Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2666/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (mülki işin baxışdan çıxarılması haqqında) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 2(005)- 2621/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin olunmuşdur. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya icraatına qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2022-ci il tarixli, 2(103)- 2666/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli məktubla müraciət edərək, Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti daxil olduğundan hazırda Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş cavabdeh tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul” tələbinə dair mülki iş üzrə baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2666/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2666/2022
12.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver