Məhkəmə qərarları › İş №2(103)-2660/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2660/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2660/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr və oktyabr aylarında ona ödənilən 4000 (dörd min) manatın tələb olunan məbləğdən çıxılaraq 192000 (yüz doxsan iki min) manat məbləğində maddi və 30000 (otuz min) manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən, onun xüsusi mülkiyyətində olan 177,8 kv.m. qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1 ünvanından gediş-gəliş məqsədi ilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının “xxxx” MMC-yə və onun direktoru Cavabdeh qadağan edilməsi, onun xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə girişçıxış yolu olan ünvan 1 ünvanından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin hal-hazıradək cavabdehlər tərəfindən icra edilməmişdir. Bir dəfə qanunsuz olaraq icra sənədi üzrə icraata xitam verilmiş, sonradan onun şikayəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və hal-hazırda da icra şöbəsinin icraatındadır. Cavabdeh tərəf dəfələrlə ona açar veriləndən sonra darvazanı və ya açarı dəyişərək onun obyektdən istifadəsinə tam mane olmuş, cavabdehin maneçiliyi xx.xx.2018-ci il tarixli aktla və inzibati cərimə barədə xx.xx.2018-ci il tarixli qərarla da təsdiq edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixdən sonra ona açarın verilməsi barədə izahatı isə tamamilə yalandır, nə cavabdeh, nə də icra məmuru həmin tarixdən sonra ona açar verməmişdir. Nəticədə cavabdehlərin icra sənədini icra etməməsi və maneçiliyi nəticəsində öz əmlakından istifadə edə və ondan gəlir götürə bilməmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən ona məxsus 177,8 kv.m. qeyri-yaşayış sahəsini aylıq 2000 manata icarəyə verməklə gəlir əldə etmək məqsədi ilə xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərində icarəyə götürən şəxslərlə icarə müqaviləsi bağlamışdır. Lakin cavabdehlər tərəfindən yaradılan maneçiliyə görə icarəçilər ona məxsus 177,8 kv.m. qeyriyaşayış sahəsini işlədə bilmirlər və bu səbəbdən müqaviləni pozaraq gedirlər. Sonuncu müqavilə üzrə ona cəmi iki aylıq ödəniş edilmiş, ona görə də iddia tələbinin həcmini azaltmışdır. Sonuncu icarəçini də müqaviləni pozmağa cavabdeh onun balonlarını çölə tökərək məcbur etmiş, icarəçinin fəaliyyətinə hər cür maneçilik yaratmışdır. Beləliklə, öz qeyriyaşayış sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneçilik nəticəsində ona xx.xx.2011-ci il tarixdən başlamaqla hər ay 2000 manat məbləğində əldən çıxmış fayda qismində maddi ziyan dəymişdir. Həmçinin ona mənəvi ziyan dəymişdir. Ümumilikdə iddia ərizəsi üzrə 192 min manat maddi və 30 min manat mənəvi ziyan tələb etməkdədir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və “xxxx” MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 18000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bununla belə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən İddiaçı apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Əsli ilə düzdür: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar