olaraq qeyd edilmişdir. 2021-ci il tarixdə Cavabdeh əsassız olaraq iddia etməyə başlamışdır ki, çıxarışda qeyd edilən torpaq sahəsinin yarısı ona məxsusdur. Daha sonra o, cavabdehlər İddiaçı, X13 və X20rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və digər" tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsin 19 oktyabr 2022-ci il tarixli 2(011)-330/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(103)-1604/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsin 19 oktyabr 2022-ci il tarixli, 2(011)- 330/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsin qanuni qüvvəsini almış 19 oktyabr 2022-ci il tarixli, 2(011)-330/2022 nömrəli qətnaməsində də, qeyd edilmişdir ki, “İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan Fərdi yaşayış evi əvvəlcə Məryəm Nurmətovanm mülkiyyətində olmuş, sonuncu yalnız mülkiyyətində olan “A ” tikilisi adlanan 18 kv.m-dən ibarət Fərdi yaşayış evni iddiaçıya satmışdır. Bu hal iş materiallarında olan alqı-satqı müqaviləsi və digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, Fərdi yaşayış evinin alqı-satqısına dair müqavilədə açıq şəkildə, iddiaçının iddia etdiyi və hazırda İddiaçı məxsus olan torpaq sahəsinin deyil, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küıçəsi, 42), 341,2 kv.m torpaq sahəsində yerləşən 18,0 kv.m-dən ibarət “A" tikilisinin iddiaçıya satılması göstərilmişdir. İddiaçıya sonrakı düzəlişlə verilmiş xx.xx.1999-cu il tarixli, 002524 saylı Qeydiyyat vəsiqəsində də iddiaçının 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət “A ” tikilisi adlandırılan 1 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Məryəm Nurmətovanın miras əmlakına dair verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə miras əmlakın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 17lisindən və mülkiyyətdə olan torpaq sahəsindən ibarət olması göstərilmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında “A” və “B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. “A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi, 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B” tikilisindən isitifadə "A" tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbost istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur. Onlar arasında olan qalan boş torpaq sahəsi 70 kv.m-dir. Tikililər arasında rəsıııi bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasmı və “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunubolunmamasmı müəyyən etmək mümkün olmamışdır. 28. Həmçinin, məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən də “A” və “B” tikililərinin birbirindən təcrid olunmaları və hər ikisinin ayrıca giriş-çıxışımn olması, “A” tikilisindən “B” tikilisinin yerləşdiyi torpaq sahəsinə, ümumiyyətlə hər hansı keçidin olmaması, “B” tikilisinin yerləşdiyi torpaq sahəsinin faktiki olaraq iki hissəyə bölünərək bir hissəsində inşa edilmiş 12,25 kv.m mətbəxdən və 10.32 kv.m-dən ibarət tikilinin Röyala Məmmədovanın və Fimur Hacıyevin sahibliyində, digər hissəsinin isə, üzərində olan tikililərlə birlikdə İddiaçı mülkiyyətində olması müəyyən edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının mülkiyyətində yalnız Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 18isindən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi vardır, onun hazırda İddiaçı mülkiyyətində olan “B” tikilisinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüququ yoxdur. Həm iddiaçıya, həm də İddiaçı verilmiş çıxarışlarda daşınmaz əmlakın və torpaq sahəsinin eyni ölçüdə qeyd edilməsinin səbəbi isə ”A" və “B” tikililərinin eyni ünvanda ünvanda yerləşmələri ilə bağlıdır. Belə ki, ƏMDK yanında DƏDRX Daşınmaz Əmlakın Kadastrı və Reyestri X32 Bakı şəhər 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə Məhkəmənin sorğusuna verdiyi cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evinin ümumi sahəsinin 67,5 kv.m, yerləşdiyi torpaq sahəsinin 0,0344 ha olduğu üçün hər iki çıxarışda sahələr eyni göstərilmişdir. Məhkəmə həm də qeyd edir ki, iddiaçı Fərdi yaşayış evini xx.xx.1999-cu ildə alaraq orada yaşamasına baxmayaraq, yalnız 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən evlə bağlı mübahisələri davam etməkdədir. Belə ki, Cavabdeh iddia edir ki, evin ümumi torpaq sahəsi hər iki mülkiyyətçi arasında bərabər şəkildə bölünməlidir. Onun iddiası əsassız olduğu üçün İddiaçı həmin iddianı qəbul etmir və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin əsassız iddiaları, həmçinin ünvanın bir olması səbəbindən ortaya çıxan bir sıra problemlərin həlli naminə tikililərin və torpaq sahəsinin faktiki vəziyyətə və texniki pasporta əsasən naturada bölünməsi labüddür. Belə olan təqdirdə hər iki tərəfin ünvanı ayrı olmaqla, gələcəkdə yaranacaq digər problemlərin qarşısı alınacaqdır. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 19 ünvanında yerləşən evin texniki pasportunda evin, torpaq sahəsinin faktiki vəziyyəti və ölçüləri dəqiq göstərilsə də, ancaq çıxarışda “A” və “B” tikilisinin, həmçinin də torpaq sahəsinin ölçüləri tam göstərilib. 2(011)-330/2022 nömrəli iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasmm xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında "A" və "B" tikililərindən başqa əlavə tikili inşa edilmişdir. "A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B” tikilisindən isitifadə “A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur..” Beləliklə də, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi. ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evə dair çıxarışda mülkiyyətçi İddiaçı məxsus olan “B” tikilisinin və torpaq sahəsinin o, cümlədən mülkiyyətçi Cavabdeh məxsus olan “A” tikilisinin və torpaq sahəsinin faktiki vəziyyətdə olan ölçüləri dəqiq göstərilmədiyi üçün bu cavabdehdə çaşqınlıq yaradıb. Hesab edir ki, bununla bağlı olaraq mülkiyyətçi X21 məxsus olan payı "B” tikilisi və torpaq sahəsi hal-hazırda və texniki pasportda göstərilən faktiki vəziyyətə uyğun olaraq naturada ayrılmalıdır. Həmçinin o da qeyd edilməlidir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsin qanuni qüvvəsini almış 12 avqust 2022-ci il tarixli, e- 2(011 )-3206/2022 nömrəli qətnaməsi ilə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi 3 (yeni qaydalarla ünvan 20 ünvanmda yerləşən “A” tikilisinin 1/2 hissəsi üzərində iddiaçı X10, 1/2 hissədə də Cavabdeh mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, 1999-cu il tarixdə X14 iradə ifadəsi olaraq, xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus evin “A” tikilisini Cavabdeh Məhərtəm oğluna satmışdır. Yəni Cavabdeh mülkiyyətçi tərəfindən yalnız ayrıca giriş-çıxışı olan təcrid olan “A” tikilisi satılmışdır. Əvvəla qeyd edildiyi kimi, A və B tikililəri, həmçinin onların ətrafında olan torpaq sahəsi X7 məxsus olmuşdur. 1999-cu il tarixdə X14 iradə ifadəsi olaraq, xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus evin “A” tikilisini Cavabdeh satmışdır. Yəni Cavabdeh mülkiyyətçi tərəfindən yalnız ayrıca giriş-çıxışı olan təcrid olan “A ” tikilisi satılmışdır. Alqı-satqıdan sonra Cavabdeh yalnız ona satılmış A tikilisinə mülkiyyət hüququ əldə etmişdir. B tikilisi Məryəm Nurmətovanm xüsusi mülkiyyəti olmaqla, texniki pasportda da, qeyd edildiyi kimi həmin tikilinin altında və ətrafında olan torpaq sahəsi də, X7 məxsus olmuşdur. “Daşınmaz əmlakm dövlət reyestri haqqında” Azərbaycan Respublikasınm Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqlarm əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasınm Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında ‘'2.4-cü bəndində qeyd edilmişdir ki, üzərində mülkiyyət hüquqlan qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvann 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Göründüyü kimi X4 adına olan ilkin texniki pasport əsasında yeni çıxarışlar alınarkən torpaq sahələri də xüsusi mülkiyyət olaraq qeyd edilmişdir. Bu da, hər mülkiyyətçinin özünə məxsus tikiliyə və ətrafındakı torpaq sahəsinə aid olmuşdur. Cavabdeh həmişə almış olduğu və ayrıca giriş-çıxışı olan A tikilisində yaşamış, digər tikiliyə və ətrafında olan torpaq sahəsinə heç bir aidiyyatı olmamışdır. Yeni alınmış çıxarışda, ünvan ümumi olduğundan, həm tikililərin, həm də, torpaq sahəsinin sahəsi tam göstərilmişdir. Cavabdeh da, bunu görüb, ümumi göstərilmiş sahənin ona aid olması iddiasına düşmüşdür. Hazırda da, iddiaçı özünə məxsus tikilinin və ətrafında olan torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh də, özünə məxsus tikilinin və ətrafında olan torpaq sahəsinin mülkiyyətçisidir. Hazırki iddianı qaldırmaqda da, məqsəd naturada ayrılmanın labüdlüyüdür ki, hər iki tərəfin ünvanı ayrılaraq, onlara yeni çıxarışlar verilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsin qanuni qüvvəsini almış 19 oktyabr 2022-ci il tarixli, 2(011)-330/2022 nömrəli qətnaməsində də qeyd edilmişdir ki, “İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının (həmin iş üzrə iddiaçı Cavabdeh olmuşdur) mülkiyyətində olan fərdi yaşayış evi əvvəlcə Məryəm Nurmətovanın mülkiyyətində olmuş, sonuncu yalnız mülkiyyətində olan “A” tikilisi adlanan 18 kv.m-dən ibarət Fərdi yaşayış evni iddiaçıya satmışdır. İddiaçı cavabdehlər Cavabdeh və X5rşı (AR Əmlak Məsələləri Dövlət Xidməti Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(011)-57/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X32 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evi Xətai rayon İcra Hakimiyyətinin 464 saylı xx.xx.1998-ci il tarixli sərəncamına, forma 2 arayışına əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın xx.xx.1999cu il tarixli 3-M-A-4/810 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvanın “A” hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasən sözügedən "B" tikilisindən və torpaq sahəsindən 1/2 hissə İddiaçı Seyidmehemmed oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 2V- 222 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-724 reyestr nömrəli xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən “B" tikilisindən və torpaq sahəsindən 1/2 hissə İddiaçı adına mülkiyyətinə keçmişdir. X11 xx.xx.2023-cü il tarixli dövlət reyestrində cari dəyişikliklərin edilməsinə dair ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3206/2022 saylı icra vərəqəsinə əsasən “A" tikilisi 1/2 hissəsi X11 qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, ümumi sahəsi 67.5 kv.m təşkil edən, mülkiyyətdə olan 0.0344 ha torpaq sahəsi üzərində yerləşən Bakı Şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evi (yeni qaydalarla; ünvan 20 hazırda "A" tikilisi-dən 1/2 hissəsi Cavabdeh, “B" tikilisi İddiaçı və "A" tikilisi-dən 1/2 hissəsi X9 adlarına qeydiyyatdan keçmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz ərizəsi ilə eynilik təşkil edən şəkildə izahat verməklə, şikayəti əsassız hesab etdiyini bildirmiş və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 88. 1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. 2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir. 3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. 4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı qərardada əsasən: Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki: “Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur:1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.”

15. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır .155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh ilə X14 (İddiaçı anasıdır) arasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 4 sahəsində yerləşən, 18,0 kv.m-dən ibarət, "A” tikilisi adlandırılan 1 otaqdan ibarət 3 saylı evin (bundan sonra - Fərdi yaşayış evi) alqı-satqısına dair xx.xx.1999-cu il tarixdə 082663 saylı müqavilə bağlanmış və fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilkin olaraq xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə 007678 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən ünvanda cavabdehin mülkiyyətində 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət "A” tikilisi adlandırılan 1 otaqlı, Məryəm Nurmətovanın mülkiyyətində 26,1 kv.m yaşayış, 13 kv.m köməkçi sahədən ibarət "B” tikilisi adlandırılan 2 otaqlı fərdi yaşayış evinin olması barədə dövlət reyestrində düzəliş edilərək, bu barədə xx.xx.1999-cu il tarixdə 002524 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh Fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli yeni Çıxarış verilmişdir. X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ondan qalmış miras əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi, 42) ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və mülkiyyətində olan torpaq sahəsindən ibarət olmuşdur. Məryəm Nurmətovanın iki vərəsəsi olmuşdur: X3 və İddiaçı. X3 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən Rafiq Nurmətov anasından (Nurmətova Məryəm) miras qalmış Fərdi yaşayış evinin ona düşən 1/2 hissədən ibarət miras payını İddiaçı bağışlamış və sonuncunun Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

17. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/4735 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin ümumi sahəsinin 344,0 kv.m (0,344 ha) («A» literli fərdi yaşayış evinin altına düşən sahənin 43,1 kv.m (0,0431 ha), «A» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 14,9 kv.m (0,0149 ha), cəmi 58,0 kv.m (0,058 ha), «B» literli fərdi yaşayış evinin altına düşən sahənin 46,6 kv.m (0,0466 ha), «B» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 239,4 kv.m (0,2394 ha), cəmi 286,0 kv.m (0,286 ha)) təşkil edir. Fərdi yaşayış evlərinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, Fərdi yaşayış evinin faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,2.2,2.4.,2.9. bəndlərinin və Məhkəmə Tikinti-X17 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmışdır.

18. İddiaçı Cavabdehlər X13, İddiaçı (sonradan cavabdeh qismində cəlb edilmişdir) və X20rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və digər tələbinə dair”mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-330/2022 saylı işi üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında “A” və “B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. “A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi, 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B” tikilisindən isitifadə “A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili birbirindən təcrid olunmuşdur. Onlar arasında olan qalan boş torpaq sahəsi 70 kv.m-dir. Tikililər arasında rəsmi bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasını və “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

19. Məhkəmə araşdırılması zamanı və əlavə edilən sorğular nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, paylı mülkiyyətçilər arasında torpaq sahəsi bölgüyə məruz qalmamış və bütün qeydiyyatlarda ümumi istifadədə (mülkiyyətdə) olduğu kimi qeyd edilmişdir. Bundan əlavə, edilən sorğular zamanı “A” və “B” tikililərin rəsmi qeydiyyatı və əmlakın (tikililərin) bu növdə bölgüsü üzrə rəsmiləşdirilməsi üzrə müvafiq sənəd əldə edilməmiş, tərəflər bu barədə müvafiq sübut təqdim etməmiş, ilkin olaraq bu barədə məlumat cavabdeh ilə X14 arasında bağlanmış xx.xx.1999-cu il tarixdə 082663 saylı alqı-satqı müqaviləsində qeyd edilmişdir. Belə ki, bu alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilə X14 (İddiaçı anasıdır) arasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 4 sahəsində yerləşən, 18,0 kv.m-dən ibarət, "A” tikilisi adlandırılan 1 otaqdan ibarət 3 saylı evin alqı-satqısına dair xx.xx.1999-cu il tarixdə 082663 saylı müqavilə bağlanmış və Fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilkin olaraq xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə 007678 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən ünvanda iddiaçının mülkiyyətində 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət "A” tikilisi adlandırılan 1 otaqlı, Məryəm Nurmətovanın mülkiyyətində 26,1 kv.m yaşayış, 13 kv.m köməkçi sahədən ibarət "B” tikilisi adlandırılan 2 otaqlı fərdi yaşayış evinin olması barədə dövlət reyestrində düzəliş edilərək, bu barədə xx.xx.1999-cu il tarixdə 002524 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Əvvəlki araşdırmalar zamanı da torpağa dair müəyyən qeyri-müəyyənliklər ekspertlər tərəfindən təsbit edilmişdir ki, bunlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirmələr əsasında hüquqların qeydiyyatının tamlığının təmin edilməməsindən, texniki sənədlərin tərtib edilməsi zamanı hüquqların yaranma əsaslarına diqqətsizlikdən irəli gələn meyarlardır. Belə ki, “A” və “B” tikililərin rəsmi qeydiyyatı barədə hüquqi əsaslar olmadan müvafiq texniki pasportlar tərtib edilmişdir ki, ona görə müvafiq icra hakimiyyəti tərəfindən düzəlişlərin aparma hüquqlarına müvafiq inzibati icraat qaydasında araşdırma aparılmalı, torpağın ayrılma mümkünlüyü isə ilk olaraq buna əsas olmuş hüquqlardan irəli gələn əsaslara söykənməlidir. İddiaçının məhz iddia tələbində qeyd etdiyi istəklə və əmlakın faktiki sahiblikdən irəli gələrək, hüquqi əsaslar olmadan tələbdə göstərilənlərə müvafiq, qeyri-bərabər formada, hətta ekspertin rəyində göstərildiyi kimi buna faktiki imkanların yol verildiyi halda belə, yolverilməzdir. Faktiki ayrılmanın mümkünlüyü tikintiinşaat normaların buna imkan verdiyini müəyyən edir, lakin ümumi mülkiyyətin naturada ayrılması ümumiliyə son qoymaq istəyən həmmülkiyyətçilərin razılıq əsasında iradə ifadəsinə zidd olmamalıdır. Belə ki, hazırda mübahisə predmeti olan torpaq ümumi mülkiyyət kimi qeydə alınmış və mülkiyyətçilərin payları müəyyən edilməyərək dövlət reyestrində paylı mülkiyyət növündə təsbit edilməmişdir. Bundan əlavə, iddiaçı tələbində də məhz onun hüquqlarının üstünlüyü baxımından torpaq sahəsinin faktiki sahiblik əsasında tələbdə göstərilmiş qeyri-bərabər şərtlərdə naturada bölgüdə israrlı olduğundan və cavabdehlə razılıq əsasında bölgüyə etiraz etdiyindən şikayətdə qeyd edilən şərtlərlə barışığa nail olmaq mümkün olmamışdır. Qeyd edilməlidir ki, tərəflərin torpağa dair hüquqları ümumi mülkiyyət formasında təsbit edilmiş və bu baxımdan naturada bölgünün mümkünlüyü ilk növbədə tərəflərin razılaşması ilə mümkün ola bilər. Cavabdeh iddiaçının istəyinə rəğmən torpaq sahəsinin bərabər payda naturada bölgüsünü istəsə də, buna dair iddia tələbi irəli sürməmiş, apellyasiya şikayətində bu tələbi rəsmi bəyan etmiş olsa da, buna əsasların məhz bu prosessual zamanda yaranmasına dair vəsatətlər vermədiyindən, habelə ümumiyyətlə qanunvericiliklə müəyyən edilmiş qaydada (forma və məzmuna müvafiq) qarşılıqlı iddia verilmədiyindən bunun mümkünlüyü də müzakirə edilməmişdir. Ona görə, bu əsasla hüquqi müstəvidə (tələbdən kənar) müzakirələrin aparılması mülki prosessual qanunvericilyin tələblərinə ziddir. Cavabdehin diqqətinə çatdırılmalıdır ki, şikayətində qeyd edilən tələbdə göstərilən şərtlərlə tələb irəli sürmək hüququ, habelə ümumi mülkiyyətdə olan torpağa dair digər tərəflə digər razılaşmalar üzrə təkliflər, razılıq əldə edilmədiyi təqdirdə müvafiq tələblər irəli sürmək hüquqları vardır.

20. Beləliklə, iddiaçının tələb etdiyi qeyri-bərabər tərzdə əmlakın naturada bölgüsü üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, qeyd edilən hüquqi və faktiki istinadlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı cavabdehlər Cavabdeh və X5rşı (AR Əmlak Məsələləri Dövlət Xxidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın və torpaq sahələrinin naturada ayrılması” tələbinə dair iddiası rədd edilməlidir.

21. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxsə, iş üzrə ekspert xərcləri isə iddiaçıya aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 57/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və X5rşı (AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32n 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın və torpaq sahələrinin naturada ayrılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar